www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
24
24
mütəfəkkirlərin - M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Topçu-
başov, Ə.Ağayev, N.Yusifbəyli və başqalarının ideoloji-fəlsəfi
yöndə formalaşmasında çox mühüm rol oynamışdır. Onların
elmi-fəlsəfi ideyaları ilə yanaşı, milli mətbuatın yaranması,
məktəblərin açılması ictimai-siyasi və ideoloji mühitin
təşəkkülü və formalaşmasında önəmli rola malik olmuşdu. Bu
dövrdə yaşamış maarifçilərdən H.Zərdabi, S.Ə.Şirvani,
M.Ə.Sabir,
N.Nərimanov,
C.Məmmədquluzadə,
H.Mahmudbəyli,
S.M.Qənizadənin
və
başqalarının
yorulmadan çalışmaları sayəsində Azərbaycanda 1880-ci ildən
sonra «rus-tatar məktəbi» adlanan bir çox məktəblər açıldı.
«Bu məktəblərin Azərbaycanın elmi həyatında oynadığı rolu
inkar etmək olmaz... XIX əsrin axırlarında türk pedaqoqları
xalqın və varlıların yardımı sayəsində öz milli məktəblərini
açmağa başladılar. Həmin məktəblərdə ruslaşdırma yox idi…
1890-cı ildə Azərbaycanda on iki gimnaziya və realnı məktəb
vardı. Bu məktəblərdə oxuyan 5700 tələbədən 91 nəfəri türk
idi» (13, 53).
Məktəblərin açılması yeni nəslin yetişməsində mühüm rol
oynadı. Azərbaycanda bu cür məktəblərin açılması əhalinin
maariflənməsi və bunun da məntiqi nəticəsi olaraq öz milli
kimliyini dərk etməsi istiqamətində mühüm təsir göstərdi.
Halbuki çar Rusiyası bütün vasitələrlə milli məktəblərin
yaranmasının qarşısını almağa çalışmışdı. Bunu, akademik
Hüseyn Əhmədov belə izah edir: «Çarizm məktəb və
mədrəsələrin kütləvliyindən, orada oxuyan şagirdlərin
çoxluğundan, təhsil almağın müsəlmanlar üçün dini borc
olmasından istifadə edərək, bu məktəblər vasitəsilə rus dilini,
rus təhsilini geniş əhali kütləsi içərisində yaymağa çalışır və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
25
beləliklə də kiçik xalqları, o cümlədən Azərbaycan xalqını
ruslaşdırmaq siyasətini yeridirdi» (16, 400).
Məktəblərin açılması ilə yanaşı, bir sıra qəzetlərin
Azərbaycanda işıq üzü görməsi ictimai-siyasi və ideoloji
mühitin formalaşmasında əvəzsiz rol oynadı. Bütün bunlar,
azad düşüncəli ziyalı zümrəsinin yaranmasına və onun daha
da inkişafına təkan verirdi. 1890-cı illərdə Azərbaycanda
yalnız rus dilində qəzetlər nəşr edilirdi. Bunlar isə «Kaspi»,
«Bakinski vedemosti», «Baku» və başqa mətbu orqanlar idi.
«Bu qəzetlərin burjua ideya istiqamətli olmasına baxmayaraq,
onlarda Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının bəzi
məsələlərinə qabaqcıl nöqteyi-nəzərlə yanaşan məqalələr də
nəşr olunurdu» (2, 618). Türk dilində qəzetin çıxarılmasına
çar Rusiyası yalnız 1903-cü ildə icazə verdi ki, bu da «Şərqi-
Rus» qəzetidir. Məhəmməd Şahtaxtlı tərəfindən təsis edilən
bu qəzet öncə Tiflisdə, bir ildən sonra isə Bakıda fəaliyyət
göstərməyə başladı.
Ötən əsrin əvvəllərində nəşr olunan «Molla Nəsrəddin» jurnalı
da xalqın milli oyanışında müsbət rol oynamışdır. «Mətbuati-
yovmiyədən başqa bir neçə həftəlik ədəbi, siyasi və məzah
qəzetləri dəxi nəşr olunurdu ki, bunlar miyanında «Molla
Nəsrəddin» məcmuəsi Azərbaycan məzahının xəlq etdiyi bir
şah əsərdir» (46, 19). «Molla Nəsrəddin» satirik jurnal olsa
da, bu mətbu orqana məqalələr verən mütəfəkkirlər bir sıra
ümummilli
məsələlərə
toxunublar.
Məsələn,
belə
mütəfəkkirlərdən olan Ömər Faiq Nemanzadə bu jurnala
verdiyi məqalələrində yazır: «Zəmanəmizdə bir az görünməyə
başlayan hürriyyət, ədalət, insaniyyət günəşi hərçənd bizim
üstümüzdə, bizim üfüqümüzdə də doğulacaqdır» (33, 26).
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
26
26
Ən böyük «molla nəsrəddinçi», mütəfəkkir, yazıçı və jurnalist
Cəlil Məmmədquluzadə xalqın maariflənməsinə, milli şüurun
oyanmasına çalışmaqla yanaşı, cəhalətə, savadsızlığa, xürafata
və s. qarşı mübarizə aparmışdır. C.Məmmədquluzadənin
yaradıcılığının başlıca qayəsi müsəlmanların, yəni türklərin
maariflənməsi və cəhalətdən xilas olması idi. Bu baxımdan, o,
elm öyrənməyi hər şeydən üstün saymış və bunu, satirik
şəkildə belə qeyd etmişdir: «Dünyada çox adam dərsdən
qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer
üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola.
Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar
və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin
alim olmağına əvvəlinci və axrıncı səbəb dərsdən
qaçmaqlarıdır» (41, 22).
Ötən əsrin əvvəllərində mətbuatın daha geniş şəkildə inkişaf
etməsi xüsusilə xalq arasında öz təsirini göstərmişdir.
«İnqilabi hərəkatın, xüsusilə 1905-1907-ci illərin inqilabi
hadisələrinin təsiri altında bir-birinin ardınca yeni mətbuat
orqanları yaranırdı. Müəyyən formal cəhətlərinə baxmayaraq,
əldə edilmiş mətbuat azadlğının müsbət nəticələri artıq
müşahidə edilməkdə idi. Bu dövrdə meydana gələn «Şərqi-
Rus», «Həyat», «İrşad», «Tazə həyat», «Dəvət-Qoç»,
«Təkamül», «Bakı» kimi qəzetlər, «Dəbistan», «Füyuzat»,
«Məktəb», «Dirilik», «Şəlalə» kimi məcmuələr dövrün
mühüm, rəngarəng ictimai-siyasi, elmi-fəlsəfi məsələlərini öz
səhifələrində əks etdirən tribunalara çevrilir» (79, 9).
XX əsrin əvvəllərində mövcud olan Azərbaycan mətbuatı həm
ictimai-siyasi, ideoloji mühitin, həm də mütəfəkkirlərin
formalaşmasında böyük rol oynamışdır. O dövrün
mütəfəkkirləri isə əsas istiqaməti xalqın maariflənməsinə
Dostları ilə paylaş: |