Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

 
61 
QARABAĞ ƏDƏBİ MÜHİTİ VƏ 
MOLLA PƏNAH VAQİF 
 
M.P.Vaqif  yaradıcılığında  araşdırılmalı  problemlərdən 
biri  böyük  şairin  yaradıcılığının  mühit  kontekstində  təhlilidir. 
Əlbəttə  Azərbaycan  ədəbiyyatının  tarixinə  fikir  verdikdə  mü-
hitlər səviyyəsində sənətkarların araşdırılması ciddi bir faktura 
ilə xarakterizə olunur. Hələ XIV əsrdə M.Əvhədi vurğulayırdı 
ki,  “Cüneydi,  Bağdadı  neyləyirsən  yad,  budur  Cüneydin,  bax 
bu  da  Bağdad”  (83,  236).  Bütünlükdə  Təbriz  və  Marağa 
timsalında  deyilənlər  özlüyündə  böyük  bir  mədəniyyəti 
sərgiləyir.  Şərqdə  baş  verən  prosesləri  izlədikdə  daha  çox 
mühitlər  səviyyəsində  ədəbiyyatın  zənginləşməsi,  sinxron  və 
diaxron müstəvilərdə inkişafı özünü göstərir. Burada M.Əvhə-
dinin  vurğuladığı  Cüneyd  və  Bağdad  islam  mədəniyyətinin 
çiçəkləndiyi  mərkəzlərdəndir.  İslamın  ilk  gəlişində  Məkkə  və 
Mədinə  bir  mədəniyyət  ocağı  kimi  daha  böyük  canlanma  ilə 
müşahidə  olunurdusa,  sonrakı  dövrlərdə  artıq  yeni  ocaqların 
formalaşması,  mühitlərin  inkişafı  müşahidə  olundu.  Səlcvuq-
ların hakimiyyəti dövründə Nizaməlmülkün istəyi ilə yaradılan 
Nizamiyyə  mədrəsəsinin  fəaliyyəti  və  sonrakı  mərhələdə 
elmin,  mədəniyyətin  inkişafı  üçün  oynadığı  rol  ölçüyə-
gəlməzdi.  Bir  növ  böyük  bir  axın  buraya  can  atmış,    istedad-
larının  pərvəriş  tapması  üçün  həmin  mühiti  mənimsəməyə 
çalışmışlar. Eləcə də Şirvanşahlar, Atabəylər, Qəznəvilər sarayı 
ədəbiyyatın, elmin, mədəniyyətin çiçəklənməsi üçün müstəsna 
rol  oynamışdır.  Əbülla  Gəncəvi,  Xaqani  Şirvani,  Kafiəddin 
Ömər,  Fələki  Şirvani,  İzəddin  Şirvani,  Vəhidəddin  və  s.  kimi 
görkəmli  şəxsiyyətlərin  Şirvanşahlar  sarayında  formalaşması 
və dünyaya çıxışı bunun nümunəsidir. X.Şirvani məhz buradan 


 
62 
öz  qaynağını  almaqla  “şeir  səmasının  günəşiyəm”  söyləyirdi.  
Şirvan  dövlətçiliyinin  tarixi  qədər  və  bəlkə  də  ondan  xeyli 
əvvəl  Şirvan  mühitinin  keçib  gəldiyi  yol,  zənginlik  tarixi 
vardır.  Bu  günümüzə  qədər  yaşamaqda  və  ənənəni  daha 
sədaqətlə və uğurla qorumaqdadır. Sonrakı çağlarda Ağqoyun-
lu,  Qaraqoyunlu,  Səfəvilər  saray  mühitində  gedən  proseslər 
zəngin  düşüncə  və  orijinal  yanaşmaların  faktı  olaraq  özünü 
göstərir.  Dərbənd  mühitinin  orta  əsrlərdə  oynadığı  rol  danıl-
mazdır  və  məhz  A.Ərdəbili  öz  şeirlərində  xüsusi  olaraq 
vurğulayır  ki,  “üz  tutur  Arif  Dərbəndə  doğru,  qızğındı  orda 
şeirin  bazarı”.  Bunlar  hamısı  ənənənin  uğurlu  hadisəsidir. 
Eləcə də XVIII əsrdə baş verənlər, artıq M.P.Vaqifin şəxsində 
mühit  anlayışı  yeni  sferaya  daxil  olur  və  bütünlükdə  bədii 
düşüncəni  qidalandırır.  Vaqif    M.V.Vidadi,  Ağqızoğlu  Piri, 
Sarı Çobanoğlu, Kəlibərli Aşıq Əli və s. ilə birlikdə bütünlükdə 
Azərbaycan səviyyəsində ədəbiyyata təsirdə olmuşdur.  
Qarabağ  ədəbi  mühitinin  tarixi  S.Mümtazın  “aşıqların 
babası”  hesab  etdiyi  Qurbaindən,  “Kitabi-Dədə  Qorqud”  das-
tanlarında  vurğulanan  informasiyaların  verdiyi  məzmundan, 
işarələdiyi  bilgilərdən,  daha  qədimlərə  getdikcə  Azıx 
mağarasındakı  arxeoloji  abidələrdən,  Quruçay  tapıntılarından 
bu  yana  olanlarda  özünü  göstərir.  Seyid  Mir  Həmzə  Nigari 
vurğulayırdı  ki,  “eşqin  kanı  Qarabağdı  vətənim,  bülbülü 
şeydayam, cənnət yerimdi”. M.V.Vidadi “küllü-Qarabağın abi-
həyatı,  nərmü  nazik  bayatıdır,  bayatı”  deyirdi.  S.Vurğun 
“könlüm  keçir  Qarabağdan”  söyləyirdi.  Bütün  bunlar  və  bu 
kimi faktlar həmin zənginliyi ifadəyə və diqqəti onun açımına, 
olanların  öyrənilib  mənimsənilməsinə  yönləndirir.  Olanların 
mahiyyətində  isə  M.P.Vaqif  qüdrəti,  onun  ədəbiyyata, 
ədəbiyyat  tarixinə  verdiyi  töhfələr,  Qarabağ  xanlığında 


 
63 
oynadığı  rol,  siyasi  xadim  kimi  fəaliyyəti,  Azərbaycanın 
ictimai,  siyasi,  mədəni  mühitinə  verdikləri  və  nələrlə  təmsil 
olunması dayanır və  əsaslı fakt olaraq mühitin və M.P.Vaqifin 
həyat  yolunun  aydınlaşmasını  zəruri  edir.  Qasım  bəy  Zakir, 
Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Ağabəyim ağa Ağabacı, 
Mirzə  həsən  Mirzə,  Aşıq  Pəri,  Cəfərqulu  xan  Nəva, 
Xurşudbanu  Natəvan,  Abdulla  bəy  Asi,  Məşədi  Məhəmməd 
Bülbül, Mir Mehdi  Xəzani,  Sədi  Sani  Qarabaği,  Molla Qasım 
Zakir, Kərbəlayi Abdulla ibn Canı, Əbülfət xan Tuti, Kərbəlayi 
Səfi  Valeh  təxəllüs  və  s.  onlarla  sənətkar  mühitin 
zənginləşməsində,  Vaqif  ənənəsinin  bu  və  ya  digər  şəkildə 
yaşarlığında mühüm rol oynamışlar. 
Molla  Pənah  Vaqif  1717-ci  ildə  Qazax  mahalının  Qıraq 
Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa dövrünün 
müflisləşmiş  bəylərindən  idi.  Qır  iki  yaşına  qədər  Qazaxda 
yaşamış  Vaqif  dövrünün  elmlərini  mənimsəmiş,  mükəmməl 
biliyə  yiyələnə  bilmişdir.  Onun  fitri  istedadı,  yüksək  yaradıcı 
qabiliyyəti  aldığı  biliklər  bir-birini  tamamlamış  və  tezliklə 
mühitdə,  ətraf  bölgələrdə  tanınmasına  səbəb  olmuşdur. 
Dövrünün  yüksək  səviyyəli  ziyalısı  Şəfi  Əfəndidən  (Daşs 
Salahlı  kəndində)  mükəmməl  təhsil  alan  Vaqif  1759-cu  ildə 
Gürcüstanla sərhəddə baş verən siyasi gərginlikdən sonra yerli 
camaatla birlikdə doğma yurdunu tərk etməli olur. F.Köçərli bu 
vəziyyəti  təfərrüatı  ilə  qeyd  edərək  yazır:  “Gürcüstan  padşahı 
İrakli xanın vaxtında və Qazax mahalının vəkili Pənah ağanın 
zamanında    bir  para  şuriş  və  inqilabın  vüquuna    görə  Qazax 
mahalından    bir  neçə  elat  Gürcüstan  hökumətinin  zülm  və 
təəddisindən  təngə  gəlib  Qarabağ    vilayətinə  köçüb  gediblər. 
Məzkur  elat  bunlardır:  Qaracarlı,  Cinli,  Salahlı,  Dəmirçi-
həsənli,  Qızılhacılı,  Qaraqoyunlu,  Alpaut,  Səfikürd,  Boy-


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə