www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
293
tamaşaları da mahir bir ədəbiyyatşünas və teatrşünas kimi
tənqid etmişdir.
1910-cu illərin ortalarında tamaşaya qoyulan «Yezid ibn
Müaviyə» tamaşasından bəhs edən eyni adlı məqaləsində
Rəsulzadə, öncə hər hansı romanın tamaşaya qoyulması üçün
vacib olan amilləri qeyd edir: «Böyük bir romandan bəzi bir
taqım pərdə və lövhələr alıb da, səhnəyə vəz etmək istədikdə,
məncə üç şey həmişə məddi-nəzərdə tutulmalıdır: 1)
müsənnifin təsvir elədiyi lövhələrdən ən canlısını və
hekayənin ən mühüm mövqelərini almaq; 2) romançının
pərvərdə elədiyi ana fikri pərdələr arasında itirməyib bütün
aydınlı ilə becərmək; 3) hekayənin tamamiyyətinə xələl
yetirməyib pərdələr və məclislər arasındakı rabitəyə müvazib
olmaq» (50, 294).
Məsələnin ikinci qismi ilə bağlı tamaşadakı nöqsanı görən
Rəsulzadə yazır: «Romanın qəhrəmanları olan Əbdürrəhman
ilə Səlmanın dilində romana nəzərən əməvilərin xilafəti
şurəviyyət əsasından çıxararaq təvarüs üsuluna salmaları
əleyhində böyük-böyük nifrət və hiddətlər vardır. Pyesdə bu
xüsus çox cüzi və qeyri məri bir surətdə keçişdirilmişdir.
Halbuki, bu an olduqca bəsit verilməli və bu fikir vazeh bir
surətdə bəyan olunmalı idi. Tainki, o canfəda qəhrəmanların
müqəddəs olsa da, şəxs tərəfdarlığı deyil, müqəddəs bir
prinsip qəhrəmanları olduqları bütün parlaqlıqları ilə
görülsün» (50, 295).
Rəsulzadə tamaşadakı aktyorlar və aktrisaların rolları,
hərəkətləri, geyimləri və s. məsələlərlə də bağlı fikrini
bölüşür: «Şərifov məczub və aşiq bir cavan rolunda olduğunu
hiss ediyor. Deyə bilərəm ki, rolunu tamamilə anlıyordu…
Qəmərlinski hiyləgər və müstəbid bir saray intriqasının təbii
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
294
294
bir müməssili idi. Geyimi, tərz və ətvarı əzəlatının idarəsi ilə
goftarı tamamilə roluna müvafiq idi. Yezid ibn Müaviyəni
təmsil edən Sarabski bəzi həşviyyatdan (şarj) özünü
saxlasaydı, birinciliyə bəlkə də yaxın olacaqdı. Fəqət nə
edərsən ki, mövqe və məharətinə namünasib bəzi ifratlar ilə
bu müvəffəqiyyəti əldə edə bilmədi. Səhlidar rolunu tamamilə
korladı. Hələ «güman eləmə ki, mən piyanam» - deməsilə
qeyri-qabili-təshih bir xəta işlətdi. Sanki, Yezid əsrində Şamat
bir rus əyaləti imiş də, oradakı ərəblərin qarınlarına vodka
(araq), dillərnə də rus kəlmələri keçmişdir» (50, 296-297).
Rəsulzadə tamaşadakı yeganə xanım aktrisanı da tənqid edir:
«Olinskaya xanım üzünü gizlətməyə daha çox möhtac,
mövqeyi-xətərdə, sadə bir ərəb qızı, müsafir, həm də inqilabçı
və idealist bir adam olduğunu nəzərə alaraq, ona görə
geyinməli, brilyant üzüklərini evdə qoymalı idi… Bunlar
qəhrəman və canfədadırlar; bəzəkləri, niyyətlərinin ülviyyəti
və qəlblərinin cəsarətindən ibarət olmalıydı. Hər halda
brilyant üzüklərdən deyil, Şümür Səlma ilə müaşiqə etdiyi
zaman Olenskaya xanım səhnədəkindən daha ziyadə pür qeyz
və həyəcan keçirməli, daha şiddətli lənətlər yağdırmalı idi»
(50, 297).
Başqa bir məqaləsində «Əhdə vəfa» tamaşasını tənqid edən
Rəsulzadə, təbiət mənəzərəsinin səhnədə təsvirindən narazı
qaldığını yazır: «Hələ birinci pərdədə göstərilən təbiət
mənzərəsi, çobanın neyi, quzuların, qoyunların mələməsi,
Rəcəbin mahiranə oxuması, nə qədər tam bir təsir bəxş
ediyordu. Arnaudların qırmızı və ağ dolağı fəs əvəzinə başlar-
ında kiçik kasavari bir ağ sərpuş, bığları böyücək, qurşaqları
da ənlicə olsaydı, tamaşaçılar tam arnaud qifayəsi seyr
edəcəklərdi. Axırdakı otaq çox üryan və əlavə olaraq peçi də
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
295
zaid idi. Oraya türkiyəvari bir neçə nimkət və fərşlər
qoyulsaydı təbiiraq olardı. Fəqət uzaq bir məmləkətin qeyri
aşina qiyafə və mənzərlərini təsvirdə bu qədər cüzi nöqsanlar
əlbəttə ki, dünən gecə gözlərimizə şairanə bir həzz verən o
səhnələri qiymətdən salamaz» (50, 304). Tamaşadakı
oyunçularla bağlı Rəsulzadə yazır ki, bütövlükdə artistlərdən
razıdır: «Oynayanlara gəlincə bütün artistlərdən razı olmamaq
mümkün deyildir… Rəcəb və Dəmirbəy rollarını oynayan
Abbas Mirzə Şərifov həqiqətən də artistlik istedadı
göstəriyorlar. Rollara o qədər yaranıyorlar ki, tamaşasından
tam təbii bir təsir hasil oluyor. Fəqət nə qədər təəssüf
ediyoram ki, bu pyesdə iki rol götürmüşlərdi ki, bir-birinə tam
zidd idi. Bu isə oyunlarının məharətindən hasil olan təsiri heç
şübhəsiz ki, naqis buraxıyordu… Miruşə də bir az ləhcə
nöqsanı olmaqla bərabər, bəd oynamadı. Arvad rollarını ifa
edənlərdən cənab Süheyli də (Vahidə) şayani-təqdir idi…»
(50, 304-305).
Rəsulzadə başqa bir səhnələşdirilmiş əsər olan «Əsli və
Kərəm»i tənqid edirsə də, müsbət tərəflərini də göstərir:
««Əsli və Kərəm» bir yerə cəm etmiş olduğu Şərqi və Qərbi
nəğmələrdən başqa mənə bir şey nöqteyi-nəzərindən daha çox
yaxındı. Bu da orada mühüm bir yer tutmuş olan «türk
havası»dır», saz havası» (50, 306). Ona görə «milliyyət hissini
itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq
Kərəmdə, Koroğluda və bunun əmsalındakı nəğmələrdə o
qədər ülvi hisslər və o qədər geniş zövqlər vardır ki, onu
ancaq saz nəğməsilə oxunduğu zaman hekayə qəhrəmanının
dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak
ürəklərimiz anlaya bilərlər» (50, 306).
Dostları ilə paylaş: |