www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
30
30
Azərbaycanın siyasi tarixində yer alan üçüncü partiya «Rusiya
Müsəlmanları İttifaqı» Partiyasıdır (13, s.71). O, milli partiya
kimi 1911-ci ildə yaradılan «Müsavat» Partiyasını göstərir.
Bütün yuxarıda sadaladıqlarımızın nəticəsi olaraq deyə bilərik
ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində çar Rusiyasının
tabeliyində olan Azərbaycanda əsasən, iki istiqamət mövcud
idi: milli-burjua və sosializm. Milli-burjua hərəkatı əsasən
islamçılıq və türkçülük istiqamətlərində özünü büruzə verirdi.
Əslində çox vaxt bunları bir-birindən ayırmaq mümkün
olmurdu. Buna səbəb də bu iki cərəyanın bir-birinə çox yaxın
olması idi. Çünki o zaman islamçılıq və türkçülük az qala eyni
anlayışı ifadə edirdi. Z.Göyüşov «Azərbaycan maarifçilərinin
etik görüşləri» əsərində Azərbaycan milli burjuaziyasının
yaranma proseslərini belə qiymətləndirib: «Milli burjuaziya
hələ ictimai həyatda hakim mövqe qazanmamışdı və siyasi
hakimiyyəti ələ almaq üçün təşəbbüs göstərmək əzmində
deyildi» (27, s.48). Onun fikrincə, əksinə, yeni yaranan
burjuaziya feodallarla, ağalarla, mülkədarlarla sıx əlaqəli idi.
Ola bilsin ki, onun dediklərində müəyyən həqiqət var. Ancaq
milli burjuaziyanın təşəbbüsü ələ ala bilməməsi fikri ilə
birmənalı şəkildə razılaşmaq da mümkün deyil. Belə ki, XIX
əsrin sonlarından başlayaraq milli burjuaziya bütün sahələrdə
irəli çıxır və ictimai-siyasi proseslərə təsir etmək imkanına
malik olurdu. Bununla da Azərbaycanda iri kapitallı milli
burjuaziya
formalaşırdı.
Bu,
kəndli-mülkədar
burjuaziyasından kənara çıxaraq daha geniş anlam alırdı.
İslamçılıq və türkçülük cərəyanları XX əsrin əvvəllərində
Azərbaycan ictimai-siyasi mühitində xüsusi rol oynamışlar.
Azərbaycanda ilk dövrlərdə panislamizmin daha güclü
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
31
təşəkkül tapmasını çar Rusiyasının müstəmləkə siyasətinə
qarşı müsəlmanların mübarizəsi ilə əlaqələndirmək olar.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda müridizm geniş
yayılmışdı. Bu məsələdə Qafqazda Şeyx Şamilin başçılıq
etdiyi azadlıq hərəkatı da mühüm rol oynamışdır. İslamın
əhali arasında geniş yayılmasından qorxan çar Rusiyası bunun
qarşısını müxtəlif vasitələrlə almağa çalışmışdır. Buna isə
Rusiya zor gücü ilə deyil, xristianlığın müxtəlif qollarını
Azərbaycanda yaymaq, islam məzhəbləri arasındakı
ziddiyyətləri dərinləşdirməklə nail olmaq istəyirdi. «İslamın
Rusiyada geniş yayılmasının qarşısını mərkəzi hökumət ala
bilmirdi. Bu isə çar Rusiyasını qorxuya salırdı. Çar
Rusiyasının ən çox qorxduğu isə «İttihadi-İslam» ittifaqı idi.
Çünki bu təşkilat panislamizmin ən geniş formada təbliğatçısı
idi» (83, 49).
Çar Rusiyasında panislamizmin başlanğıcı kimi 1880-1890-cı
illər göstərilir. İlk dövrlərdə bu, özünü islam ümmətçiliyi
şəklində büruzə verir, sonra hümmətçiliyə çevrilir və nəticədə
türk millətçiliyinə gətirib çıxardır. Azərbaycan panislamistləri
kimi daha çox Əhməd bəy Ağayev (Ağaoğlu), Qara bəy
Qarabəyov,
Əli
bəy
Hüseynzadə
(1864-1940)
və
M.Ə.Rəsulzadənin adları çəkilir. İslamçılığın təşəkkül
tapmasında və Rusiya müsəlmanlarının birləşməsində krımlı
İsmayıl bəy Qaspıralının (1851-1914) Bağçasarayda 1883-cü
ildən nəşr etməyə başladığı «Tərcüman»ın da, xüsusi rol
oynadığı bildirilir. «Dildə, fikirdə və işdə birlik» şüarını irəli
sürən İ.Kaspıralı türkçülüyün çar Rusiyası ərazisində yaşayan
türklər arasında yayılmasında və təşəkkülündə mühüm rol
oynamışdır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
32
32
Azərbaycanda islamçılığın və türkçülüyün inkişafında Əli bəy
Hüseynzadə mühüm rol oynayıb. 1864-cü ildə Salyanda
dünyaya gələn Ə.Hüseynzadə Peterbruqda fizika-riyaziyyat
fakültəsində oxumuş, İstanbulda Ali Hərbi Məktəbi bitirmişdi.
Ötən əsrin əvvəllərində Bakıda nəşr olunan «Kaspi», «Həyat»
qəzetlərinə və «Füyuzat» jurnalına redaktorluq edən
Hüseynzadə türkçülük və islamçılıq uğrunda savaş vermişdi.
O, millətin islam dininə bağlılığını dinimizin ümumbəşəri
mənəvi dəyərləri ilə izah etmişdi. Qeyd edək ki,
Ə.Hüseynzadəni Sovetlər Birliyində əvvəlcə panislamist,
sonra isə pantürkist kimi qələmə verənlər də tapılıb. Şübhəsiz,
Ə.Hüseynzadə milli özünüdərkin inkişafında çox mühüm rol
oynamış bir mütəfəkkirdir. Bu baxımdan Sovetlər Birliyi
dövründə onu pantürkist və panislamist kimi qələmə verənlər
əsl həqqiqəti xalqdan gizləyirdilər. Bu həqiqət isə ondan
ibarətdir ki, Ə.Hüseynzadə Azərbaycan xalqının isctimai-
siyasi və fəlsəfi fikir tarixində önəmli rol oynamış, bolşevizm
ideyalarını daim tənqid etmişdir.
XX əsrin əvvəllərində sosial-siyasi və ideoloji mühitin
formalaşmasında mühüm rol oynayan panislamizm özünü-
dərkin ilk nişanəsi kimi ortaya çıxaraq müstəmləkəçiliyə qarşı
mübarizədə birlik nümunəsi olub. İmperiya daxilindəki ayrı-
ayrı millətlərin müstəqil şəkildə mübarizə apara bilmədikləri
dövrdə, islam dini ətrafında birləşərək müəyyən işlər görməsi
təqdirəlayiq haldır. Ancaq panislamizm, müsəlmanların azad
olması üçün qoyulan tələblərə tam cavab da vermirdi. Dini
birlik, milli birliyin yerini verə bilmirdi. Bu baxımdan
panislamizmlə yanaşı, pantürkizmin vüsət alması təbii proses
idi. Əslində bu iki cərəyan bir-birinin inkişafında mühüm rol
oynayıb.
Dostları ilə paylaş: |