MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə93/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
284 
284 
«Üç vacibi  şeylər»  əsərini  tənqid edir:  «Bu əfəndi bu vacibli 
kitabında  əvvəlla  elmi,  saniyən  məhəbbəti,  salisən  tərbiyəni 
kəndi millətinə təlqin etmək istəmiş və bunları da şerlə hüsula 
gətirmiş!... Kitabın başında diyorlar: 
Ey olan bərri-bəhrin sahibi 
tək olan pərvərdigar, 
 
 
Et nəzər milləti-müsəlmanə,  
eylə  rəhmət möcizin izhar. 
 
 
Biz müsəlmanın işi  
 
 
 
 
 
Ahü-fəğan, 
dərd 
çəkməkdir, 
 
 
Çıxardıb xoş günün yaddan, 
 
 
 
 
 
Eyləyib fələyə vagüzar… 
 
İştə  şairimizin  şerini  hər  kəs  özü  mülahizə  buyursa 
gərək..  bu  şair  elm  tərifinin  sonunda  daha  bir  çox  həqiqətlər 
çıxarmış: 
Ey Kərim, bəsdir, elə itmami-höccət sən, gözüm, 
Mübtəla ol öz fikrinə, dərsə, məktəbə, dinə yar. 
Nə olar minlərcə mən tək şairlərin pəndindən, 
Get özünə çarə tap, dost və həm qəmxar.. 
 
Həqiqətən əsər sahibi kəndi söylədiyinə  əməl etsə idi, 
daha böyük xidmətlər etmiş olardı. Şair məhəbbət tərifində də 
diyor: 
Məhəbbət meyvəsi bir zəhralud almadır, 
Şirin olur o vaxt içində olmaya kim üsyanı… 
İştə  şairimiz  nə  demək  istədiyini  kəndisindən  başqa  bilən 
olmayacaqdır, zənn edirəm. Mən ki, bir şey anlamadım, ancaq 
acı bir təəssüf deyə bildim» (50, 178). 
Rəsulzadə  həmin  məqaləsində  «Məhəbbəti-madəranə» 
ismində  kitabın  müəllifi  Bakı  Ticarət  məktəbinin  şagirdi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
285 
Əliəjdər  Seyidzadəni  də  tənqid  edir:  «Məzkur  kitabı  oxuyan 
zaman  şagird  əfəndinin  turk,  fars,  ya  ərəb  -  hankısından 
olduğunu anlamaq mümkün deyildir.  Düşündükcə bunları hər 
birindən  olmadığına  hökm  etmək  lazım  gəliyor.  Zira  kitabı 
türkcə  yəni  qiraətə  başlamış  uşaqlar  üçün  yazmaq  istəmiş, 
lakin  türkcə  imla,  inşa  nədir?  -  əsla  bunları  bilməyə  ehtiyac 
hiss  etməmişdir.  Ərəb  və  fars  sözlərini  nasılsa  çoxca 
biliyormuş!» (50, 179). 
Sədinin  «Gülüstan»ını  türkcəyə  tərcümə  edən  Rahil  adlı 
müəllifi  isə  Rəsulzadə  belə  tənqid  edirdi:  «Rahil  əfəndi 
«Gülüstan»ı  türkcəyə tərcümə buyurmuşlardır.  Fəqət mənayə 
bu  yoxsulluq  yenə  qayıdar.  Çünki,  Rahil  əfəndinin  türkcəyə 
döndərdiyi  «Gülüstan»  ilə  Sədinin  «Gülüstan»ı  arasında 
yerdən-göyə qədər fərq vardır... 
Çünki  adını  tərcümə  qoyduğu  kitabda  Rahil  cənabları  sırf 
özünəməxsus  olan  bir  çox  haşiyə  və  təfsirlər  də  əlavə 
eləmişlərdir  ki,  bununla  həm  «Gülüstan»  bəkarətindən  düş-
müş, həm də əsər mübtəzil bir şəkil almışdır. 
«Əsbi-lağər miyan bekar ayəd 
Ruzi-meydan nə kave-pərvari» 
-
 
beytini mütərcim böylə tərcümə ediyor:  
«Arıq  incəbel  at  dava  günündə  işə  gəlir,  nəinki  yoğun 
öküz.  Yəni  hər  mənəm  deyən,  özlərini  rüsvayi-millət  hesab 
edənlər, millət yolunda baş və candan keçməz». 
Halbuki  farsi  bilənlərcə  məlumdur  ki,  bu  beytin  mənası 
ancaq bu ola bilər: «Müharibə günündə kök öküz deyil, arıq at 
işə  yarar».  Burada  «yəni»dən  sonra  gələn  cümlələrin  hamısı 
hədərdir və bilkülliyə zaiddir. «Yəni» - dən əvvəl gələn cümlə 
hər  nə  qədər,  məsələn,  Sədinin  beytinin  tərcüməsinə  bənzəsə 
də türkcə bir tərkib olmaqdan uzaqdır…» (50, 264). Rəsulzadə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
286 
286 
daha  sonra  yazır:  «Sədini  türkcəyə  tərcümə  edə  bilmək  üçün 
hər  halda  türkcə  də  iqtidar  sahibi  olmaq  lazımdır.  Halbuki 
türkcə  qaidələrinə  müvafiq  Rahilin  bir  cümləsi  tapılmaz-
desək, çox da iğrar etmiş olmarıq: 
«Vəqte-zərurət çu nəmanəd giriz 
Dəst begirəd səri şəmşiri-tiz» 
tərcüməsində Rahil yazıyor ki, 
«Zərurət vaxtında qaçmağa macal olmasa 
Kəskin qılıncı əlinə alır». 
 
Qılıncı əlinə kim alır? Cümlənin faili məlum deyildir. 
Xəbər var, fəqət mübtəda məfquddur. Bu qələt isə həm türkcə, 
həm  də  farsı  bilməməkdən  nəşət  ediyor.  Çünki,  Sədi  «Dəst 
begirəd səri şəmşiri-tiz» - diyor, burada «dəst» faildir, beytin 
tərcüməsi  də  böylə  olmalıdır.  «Bizzərurə  qaçmaq  yeri 
olmayınca//Əl kəskin qılıncın qəbzəsinə yapışar».   Burada 
cümlə tamamdır» (50, 266). 
 
Rəsulzadəyə  görə  Rahil  istəyirmiş  ki,  «Gülüstan»dakı 
səlisliyi  və  Sədinin  cümlələrindəki  ahəngi  türkcədə  də 
mühafizə  etsin:  «Bunun  üçün  də  bəzi  yerlərdə  Sədini  sətri 
mənada  tərcümə  etməyə  çalışmış,  hətta  oradakı  səs  və 
qafiyələri  də  qismən  saxlamaq  istəmişdir.  Yalnız  bundan 
qəflət etmişdir ki, hər bir dilin özünəməxsus bir ruh və ahəngi 
vardır. Onu başqa bir dilə nəql edincə ahəngsizliyin ən gülünc 
bir nümunəsi vücudə gəlir» (50, 267). 
«Bustan»  məqaləsində  tərcümə  məsələsinə  yenidən  toxunan 
Rəsulzadə  mahir  bir  tənqidçi  kimi  bu  dəfə  Sədinin  «Bustan» 
əsərini tərcümə edən Əbdülvahab Seyid Zərgəri tənqid atəşinə 
tutur:  «Zavallı  Sədinin  görəcək  günləri  varmış.  «Bustan»  da 
türkcəyə  tərcümə  edilmiş,  bunu,  yaxınlarda  duydum. 
Dostlardan  birisi  bir  nüsxəsini  mənə  verdi,  buna  da  bir  bax, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə