182
«Fəhlələr əsgərlər təki Vətənin sütunudur, dayağıdır. Fəhlələrin
hüququna təcavüz edən əllər kəsilməlidir. Cahana bərabərlik, qardaşlıq, ədalət
şüarını atan fəhlələrdir. Cəfalət və aclıq bəlası fəhlələri məhv edir. Xəstələnir,
müalicə yeri yoxdur. Dərmansız-davasız ölürlər. Çox yerdə 8 saat əvəzinə 14
saat işləyirlər. Elə şeylər var ki, adam eşidəndə tükləri biz-biz olur».
* * *
Müharibəni udmaq üçün həzrəti Əyyubun səbri, Rüstəm Zalın dəmir
əsəbləri, bir də həzrət Süleymanın xəzinəsi lazımdır.
Gecələr polis paltarında evləri qarət edirlər. Üç nəfər tutulub, edam
ediləcəkdir».
* * *
«Neft alış-verişi və bez alıb-satmaq tif xəstəliyi olub bütün
Azərbaycanı bürümüşdür. Tacir, məşədi, həkim, vəkil, müəllim, xan, dəllək,
seyid, kərbəlayı, baqqal, şair, dəllal, hacı, məmur, bəy, hamı və hər kəs ticarətə
qoşulub».
* * *
«Şəriət müəlliminin savadı xarici dildədir, nə türkcə, nə farsca və nə
də ərəb dili və hürufatı bilir, özü də kefli, görəsən şəriətdən nə dərs deyir?».
* * *
- «İngilis gəlir və polkovniklərinin, bağça-bağla üzbəüz atları
saxlanan
tövlələrdəki axurlardan ac uşaqlar şokolad və kişmiş götürmək istədikdə,
soldatlar tutub bərk kötəkləyiblər».
* * *
«Yağış vaxtı küçələrdə palçıq xirtdəyəcən çıxır. Dörd at bir boş
faytonu çəkə bilmir. Arvadları hamballar dallarında bir səkidən o biri səkiyə
zorla, çətinliklə keçirdirlər».
* * *
«Yasovuldan valiyə, nazirə qədər hamı rüşvətxordur. Nazirin rüşvət
aldığı əynindəki
paltar bəxşişdir, cibindəki pul mükafatdır».
* * *
«Maaş müəllimə çatana qədər pul qiymətdən düşüb, zibilə dönür.
Müəllimlər ziyadə acı və məşəqqətli həyat sürürlər».
* * *
«Qroznıdakı yanğından neft yanıb 10 milyon manat qızıl pulla xəsarət
vermişdir».
* * *
«Xarici dil bilməyən müsəlman dövlətliləri saxladıqları xarici
qadınlara (aşnalarına) görəsən eşqlərini
necə əyan, izhar edirlər?».
* * *