MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
130 
məsi tədqiqatçıdan böyük məharət tələb edir. Elə buna görə də 
prof. K. Əliyev boylar arasındakı yaxınlıq və əlaqələri yüksək 
səviyyədə  qabartmış,  onların  təhlil  və  şərhini  əyani  formada 
Beyrək obrazı ilə bağlı məsələlərdə bir daha bütün aydınlığı ilə 
nümayiş  etdirmişdir.  Alimə  görə,  “Dədə  Qorqud”  eposunun 
poetikasının,  oradakı  bədii  strukturun  doğru  və  düzgün  açılışı 
Beyrək obrazının təhlilindən xeyli dərəcədə asılıdır. Tədqiqatçı 
monoqrafiyada  Beyrəyin  həyatı  və  taleyini  digər  döyüşkən 
qəhrəmanlarla  müqayisə  etmiş,  həmin  qəhrəmanlarla  Beyrək 
arasında  nəzərə  çarpacaq  dərəcədə  oxşar  və  fərqli  məqamları 
eposda dürüst şəkildə ortaya çıxara bilmişdir.  
Mürəkkəb, çoxlaylı obraz strukturuna malik olan “Koroğ-
lu” eposunun poetikasının da müəyyən məqamlarının ciddi elmi 
araşdırmaya ehtiyacı var idi. Məsələn, götürək, igidliyin mahiy-
yət və məzmununун rəmzi kimi eposda işlənən “dəli” anlayışını. 
Alim  bu  anlayışa  mifopoetik  aspektdən  yanaşaraq  göstərir  ki, 
eposda “dəli”  anlayışı üç məqamı ehtiva edir: birincisi, igidlik; 
ikincisi, axmaqlıq; üçüncüsü, igidliklə axmaqlığın qovuşuğu.  
Eposun  mətnində  “dəliqanlılıq”,  “dəli  nərə”,  “dəlisov-
luq”,  “dəli  könül”  kimi  anlayışların  doğurduğu  mənaları  təd-
qiqatçı  düzgün  kodlaşdırmış,  Koroğlunun  öz  könlünü  “dəli 
könül”  adlandırması  onun  dəli  nərəsinə,  dəli-  dolu  igid  kimi 
tanınmasına, bəzən dəlisovluq eləməsinə və bütövlükdə dəlilər 
dəlisi olmasına da tam uyğun gəldiyini göstərmişdir. 
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasının müəy-
yən  elementlərini  yüksək  professionallıq  və  istedad  meyarları 
ilə üzə çıxarır. Onun eposda ilk dəfə say etibarilə beşinci qolda 
“Koroğlunun  Ərzurum  səfəri”  qolunda  görünən  Aşıq  Cünun 
obrazı  ilə  bağlı  düşüncələri  də  ciddi  əhəmiyyət  kəsb  edən 
məsələlərdəndir.  Ərzurumlu  Cəfər  paşanın  xidmətində  duran 
Aşıq  Cünunn  Çənlibelə gəlişinin  əsas  səbəbini  açıqlayan  alim 
bu  aşığın  eposun  poetikasında  son  dərəcə  zəruri  funksiyaların 
daşıyıcısı  olduğunu  göstərir.  İgidlərin  –  dəlilərin  yanında  bir 
dəli  aşığın  olması  isə  Koroğlunu  bitkin  və  mədəni  cəmiyyətin 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
131 
təmsilçisi kimi dəyərləndirir. 
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasını bir neçə 
istiqamətdə  araşdırmışdır.  Bu  istiqamətlərdən  biri  də  eposda 
bədii  məkanın  xarakteri  məsələsidir.  Tədqiqatçı  eposda  sim-
volların, işarələrin, ifadələrin, sözlərin altında yaşayan məkan-
ları xaraktercə üç mühüm məqamla təyinləyir: real məkan, ara 
məkan  və  ideal  məkan.  Real  məkan  paşaların  hakim  olduğu 
İstanbul,  Ərzincan,  Rum,  Qars,  Toqat  və  başqalarıdır.  İdeal 
məkan  isə  heç  vaxt  dəyişmir.  Bu,  Çənlibeldir.  Real  məkanla 
ideal məkan arasında keçid xarakteri daşıyan bir ara məkan da 
mövcuddur ki, bu, konfliktin həlli məkanıdır. 
“Koroğlu”  eposunun  aparıcı  xüsusiyyətlərindən  biri  də 
igidliyin  və  qəhrəmanlığın  təntənəli  şəkildə  ifadəsidir.  Bu 
ifadəetmənin  əksər  məqamlarını  çözələyən  prof.  K.Əliyevin 
eposdakı fiziki gücün semantikası ilə bağlı araşdırmaları da çox 
maraqlıdır və əminik ki, fiziki güclə bağlı bu mənalandırmalar 
eposşünaslıqda zəruri bir problemin həlli kimi qarşılanacaqdır. 
Biz prof. K.Əliyevin “Eposun poetikası: “Dədə Qorqud” 
və “Koroğlu” monoqrafiyasının nələrə qadirliyini, çoxcəhətlili-
yini  beləcə  dəyərləndirdik.  Əlbəttə  ki,  bunlar  çox  azdır.  Kam-
ran  müəllimin  qələmini  qiymətləndirən,  istedadına,  zəhmət-
keşliyinə,  milli  mədəniyyətimizə  bağlılığına  yaxşı  bələd  olan 
elm  adamları da mənəvi sərvətimizin  ehtiva vüsətini əyani  şə-
kildə  özündə  təcəssüm  etdirən  bi  orijinal  və  çox  lazımlı  kitab 
haqqında  müxtəlif  mətbu  orqanlarda  dəyərli  fikirlər  söyləyib-
lər. Götürək, tarixçi-etnoqraf alimimiz Xəliyəddin Xəlillinin 
“Kredo”  qəzetinin  30  iyun  və  7  iyul  2012-ci  saylarında  dərc 
etdirdiyi “Ġctimai elmlərin yenidən yaradılması istiqamətin-
də yeni bir addım” məqaləsini. Bu məqaləni diqqətlə oxuduq-
dan  sonra,  doğrusu,  daxili  bir  razılıq,  daxili  bir  fərəh  hissi 
keçirdik. Ona görə bu hissləri keçirdik ki, Xəliyəddin müəllim 
həm ictimai elmlərin yenidən yaradılması, həm də Kamran Əli-
yevin sözügedən monoqrafiyası barədə dəyərli fikirlər söyləyir.  
Tarixçi  və  etnoqraf  alim  Xəliyyəddin  Xəlilli  “İçtimai 


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
132 
elmlərin  yenidən  yaradılması  istiqamətində  yeni  bir  addım” 
məqaləsində Kamran Əliyevlə ilk tanışlığından, onunla qurulan 
münasibətlərinin  köklərindən,  bu  münasibətləri  dərinləşdirən 
“Yalquzaq”  povestinin  əsas  rolundan  söhbət  açır:  “Kamran 
Əliyevlə  aspirantlıq  illərindən  tanış  idim,  xoş  münasibətimiz 
var  idi.  O,  Naxçıvan  özəl  Universitetinin  prorektoru  olanda 
mən  də  baş  müəllim  idim.  Elə  münasibətlərimiz  də  buradan 
başladı.  Lakin  münasibətlərimizi  dərinləşdirən  əsas  amil  onun 
1998-ci ildə nəşr etdirdiyi “Yalquzaq” povesti oldu.  
Ruhu  sarsıntılar,  məyusluq,  məğlubluq  hissi  keçirdiyim 
günlərdə  oxuduğum  bu  əsər  məni  təlatümə  gətirdi,  mənə  ya-
şam, yaradıcılıq ruhu və mövzu verdi. Onun yaratdığı “Yalqu-
zaq”  obrazı  məni  elə  silkələmişdi  ki,  əsərdə  çatışmazlıq,  hər 
hansı  bir  nöqsan  görə  bilmirdim.  Lap  uzaq  keçmişimə,  gənc-
liyimə  qayıtmaq,  yenidən  bədii  ədəbiyyata  keçmək  fikrinə  də 
düşdüm. Bədii yazılarımın əlyazmasını oxuyub, nəşrini məslə-
hət bilməyən, böyük şəxsiyyəti və bənzərsiz qələmi ilə seçilən 
xalq yazıçısı Sabir Əhmədovun cərrah bıçağıtək sərt təsiredici 
sözləri: “Xəliyyəddin, sən hamı kimi  yazırsan, hamı kimi  yaz-
maqdan pis şey yoxdur, hamı kimi yazanlar, gəncləri, ümumən 
oxucuları  bədii  ədəbiyyatdan  uzaqlaşdırırlar.  Bu  tip  yazıçılar 
Azərbaycanda  bədii  ədəbiyyatı  ölümcül  vəziyyətə  gətirmişlər, 
sən də onlara qoşulsan...” sözləri qulağımda səsləndi. Bu sözlər 
“Yalquzaq”  povestinin  oyatdığı  bədii  ədəbiyyata  qayıtmaq 
fikrindən imtinaya məcbur etsə də, yalquzaq ideyasının simvo-
lunun  Azərbaycan  xalqının  milli  təfəkküründə  tarixi  funksi-
yasını obyektiv şəkildə dərk etmək, milli tariximizdə onun ye-
rini  müəyyən  etmək  yanğısı  süurumda  sönməz  bir  istəyə  çev-
rildi. Beləliklə, mən “Yalquzaq” povestinin təsiri altında “Türk 
xalqlarının  mənəvi,  tarixi  qələbəsini  təmin  edən  “Bozqurd” 
(“Dədə Qorqud” jurnalı, 2003, №3) məqaləsini yazdım. Bura-
dan isə, bütün ideyaları bozqurd mənəviyyatı üzərində qurulan 
“Dədə Qorqud” oğuznaməsinin tədqiqinə keçdim. 
Sonra mən Kamran bəyin “Hüseyn Cavid: həyatı və yara-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə