Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə38/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

 
121 
sonsuzluqla  ölçülür.  Bu  təsir  motiv,  hadisə,  qafiyə,  misradan 
tutmuş  mövzuya  qədər  bir  genişliklə  nəzərə  çarpır.  Məsələn, 
yuxarıda  verdiyimiz  nümunənin  özünəməxsusluğunda  XIX 
əsrin görkəmli ustad sənətkarı Molla Cümənin “Gəlmiş” rədifli 
qoşması  tipikdir. 
 
Şükür sənin birliyinə, yaradan, 
İsmi Pünhan məni görməyə gəlmiş. 
Bir heyva cibində, dörd də almaynan, 
Cümənin halını sormağa gəlmiş. (27,  110-111) 
 
Bu nümunəyə yaxın məşhur bir bayatımız var və aydınlıq 
üçün onu da veririk.  Ümumi ruhu və məzmunu ilə eyni  xətdə 
dayanır. 
 
Oturmuşdum, səkidə, 
Qulağı səksəkidə. 
Üç qızıl alma gəldi, 
Bir qızıl nəlbəkidə. (35, 96) 
 
Göründüyü kimi, bu nümunələrin qaynağı eynidir və ruh 
etibarilə  də  eyni  sistemin  hadisəsidir.  M.Y.Qarabaği  tərtib 
etdirdiyi  məcmuədə  bu  şeiri  “Göndərdiyi  meyvə  haqqında” 
başlığı  altında  verir.  Bizim  nə  qədər  bayatı,  nəğmə,  qoşma, 
gəraylı, rəvayət örnəklərimiz var ki, onların arxasında maraqlı, 
həm də ciddi olacaq hadisələr dayanır və bu hadisələr isə əsərin 
məzmununa  əlavə  çalar  qatır,  mətnin  poetik  vüsətini  daha  da 
artırır. Y.V.Çəmənzəminlinin  romanında həmin şeir hadisə ilə 
birgə  təqdimi  əsərə  əlavə  oxunaqlıq  gətirmişdir.  Belə 
nümunələr  Vaqif  yaradıcılığında  problem  kimi  ayrıca  tədqiqi 


 
122 
zəruri  edən  məsələdir.  Çünki  M.P.Vaqif  elə  mədəniyyət 
hadisəsidir  ki,  onun  sərhədlərinin,  fikir  axınının  hüdudlarının 
müəyyənləşməsi  mümkünsüz  hadisədir  və  müxtəlif  vaxtlarda 
yeni-yeni  yanaşmaları  zəruri  edəcək,  hər  dəfə  də  yeni,  daha 
maraqlı  tərəflərin  tapıntısı  ilə  özünü  göstərəcəkdir.  Bunun 
başlanğıcı  hələ  Daşsalahlı  kəndindəki  müəlliminin  qənatlərin-
dən,  Qarabağ  xanı  İbrahim  xanın  qızının  şeirlərini  bəyazlara 
köçürməsindən, öz oğlu  Alimin  dediklərindən üç  yüz illiyinin 
tamamına qədər davam etmədədir. “Anın sözünə qarşı deməyə 
nə  hədim  var,  açmam  bu  hicabı”  Alimin  bir  şair  kimi  Vaqif 
böyüklüyünü  etirafıdır.  Ancaq  məsələnin  digər  tərəfində  
böyük  şairin  zəka  sahibi  kimi  elmlərə  bələdliyinin  qeyd 
olunmasıdır. Dövrünün bütün sənətkarları məhz bu qabiliyyəti 
də  ardıcıllıqla  göstərməyə  çalışmışlar.  Alim  də  bu  zənginliyə 
bələd  olanlardan  biri  kimi  “odur  bu  cahanda,  bəli,  hər  elmə 
xəbərdar” deyirdi və “yoxdur dəxi babı” söyləyirdi. Vaqif xalq 
şeiri  ənənəsində  yazıb  yaratmanın  zirvə  nümunəsidir  və  bunu 
birmənalı  şəkildə  qəbul  edirik.  Klassik  üslubda  yazdıqları  da 
bir sənət abidəsi kimi zəngin məzmun faktları, poetik sistemin 
bütövlüyü ilə maraq doğurur. 
 
Allaha şükür, lalə yanağında eyib yox
Dilində, dəhanında, dodağında eyib yox, 
Bir zərrəcə zülfündə, buxağında eyib yox, 
Qaşında, gözündə, qabağında eyib yox, 
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? 
                               Bəsdir bu dayanmaq! 
 
Mən ha sənin ol məh yüzünü görmüşəm yüz yol, 
Ox kipriyini, şux gözünü görmüşəm yüz yol


 
123 
Həm yoldaşını, həm özünü görmüşəm yüz yol, 
Şəkkər kimi şirin sözünü görmüşəm yüz yol, 
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? 
                               Bəsdir bu dayanmaq! (62, 68-69). 
 
Vaqifin  bu  müxəmməs-müstəzadı  özlüyündə  klassik 
ədəbiyyat  timsalında  bir  bütövdür;  poetik  sistemin  mükəm-
məlliyi,  fonosemantizmi,  modelləşdirmənin  yeni  məzmun 
çalarları,  estetik  məlumat  layı  ilə  ifadəliliyin  bir  bütövdə 
qovuşması,  kanonik  tamlıq  ümumilikdə  bədii  mətnin  məzmu-
nunu  şərtləndirir.  Məzmunun  poetik  sistemdə  bir  lay  olaraq 
təbii və canlı xarakteri şairin özünü ifadəsi kimi səslənir. Xalq 
ədəbiyyatında  etdiklərinin  klassik  ədəbiyyatda  da  davamlı  və 
üslub hadisəsi  olaraq şərtlənməsi  Vaqifi elə istedad faktı kimi 
düşünməyi zəruri edir. Ona görə də ədəbiyyat tarixində Vaqifi 
bir mərhələ, hadisə kimi təhlil etmək məsələsində hər iki xətdə, 
həm  klassik  üslubda  olanlara,  həm  də  xalq  şeiri  tərzində 
yazdıqlarına  diqqət  yetirmək  gərəkdir.  S.Vurğunun  “nədən 
şeirimizin baş qəhrəmanı, gah İrandan gəlir, gah da Turandan” 
düşüncəsi  M.P.Vaqiflə  pərən-pərən  edilir.  Orta  əsrlərin  saray 
məngənəsində  formalaşan  sistem  elə  M.P.Vaqiflə  Qarabağ 
sarayının  divarları  arasında  uçurulub  dağıdılır.  Bütünlükdə 
əlimizdə  olan  ilk  misrasından  son  misrasına  qədər  yaddaş 
mexanizmlərinin  hərəkatına  düşüncəni  yönləndirir.  Klassik 
üslubda  yazdıqları  da  bunun  faktı  olaraq  yeni  tərzdə  ortaya 
çıxır. “Bax” qəzəli bu mənada yeni məzmuna janrın sisteminin 
yönləndirilməsidir. M.P.Vaqif bununla klassik düşüncənin əsir 
etdiyi  sistemin  özünü əsir etdi, ədəbiyyatın axarını  lazım olan 
istiqamətə  yönləndirdi.  Daha  doğrusu,  pozulmuş  nizamın 
bərpaçısı  funksiyasını  yerinə  yetirdi.  Hansı  ki,  Dədə 


 
124 
Qorquddan  üzü  bəri  gələn  sistemin  XVIII  əsrdə  yeni  sferaya 
daxil olmasının təsəvvürünü formalaşdırdı.  
 
Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdir
Rüxsareyi-pürnuri nəzərdən gedəcəkdir, 
Xaki-qədəmi dideyi-tərdən gedəcəkdir, 
Təşrifi anın, yəni şəhərdən gedəcəkdir
Əlqissə, çıxıb ixtiyar əldən gedəcəkdir. 
 
Saqi, nə durubsan, sölə, dövran yola düşsün, 
Hamı dağılıb mütribi-xoşxan yola düşsün, 
Çəksin dəfü ney, naləvü əfqan yola düşsün, 
Bu gecə gərəkdir irəli can yola düşsün, 
Fərda ki, sürahi qəddü gərdan yola düşsün. (62, 58).  
 
Görkəmli ədəbiyyatşünas Y.V.Çəmənzəminli  “Azərbay-
can  ədəbiyyatına  bir  nəzər”  adlı  fundamental  tədqiqatında 
xüsusi  olaraq  vurğulayır    ki,  “Vaqifin  şeirlərində  Vaqifə 
məxsus  bir  sadəlik,  gözəllik  və  zərafət  var  ki,    sonra  gələn 
şairlərimizə bunlar müyəssər olmadılar.Vaqif gözəllik şairidir” 
(30,  132).  Doğurdan  da,  “o  böyük  şairin  hər  bir  şeirini  deyir 
laylasında  bizim  analar”  qənaəti  təsadüfi  deyildir.  Əksinə  sırf 
reallığı,  Vaqif  dilinin,  şeirinin  ecazkarlığını  aydınlaşdırmağa, 
ifadəyə  yönəlmişdir.  Məhz  Y.V.Çəmənzəminlinin,  eləcə  də 
M.P.Vaqif  haqqında  fikir  yürüdənlərin  bütün  mülahizələrində 
bu  bir  xətt  olaraq  özünü  göstərir.  “Vaqifə  məxsus  sadəlik” 
bütünlükdə  ədəbiyyatın  meyarıdır  və  əsas  tezis  kimi  zaman-
zaman  vurğulanmışdır.  Yerindən,  zamanından  asılı  olmayaraq 
dünya  ədəbi-nəzəri  fikri  öz  mahiyyətini  bir  istiqamətdə  bu 
fikirlər  üzərində  reallaşdırmışdır.  Biz  əlbəttə  çox  nəzəriy-


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə