Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   95   96   97   98   99   100   101   102   ...   110

211 
 
İyirmi  bir  saata  gedib  çatdıq  «Kuli»  mayakına.  Gecə  idi.  İşıqları 
keçirdik.  Girdik  körfəzə.  Mayakın  yanında  iki  düşmən  gəmisi  dayanmışdı.  O 
həndəvərə  getmək  olmazdı.  Vadar  olub  yolumuzu  saldıq  Bıkoviç  körfəzinə. 
Səhər tezdən çatdıq Krasnovodskiyə. 
«Ediçka»nı  təmir  edib  qurtaranda  patron  dolu  qutuları,  çoxlu  tüfəng, 
bomba  yükləyib  bizi  geri  yole  saldılar  və  dedilər  ki,  birbaşa  hərbi  limana 
gedərsiz. Bakıya çatanda gördük ki, Çingiz İldırım bizi hərbi limanda gözləyir. 
Bir  dəfə  yoldaşlarımızdan  biri  -  Süleyman  oğlu  Baba  Həştərxandan 
güclü pul gətirəndə ingilislər hiss edirlər. Baba görür ki, vəziyyət xarabdır, ələ 
keçsə  güllələyəcəklər,  özünü  itirmir,  qayığı  sürür  birbaşa  hərbi  limana. 
Körpüyə  qalxanda  əli  silahlı  jandarm  zabiti  qabağını  kəsir.  Baba  nə  olar-olar 
deyib qoltuq cibindən çıxartdığı pul bükümünü uzadır zabitə: «Tez ol, - deyir, - 
əsgərlərdən  çağır,  dəmir  qutuları  daşıtdır  küçəyə!».  Pul  bükümünü  görəndə, 
zabitin gözləri çıxır kəlləsinə, yəqin ki, ömründə o qədər pul görməyibmiş. Tez 
iki əsgər səsləyir, əmr edir ki, bağlı dəmir qutuları körpüdən küçəyə daşısınlar. 
Baba  əsgərlərə  də  xərclik  verir.  Zabit  cəld  fayton  saxlayıb,  qutuları  yüklədir. 
Babanı  oturdur,  özü  də  əlində  silah  ayaq  qoyan  dayanacaqda  durub,  şəhərə 
yollanır və Babanı aradan çıxardır. 
Səhəri  gün  Süleyman  oğlunu  tutub  gətirirlər  əks-kəşfiyyat  idarəsinə. 
Onu  orada  on  gün  saxlamışdılar.  Soruşurlarmış:  «Həştərxandan  nə 
gətirmisən?»  «İntibahnamələr  hardadır?»,  «Pullar  hardadır?»,  «Nə  qədərdir?». 
Baba inkar edir, deyir ki, mən Bakıdan çıxmamışam. «Pul nədir?», «Həştərxan 
nədir?..».  Qonşusu  qoca  rus  arvadını  çağırıb  tuturlar  sorğu-suala.  Qoca  arvad 
deyir ki, həzrət İsanın ruhuna and olsun, bu yazığı həmişə evdə görmüşəm. 
O  zaman  Mirfəttah  Musəvi  «əkskəşfiyyat»da  rəis  müavini  idi.  O  işi 
birtəhər ört-basdır etdirir. Babanı buraxırlar. 
Meyxanada qətl.  Professor  Hadı  Əliyevdən  bir  dəfə  bolşevik  qardaşı 
Haşımın faciəsi barədə soruşdum. O kədərləndi:  «Haşım məndən bir neçə yaş 
böyük  idi.  1892-ci  ildə  doğulmuşdu.  Realnı  məktəbdə  oxuyurdu, 
xəstələndiyindən  7-ci  sinifdən  çıxası  oldu.  Dövlətli  uşaqlarına  dərs  deyib,  pul 
qazanırdı. 
Bizim  təlim-tərbiyəmizə  İbad  dayım  baxırdı.  Maddi  kömək  edirdi. 
Dayım  Orconikidze  ilə  dost  idi.  Haşım  1915-ci  ildə  bolşeviklər  partiyasına 
daxil olmuşdu. Caparidze ilə də dost idi. Tez-tez evimizə gələrdi. Soltan Məcid 
Əfəndiyev  də,  Tağı  Şahbazi  də...  Haşım  dilmanclıq  edib  Caparidzenin 
müsəlmanların yığıncağında dediyi nitqləri azərbaycanca camaata başa salırdı. 
1918-ci  ildə  Nərimanovla  Narginə,  əsirlərin  vəziyyətini  yoxlamağa  o  da 
getmişdi. Komissiyanın üzvü idi». 
«Böyük tətil olanda Haşım komitənin sədr müavini idi. Başına köhnə 
panama  qoymuşdu  ki,  tanımasınlar.  Evə  gəlmir,  Maştağaya  gedirdi,  orada 
qalırdı. Fəhlə konfransında  Qoqoberidze  sədr,  Haşım  müavin  idi. 


212 
 
Firqə  tərəfindən  Tağıyev  fabrikasına  təhkim  olunmuşdu.  Partiyanın 
pullarını ona etibar etmişdilər. 
O da gətirib verirdi anama ki, saxlasın. Anam da gizlədirdi». 
«Hacıbəy  Seyidbəyov  Haşımı  və  Mirfəttah  Musəvini  1919-cu  il, 
sentyabrın  5-də  «Новы  Свет»  restoranında  öldürmüşdü.  Seyidbəyov  dəmir 
yolu teleqrafxanasının rəisi idi. Qubernatora qohumluğu çatırdı, özü mühəndis 
idi.  Mirfəttah  Musəvi  əksinqilabla  mübarizə  idarəsində  rəis  müavini  işləyirdi.    
Vağzalda  kommunist  yoldaşlarını  Tiflisə  yola  salıb  gedirlər  limana.  Oradan 
Həştərxana benzin aparacaq barkazı yola salandan sonra üçlükdə «Новы Свет» 
restoranına  gəlirlər.  Qonşu  stolda  Seyidbəyov  bir    qadın  və  bir  kişi  ilə  şam 
edib, şərab içirlərmiş». 
«Aralarında  mübahisə  düşür.  Seyidbəyov  tapançanı  çıxardıb  onlara 
atəş  açır.  Haşımla  Mirfəttahı  öldürür.    Qoqoberidze qarnından  yaralanır.  Dəfn 
mərasimi  sentyabrın  7-də  Qurban  bayramı  günü  oldu.  Küçə-bazarı  qurban 
kababının iyi bürümüşdü. Üstünə  qırmızı parça salınmış qoşa    mafəni  əllərdə 
aparırdılar.   İki cavanın şəkillərinin çərçivələrinə qara parça sarınmışdı. Mədən 
və zavodlardan yüzlərlə fəhlə və işçi gəlmişdi. Mitinqdə danışanlar saniyə ağır 
cəza tələb etdilər.    Mafələri parlaman binası qabağında saxladılar. Əliheydər 
Qarayev eyvanda olan müsavat nazirlərinə əlini uzadıb, qışqırdı: «Bu qurbanlar 
sizə baha tamam olacaq». 
Dörd  ay  sonra  Hacıbəy  Seyidbəyovdan  əlli  min  manat  girov  alıb, 
məhkəməyə  qədər  zaminə  buraxdılar.  Bu  məsələ  camaatın  bərk  narazılığına 
səbəb  oldu.  Parlamanda  qatilin    həbsdən    nə    üçün    buraxıldığı  barədə  sorğu 
verildi.  «Hümmət»  təşkilatından  parlaman  üzvü  tribunadan  dedi:  «Əksinqilab 
Dağıstanı  işğal  etdikdə,  necə  həyəcanlı  günlər  keçirdiyimizi  yaxşı  bilirsiz. 
Bilirsiniz ki, o vaxt qara qüvvələrlə mübarizə nə qədər çətin və qorxulu idi. Bu 
yolda  çalışan  gərək  öz  çanından  keçəydi.  Biz  qorxmadıq,  bunu  bilirdik. 
Hökumətə  köməkdən  qaçmadıq,  ən  çalışqan  yoldaşlarımızı  əksinqilabla 
mübarizəyə səfərbər etdik. Mirfəttah Musəvi və Haşım Əliyev yoldaşlarımız bu 
işdə  çoxlu  düşmən  qazandılar.  Axırda  onları  qətl  etdilər.  Biz  gözlədik  ki, 
hökumət  canini,  qatili  cəzalandırar.  Qəzetlərə  yazmağa  qoymadılar,  mitinq 
keçirməyə qoymadılar. Hökumət söz verdi ki, qatili cəzalandıracaq. İndi isə pul 
alıb,  onu  buraxıblar.  Ağ  terrora  qırmızı  terrorla  cavab  verə  bilərik.  -  Böyük 
həyəcanla, - heç insafdır ki, iki gənc yoldaşımız öldürülsün, biri də yaralansın, 
özü  də  dörd  aydan  sonra  cani  həbsdən  çıxsın.  Şəhərdə  gözümüzün  qabağında 
gəzsin. Qan satılır. Biz bilmək istəyirik ki, hökumət bu xüsusda nə deyir? Biz 
bu  tribunadan  açıq  deyirik  ki,  hərgah  hökumətdən  cavab  çıxmazsa,  bizi  qane 
etməzlərsə, ağ terrorun qabağına qırmızı terror çıxardacayıq». 
Parlaman  sədri  sorğuya  cavab  vermir,  bahalıq  və  başqa  məsələlərin 
müzakirəsinə keçir. 
Qatil İrana qaçır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə