MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə92/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
281 
ərbabi-dövlətlərlə  müqayisə  etdim.  Əcəba,  bunların  hansı 
böyük  bir  bəlaya  düçar  olmuş?"  (29,  s.201).  Rəsulzadə  belə 
bir  nəticəyə  gəlir  ki,  qocanın  müsibəti  hamıdan  ağırdır:  "Ah 
dünyamızın  əsasları!  Çoxlarının  maddeyi-kərahəti  (nifrəti), 
zəhləsi getdiyi  eşşək, o  həqir heyvan,  yalqız insana nə qədər 
əzizdir.  Baxınız,  iyirminci  əsr  mədəniyyəti,  qüdrəti  və  sənəti 
ilə fər edən insanların əfradı (fərdləri) nə qism aciz qalmış ki, 
bütün həyatı və mayeyi-nicatı bir ac eşşəyə bağlıdır.  
Bir  baxınız  insanların  alçaqlığına,  öz  aciz  zəif  üzvlərinin 
əlindən  belə  bir  vasiteyi-məişəti  dəxi  qəsb  edir.  Ah  qəsb 
edənlər,  həyasız  rəzil  hesab  çəkənlər!..  Əclaflar!  Bu  qocanın 
acizliyindən,  sinnindən,  saçından,  saqqalından  utanmırdınız, 
barı  öz  boy-buxununuzdan,  qüvvətli,  qüdrətli  qolunuzdan 
utanaydınız!..  Ah…  Mən  də  gör  sizdən  nə  istəyirəm!.. 
Sizlərdən həya istəyirəm!» (29,  202). Rəsulzadə faciəvliyi bir 
qocanın  müsibətində  çox  yüksək  bədii  zövqlə,  estetik  hisslə 
verə bilirdi. 
Bunu,  Rəsulzadənin  «Mütaliələrimdən»  məqaləsində  daha 
dərindən  hiss  etmək,  anlamaq  mümkündür.  Bu  məqaləsində 
M.Əmin  bir  gəncin  hisslərini,  düşüncələrini  verir,  yeni 
düşüncəli  gənci  mənfi  surətə  qarşı  qoyur.  Rəsulzadənin 
məqsədi  ağıllı,  mübariz,  humanist  və  cammat  üçün  işləyən 
insanın  necə  olması  obrazını  yaratmaqdır:  «Mən  gəzib,  öz 
əqidəmi, öz fikrimi deyəcəyəm. Həmin fikrimi demək üstündə 
az  bəlalar  görməmişəm:  ata  ilə  aramız  dəyib,  bəzi  cəmaət 
hesab 
olunanların 
nəzərindən 
düşmüşəm, 
uşkoldan 
qovulmuşam,  lakin  bunların  hamısını  qəbul  eləyib, 
bildiyimdən  geri  qalmayacağam.  Mən  öz  fikrimi  deməsəm, 
özümü  günahkar  bilərəm.  İnsan  cəmaət  yolunda  hər  bir 
şeydən keçsin» (29, 216). Gəncin bu fikirləri ilə razılaşmayan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
282 
282 
mənfi qəhrəman deyir ki, nahaqq yerə həlak olmaq istəyirsən. 
Onun  fikrincə,  camaat  yolunda  candan  keçməyin  heç  bir 
faydası  yoxdur.  Əvəzində  müsbət  qəhrəman  (Məhəmməd 
Əmin) - camaatdan artıq heç bir şey yoxdur deyir: «Doğrusu, 
cəmaətimiz 
cahildir, 
avamdır, 
xeyrini-şərini 
bilmir, 
əmmamələrə,  medallara,  tapançalara,  pula  itaət  edir,  həqq  və 
həqiqətə  səbr  etmiyor.  Bunlar  hamısı  düzdür.  Hərgah  bunlar 
olmayaydı, hər bir şey yerli-yerində olaydı, onda daha bizə nə 
ehtiyac, onda  daha  nə  lazım  gəliyordu  ki, cəmaəti öz həqqini 
bilməyə, qara qüvvələrə itaət etməməyə çağırasan. 
Sizin  dediklərinzdə  bilmərrə  məntiq  yoxdur.  Siz  diyorsunuz 
ki,  "cəmaət  bilmiyor,  bildirmə,  biləndə  deyərsən".  Bunu,  bir 
nəfər  müstəbidin  dilindən  eşitsəydim,  bir  o  qdər  təəccüb 
etməzdim. Çünki böylə bir məntiq ilə ancaq onlar razı olarlar. 
Cəmaətin ziyalı, mərifətli bir üzvü isə gərək desin ki: "Cəmaət 
bilmiyor,  bildir,  deməsən,  bilməz".  Qoy  əvvəl  dəfə  səni 
döysünlər,  vursunlar,  sözünü  eşitməsinlər,  eybi  yoxdur.  
Axırda bilərlər, həqq hər halda qələbə edər» (29, 217). O yazır 
ki,  bütün  insanlar  kimi,  müsəlmanlar  arasında  da  azad  fikirli 
insanlar  ola  bilər.  Müsəlmanların  azad  fikirli  insanlara 
çevrilməsi  üçün,  sadəcə  onlarla  işləmək  lazımdır.  O  yazır: 
«Mədəniyyət əkmək üçün müsəlman cəmaəti necə münbit bir 
torpaqdır.  Ancaq  tədbirli  əkinçi  lazımdır  ki,  bu  yerləri  şum 
eyləyib  əksin.  O  əkinçilər  də  biz  millət  cavanlarıyıq.  Bizə 
vacibdir  ki,  heç  bir  müaminət  və  çətinliyə  baxmayıb,  var 
gücümüz  ilə  çalışaq  ki,  cəmaətimizi  düçar  olduğu  fəlakətdən 
xilas edək. 
Hər  sahibi-vicdan  olan  kimsə  guşi-ibrət  ilə  qulaq  assa, 
məzlumların naləsini,  yetim uşaqların fəryadını, zülm altında 
əzilən  əhalinin  istimdadını  eşitməyə  bilməz!  Bunları 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
283 
eşitməmək  üçün  kar  olmalıdır,  gözümüzün  önündə  aclıq  və 
fəlakətləri  görməmək  üçün  kor  olmalıdır,  mənəvi  kar  və 
mənəvi  kor  olmalıdır.  Hər  kəs  ki  kar  deyil,  hər  kəs  ki  kor 
deyil, hər kəsin ki bədənində gizlətdiyi qəlb daş parçası deyil, 
dövrəmizi  tutan  bu  dəhşətli  mənzərə  içində  sakit  otura 
bilməəz» (29, 218). 
Rəsulzadə  böyük  bir  əxlaqi  keyfiyyətlə  yazır  ki,  humanist 
insan  camaat  yolunda  mübarizə  aparan,  əxlaqlı,  dəyərli  bir 
insan olmalıdır. 
O, 1910-cu illərin ortalarında «İqbal» qəzetində nəşr etdirdiyi 
«Tənqid  və  təqriz»  silsilə  məqalələrində  də  etik  və  estetik 
məsələlərə xüsusi diqqət yetirir. 
«Təzə  kitablar»  məqaləsində  M.Əmin  dövründəki  mövcud 
ədəbiyyatın tənqidinə bir qədər də geniş şəkildə yanaşır: «Az 
bir  zamandan  bəri  bir  çox  gənclərimizin  və  ürəfamızın 
həmiyyətlə  vücuda  gələn  əsərlərini  görüb  də  şad  olmamaq 
qabil  deyildir.  Məəmafih,  bu  əsərlər  mütaliə  edildiyi  zaman 
insanı bir çox nöqtələr düşünməyə məcbur edir. Məsələn, bir 
əsərin mütailəsində, əcaba bunu yazan nə məqsədlə yazmış və 
yazdığı  zaman  kəndi  iqtidarını  (biliyini,  bacarığını) 
düşünmüşmü?  Əgər  bunu  yapdısa,  yazdığı  əsərin  əfkari-
ümumiyyə  üzərində  nasıl  bir  təsir  buraxacağını  aramış  və 
anlamışmı? Yazdıqlarını kimlər oxuyacaq və nasıl bir iqtidara 
(bacarığa)  malik  olan  kimsələr  mütaliə  edəcək?  Mütaliə 
edənlərə nə surətlə fayda verə biliyoram-deyə təsirlənmişmi?.. 
və ilaxır kimi suallar mütaliə əsnasında hər kəsin xatrinə gəlir 
zənnindəyiz» (50, 176). 
Rəsulzadə  fikirlərinin  doğruluğunu  sübut  etmək  üçün,  həmin 
məqaləsində iki müəllifin yazdığı kitablardan misallar gətirir. 
Rəsulzadə öncə Ağakərim Kərimovun «Nələr lazım?»  yaxud 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə