106
diqqəti cəlb edən əsas məsələlərdən biri altıncı və yeddinci
əsrdən din süngüləri ucunda yürüyən islami ədəbiyyatın XVII-
XVIII əsrlərdəki mənzərəsinin Vaqiflə təkamülə çatması
məsələsinin xüsusi tonda qeyd olunmasıdır. Əlbəttə bizim
üçün müxtəlif məqamlarda xüsusi olaraq vurğuladığımız böyük
mədəniyyət sistemində altıncı və yeddinci əsrə qədərki
mərhələnin qaranlıqlarıdır. Həmin tülün götürülməsi və
inkişafın məhz heca istiqamətinin Əhməd Yasəviyə, Yunis
Əmrəyə gələn yolunun aydınlığı özlüyündə Vaqifə gələn yolun
genetikası üçün başlıca olandı. Göründüyü kimi, Y.V.Çəmən-
zəminli, Ə.Abid, S.Mümtaz, F.Köçərli, S.Hüseyn, Ə.Müznib,
C.Əfəndizadə, M.F.Köpürlüzadə, H.Dizdaroöğlu və bu sıradan
olan digər böyük fikir yolçuları öz düşüncələrində bəzi
istisnalar nəzərə alınmasa eyni xətdə dayanırlar. Görkəmli
ədəbiyyatşünasın dediyi kimi, doğurdan da “heca vəznli şeirlər
də bəyliğ üsul idarəsinin qərarlarına baxmayaraq, Vaqiflə
təkamül dərəcəsinə varmışdır” və etnos təsəvvüründə olanların
bir lay olaraq hərəkatı başlamışdır.
Bəylik (saray) üsuli idarəsinə dayanan ədəbiyyatın
Qarabağ ədəbi mühitində olan mənzərəsi XVI əsrin
ortalarından başlayan prosesin məntiqi davamı idi. Daha
doğrusu, “Kərəmin hecası” timsalında vurğulananların yeni
sferada Qurbani, Abbas Tufarqanlı, Qaracaoğlan, Sarı Aşıq,
Lələ və s. ilə rövnəqlənməsi və bütünlükdə milli ruhun faktı
kimi etnosun bədii-estetik ehtiyaclarında olan boşluğu
doldurnası idi. “Qurbani”, “Abbas və Gülgəz”, “Tahir və
Zöhrə, “Əsli və Kərəm,” “Aşıq Qərib”, “Məsum və Diləfruz”
və s. möhtəşəm sənət abidələrinin ortaya çıxması və geniş
ictimaiyyət arasında yayılması əski ənənənin yeni şəraitdə
güclənən istiqamətə yön alması idi. Məhz Ə.Müznibin bəlkə də
107
bir qədər emosionallıqla vurğuladığı “buna görə də Vaqifin
heca vəznində yazdığı şeirləri əruz vəznində yazdıqlarını
başabaş sıfır dərəcəsinə endirmişdir” qənaəti özlüyündə
buradan qaynaqlanır. Ancaq digər bir məsələnu də etiraf edək
ki, Qarabağ ədəbi mühitində XVIII əsr klassik ənənədə olanlar
bir xətt olaraq davam etmədə idi və biz hətta M.P.Vaqif
timsalında klassik üslubda yazdıqlarında belə münasibət
bildirməni və bir qədər kəskin tonda deyilməni də axıra qədər
qəbul etmirik, hətta etmək məqsədində deyilik. Çünki
M.P.Vaqifin, M.V.Vidadinin, bir qədər sonrakı dövrdə
Q.Zakirin klassik üslubda yazdığı mükəmməl sənət nümunələri
də vardır. M.P.Vaqifin M.V.Vidadiyə ömrünün son və axır
vaxtlarında ünvanladığı “ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə
bax” qəzəli öz məzmunu, mükəmməlliyi, bütünlükdə poetik
sistemin bütövlüyü ilə Azərbaycan ədəbiyyatının klassikasına
daxildir. Yaxud da M.P.Vaqifin “Gəlməmiş” qəzəlindən bir
parçaya diqqət yetirək:
Hər gedən gəlmiş, bənim ol gülüzarım gəlməmiş,
Ey gözüm, qan ağla kim, çeşmi-xumarım gəlməmiş.
Getmiş idi ixtiyarım beləsincə yarımın,
Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş.
(62, 82).
Göründüyü kimi, M.P.Vaqif böyüklüyü bütünlükdə bədii
düşüncənin məcrasının yönləndirilməsinə, hətta klassik
üslubun özünün bədii sisteminə yeni nəfəs vermişdir. Məhz
bunun nəticəsidir ki, “M.Y.Qarabaği vurğulayırdı: “hər səhifəsi
gözəllərin çöhrəsi kimi nur saçır, hər vərəqi vəfa əhlinin qəlbi
108
kimi məhəbbətlə döyünür” deyirdi. Bu misralar həmin
döyüntünün parlaq nümunəsidir. Azərbaycan dilinin zəngin,
əsrarəngiz, möcüzəli poetik sistemi ilə əlçatmazlığın faktını
yaratmışdır və Vaqif əzəmətinin qadirliyini şərtləndirmişdir.
Ə.Müznibin dediyi “çünki əruz vəznindəki şeirləri quru, boş və
süni bir quruluş üzrə yazıldığı kibi, ilhamı da sarayın
mütəntən, möhtəşəm görünüş və göstərişlərindən almışdır”
qənaəti burada ciddi mübahisələrə yol açır. Tədqiqatçı onu da
əlavə edək ki, heca vəznindəki şeirləri ilə müqayisədə bu
qənaətlərə gəlir və lakin məsələnin mahiyyətinə varmada bir
qədər hissə qapılma, hansısa duyğunun onu belə bir istiqamətə
yönləndirməsi özünü göstərir. Əslində belə deyildir və Vaqif
istedadı elə böyük hadisə idi ki, onun əzəməti bütün
məqamlarda orjinallıqla, sözə can verməklə, uğurlu bir
nümunənin ortaya çıxması ilə səciyyələnirdi. Yuxarıdakı
nümunədə də bu misra, bənd yükündə və bütünlükdə şeirin
ümumi sistemində özünü göstərir. Eləcə də digər qəzəllərində,
məsələn, biz Vaqifin son məqamlarını, mühitin siyası
təlaşlarını əks etdirən “Bax” qəzəlini heç cürə bu mövqedən
şərh edə bilmərik və bunu mümkünsüz kimi də qəbul edirik.
Ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax,
Ruzigara qıl tamaşa, karə bax, girdarə bax.
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padişahi-qadirü qəhharə bax.
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq,
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax. (89, 145).
109
Bu şeir Azərbaycan ədəbiyyatının klassik nümunələri
sırasında mükəmməlliyi, məna və məzmun əzəmətinin qeyri-
adiliyi ilə diqqəti cəlb edir. Maraqlıdır ki, M.P.Vaqif məhz öz
ağır vəziyyətini, tale ağrılarını, son dəqiqələrdə yaşadığı
gərginliyi ifadə üçün bu formanı seçmişdir. Və bununla da
qəzəlin bir forma olaraq məhəbbətin ifadəsinə hesablanması
təsəvvürünü dağıtmışdır. Eyni zamanda onun mövzu dairəsinin
genişliyinin sxemini ortaya qoymuşdur.
Qurtaran əndişədən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri-təbdil olan mismara bax. (89, 145).
Kitabın “İzahlar” bölməsində yazılır: “Bu beyt müəyyən
bir rəvayətin bədii ifadəsidir. Rəvayət belədir: müəyyən
məqsəd üçün dəmirçini öldürmək istəyən bir şah ona qəsdən
bir gecədə qırx min at mıxı hazırlamağı əmr edir. Dəmirçi
səhərə qədər yatmır, ölüm saatını gözləyir. Səhər tezdən şahın
adamları qapını döyürlər. Ancaq onlar at mıxı yox, dəmirçini
cəzalandırmaq üçün dörd mismar hazırlamağı xahiş edirlər”
(89, 228). M.P.Vaqif ecazkarlığı sona qədər açılmayan
ədəbiyyat hadisəsidir, onun sirri-sehri bədii düşüncənin bu
başından o başına qədər gedib çatır. Məhz bu sirri aləmin
mühüm bir qaynağı xalq yaddaşında olanların şairin yaradı-
cılığına gətirilməsi və onun bədii fakta çevrilməsidir. Vaqif də
“Bax” rədifli məşhur qəzəlini bu qeyri-adiliklə cilalamışdır.
S.Vurğun “Sözün şöhrəti” vurğulayırdı ki, “adın sözdür, özün
insan, nə mənalar yaşar səndə” deyirdi və burada sözün
əndazəsinin sonsuzluq olduğunu deyirdi. Yuxarıdakı nümunə
bizim qənaətlərimiz timsalında bədii düşüncənin mükəm-
məlliyidir. Uşaqlıq yaddaşımdan düşüncəmdə özünə yer alan
Dostları ilə paylaş: |