MahġRƏ naği qizi çapar kazimli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə40/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
123 
mənaca  növləri,  fel,  onun  quruluşca  növləri,  təsdiq  və  inkar 
fellər,  təsirli  və  təsirsiz  fellər,  qrammatik  məna  növləri,  felin 
zamanları, təsriflənən formalar(şəkillər), təsriflənməyən forma-
lar,  idi,  imiş  hissəcikləri,  zərf  və  onun  quruluşca  və  mənaca 
növləri,  omonimliyi  kimi  məsələlərin  alim  tərəfindən  şərhi 
keçilmiş biliklərin şagirdlərin hafizəsində bir daha canlandırıb 
sistemə salmaq və möhkəmləndirmək məqsədi daşıyır. 
Vəsaitin  “Köməkçi  nitq  hissələri”  bölməsində  qoşma, 
bağlayıcı,  ədat,  modal  sözlər,  nida  barədə  verilən  məlumatlar 
Azərbaycan dili dərslərində keçilənlərin şagirdlərin hafizəsində 
daha da möhkəmlənməsinə xidmət edir. 
Müəllif  “Sintaksis”  bölməsində  söz,  söz  birləşməsi  və 
cümlə, söz və söz birləşmələrinin oxşar xüsusiyyətlərini, cüm-
lələrlə  bağlı  xüsusiyyətləri,  söz  birləşməsi  və  cümlənin  oxşar 
və  fərqli  xüsusiyyətlərini  diqqətə  çatdırır.  Bu  bölmədə  izah 
olunan  ismi  birləşmələr  (təyini  söz  birləşmələri),  feli  birləş-
mələr, sintaktik əlaqələr, cümlə və onun məqsəd və intonasiya-
ya  görə  növləri,  cümlə  üzvləri,  baş  üzvlər  (mübtəda,  xəbər), 
ikinci dərəcəli üzvlər (tamamlıq, təyin, zərflik), əlavələr, həm-
cins  üzvlər,  ümumiləşdirici  sözlər,  həmcins  mübtədalar,  xitab, 
ara  sözləri,  sadə  cümlə,  cümlənin  şəxsə  görə  növləri,  şəxsli 
cümlələr,  qeyri-müəyyən  şəxsli  cümlələr,  ümumi  şəxsli  cüm-
lələr,  şəxssiz  cümlələr,  adlıq  cümlələr,  söz-cümlə,  mürəkkəb 
cümlə və onun növləri, tabesiz mürəkkəb cümlələr və bu cüm-
lələrin tərkib hissələri arasındakı məna əlaqələri, tabeli mürək-
kəb  cümlələr,  baş  və  budaq  cümlə,  budaq  cümlənin  növləri  – 
mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, tamamlıq budaq 
cümləsi, təyin budaq cümləsi, zərflik budaq cümlələri, şərt bu-
daq  cümləsi,  qarşılıq-güzəşt  budaq  cümləsi,  vasitəsiz  və  vasi-
təli nitq, sitatlar abituriyentin bilik səviyyələrini inkişaf etdirir. 
Vəsaitin “Dil və dilçilik“ bölməsində verilən dil haqqında 
ümumi məlumat, dilin funksiyaları, yazı, dilçilik və onun elm-
lər içərisində yeri, Azərbaycan dili, türk dilləri ailəsi, Azərbay-
can dilinin morfoloji quruluşu, dil və mədəniyyət, dil və xalqın 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
124 
tarixi,  Azərbaycan  dilinin  quruluşu  kimi  mövzuların  şərhi  ana 
dilimizin dərindən öyrənilməsi üçün zəngin imkanlar verir. 
Vəsaitin  “Nitq  mədəniyyəti”  ,  “Ədəbi  dilin  normaları”, 
“Üslubiyyat”,  “Azərbaycan  ədəbi  dilinin  üslubları”  ,  “Əməli 
yazı  nümunələri”  bölmələrindəki  təqdim  olunan  materiallar 
şagirdlərə  tam  orta  məktəblərdə  Azərbaycan  dilindən  verilən 
biliklərin möhkəm mənimsənilməsinə kömək edir. 
Beləliklə, vəsaitdə təqdim olunan materiallar abituriyent-
lər  tərəfindən  asan  mənimsənilir.  Vəsaitdə  dilimiz  haqqında 
elmi təsəvvürlər dürüstləşdirilir və dərinləşdirilir. Burada veri-
lən elmi məlumatlar abituriyentlərin nitq və təfəkkürünün inki-
şafına yaxından kömək edir. Bir sözlə, kitabda verilən elmi ma-
teriallar hafizələrdə uzun müddət qalır, yaddaşlardan silinmir.   
 
     


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
125 
MÜASĠRLƏRĠ PROF. KAMRAN ƏLĠYEV 
HAQQINDA 
 
1. BĠR KĠTABIN ƏKS-SƏDASI 
 
Filologiya  elmləri  doktoru,  professor  Kamran  Əiyevin 
“Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” (Elmi redak-
toru:  filologiya elmləri doktoru, professor  İsrafil  Abbaslı) mo-
noqrafiyasının  çapından  bir  ildən  çox  vaxt  keçir.  Bu  bir  il 
ərzində  müxtəlif  elm  və  sənət  adamları  ilə  bu  və  ya  digər  şə-
kildə fərdi görüşlərimiz olub. Bu görüşlərimizdə söhbətlərimizi 
çox  vaxt  ədəbiyyatşünaslığımızın  elmi–nəzəri  məsələləri 
üzərində  kökləmişik.  Söhbətlərimizdə  eyni  zamanda  təzəcə 
çapdan çıxan əsərlər də müzakirə obyektinə çevrilib. İstedadına 
və  təfəkkür  qabiliyyətinə  şübhə  etmədiyimiz  elm  və  sənət 
adamları  yekdilliklə  vurğulayıblar  ki,  prof.  K.  Əliyevin  “Epo-
sun  poetikası:  “Dədə  Qorqud”  və  “Koroğlu”  monoqrafiyası 
Azərbaycan ədəbi-elmi fikrində yeni bir hadisədir. 
Alimin  “Dədə  Qorqud”  və  “Koroğlu”  adlı  iki  hissədən 
ibarət olan monoqrafiyasında hər iki eposla bağlı aparılan təd-
qiqatlar  ümumiləşdirilir,  bu  vaxta  qədər  araşdırılmayan  mə-
sələlər tədqiqat predmeti kimi götürülür. 
“Dədə Qorqud” eposunun poetikasını bütün incəliklərinə 
qədər  mükəmməl  şəkildə  tədqiq  və  təhlilə  cəlb  edən  alim 
əvvəlcə  etnopoetika  məsələlərinə  aydınlıq  gətirir.  Məlum  olur 
ki,  “etnopoetika”  anlayışı  dünya  elmi  fikrində  son  dərəcə 
yenidir  və  bir  elm  kimi  onun  açdığı  imkanlar  hələlik  kifayət 
qədər  öyrənilməmişdir.  Eyni  zamanda,  həmin  anlayışın  ehtiva 
etdiyi  məna  və  məzmun  hələ  bu  termin  ortaya  çıxmamışdan 
çox-çox əvvəl bir çox tədqiqatçıların diqqətindən yayınmamış-
dır.  Təəssüf  ki,  bu  diqqət  bəzən  ötəri,  bəzən  dolayı,  bəzən  də 
hiss edilməz dərəcədə olub, gizli formada özünü göstərmişdir. 
Aydın məsəslədir ki, bədii düşüncə birdən-birə doğulmur 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
126 
və  reallığa  çevrilən  bədii  fakt  və  nümunələr  də  birdən-birə 
yaranmır. Onun təkamülü və formalaşması xeyli vaxt və zaman 
tələb edir. Bununla bərabər, bədii düşüncənin məzmun və ifadə 
planı  aid  olduğu  etnosun  təbiətindən  kənarda  deyil.  Əslində, 
etnopoetika  bədii  düşüncə  ilə  etnosun  təbiəti  arasındakı  əlaqə 
və  təması  öyrənən,  bu  əlaqə  və  təmasın  xüsusiyyət  və  əlamət-
lərini meydana çıxaran bir elm sahəsi kimi qavranılır. 
Alim onu da xatırladır ki, yazılı ədəbiyyat nümunələri ilə 
müqayisədə  folklor  örnəkləri  etnopoetika  müstəvisini  tam 
aşkarlamaq  üçün  daha  çox  xammal  ehtiyatlarına  malikdir. 
Başqa  sözlə,  folklor  irsi  ilə  etnopoetika  arasındakı  məsafə 
yazılı  ədəbiyyatla  etnopoetika  arasındakı  məsafədən  çox-çox 
qısadır  və  xalq  yaradıcılığı  nümunələri  bədii  düşüncə  ilə 
etnopoetika arasında ən qısa körpüdür. 
“Dədə  Qorqud”  eposunda  qədim  türk  şeirinin  qısa  həcm-
liliyi,  az  hecalılığı  çoxlu  sayda  nümunələr  əsasında  elmi  və 
nəzəri aspektlərdən ardıcıllıqla izlənilir. Aydın olur ki, ən qədim 
və ilk türk şeiri qoşa misralı şeirdir. Hətta vəzn baxımında da ilk 
şeirin  qısa  şeirlər  olduğu  fikrini  də  prof.  K.  Əliyev  təsdiqləyir: 
“Heca  vəzni  meydana  çıxarkən  əvvəlcə  onun  qısa  ahənglər 
doğuran  vəznləri  vücuda  gətirmişdir.  Bu  vəznlər  üç  ilə  yeddi 
arasındadır. İlk dəfə qısa vəznlərin vücuda gəlməsi pək təbii idi. 
Çünki  çox  vaxt  bəsit  bir  dərəcədə  olan  dil  birdən-birə  güc  və 
mürəkkəb parçalı ( duvaqlı) vəznləri yaratmazdı” (Əmin Abid).  
Şeirimizin qədim köklərini dərindən araşdıran alim uzun 
illər  nəsr  formasında  oxuculara  təqdim  olunan  parçaların 
asanlıqla  nəzmə  çevrilə  bilmə  imkanlarını  üzə  çıxarır  və 
bunları şərtləndirən amillərə xüsusi diqqət  yetirir. Belə qənaət 
hasil  edilir  ki,  türk  poetik  fikrinin  inkişaf  tarixində  bir  misra 
digər  bir  misranı  axtarıb  tapmaqla  qoşa  misralı  ilkin  şeiri 
yaradırsa, qoşa misra da öz tayını tapıb dördlük formasını təsbit 
edir.  Ümumiyyətlə  şeirin  formalaşmasında  heca,  bölgü  və 
misra  baxımından  olmasa  da,  qafiyə  baxımından  müəyyən 
mürəkkəblik вardır. Prof. K. Əliyev bу qənaətin ardınca həmin 


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə