MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə98/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   92   93   94   95   96   97   98   99   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
299 
etməlidir.  Bir  neçə  belə  rollara  daha  girsə  Ərəblinski  intihar 
etmiş olacaqdır» (50, 419). 
Ancaq  Rəsulzadə  bəzi  rolların  yaxşı  ifa  olunduğunu  da  etiraf 
edir:  «Zöhrabın  rolu  daha  vazeh  və  daha  maraqəngiz  idi. 
A.Şərifov  bu  gözəl  rolu  jözəl  də  ifa  etdi.  Bu  gecə  nəzərlərin 
mərkəzi  deyə  bilərəm  ki,  Şərifov  idi.  Gülsabah  xanım  kiçik, 
fəqət  qəşəng  rolunu  (Kürdafərid  rolunu)  nə  qədər  lətif  bir 
surətdə ifa etdi. Türk Azərbaycan həqiqətləri daxilində hələlik 
bundan  artığını  göstərmək  də  olmaz»  (50,  420).  Rəsulzadə 
Nəriman  Nərimanovun  eyni  adlı  dramı  əsasında  tamaşaya 
qoyulan  «Nadir  şah»  əsərini  də  etik  və  estetik  zövqlə  tənqid 
edirdi.  Onun  fikrincə  bütövlükdə  "Nadir  şah"  oyunu  gözəl 
keçib:  "Mənzərələr,  qiyafələr,  oyunlar,  pyesdəki  keçirməkdə 
olduğumuz  tarixi  vaqeələr  nöqteyi-nəzərindən  mövcud  olan 
əhəmiyyət  və  bəzi  dövlət  idarəsinə  aid  olan  lüzumlu  fikirlər 
əl-ələ verib tam bir müvəffəqiyyət vücuda gətirir və hər kəsdə 
bizdə dramanın dirildiyinə aid bir ümid oyadır idi» (50, 497). 
Ancaq  Rəsulzadə  tamaşada  bəyənmədiyi  və  nöqsan  tutduğu 
məsələləri də göstərirdi. Onun fikrinə görə, Nadir şah rolunu 
oynayan H.Ərəblinski bu dəfə uğur qazana bilmədi:  «Hüseyn 
get-gedə  məətəəssüf  artmaqda  olan  xasiyyətlərindən  naşi 
layiqli  bir  Nadir  şah  tipi  verə  bilmədi.  Artistlərdə  əsab  çox 
dəfə həssas olur. Fəqət Ərəblinski bir parça əsabdan ibarətdir. 
Başladımı,  həmən  bir  boyuna  bağırıb-çağırıb  gediyor.  Bir 
«qramofonizm»  hasil  ediyor.  Ax  bu  «qramofonizm» 
olmasaydı da Ərəblinski də bir az aram və bir az «intenasiyon- 
səsini dəyişdirmək» olsaydı, o vaxt şəksiz ki, faciənin baş rolu 
olduqca  mükkəməl  çıxacaq  və  yanımızda  oturan  müəllif 
cənabları,  bu  dəfə  ki,  müşahidəsinin  əksi  olaraq  yazarkən 
təsəvvür  elədiyi  Nadiri  həmən  görə  biləcəkdi»  (50,  497). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
300 
300 
Rəsulzadə  razı  qaldığı  və  zövqünə  oxşayan  aktyor  kimi,  bu 
dəfə,  Sidqini  göstərir:  «Bu  gecənin  ən  müvəffəqiyyətli 
aktyoru  məncə  yeni  bir  qüvvə  olan  Sidqi  cənabları  idi…  Bu 
cavan  qüvvədə  həqiqətən  də  böyük  bir  aktyorluq  qüvvəsi 
vardır. Girdiyi rolları tamamilə dərk ediyor. Oyunu, tələffüzü 
də mükkəməldir» (50, 498).   
Dövründəki bəzi ədəbiyyat nümunələrini, tamaşaları, operaları 
mahiranə  şəkildə  tənqid  edən  Rəsulzadənin  hərtərəfli  bir 
mütəfəkkir olması şübhəsizdir. 
M.Ə.Rəsulzadənin  etik  və  estetik  baxışları  formaca  milli, 
məzmunca  isə  bəşəridir.  Bu  fikri  təsadüfən  qeyd  etmirik. 
Onun  bütün  ictimai-siyasi  yaradıcılığı  buna  əsas  verir. 
Rəsulzadənin əxlaqi şüuru nə qədər millidirsə, bir o qədər də 
bəşəridir.  Bunu  eyniliklə  mütəfəkkirin  estetik  baxışlarına  da 
aid  etmək  olar.  Rəsulzadənin  irsinin  milli  və  bəşəri  xarakter 
daşıması da təsadüfi deyil. Bu baxımdan Rəsulzadənin etik və 
estetik  baxışları  onun  elmi  yaradıcılığında  çox  mühüm  yer 
tutur.  Onun  milli  dəyərlər  əsasında  Avropa,  Amerika 
cəmiyyətinin  mənsub  olduğu  dəyərlərə  də  sahib  olmağın 
mümkünlüyü  haqqındakı fikirləri də maraqlıdır. Ancaq milli 
etik, 
estetik 
dəyərlərə 
söykənmədən 
avropalaşmaq, 
qərbləşmək  doğru  olmazdı.  Bunu  öz  dövründə  yaxşı  görən 
Rəsulzadə  xüsusilə  qeyd  etmişdir  ki,  bəşəri  dəyərləri  milli 
dəyərlərlə  uzlaşdıran  zaman,  sonuncunu  tamamilə  unutmaq, 
sıradan çıxartmaq yanlış bir addım olar. Rəsulzadə hesab edir 
ki,  bəşəri  dəyərləri  mənimsəməklə  yanaşı,  heç  zaman  milli 
dəyərlər ona qurban verilməməlidir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
301 
NƏTİCƏ 
 
Azərbaycan  xalqının,  türk  dünyasının  böyük  mütəfəkkiri, 
görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin ictimai-siyasi, elmi-
fəlsəfi  yaradıcılığını  ümumiləşdirəndə  aşağıdakı  nəticələrə 
gəlmək olar. 
Əvvəlcə  millətinin  azadlığını  yalnız  sosial-demokratiyanın 
bütün dünyada qələbəsi ilə bağlayan, sonralar sosializmə milli 
ideoloji  xətdən  daha  çox  sosial  bərabərlik,  insan  haqları 
baxımından 
önəm 
verən 
Rəsulzadə 
başqa 
sosial-
demokratlardan  fərqli  olaraq  cəmiyyətdəki  bərabərsizliyin 
aradan  qaldırılmasının  əsaslarını  yalnız  sinfi  mübarizədə 
görməyib.  Sosial-demokrat  ideyasını  o,  mücərrəd  gələcəkdən 
daha çox real bir cəmiyyətin prinsiplərinə çevirməyə çalışıb. İlk 
dövrlərdə  sosial-demokrat  ideyalarını  beynəlmiləl  hədəfə 
çevirən  M.Ə.Rəsulzadə  çox  keçmir  ki,  onu  milli  dövlətin  bir 
hissəsinə  aid  edir.  M.Ə.Rəsulzadənin  birmənalı  şəkildə  qəbul 
etmədiyi  sosializm  isə,  bolşeviklərin  «sosialist»  ideyaları  və 
marksizmin radikal müddəaları olub.  
Rəsulzadə həm də maarifçi və publisist bir şəxsiyyət olmuşdur. 
Bu onun bütün yaradıcılığı boyu, fasiləsiz şəkildə özünü büruzə 
vermişdir.  Gənc  yaşlarında  yazdığı  ilk  məqaləsindən  xalqının 
maariflənməsinə  son  dərəcə  həssas  diqqət  göstərən  M.Əmin, 
soydaşlarının  məktəblərə  cəlb  olunmasında,  müəllimsizlik 
problemlərinin  aradan  qaldırılmasında  birbaşa  və  ya  dolayısı 
şəkildə iştirak etmiş, özünün əvəzsiz töhfələrini vermişdir. Elm, 
maarif  və  təhsillə  bağlı  sahələrdə  Rəsulzadənin  gördüyü  işləri 
sadalamaqla  bitməz.  Üstəlik,  böyük  mütəfəkkir  sahibkarların 
xeyriyyə işlərinə – məktəblərin tikilməsi, şagird  və tələbələrin 
təhsil alması (Azərbaycanda və Azərbaycandan kənarda), opera 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə