www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
302
302
və tamaşaların oynanılması və s. cəlb olunmasında müstəsna
rol oynamışdır. AXC dövründə elm, təhsil, mətbuat və
maarifləndirmə işi ilə bağlı parlamentdə qəbul olunmuş
qanunlarda
Rəsulzadə,
lideri
olduğu
"Müsavat"ın
nümayəndələri ilə birlikdə böyük fədakarlıqlar göstərmiş,
1919-cu
ildə Bakı Dövlət Universitetinin təməlinin
qoyulmasında müstəsna rol oynamışdır. Onun redaktoru olduğu
mətbu orqanlar ("Təkamül", "İrani-nov", "Tərəqqi" "Açıq söz",
"Odlu Yurd", "Azəri-Türk", "Qurtuluş" və s.), bu qəzetlərdə
yazdığı yüzlərlə məqaləsi yeni Azərbaycan nəslinin yetişməsinə
mühüm təkan vermişdi. Bu gün də həmin məqalələr elmi-
fəlsəfi, ictimai-siyasi, dini, etik, estetik və s. sahələrdə öz
aktuallığını qoruyub saxlamaqda, yeni nəsil üçün mühüm
əhəmiyyət kəsb etməkdədir.
M.Ə.Rəsulzadənin yaradıcılığında ən çox diqqəti çəkən məsələ-
lərdən biri də, erməni vəhişiliyinin ifşası olmuşdur. Bolşevik,
şovinist ruslarla erməni daşnaklarının, terrorçularının iş
birliyini vaxtında anlayan və onların iç üzünü hələ ötən əsrin
əvvəllərində açmağa başlayan Rəsulzadə, bütün yaradıcılığı
boyu bu məsələyə zaman-zaman toxunmuşdur. Eyni zamanda
Rəsulzadə ermənilərin yalnız Azərbaycan türklərinə deyil,
Türkiyə türklərinə, bütövlükdə isə türk dünyasına qarşı
apardıqları terrorçu, barbar siyasəti bir çox məqalələrində
qələmə almışdır. O, ermənilərin ötən əsrin əvvəllərində və
AXC-nin süqutundan sonra Azərbaycan türklərinə qarşı
etdikləri soyqırımları konkret faktlarla sübut etmişdir.
O, SSRİ-nin əsl simasının açılmasında da böyük rol
oynamışdır. Sovet Rusiyasının indiki MDB-yə daxil olan
xalqlara, o cümlədən Azərbaycan türklərinə qarşı həyata
keçirdiyi işğalçı siyasəti vaxtında görən Rəsulzadə, bütün
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
303
varlığı ilə buna qarşı çıxmış, dünya ictimaiyyətinin diqqətini
buna yönəltməyə çalışmışdı. M.Əmin Stalin rejiminin əsil
mahiyyətini ifşa etməkdən nəinki çəkinmiş əksinə, bunu,
məqalələrində, sosial-siyasi fəaliyyətində açıq şəkildə büruzə
vermişdir. SSRİ-nin əsas ideologiyası olan bolşevizm,
sosializm və kommunizmin mahiyyətini bəşəriyyətə çatdıran
Rəsulzadənin özü isə, marksizmə söykənən sosial-demokrat
ideyalarının yalnız sosial bərabərlik tərəfini qəbul edib.
Azərbaycanda milli-siyasi partiyaların yaranmasında da
Rəsulzadənin rolu danılmazdır. O, Azərbaycan tarixində ilk
siyasi partiyanın – «Hümmət»in qurucularından biridir. Milli
ideologiyanın daşıyıcısı olan «Müsavat» partiyasının lideri və
ideoloqu kimi Rəsulzadə Azərbaycanda çoxpartiyalılığın
tərəfdarı, parlamentli ölkənin ideya daşıyıcısı olmuşdur. Onun
bu ideyaları müasir dövrdə mövcud olan partiyaların əsas təməl
prinsiplərini təşkil edir.
Rəsulzadə müasir Azərbaycan dövlətinin başlıca ideyalarını
təşkil edən ideologiyanın yaradıcısı və qurucusudur. Bu gün
Azərbaycan dövlətinin əsas atributlarından olan bayrağımızın
simvolları - türkçülük, çağdaşlıq və islamçılıq, eyni zamanda
aypara və
səkkizguşəli ulduz M.Əminin ideyalarının
nəticəsidir. Rəsulzadənin yaradıcılığında türkçülüyün çox
böyük fəlsəfi-siyasi anlamı var. Türkçülük - bu yalnız bir
millətin azadlığı uğrunda mübarizəsi ilə məhdudlaşmayıb,
bütün azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Eləcə
də Azərbaycan dövlətinin dilinin türk (indi Azərbaycan dili)
dili olması, milli bayrağın qəbul olunması, parlamentə seçkilər,
milli ordunun yaranması və s. məsələlər AXC hakimiyyəti
dövründə qəbul olunmuş ən mühüm qərarlardan yalnız bir
neçəsidir. Şübhəsiz ki, Rəsulzadə bu işlərdə aparıcı rollardan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
304
304
birini oynamış, AXC-nin birmənalı şəkildə lideri olmuşdu.
1917-1920-ci illərdə Azərbaycan cəmiyyətinin siyasiləşmiş və
siyasətdən uzaq olan bir çox təbəqələri tərəfindən qəbul edilən
M.Ə.Rəsulzadə, bu dövrdə yeganə siyasi xadim, şəxsiyyət olub
ki, sollar, sağlar və mərkəzçi qüvvələrin əksəriyyəti də onun
cəmiyyətdəki mövqeyini, nüfuzunu, öndərliyini qəbul ediblər.
Buna səbəb isə Rəsulzadənin türkçülüyü, sosial-demokratiyanı,
islamı və çağdaşlığı tam, bütöv şəkildə götürməsi olub. Bu
baxımdan o, hamı tərəfindən qəbul edilən milli-demokrat, siyasi
lider, xalqın öndəri idi. Belə olmasaydı, Rəsulzadəni
bolşeviklər, menşeviklər, eserlər, bitərəflər, millətçilər və b.
Azərbaycan Milli Şurasına sədr seçməzdilər. Azərbaycanın
müstəqilliyni bütün dünyaya bəyan edən də Rəsulzadənin
başçılıq etdiyi Milli Şura olub. AXC-nin qurulmasında və onun
fəaliyyətində Rəsulzadənin xüsusi yeri, rolu olub. O, AXC-ni
qurmaqla xalqın özünə olan inamını bir daha bərpa edib, Şərq,
müsəlman və türk dünyasında ilk demokratik cümhuriyyət
qurulmasının nümunəsini göstərib. Demokratik cümhuriyyətin
ideologiyasının nəzəri və praktik banilərinin başında duran
Rəsulzadə sübut edib ki, müstəqillik yalnız zorakılıq, inqilab
yolu ilə deyil, irəli sürülən siyasi-ideoloji, elmi-fəlsəfi
prinsiplərin, aparılan düzgün siyasətin nəticəsində də əldə edilə
bilər. Qeyd edək ki, Rəsulzadə və onun silahdaşlarının
Cümhuriyyət üçün müəyyənləşdirdiyi daxili və xarici siyasət,
bu gün mövcud olan Azərbaycan Respublikasının yerinə
yetirdiyi daxili və xarici siyasi prinsiplərindən demək olar ki,
fərqlənmir. Onun banisi olduğu AXC, bugünkü Azərbaycan
Respublikasının birmənalı şəkildə varisidir. Bu varislik isə
yalnız mənəvi deyil, həm də siyasi-hüquqi xarakter daşıyır.
Dostları ilə paylaş: |