113
bağlanır. Sonrakı mərhələdə Qarabağ ədəbi mühitinin görkəmli
nümayəndəsi Mir Həmzə Seyid Nigaridə bunun digər nümu-
nəsi ilə qarşılaşırıq.
Eşqin kanı, Qarabağdır vətənim,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşlı büstanım,
İndi gülüstanım Qara Pirimdir.
Sinəmə çəkilən qara dağımdır,
Yandıran aləmi gör nə çağındır,
Qarabağım qanlı qara bağımdır,
Gözlərimdən axan yaş Tərtərimdir. (78, 322).
Seyid Mir Həmzə Nigari böyük təriqət şeyxidir. Sufiliyin
əsas cərəyanlarından və dərviş ordenlərindən olan nəqşbəndilik
öz başlanğıcı etibarilə XIV əsrlə bağlıdır. Buxaradan başlan-
ğıcını götürən bu fikir cərəyanı Orta Asiyada, Başqırdıstanın,
Tatarıstanın bir sıra ərazilərində, Qafqazda, İranda, Türkiyədə
geniş yayılmışdır. Bütün mövcudata məhəbbəti ifadə edən
nəqşbəndilik Qarabağda da geniş yayılmış və ətrafına böyük
bir qrupu toplaya bilmişdir. Sonralar Nigarinin Qazaxla
bağlantıları və bir müddət o ərazilərdə yaşaması mədəni
əlaqələrin mövcudluğunu, dərin qatlarının olmasını düşünməyə
əsas verir. Yuxarıdakı nümunə Qarabağdakı proseslərin
ağırlığını, baç verən faciələri, insanların yaşadığı acıları, siyasi
gərginlikləri kifayət qədər ciddiliklə özündə əks etdirir.
“Qarabağım qanlı qara bağımdır”, “Gözlərimdən axan yaş
Tərtərimdir” misraları mövcud vəziyyəti ifadə etmək
baxımından əvəzsizdir. Bu mövzu rusların irticasından, daha
114
döğrusu imperiya düşüncəsinə köklənməsindən sonra
bütünlükdə ədəbiyyatı izləməkdədir. XIX əsrdə də, XX əsrdə
də və bu gün də eyni tonda, hətta daha aparıcı xəttə boy
göstərməkdədir. Çünki problemin özünün əndazədən çıxması
mövzunu müxtəlif səviyyələrdə aktuallaşdırmışdır. Və bütün
müstəvilərdə Şuşa, Qarabağ, Cıdır düzü, Vaqif, Cavanşir eli
eyni xətdə, eyni düşüncədə simvollaşır. Azərbaycan
ədəbiyyatının istedadlı sənətkarlarından olan Süleyman
Osmanoğlu (təəssüf ki, ədəbi mühit onun yaradıcılığını hələ
lazımı qədər təhlildən keçirməyibdir) “Şuşa düşüncələri” adlı
şeirində vurğulayır:
“Xarı bülbül”lərin dili “Şikəstə”,
Çiçəyi ürpənər Cıdır düzünün.
Yaddaşı hönkürüb dikələr yerdən,
Qatar durnaların nəğməsi üstə.
Qoşma ilmələri toxuyar birdən,
Vaqif həsrətilə oxuyar birdən. (80, 26).
Qarabağ ədəbi mühitinin ümumi ruhu, genetik yaddaşı,
mənəvi-əxlaq kodları Dədə Qorquddan üzü bəri ciddi
məzmunu, etnos düşüncəsinə sədaqəti, bədii yaddaş texna-
logiyalarının arxitektonikliyini ortaya qoyur. Ona görə də biz
bütün vəziyyətlərdə nə qədər fərqliliklərə, mətn texnalogiya-
sında klassik ənənədən gələnlərə və yeniləşmə adı altında
müxtəlif meyillərə meyilliliyi müşahidə etsək də aparıcılığı
türk təfəkküründə qəlibləşmiş formaların tutduğunu və
qoruyuculuğu görürük. Vaqifin Qarabağ mühitinə daxil olması
və siyasi, mədəni arenada aparıcı fiqura çevrilməsi bədii
düşüncənin oyanışı, yeni mərhələnin başlanması idi. XVIII
115
əsrdə Qarabağ ədəbi mühitində baş verən canlanmanın,
oyanışın mayasında M.P.Vaqif dururdu. O, fitri istedadı,
yüksək kamalı ilə çox qısa müddətdə türk şeir ənənəsinin
möhtəşəmliyini bəyan etdi. Böyük ədəbiyyatın, bütünlükdə
ədəbi prosesin istiqamətini bura yönləndirdi. Vidadi / Vaqif
qüdrəti bütünlükdə ədəbiyyat hadisəsinə çevrildi və bu gün də
hansı istiqamətdən baxılsa bu yenə görünməkdədir. Bu istedad
orta əsrlərin ağır dönəmlərində ləngər vuran və Füzuli ilə ən
yüksək zirvəyə ucalan, özünün möhtəşəmliyini yaşayan
ədəbiyyatın yeni düşüncəyə köklənmə gərəkliyini duydu və
mühiti bura kökləmək yolunu tutdu. Vidadi / Vaqif / Ağqızoğlu
Piri / Sarı Çobanoğlu ruhunda ədəbiyyatın yeni texnologiyalara
yüklənməsi, ozandan, aşıqdan gələn xəttin yazılı ədəbiyyatda
daha dolğun mündəricə ilə görünüşü başladı. Çünki bunların
özlərinin düşüncəsinin mahiyyətində daha çox elə sazdan, aşıq
sənətində olandan gələnlər dayanırdı. H.Araslı yazır: “Şairin
gənclik illəri XVIII əsrin birinci yarısında baş verən
müharibələrdən nisbətən kənar, yarımköçəri bir həyat sürən
Qazax mahalında keçmişdir. O, dövrünün tanınmış alimlərin-
dən olan Şəfi Əfəndinin yanında oxumuş, mükəmməl mədrəsə
təhsili almışdır. Eyni zamanda xalq məişətinə,adət və
ənənələrinə gözəl bələd olub, xüsusən aşıqların dastan və
qoşmalarını sevə-sevə dinləmiş, saz çalmaq öyrənmiş, özü də
bu xalq sənətkarları tərzində şeirlər söyləməyə başlamışdır” (6,
270). M.P.Vaqifin Qarabağ ədəbi mühitinə daxil olması həmin
mühitin daha da zənginləşməsinə və bu mühit timsalında
bütünlükdə Azərbaycan poeziyasının inkişaf istiqamətinə təsir
etdi. Bir növ Vaqif öz ruhu ilə bağlanacaq bir axını,
davamçılarını formalaşdırdı. Qasım bəy Zakir, Cəfərqulu xan
Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Həsən Mirzə Həsən və
116
s. kimi istedadlar bir istiqamətdə (daha çox) məhz bura
kökləndilər və ən yaxşı əsərlərini də demək olar bu təsirdə
yaratdılar.
Molla Pənah Vaqifin “Bax” qəzəli kontekstində dayanan
Molla Vəli Vidadinin eyni adlı müxəmməsi, eləcə də digər bu
silsilədən olan şeirləri (onu da əlavə edək ki, Vidadi
yaradıcılığında bu tip nümunələr daha aparıcı xətdə görünür)
bir növ mühiti, zamanın gərgin siyasi mənzərəsini, reallığın
mahiyyətini aydınlaşdırmaq baxımından əvəzsizdir. Əgər biz
belə bir mənzərəni M.P.Vaqif yaradıcılığının son dövründə
görürüksə, M.V.Vidadi yaradıcılığında davamlı olaraq yaşanır.
Belə güman edirik ki, M.V.Vidadi yaradıcılığı da bir bütöv
olaraq günümüzə gəlib çatmamışdır, əlimizdə olanlar ancaq və
ancaq təzkirələr, cünglər, bəyazlar vasitəsilə çatanlardır. Həm
də onu deməyi özümüzə borc bilirik ki, Vidadi yaradıcılığından
bizə çatanlar da daha çox son dövrlə bağlı olanlardır. “Bax”
müxəmməsi öz poetik sistemi, məzmunu etibarilə klassik
abidədir.
Gəl, könül, bir ibrət al, bu gərdişi dövranə bax,
Cami-heyrətdən məxmur olub məstanə bax,
Tut təfəkkür damənin bir dəm dili-heyranə bax,
Kimsəyə qılmaz vəfa bu dəhri-bipayanə bax,
Olma məmurinərəğib, axiri viranə bax. (61, 3).
Bu tip nümunələr, demək olar, hansısa təsadüfin, ötəri bir
əhvali-ruhiyyənin hadisəsi olmaqdan çox-çox uzaqdır. Əksinə,
burada tarixin ciddi olayları, siyasi ziddiyyətləri, gərgin
qarşıdurmaları özünün ifadəsini tapır. Məhz yuxarıdakı
nümunənin ədəbi-nəzəri fikirdə tarixi mənzumə olaraq
Dostları ilə paylaş: |