103
bağinin dediyi kimi, “illər boyu bu şeir kitabı bizdən gələcəyə
yadigar qalsın” (62, 25-26) düşüncəsində olan fikirlər daha
təzə-tər, daha dolğun görünər və Vaqif böyüklüyünün dərkinə
xidmət edər. Bu böyüklük müxtəlif səviyyələrdə, məsələn,
Mirzə Vəli Baharlı ilə söhbətlərdə də aydınlaşır. Mirzə Ca-
malın (İbrahim xanın katib-vəziri) oğlu Rzaqulu bəyin qeyd-
lərində bir məqam vurğulanır: “Axund mərhim əvvəl vaxt Şuşa
şəhərində varid olub məktəbdarlıq edib bir az vaxtdə bu yerdə
olan adamlar ilə ülfət qılıb ki, o cümlədən biri Molla Vəli
Baharlu (Mirzə Vəli Baharlu – M.A.) imiş ki, mərhum İbrahim
xana yavuq adam və nökər imiş və səyaqi-haldan şöylə
məlumdur ki, axund məzkur elmi-nücumi bilürmiş. Belə ki,
şol vəxtdə Şuşa qalası tazə bina olmuş şəhər, bir parə bu günə
elmləri bilən kəslər bu yerdə yox. Bir gün Molla Vəli
Baharluya əsnayi-söhbətdə axund deyir ki, bu gecə xüsuf olur.
Molla Vəli cavab verir ki, nə bilürsən. Deyir ki: Bən bilürəm.
İttifaqən həmin gecə ay tutulur. Molla Vəli təəccüb
qalıb buna artuq iradəti artur. Bir müddət sonra genə əsnayi-
söhbətdə deyir: Molla Vəli bu günlərdə gecələr evdə yatma,
çöldə yat. Deyir: Nə üçün. Deyir: Zəlzələyi-əzim olacaqdır.
Amma bu sözləri ki, bən sana deyirəm heç kəsə demiyəsən.
Molla Vəli bu sözü saxlamıyub gedib xana ərz edir ki, Xan,
fılan molla buraya gəlübdür anda bir əlamət gördüm. Dedi bu
gecə ay dutulur. Həmin gecə ay dutuldi. Şimdi deyir ki, zəlzələ
olacaq, gərək ta necə olur. Hərgah dəxi boylə ola, bir əlamətlü
adamdur. Həmin gecə şöylə şiddətlü zəlzələ olur ki, pənah bər
xuda” (32, 41-42). Onu da əlavə edək ki, Mirzə Vəli Baharlı
İran şahı tərəfindən topun ağzına qoyulub atılmışdır.
Göründüyü kimi, o dövrün bütün mənbələri M.P.Vaqifi
müxtəlif səviyyələrdə bütün tərəfləri ilə qeyd etməyə çalışır və
104
onun təkcə şair kimi deyil həm də bir şəxsiyyət, dövrünün
elmlərinə bələd bir sima kimi təqdim edir. Vaqifin böyüklüyü
bütün bunların müqabilində, M.V.Vidadi, Mirzə Vəli Baharlı,
Alim, Kərbəlayi Səfi Valeh, Abdulla Canızadə, Baba bəy,
Şakir Şirvani, Ağa Məsih Şirvani və başqaları ilə müqayisədə
açılır.
Vaqifin lirik şair kimi yetişməsində mühitin rolunu
vurğulayan A.Dadaşzadə xüsusi olaraq göstərir ki, “məsnəvi
yazmayaraq sırf lirik şair kimi tanınan şairlər isə daha çoxdur.
Qazi Bürhanəddin, Nəsimi, Həbibi, Kişvəri, Qövsi kimi
məşhur lirik sənətkarların adını çəkmək kifayətdir. Vaqif də
məhz belə “sırf” liriklər dəstəsinə daxildir.
Vaqifin lirik bir şair kimi yetişməsi onun dövrü, ədəbi
mühiti ilə əlaqədardır. Ədəbi nöqteyi-nəzərdən bu dövrün iki
səciyyəvi xüsusiyyəti daha çox nəzərə çarpır. İlk növbədə
XVIII əsrdə lirik şeirin tam hökmran olduğunu görürük. Bu
dövrdə samballı epik əsərə, demək olar ki, təsadüf etmirik.
İkinci tərəfdən, XVIII əsrdə yuxarıda dediyimiz kimi, hələ XVI
əsrdən başlayaraq qüvvətlənən bir meyil – xalq poetik
yaradıcılığına həvəs, həyatilik özünü xüsusilə göstərməyə
başlayırdı. Bu dövrdə lirika əsasən xalq poetik yaradıcılığına
yaxın bir tərzdə, heca vəznində və xalq poetik formalarında,
həm də geniş surətdə inkişaf edirdi. Bəlkə lirikaya elə bu cür
güclü meyil epik janrın qol-qanad açmasına mane olurdu”
(33, 82-83). Əlbəttə bu zənginlikdə Qarabağ mühitindən
kənarda yazıb-yaradan Şikəstə Şirin, Nişat Şirvani, Şakir
Şirvani, Məlali, Ürfani, Baba Şirvani, Saleh, Xəstə Qasım,
Miskin Məhəmməd və s. kimi sənətkarların yaradıcılığında
olan xalq şeiri üslubu digər üslubların qol-qanad açmasına elə
105
də imkan vermirdi. Məsələn, Şikəstə Şirinin sırf tarixi reallığın
ifadəsinə yönəlmiş bir şeirinə diqqət yetirək:
Bir od idi Tiflis üstə tökdülər,
Qızıl, gümüş, cəvahirin çəkdilər,
Damı, daşı, künc bucağı sökdülər,
Qalmadı bir dənə ləli Tiflisin (74, 62).
Göründüyü kimi, XVIII əsr şeirin inkişaf texnologiya-
sında gedən proseslər epik ənənənin inkişafını arxa plana
keçirməklə, bəlkə də sıxışdırmaqla bir zərurət olaraq təbii
prosesə çevirmişdi. “Koroğlu”, “Abbas və Gülgəz”, “Aşıq
Qərib”, “Şah İsmayıl”, “Tahir və Zöhrə” və s. kimi möhtəşəm
sənət abidələrinin yaranması və mühitdə işləkliyini, təsir
dairəsini genişləndirməsi daha əski layın oyanışını qaçılmaz
hala gətirmişdi. “Demək olar ki, altıncı, yeddinci əsrlərdən din
süngüləri ucında yürüyən İslam ədəbiyyatının qüvvətli
zamanında Əhməd Yasəvi ilə, mütəsəvvüf Yunis Əmrənin
təkyələrdə də olsa, mühafizə etdikləri heca vəznli şeirlər də
bəyliğ üsul idarəsinin qərarlarına baxmayaraq, Vaqiflə təkamül
dərəcəsinə varmışdır. Buna görə də Vaqifin heca vəznində
yazdığı şeirləri əruz vəznində yazdıqlarını başabaş sıfır
dərəcəsinə endirmişdir. Çünki əruz vəznindəki şeirləri quru,
boş və süni bir quruluş üzrə yazıldığı kibi, ilhamı da sarayın
mütəntən, möhtəşəm görünüş və göstərişlərindən almışdır.
Heca vəznində yazdıqları isə təbii olmaqla bərabər, xalq
dilinə, xalq biliginə, xalq anlayışına əsaslandığı kibi, ilhamı da
aşıq Pəri kibi incə və gözəl şeir pərisinin, “Fatimə, Safiyə,
Mələk, Mədinə kibi gözəllik mələklərinin nazü ğəmzəsindən,
zəhməsindən, süzgün baxışından almışdır” (76, 75-76). Burada
Dostları ilə paylaş: |