86
başqa
xarakterlidir və münasibətləri, hansısa hadisəyə baxışları,
ictimai, siyasi, mədəni mühitdə olanları (müsbət və mənfi)
çatdırmağa istiqamətlənir. M.V.Vidadi, M.P.Vaqif, Ağqızoğlu
Piri, M.F.Axundov, Q.Zakir, Hüzeyn xan Müştaq, Cəfərqulu
xan Nəva, Məhəmməd bəy Aşiq, Həsən Mirzə Həsən, Abdulla
Canızadə, Aşıq Qənbər və s. simalar arasında olan yazışmalar
öz mətn sxemləri, struktur komponentləri ilə xüsusi maraq
doğurur və dövrün siyasi, ictimai məzmununu, real mənzərəni
izləmək üçün daha ciddi fakta yüklənir. Sonrakı dövrdə, daha
doğrusu, XIX əsrin əvvəllərində Aşıq Pəri ilə yazışmalar bir
növ Vaqifdən sonranın hadisələrini daha təfərrüatlı izləməyə,
heca vəzninin işləkliyinin dönməzliyini və çoxalan istiqamətdə
ədəbiyyatda boy artımını düşünməyə əsas verir. Əlbəttə heca
vəzninin inkişaf tendensiyasını və Qarabağ ədəbi mühitində
aparıcı mövqeyə istiqamətlənməsini təkcə Qarabağ mühitinin
sərhədləri müstəvisində cızmaqla kifayətlənmirik, bunun bir
forma olaraq inkişaf tendensiyası türkün bədii düşüncəsinin
inkişaf tarixi ilə bağlıdır və onun ruh məsələsi olaraq boyartımı
keçirir. Sadəcə olaraq Vaqif intibahı müstəvisində məsələyə
yanaşdığımızdan, bir mərhələ olaraq əvvələ və sonraya diqqət
yetirməli, olanları inkişaf texnalogiyası baxımından aydınlaş-
dırmağı məqsədə çeviririk.
M.P.Vaqif yaradıcılığının bütövlük sistemini aydınlaş-
dırmaq üçün ən mühüm məsələlərdən biri, təkrar edirik,
problemin Qarabağ mühiti səviyyəsində işlənməsidir. Ümu-
miyyətlə, ədəbi fikrin inkişaf tarixinə diqqət yetirdikdə bədii-
estetik düşüncənin dinamik mənzərəsi üçün mühitlər həmişə
mühüm rol oynamışdır. Şirvanşahlar, Atabəylər, Qəznəvilər
saray mühitinin Şərq mədəniyyəti tarixində oynadığı rol
sonsuzluqla, intibah düşüncəsinin əvəzsiz nümunələri ilə