MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə70/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   66   67   68   69   70   71   72   73   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

219 

alıb.  Buna  görə  də  onlar  alman  mənĢəli  4  milyon  köçkünün 



siyahısına  aid  edilir.  Köçkünlərdən  sonra  digər  ən  böyük  qrupları 

Türkiyədən  (2,5  milyon  nəfər)  və  keçmiĢ  Yuqoslaviyadan  və  ya 

onun varisi olan dövlətlərdən (1,5 milyon nəfər) olan immiqrantlar 

təĢkil edir. 

Almaniyada yaĢayan müsəlmanların sayı 4 milyon nəfərə yaxındır. 

Miqrantların  çoxu  ixtisassız  iĢçi  qüvvəsi  kimi  iĢləyir.  Belə  ki, 

Almaniya onları ilk növbədə məhz elə bu növ iĢlər üçün cəlb edib. 

Tədqiqatlar  da  göstərir  ki,  Almaniyada  miqrant  ailələrindən  çıxan 

Ģəxslərin sosial nərdivanla yüksəlməsi və ya öz iqtisadi vəziyyətini 

yaxĢılaĢdırması çətindir. 

Almaniya  hökuməti  muzdlu  iĢçilərin  nəhəng  kütləsini  ölkəyə 

buraxanda  bunun  müvəqqəti  hal  olmasına  ümid  edirdi.  Lakin 

müharibədən  sonra  -  50-ci  illərdəki  iqtisadi  bumun  ardınca  əsasən 

Cənubi  Avropa  ölkələrindən,  həmçinin  Ġtaliyadan,  Türkiyədən, 

sonralar  isə  qonĢu  ölkələrdən  Almaniyaya  axıĢan  miqrant-

qastarbayterlərin  əksəriyyəti  elə  bu  ölkədə  də  qaldı.  Alman 

cəmiyyəti  ənənəvi  olaraq  qapalı  cəmiyyətdir.  O,  miqrantların  bu 

qrupunu qəbul etməyə səy göstərmirdi. Ġnteqrasiya məsələsi alman 

cəmiyyətini və dövlətini demək olar ki, üç onillik ərzində qətiyyən 

maraqlandırmadı. Alman cəmiyyəti və dövləti immiqrantlara ölkəyə 

daxil olmaq hüququ versə də onlara cəmiyyətlə tamamilə qaynayıb-

qarıĢmaq imkanı yaratmadılar. Alman hökumətinin məntiqi bu günə 

qədər  də  təəccüb  doğurur.  Axı  Almaniya  dünyanın  ən  sürətlə 

qocalan  ölkəsidir.  2025-ci  ildə  təqaüdçülər  Almaniya  əhalisinin 

yarısını təĢkil edəcəklər.  

Lakin hökumət 80-ci illərdə inteqrasiya məsələsi ilə maraqlanmıĢdı. 

Əsas  problemi  Almaniyada  doğulub  böyüyən,  lakin  alman 

cəmiyyətinə  daxil  olmayan  ikinci  nəsil  mühacirlər  məsələsi 

yaradırdı. Siyasi elitanın inteqrasiya problemini həll etmək cəhdləri 

öz  əksini  multikulturalizm  siyasətində  tapırdı.  Amma  məcburi 

Ģəkildə  dil  və  inteqrasiya  kurslarından  keçmək  tələbi  kimi  bəzi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

220 


assimilyasiya  elementləri  Almaniyada  həmiĢə  mövcud  olub. 

Əvvəllər  üstündən  sükutla  keçilən,  haqqında  danıĢılmayan, 

sonradan  isə  multikulturalizmi  doğuran  problemlər  yaranmıĢ  bu 

vəziyyətdə  üst  qata  çıxdı.  Nəticədə  immiqrantlarla  qarĢılıqlı 

münasibətlərin  mexanizmini  heç  cür  iĢləyib  hazırlaya  bilməyən 

hökumət multikulturalizmin iflasa uğradığını bəyan etməyə məcbur 

oldu. 

Beləliklə,  Almaniyada  yürüdülən  multikulturalizm  siyasəti 



yetərincə düĢünülüb hazırlanmayan gecikmiĢ inteqrasiya siyasətinin 

bir  hissəsinə  çevrildi.  Məhz  bu  faktın  bir  neçə  onillik  ərzində  üst-

üstə  yığılıb  qalan  problemlərlə  çulğaĢması  ona  gətirib  çıxardı  ki, 

Almaniyada  hakimiyyət  orqanları  qəfildən  ayılıb  belə  siyasətin 

iflasa uğraması haqda danıĢmağa baĢladılar. 

Tədqiqat  qrupunun  Almaniyadakı  vəziyyətə  dair  apardığı 

monitorinqin  nəticələri  sosioloji  tədqiqatların  gəldiyi  qənaətləri 

təsdiqləyir  və  multikulturalizm  siyasətinin  Avropada  böhran 

keçirdiyini sübut edir. Bu da onunla bağlıdır ki, ―multikulturalizm‖ 

termini  Avropanın  siyasi  leksikonunda  ilk  növbədə  daha  çox 

―tolerantlıq‖ kimi anlaĢılırdı. Yəni Avropa hökumətlərinin məsələyə 

konseptual  baxıĢı  ikinci  və  üçüncü  nəsildən  olan  mühacirlərin 

cəmiyyətə  inteqrasiyasına  yox,  yabançı  mədəniyyətin  təmsilçiləri 

ilə  yanaĢı  yaĢamağa  daha  çox  dözümlü  yanaĢmağa  əsaslanırdı. 

Avropa  ölkələrinin  hökumətləri  multikulturalizm  siyasətini  heç  də 

inteqrasiya  məqsədilə  yox,  daha  çox  siyasi  və  elektoral 

mülahizələrdən çıxıĢ etməklə yürüdür, bu zaman özlərinin məhdud 

populist və sırf praqmatik maraqlarını güdürdülər. 

Ġmmiqrasiya  siyasətinin  qüsur  və  nöqsanları  özünü  ―sistemli 

zorakılıq‖  adlanan  vəziyyətin  timsalında  göstərir.  ―Sistemli 

zorakılıq‖ immiqrantların doğma dilində teleyayımın olmamasında, 

belə KĠV-lərin təsis edilməsi qarĢısında maneələrin yaradılmasında 

və  gəlmələrin  siyasi  hərəkətsizliyinə  yönələn  konkret  addımların 

atılmasında  ifadə  olunur.  Məsələn,  Almaniyanın  aparıcı  siyasi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

221 

partiyaları,  o  cümlədən  sol-mərkəzçi  ASDP  (Sosinterndə  təmsil 



olunur)  immiqrant  mühitindən  çıxan  adamların  partiya  idarəetmə 

orqanlarında təmsilçiliyi baxımından ayrı-seçkilik vəziyyəti yaradan 

15 faizlik məcburi kvota qaydası tətbiq ediblər. Multikulturalizmin 

iflasa  uğraması  barədəki  söhbətlər  məhz  gəlmə  türklərin  öz  dini 

hüquqlarının 

qorunmasını 

və 

―Almaniyanın 



miqrantlara 

münasibətdə inteqrasiya və adaptasiya strategiyası‖nın ləğvini tələb 

etməyə baĢlamasından sonra gücləndi. 

 

―Sarrasin iĢi‖ 



 

Multikulturalizm siyasətinin tətbiq olunduğu dövrlərdə Almaniyada 

dözümsüzlüyün  istənilən  təzahürü  metodiki  Ģəkildə  boğulurdu. 

Lakin  Tilo  Sarrasinin  ―Almaniya  təxirə  salınır‖  kitabının  iĢıq  üzü 

görməsi  vəziyyəti  kökündən  dəyiĢdi.  Müəllifi  marginal  ultra-sağ 

siyasi  mühitin  təmsilçisi  yox,  məhz  alman  bomondunun  parlaq 

nümayəndəsi,  sosial-demokrat,  əvvəllər  Almaniyanın  üst  hakim 

təbəqəsində güclü mövqelər tutmuĢ biri olan yeni ―milli seqreqasiya  

nəzəriyyəsi‖ təhrikçi amil kimi çıxıĢ etdi. 

Bu  kitab  alman  cəmiyyətində  əvvəllər  üst-üstə  yığılıb  qalmıĢ 

problemləri  bütün  çılpaqlığı  ilə  açıb  göstərdi.  Almanlar  əvvəllər, 

xüsusilə  II  Dünya  müharibəsindən  sonra,  formalaĢıb  oturuĢmuĢ 

ümummilli günah kompleksi ucbatından sadəcə çəkindikləri Ģeylər 

barədə  açıq  danıĢmağa  baĢladılar.  Məlum  oldu  ki,  dözümlü  alman 

cəmiyyəti  (Almaniyanın  aparıcı  sosioloji  xidmətləri  tərəfindən 

keçirilmiĢ  rəy  sorğularının  nəticələrinə  görə,  respondentlərin  70 

faizi) immiqrantlara qarĢı yönələn bəyanatları dəstəkləyir. 

Almaniya Federal Bankı Direktorlar ġurasının üzvü Tilo Sarrasinin 

kansler A.Merkelin Almaniyada multikulturalizmin  iflasa uğraması 

barədəki  bəyanatı  ilə  həmahəng  səsləĢən  bu  kitabı  alman 

cəmiyyətində  sözün  hərfi  mənasında  partlayıĢa  səbəb  oldu,  onu 

parçaladı  və  Almaniyanın  milli-dini  gələcəyi  məsələsi  ətrafında 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə