MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix20.08.2018
ölçüsü3,96 Mb.
#63726
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
142 
Prof. K.Əliyevin bu qiymətli əsərinə tarixçi alimlərimiz də 
fikirlərini  bildirmişlər. Tarix  elmləri  namizədi  Maarif  Xalıqlı 
“Bütöv  Azərbaycan”  qəzetinin  18-24  iyul  2012-  ci  il  sayında 
dərc  etdirdiyi  “Poetika  məsələlərinə  yeni  baxıĢ”  məqaləsində 
Kаmran  Əliyevin  ədəbiyyatşünaslıq,  folklorşünaslıq  kredosunu 
belə  müəyyənləşdirir:  “Kamran  müəllim  ilk  növbədə  məşğul 
olduğu  elm  sahəsinin  yaranma  tarixinə  nəzər  salır,  etnopoetika 
sahəsinin  hələ  yeni  olduğunu,  yetərincə  tədqiq  olunmadığını 
göstərir  və  çəkinmədən  özü  bu  yeni  yolla  getməyə  qərar  verir. 
Yəni bir görkəmli alim kimi müəllif yeni bir yol açaraq folklor-
şünaslıqda, ədəbiyyatşünaslıqda bununla həm də  gələcək tədqi-
qatlara müasir elmi yanaşma metodu baxımından da əlverişli im-
kanlar açır. Əlbəttə ki, bütün böyük alimlər, görkəmli tədqiqat-
çılar özlərindən sonra gələcək tədqiqatçılara – gənc alimlər nəs-
linə  bu  cür  yeni  və  geniş  yollar  açmışlar.  Prof.  Kamran  Əliyev 
də məhz bu cür xoşbəxtliyə nail olmuş alimlərimizdəndir”. 
Tarixçi alim M. Xalıqlı prof. K. Əliyevin təhlil və tədqiq 
obyektlərini  lap  bünövrədən  götürdüyünü  “Kitabi-Dədə  Qor-
qud” və “Koroğlu” eposlarına zərifliklə, həssaslıqla, dəqiqliklə 
yanaşdığını, problemlərin spesifikasını müəyyənləşdirdiyini və 
yalnız  belə  işıqlandırmadan  sonra  bilavasitə,  müstəqil  surətdə 
qarşıya  qoyduğu  problemi  həll  etdiyini  və  elmi-nəzəri  ümu-
miləşdirmələrə  doğru-dürüst  nail olduğunu vurğulayır. O, belə 
qənaətə gəlir ki, Kamran müəllim istər “Kitabi-Dədə Qorqud”, 
istərsə  də  “Koroğlu”  eposunun  poetikasını  hərtərəfli  izləmiş, 
maraqlı  və  özünəməxsus  fikirlər  irəli  sürmüş  ,  indiyədək  filo-
loji arenada mövcud olmayan tapıntılar əldə etmişdir. 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Qalib  Sayılovun  “Əda-
lət” qəzetinin 05-12 iyul 2012-ci sayında dərc etdirdiyi “Alimin 
yeni kitabı” məqaləsində də prof. K.Əliyevin monoqrafiyası bü-
tün sanbalı, vüsəti ilə götürülür və kitab müəllifinin incə mətləb-
ləri dəqiqliklə göstərməsi, fikri sərrast ifadə etməsi bütün cəhət-
ləri ilə şərh edilir. Q. Sayılov məqalənin girişində göstərir ki, ki-
tabda Azərbaycan ədəbiyyatında, eləcə də mədəniyyət tarixində 


____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
143 
mühüm yer tutan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposları-
nın poetikasından bəhs olunur. Hər iki eposun geniş tədqiqatlara 
cəlb edildiyi, müxtəlif aspektlərdən izah edildiyi belə bir vaxtda 
bu mövzu öz aktuallığı, yeniliyi ilə diqqəti cəlb edir.  
Məqalədən aydın olur ki, Qalib Sayılov prof. K. Əliyevin 
bu monoqrafiyasını diqqətlə oxuyub. Elə buna görə də ədəbiy-
yatşünas alimin kitabda qaldırdığı problemləri incəliklərinə qə-
dər  izah  edir,  münasibətini  bildirir  və  sonda  fikirlərini  belə 
ümumiləşdirir: “Müəllif ayrı-ayrı ciddi problemlərin təhlilində, 
şərhində  öz  fikrini  əsaslandırmaq  üçün  dastanların  müxtəlif 
hissələrindən  gətirilən  nümunələrlə  ətraflı  məlumat  vermiş, 
hətta  bu  sahədə  araşdırma  aparmış  tədqiqatçıların  mübahisəli 
fikirlərinə,  bəzi  faktlara  öz  qəti  fikrini  bildirmişdir.  İki  böyük 
eposun  bəzi  xüsusiyyətlərinin  müəyyənləşdirilməsində,  onun 
poetik  sisteminin  təhlilini  vermək  baxımından  bu  kitab  alimin 
böyük uğurudur”. 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Oruc  Əliyev  “Ədəbiy-
yat” qəzetinin 21 aprel 2012-ci il sayında dərc etdirdiyi “Epos 
poetikasının  tədqiqi”  məqaləsində  ilk  öncə  prof.  K.Əliyevin 
yaradıcılığına qısa şəkildə ekskurs edir və bundan sonra alimin 
“Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” monoqrafiya-
sının geniş təhlilinə başlayır. Məqalə müəllifinin əksər fikirləri 
bizim  üçün  əlamətdar  göründü.  O,  doğru  olaraq  vurğulayır  ki, 
alim  “Dədə  Qorqud”  və  “Koroğlu”  dastanlarında  qəhrəmanlıq 
motivlərini  araşdırmaqla  bu  eposlarda  qaranlıq  qalan  bir  çox 
cəhətlərə  aydınlıq  gətirmişdir.  Oruc  Əliyevin  məqaləsində  ki-
tab  haqqında  hərtərəfli  mövqe  nümayiş  etdirilir.  Başqa  sözlə, 
məqalə  müəllifi  kitabda  qaldırılan  problemlərə  bircə-bircə 
münasibətini  bildirir  və  prof.  K.Əliyevin  fikirləri  ilə  öz  fikir-
lərini qarşılıqlı əlaqədə oxucuya təqdim edir. 
Bu  sətirlərin  müəllifləri  –  filologiya  üzrə  fəlsəfə  doktoru 
Mahirə  Hüseynova  və  araşdırıcı  Çapar  Kazımlı  “Bütöv 
Azərbaycan”  qəzetinin  16-22  may  2012-ci  il  sayında  dərc 
etdirdikləri  “Epos  poetikasına  dair  fundamental  monoqra-


Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
144 
fiya” adlı məqalədə prof. K.Əliyevi Azərbaycan filologiyasının 
inkişafı naminə ağlını və ziyasını qətrə-qətrə əridən, professio-
nal dəst-xətə malik, poetik və ictimai fikir tariximizin ayrı-ayrı 
maraqlı,  lakin  nisbətən  az  öyrənilmiş  səhifələrini  araşdıran, 
filologiyamızda  mübahisə  doğuran  vacib  və  aktual  məsələlərə 
vaxtında münasibət bildirən alim kimi səciyyələndirirlər və bu 
görkəmli  alimin  “Eposun  poetikası:  “Dədə  Qorqud”  və  “Ko-
roğlu”  moniqrafiyasını  elmi  inandırıcılığına,  mədəni  irsə  hör-
mət  və  etimadına  görə,  ən  başlıcası  milli  mövcudiyyətimizin 
tədqiqi baxımından misilsiz dərəcədə qiymətli əsər hesab edir-
lər. Müəlliflər məqalədə prof. K.Əliyevin həm “Dədə Qorqud”, 
həm  də  “Koroğlu”  eposlarının  poetikası  ilə  bağlı  tədqiqat  isti-
qamətlərini təyin edir və sonda belə qənaətə gəlirlər ki, bu gün 
mübaliğə etmədən deyə  bilərik ki,  bizim folklorşünaslar içəri-
sində  poetika  problemləri  ilə  ciddi  və  işgüzar  şəkildə  məşğul 
olan böyük alimlərimiz var. Prof. K. Əliyev də belələrindəndir. 
Biz  alimin  “Eposun  poetikası:  “Dədə  Qorqud”  və  “Koroğlu” 
monoqrafiyasını bu sahədə fundamental əsər hesab edirik. 
TanınmıĢ  tədqiqatçı  və  publisist  Ġslam  Sadığın  “Tə-
zadlar” qəzetinin 02. 08. 2012- ci il və 04. 08. 2012-ci il say-
larında dərc etdirdiyi “Təzə baxıĢ, yeni görüntülər”, həmçinin 
“Ədəbiyyat  qəzeti”nin  9  noyabr  2012-ci  il  sayında  dərc 
etdirdiyi  “Epos  poetikasına  təzə  baxış”  irihəcmli  məqalərində 
prof. Kamran Əliyevin bu əsəri yüksək dəyərləndirilir. Məqalə 
müəllifi  yazır:  “Dünya  epik  sənətinin  iki  zirvəsi,  iki  şah  əsəri 
olan “Dədə Qorqud” və “Koroğlu” eposları iki yüz ilə yaxındır 
ki,  Azərbaycandan  kənarda  və  Azərbaycanda  tədqiqat  obyekti 
kimi daim diqqət mərkəzindədir. Bu da onunla bağlıdır ki, hər 
iki  eposun  poetikası  çox  zəngindir,  tədqiqatçılar  üçün  açdığı 
imkanlar  geniş  və  tükənməzdir.  “Dədə  Qorqud”  və  “Koroğlu” 
eposları dönə-dönə öyrənilsə də, araşdırılsa da, onlara yenidən 
müraciət etmək, hər dəfə təzə fikir söyləmək mümkündür. Filo-
logiya  elmləri  doktoru,  professor  Kamran  Əliyevin  “Eposun 
poetikası: “Dədə Qorqud “ və “Koroğlu” kitabını tərəddüd et-


Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə