Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

 
79 
formulların  sxematikliyi,  dil  sistemi  və  s.  bunu  göstərir  və 
ancaq  bu  bütünlükdə  türk  düşüncə  tərzindən  uzaqlaşmaya  da 
gətirib çıxarmır; çünki yaradıcılıqda aparıcı xətlərdən biri məhz 
milli  ruhun  yaşarlığıdır  ki,  Nizami  də  buradan  çıxış  edir. 
M.Füzulidə  isə  məsələnin  mahiyyəti  islam  və  türk  düşüncə 
tərzində yeni modelin müəyyənləşməsi istiqamətində olanlardır 
ki, o da özünü müxtəlif çalarlarla, anadilli ədəbiyyatın klassik 
nümunələrini  yaratmaya  üstünlük  vermədən,  ərəb  və  fars  dilli 
nümunələr  yaratmaya,  İslam  mədəniyyətinin  mədəni  təfək-
küründə qəliblənmiş modellərə yeni çalar vermə və öz təsirində 
böyük  bir  yaradıcı  nəsli  saxlama,  onu  yeni  düşüncəyə  istiqa-
mətləndirmədir.  Artıq  “XVI  əsrin  sonu  XVII  əsrin  əvvəl-
lərindən  başlayaraq  qəzəl  bir  poetik  janr  kimi  tarixi 
səlahiyyətini  itirir,  qoşmanın,  bayatının  ədəbi-estetik  nüfuzu 
artır,  beləliklə  estetik  təfəkkürün  standartları  dəyişir,  -  həmin 
proses  əslində  bu  cür  gedir:  qəzəl  poetik  strukturca  o  qədər 
demokratikləşir  ki,  tipologiyasını  itirir”  (24,  128).  Burada 
tipologiyanın  itirilməsinin  mahiyyətində  dayanan  mühüm 
məsələ  milli  dərkin,  etnosun  özünəqayıdışının,  daha  doğrusu 
yüz  illər  boyu  orta  əsrlərin  keşməkeşlərindən  süzülüb  gələn, 
siyasi  mühitlərin  məngənəsində  sıxılan  xalq  ruhunun  yeni 
mərhələyə daxil olması idi. Çünki bir etnosda iki eyni səviyyəli 
mədəniyyət  layının  olması  mümkünsüzdür  və  türk 
düşüncəsində də bu iki lay eyni mənbənin hadisəsi kimi qəbul 
olunmazdı  və  bunun  hansısa  biri  sonranın  faktıdır  və  gəlmə, 
sonradan  əlavə  kimi  görünür.  Klassik  ənənənin  Füzulidən 
sonrakı  taleyinin  enən  istiqamətdə  təzahür  olunması  artıq 
mövcud  boşluğun  doldurulmasını  bir  zərurət  olaraq  aktual-
laşdırırdı. M.P.Vaqif  baş verən proseslərin axarında bir günəş 
kimi parladı və gediləcək yolun axarını müəyyənləşdirdi, daha 


 
80 
doğrusu  yaranmış  ehtiyacı  Qarabağ  xanlığı  da  daxil  olmaqla 
ödədi,  onu  istiqamətləndirdi.  Zəkası    və  istedadı  ilə  təkcə 
xanlığın  fəaliyyətinə  istiqamət  vermədi,  həm  də  mühitin 
gələcək  anatomiyasını  müəyyənləşdirdi.  Bunlar  hamısı  bədii 
düşüncədəki  yaşanan  boşluğun  doldurulması  və  türk  şeir 
ənənəsinin  uzun  əsrlər  boyu  öləziyən,  etnosun  aşağı  təbəqəsi 
arasında  yaşayan,  siyasi  elitada  ikinci,  onuncu  kimi 
qiymətləndirilən  dəyərlərin  özünə  qayıdışı  idi.  Bunun  isə 
bayraqadarı,  arxa  cərgədən  aparıcı  sferaya  gəlişinin  memarı 
məhz  M.P.Vaqif,  M.V.Vidadi  istedadı  idi  ki,  min  illik  bir 
ənənəyə,  saray  mühitində  pardaxlanıb  pərvazlanan  bədii 
düşüncəyə  elə  saray  mühitindən  də  zərbə  vurdu.  Lakin  bir 
məsələni  də  əlavə  edək  ki,  bu  iddiamızla  biz  klassik  ənənəyə 
elə  də  üsyankarlıq  mövqeyindən  yanaşmırıq.  Azərbaycan 
ədəbiyyatının  zənginlik  gücünün  mühüm  bir  layı  məhz 
buradadır və buradan ədəbiyyatımızın böyük dühaları dünyaya 
boylanıb  və  ədəbiyyatımızı  öz  zəngin  istedadları  ilə 
zənginləşdirmişlər.  Şərq  ədəbiyyatının  əzəmətini  bir  qədər  də 
artırmış,  fundamental  islam  mədəniyyətinə,  türk  bədii 
məkanına  horizontal  və  vertikal    müstəvidə  bir  genişlik  və 
axarlılıq  gətirmişlər.  M.V.Vidadinin,  M.P.Vaqifin  klassik 
üslubda  yazdıqları  nümunələr  də  bu    yaşarlığın  və  klassik 
ədəbiyyat  düşüncəsində  olanların  yaşadılması  və  gələcəyə 
daşınmasıdır.  Bizim  düşüncəmizdə  olan  budur  ki,  yaranmış 
tənəzzülün,  klassik  ənənədəki  geriləmədə  özünü  göstərən 
boşluğun  yerinin  yeni  ilə, daha doğrusu, etnosun özünün olan 
ilə  doldurulmasıdır.  Bunu  isə  M.P.Vaqif,  M.V.Vidadi,  Sarı 
Çobanoğlu, Ağqız oğlu Piri kimi sənətkarlar başlayıb, Qarabağ 
xanlığında  Vaqif  zirvəyə  çatdırdı.  Daha  doğrusu,  öz  adı  ilə 
bağlanacaq  Vaqif  məktəbində  reallaşdırdı  və  bütün 


 
81 
mexanizmləri,  təfəkkür  sxemləri,  estetik  kateqoriyaları, 
dinamik mənzərəsi ilə müasirlərinə və özündən sonra gələnlərə 
təqdim etdi.  
Ədəbi-nəzəri  məkan,  təkrar  edirik,    birmənalı  olaraq 
Azərbaycan  ədəbiyyatının  keçib  gəldiyi  yolda  Nizami  ədəbi 
məktəbi,  Füzuli  ədəbi  məktəbi,  Vaqif  ədəbi  məktəbi  adını 
vurğulayır.  Təəssüfləndirici  odur  ki,  Vaqif  duhasının 
boyartımını biz elə də ardıcıllıqla izləyə bilmirik və bunun da 
səbəbini  bəzi  məqamlarda  qeyd  etmişik  və  burada  da 
vurğulayırıq ki, Qarabağ xanlığına gəlişinə qədərki yaradıcılığı 
haqqında əsaslı bir mənbəyə rast gəlmirik, Əlbəttə bu bir qədər 
ağrılı,  həm  də  acınacaqlı  görünən  məsələdir.  Azərbaycan 
ədəbiyyatı  inkişaf  tarixi  boyu  belə  kifayət  qədər  ciddi  ağrıları 
yaşayıbdı və Vaqifin də belə bir vəziyyətlə qarşılaşması olanlar 
müqabilində  elə  də  yaşanmamış  deyildir.  Bu  gün  biz 
klassiklərimizin  yaratdığı  böyük  sənət  abidələrini  dünyanın 
müxtəlif  yerlərindən  tapırıq  və  bütün  dünyanın  nadir  inciləri 
arasında  səpələnmiş,  itib-batmaq  qorxusu  ilə  yaşayan  bu 
abidələrin  tapılmasına  sevinirik,  əlbəttə  şükürlər  oxuyuruq  ki, 
hansısa bir əlyazma tapıldı. Buna məcburuq da, ancaq bəlkə də 
yüzlərlə,  minlərlə  sənətkarlar  var  ki,  tarixin  dolanbaclarında 
yox  edilmiş,  itirilib,  batırılmış,  hansısa  müstəbidin  iddiaları 
ucundan  izi  belə  itirilmişdir.  Çünki  böyük  mədəniyyət 
yaradıcılarının, cahanşümul düşüncə ilə  yaşayanların taleyində 
bu  cür  yazılar  da  olur.  F.Köçərli  Vidadi,  Vaqif,  Zakir 
timsalında  bir  məqamı  vurğulayır  və  bu  bir  neçə  baxımdan 
mühiti  və  dövrün  tendensiyasını  aydınlaşdırmaq  üçün  dəyərli 
fakta  çevrilir.  “Mühəssəlül-kəlam,  hər  bir  şairin  kəlamında  
başqa  bir  məlahət  və  lətafət  var  ki,    əhli-dil  və  ərbabi-zövqü 
kamal onları oxuduqda dərk eləyir və hər o şey ki, qəlb ilə hiss 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə