215. İnflyasiyanın tam məzmunu özünü aşağıdakılardan hansında əks etdirir? (Çəki: 1)
a) qiymətlərin səviyyəsinin uzun müddətli artım tempi
b) məcmu tələblə məcmu təklif arasında tarazlığın pozulması nəticəsində
qiymətlərin ümumi səviyyəsinin artması
c) büdcə kəsirinin artması ilə əlaqədar qiymətlərin qeyri-proporsional artımı
d) istehlak mallarının istehsalının azalması nəticəsində qiymətlərin artımı
e) gəlirlərin həcminin artması nəticəsində qiymətlərin artımı
216. Qiymətlərin aşağıdakı hansı artım sürəti sürətli inflyasiyaya aiddir? (Çəki: 1)
a) il ərzində qiymətlərin artım sürəti 10%-ə qədər
b) 10%-dən 50%-ə qədər
c) 50%-dən 500%-ə qədər
d) 500%-dən yuxarı
e) 10%-dən 500%-ə
217. Məcmu tələb məcmu təklifdən yüksək olan zaman baş verən inflyasiya: (Çəki: 1)
a) təklif inflyasiyası
b) xərclər inflyasiyası
c) tələb inflyasiyası
d) struktur inflyasiya
e) açıq inflyasiya
218. Məsrəflərin ümumi həcminin artması ilə bağlı inflyasiyanın səbəblərini öyrənən
nəzəriyyə:
a) xərclər nəzəriyyəsi
b) gözləmə nəzəriyyəsi
c) təklif nəzəriyysi
d) yığım nəzəriyyəsi
e) tələb nəzəriyyəsi
219. Ölkə iqtisadiyyatının əksər sahələrində tələblə təklif arasında uzunmüddətli tarazlığın
pozulması ilə əlaqədar qiymətlərin ümumi səviyyəsinin artması: (Çəki: 1)
a) deflyasiya
b) tarazlığın pozulması
c) inflyasiya
d) inhisarçılıq
e) tənzimlənmənin pozulması
220. Fiskal siyasət tədiyyə balansına aşağıdakı istiqamətlərdə təsir edir: (Çəki: 1)
a) investisiya həcmi və faiz dərəcəsi
b) vergi səviyyəsi və investisiya həcmi
c) gəlir səviyyəsi və faiz dərəcəsi
d) idxal və ixracın həcmi
e) idxal və ixracın nisbəti
221. Fəal antiinflyasiya siyasətinə aiddir: (Çəki: 1)
a) Dövlət xərclərinin artırılması
b) Vergi dərəcələrinin azaldılması
c) İqtisadiyyatın strukturunun yenidən qurulması
d) A, B və C
e) Heç biri düz deyil
222. Lauqulerin “Təklif iqtisadiyyatı nəzəriyyəsi” hansı problemin həllini nəzərdə tutmurdu?
a) vergilərin azaldılması
b) təklifin stimullaşdırılması
c) büdcənin sağlamlaşdırılması
d) sosial proqramların dondurulması
e) inflyasiyanın tənzimlənməsi
223. İnflyasiyanın mövcudluğunu və səviyyəsini müəyyənləşdirən vacib, mühüm iqtisadi
göstərici:
a) qiymət indeksi
b) qiymət səviyyəsi
c) qiymətin dövlət tənzimlənməsi
d) qiymətin bazar tənzimlənməsi
e) bazar qiymətləri
224. Açıq inflyasiya hansı formalarda təzahür edir? (Çəki: 1)
a) qiymət inflyasiyası və gözləmə adaptasiya olma inflyasiyası
b) sürüşən inflyasiya və xərclər inflyasiyası formasında
c) tələb inflyasiyası, xərclər inflyasiyası və struktur inflyasiyası formasında
d) hiper inflyasiya, təklif inflyasiyası və tələb inflyasiyası formasında
e) heç biri düz deyil
225. Aşağıdakı amillərdən hansı tələb inflyasiyasını yarada bilər? (Çəki: 1)
a) dövlət büdcə kəsirinin artması
b) neftin qiymətinin artması
c) istehlaka meyllilik həddinin azalması
d) əhalidən tutulan gəlir vergisinin artırılması
e) kommunal xidmət qiymətlərinin artırılması
226. Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar versə:
a) bu zaman istehsalçının mənfəəti azalır
b) bu zaman istehsalçının mənfəəti artır
c) bu zaman istehsalçının mənfəəti sabit qalır
d) bu zaman büdcə ödəmələri artır
e) bu zaman kredit faizləri yüksəlir
227. İstehsal xərclərinin yüksəlməsi ilə qiymətlərin artması nəticəsində baş verən inflyasiya:
a) tələb inflyasiyası
b) xərclər inflyasiyası
c) təklif inflyasiyası
d) struktur inflyasiya
e) açıq inflyasiya
228. Təklif inflyasiyasını yarada bilən səbəb:
a) dövlət büdcə kəsirinin artması
b) ölkə tədiyyə balansının kəsirinin artması
c) əmək haqqı səviyyəsinin artması
d) xalis ixracın çoxalması
e) ticarət balansının mənfi saldosu
229. Mübadilə kanallarının əmtəə kütləsi ilə təmin edilməyən həddən artıq kağız pullarla
doldurulmasıdır, bu: (Çəki: 1)
a) sürətli inflyasiyadır
b) mülayim inflyasiyadır
c) inflyasiyanın kəmiyyət nəzəriyyəsidir
d) inflyasiyadır
e) heç biri düz deyil
230. Qiymətlərin ümumi səviyyəsinin artımının sabit meyli, bu: (Çəki: 1)
a) inflyasiya
b) mülayim inflyasiya
c) inflyasiyanın kəmiyyət nəzəriyyəsi
d) sürətli inflyasiya
e) Oyken qanunu
231. “Dövlətin qarşısında qoyulan məqsədlər, onun sərəncamında olan vəsaitlərdən çox
olmamalıdır” nəzəriyyəsi kimə aiddir: (Çəki: 1)
a) Y.Tinbergen
b) P.Samuelson
c) D.Nort
d) U.Mitçel
e) T.Veblen
232. Mövcud dövrdə ölkədə dövriyyədə olan ödəmə vəsaitlərinin məcmusu yəni tədavüldə
olan pulun kütləsi: (Çəki: 1)
a) pul bazası
b) pul kütləsi
c) pula olan tələb
d) pul təklifi multiplikatoru
e) pul təklifi