133
olmaqla böyük bir yaradıcı simalar dayanırsa, digər tərəfində
Vaqifdən başlayanlar və daha doğrusu M.P.Vaqif, Q.Zakir
dayanır. Burada vurğulanan ən ciddi məsələlərdən birisi
“türklər arasında dəxi bu zamana qədər mütəqəddimindən şair
olmayıbdır” fikridir. Meyarlar prinsipindən yanaşsaq nədənsə
ədəbi-nəzəri fikir buna loyal münasibətlə seçilir və bunun
mahiyyətinə diqqət yetirməkdə deyilənləri yola verməklə
kifayətlənir. M.F.Axundov ədəbi-nəzəri fikirdə böyük simadır
və yeni düşüncənin, modernist yanaşmanın özünəməx-
susluğunu onda görürük. Lakin vurğulanan tezis M.F.Axundov
düşüncəsinin nə qədər ciddi və konseptual olmasından kənarda
axıra qədər reallığa bağlana bilmir. Zəngin ədəbiyyat
timsalında birinci tərəflə (Firdovsi, Nizami, Sədi, Cami, Hafiz
və s.) bağlı deyilənlər fikir ayrılıqlarına yol açır. Bizim
məqsədimizə və düşüncəmizə müqabil olan M.P.Vaqiflə bağlı
olanlardı ki, bu da özlüyündə ədəbiyyatımızın böyük bir
dövrünə, milli intibah adı ilə vurğuladığımız XVII-XVIII əsrə
bağlanır. Q.Zakirin məhz bu yeniləşmədə xüsusi olaraq
vurğulanması Qarabağ ədəbi mühitində gedən proseslərin
dönməzliyini və bütünlükdə bədii düşüncənin türk şeir
ənənəsinə istiqamətini aydınlaşdırır.
Sifariş etmişəm badi-səbadən,
Görən dərdim o cananə deyərmi?
Dolanıb başına misli-pərvanə,
Od tutuban yanə-yanə deyərmi?
Bu mükəddər dili-zarə keçdiyin,
Əl çəkməyib, varə-varə keçdiyin,
Uzun illər günü qarə keçdiyin,
Siyah zülfi pərişanə deyərmi? (77, 49-50).
134
Göründüyü kimi, bütünlükdə türk şeir ənənəsinə hesab-
lanan və M.V.Vidadidən, M.P.Vaqifdən gələn yeniləşməni
ehtiva edən bu nümunə sonrakı mərhələnin hadisəsi kimi
davamlılığın yaşandığını aydınlaşdırır. C.Nəva, M.Aşiq, Aşıq
Pəri, Mirzə Mehdi bəy, Mirzə Həsən və başqaları Qarabağ
ədəbi mühitində baş verənlərin nümunəsi kimi heca vəznli
şeirin inkişafına xüsusi önəm verirlər. Qarabağ ədəbi
mühitində Vaqifdən sonranın ən böyük zirvəsi Q.Zakirdir.
Onun həm klassik, həm də xalq şeiri üslubunda yazdıqları
fonopoetik, morfopoetik, sintaktik fiqurların mükəmməlliyi,
səs təqlidi, səs assosiyası, dinamik xarakteri, mətn/mətn
hadisəsi olma məzmunu ilə uğurlu təsir bağışlayır. Əlbəttə biz
digərlərini aşağılamaqdan çox uzaq olmaqla bütünlükdə
məsələni köklü problem olaraq mühitin axarları baxımından
təhlilə üstünlük veririk. Olan reallıq ondan ibarətdir ki, nə
qədər klassik üslubun yaşarlığı özünü qorumağa üstünlük versə
də, M.Füzuli zirvəsindən sonrakı eniş bütünlükdə XVIII və
XIX əsr boyu davam etdi və Vaqif ədəbi məktəbi mövcud
böhranı dərinləşdirməklə yeni başlanğıcın əsasını qoydu.
Məsələn, Mirzə Həsənin “Oynaşır” rədifli qoşma müraciətinə
diqqət yetirək.
Lalə yanağında badi-səbadan,
Ucu tər cığalı tellər oynaşır.
Süzgün baxışından xumar gözlərin,
Hiylələr, fitnələr, fellər oynaşır. (77, 71).
Aşıq Pərinin eyni rədifdə yazdığı qoşma məktubu da
sistemin bütövlüyü, mühitin düşüncəsinin və ümumi
mənzərəsinin aydınlığı üçün diqqəti cəlb edir.
135
Katiblərin şahı, dəftər içində,
Qələm ilə nazik əllər oynaşır.
Fitnəli fellisən, nazü qəmzəli,
Dəhanında şirin dillər oynaşır. (77, 71).
XVIII əsr Qarabağ ədəbi mühitinin ədəbi axarı əski
yaddaşa, türk düşüncəsinin dərin qatlarında olan formulların
hərəkətliliyinə istiqamətlənmişdir. Dədə Qorquddan Qur-
baniyə, oradan da Molla Pənah Vaqifə gələn axar islam
düşüncəsinin qəlibləşdirdiyi klassik üslubun böhranını
tezləşdirdi. Lakin onu da əlavə edirik ki, klassik üslub bir lay
kimi sıradan çıxmadı. Əlbəttə bu mümkünsüz idi, sadəcə
olaraq olan ondan ibarət idi ki, saray mühitinin düşüncəsində
olan ədəbiyyatın necəliyi sistemi Qarabağ xanlığında da
yaşanır və qorunurdu. Lakin milli intibahın baş verməsi Əhməd
Yasəvidən, Yunis Əmrədən, Şah İsmayıl Xətaidən, Məhəmməd
Əmanidən gələn yolun oyanışını və ədəbi axının bu istiqamətə
yönlənməsini bir zərurət kimi ortaya qoydu. Burada qaynaq
olaraq birmənalı şəkildə aşıq yaradıcılığı vardı ki, bütünlükdə
etnosun ruhunun yaşarlığına xidmət edirdi. Məhz M.V.Vidadi,
M.P.Vaqif, Ağqızoğlu Piri, Sarı Çobanoğlu kimi istedad
sahibləri qarşılıqlı təmasda və Vaqif istedadının bütün
imkanları ilə bədii arenaya çıxmasında aşıq yaradıcılığı ilə
birgə mühüm rol oynamışlar. Vaqif istedadı isə bunu milli ruh
hadisəsi kimi əlçatmazlıqlarla bəzəmiş və digərlərinin də bura
yönlənməsinə əsas olmuşdur. Ə.Xələfli “Vaqif Azərbaycan
ədəbiyyatı üçün kim idi” sualını qoyur və əlavə edir ki, “ozan
aşıq dilinin yazıya gətirilməsi, dilin xəlqiləşməsi, obrazların
göydən yerə endirilməsi, əsl poetik həqiqətin insanların
axtarılması... bütün bunların hamısı Vaqifin adı ilə bağlıdır.
136
Və təsadüfi deyil ki, yeni Azərbaycan ədəbiyyatı deyəndə
bütün mübahisəli tərəflərinə baxmayaraq, birinci Vaqif yada
düşür. Və bu yerdə, əlbəttə, Vaqif obrazının nəsrə, drama-
turgiyaya və poeziyaya gəlişi və deyərdim ki, uğurlu gəlişi
təsadüfi deyil. Çünki Azərbaycan mənəvi mühiti öz yad-
daşından buraxmaq istəmirdi. Vaqifin timsalında özünün
mənəvi varlığını görürdü, diriliyini görürdü, ən başlıcası,
dilinin saflığını görürdü. Və heç də bir kimsə qəribliyə sala
bilməz ki, dil millət üçün həyati göstərişdir. Dil millətin
qanıdır, onun yaşarlığını təmin edən əsas həyati vasitədir və bu
dil Vaqifdə var idi. Əslində xalqın özünün olanı Vaqif qoruyub
yazıya gətirmişdi” (54). Burada bir neçə xətt vardır ki,
bunlardan birincisi ozan/aşıq dilinin yazıya gətirilməsi
məsələsidir. Daha sonrakı dilin xəlqiləşməsi ilə bağlıdır ki, elə
bu və ya digər dərəcədə birinci ilə bağlanır. Yüz illər boyu
ədəbiyyat bu vəziyyətin ehtiyacını yaşayırdı, gözləntilər isə
daha böyük idi, hətta getdikcə çoxalırdı. Ədəbiyyatı bir
xilaskar kimi düşdüyü vəziyyətdən çıxaracaq dühaya ehtiyac
vardı. Şah İsmayıl Xətai bu məsələdə bir yaradıcı, siyasi xadim
kimi böyük işlərə istiqamət vermişdi. Lakin sonuclanması
olmadı, çünki M.Füzuli kimi düha klassik ənənənin
əlçatmazlığını nümayiş etdirdi. Son olaraq təsvirlərin orta
əsrlərin poeziya təfəkküründə meydan sulayan romantik
məzmunla bağlıdır ki, bunları M.P.Vaqif yazıda yeni məcraya
yönləndirdi və bir qədər də dəqiq desək ona həyati nəfəs verdi,
yaranmış sıxıntıdan qurtarmaq yolunu tutdu. Son olaraq
bunların hamısını öz zəngin düşüncəsi ilə reallığa çevirdi.
M.F.Axundovun,
S.Mümtazın,
Y.V.Çəmənzəminlinin,
Ə.Abidin, Ə.Müznibin, F.Köçərlinin, S.Vurğunun, H.Araslının,
A.Dadaşzadənin, N.Cəfərovun və başqalarının yaradıcılığında
Dostları ilə paylaş: |