Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

 
113 
bağlanır. Sonrakı mərhələdə Qarabağ ədəbi mühitinin görkəmli 
nümayəndəsi  Mir  Həmzə  Seyid  Nigaridə  bunun  digər  nümu-
nəsi ilə qarşılaşırıq. 
 
Eşqin kanı, Qarabağdır vətənim, 
Bülbülü-şeydayam, cənnət yerimdir. 
Əvvəl başdan Qaraqaşlı büstanım, 
İndi gülüstanım Qara Pirimdir. 
 
Sinəmə çəkilən qara dağımdır, 
Yandıran aləmi gör nə çağındır, 
Qarabağım qanlı qara bağımdır, 
Gözlərimdən axan yaş Tərtərimdir. (78, 322).  
 
Seyid Mir Həmzə Nigari böyük təriqət şeyxidir. Sufiliyin 
əsas cərəyanlarından və dərviş ordenlərindən olan nəqşbəndilik 
öz  başlanğıcı  etibarilə  XIV  əsrlə    bağlıdır.  Buxaradan  başlan-
ğıcını  götürən  bu  fikir  cərəyanı  Orta  Asiyada,  Başqırdıstanın, 
Tatarıstanın  bir  sıra  ərazilərində,  Qafqazda,  İranda,  Türkiyədə 
geniş  yayılmışdır.  Bütün  mövcudata  məhəbbəti  ifadə  edən 
nəqşbəndilik  Qarabağda  da  geniş  yayılmış  və  ətrafına  böyük 
bir  qrupu  toplaya  bilmişdir.  Sonralar  Nigarinin  Qazaxla 
bağlantıları  və  bir  müddət  o  ərazilərdə  yaşaması  mədəni 
əlaqələrin mövcudluğunu, dərin qatlarının olmasını düşünməyə 
əsas  verir.  Yuxarıdakı  nümunə  Qarabağdakı  proseslərin 
ağırlığını, baç verən faciələri, insanların yaşadığı acıları, siyasi 
gərginlikləri  kifayət  qədər  ciddiliklə  özündə  əks  etdirir. 
“Qarabağım  qanlı  qara  bağımdır”,  “Gözlərimdən  axan  yaş 
Tərtərimdir”  misraları  mövcud  vəziyyəti  ifadə  etmək 
baxımından  əvəzsizdir.  Bu  mövzu  rusların  irticasından,  daha 


 
114 
döğrusu  imperiya  düşüncəsinə  köklənməsindən  sonra 
bütünlükdə  ədəbiyyatı  izləməkdədir.  XIX  əsrdə  də,  XX  əsrdə 
də  və  bu  gün  də  eyni  tonda,  hətta  daha  aparıcı  xəttə  boy 
göstərməkdədir.    Çünki  problemin  özünün  əndazədən  çıxması 
mövzunu  müxtəlif  səviyyələrdə  aktuallaşdırmışdır.  Və  bütün 
müstəvilərdə  Şuşa,  Qarabağ,  Cıdır  düzü,  Vaqif,  Cavanşir  eli 
eyni  xətdə,  eyni  düşüncədə  simvollaşır.  Azərbaycan 
ədəbiyyatının  istedadlı  sənətkarlarından  olan  Süleyman 
Osmanoğlu  (təəssüf  ki,  ədəbi  mühit  onun  yaradıcılığını  hələ 
lazımı  qədər  təhlildən  keçirməyibdir)  “Şuşa  düşüncələri”  adlı 
şeirində vurğulayır: 
 
“Xarı bülbül”lərin dili  “Şikəstə”, 
Çiçəyi ürpənər Cıdır düzünün. 
Yaddaşı hönkürüb dikələr yerdən
Qatar durnaların nəğməsi üstə. 
Qoşma ilmələri toxuyar birdən,  
Vaqif həsrətilə oxuyar birdən. (80, 26). 
 
Qarabağ  ədəbi  mühitinin  ümumi  ruhu,  genetik  yaddaşı, 
mənəvi-əxlaq  kodları  Dədə  Qorquddan  üzü  bəri  ciddi 
məzmunu,  etnos  düşüncəsinə  sədaqəti,  bədii  yaddaş  texna-
logiyalarının    arxitektonikliyini  ortaya  qoyur.  Ona  görə  də  biz 
bütün  vəziyyətlərdə  nə  qədər  fərqliliklərə,  mətn  texnalogiya-
sında  klassik  ənənədən  gələnlərə  və  yeniləşmə  adı  altında 
müxtəlif  meyillərə  meyilliliyi  müşahidə  etsək  də  aparıcılığı 
türk  təfəkküründə  qəlibləşmiş  formaların  tutduğunu  və 
qoruyuculuğu görürük. Vaqifin Qarabağ mühitinə daxil olması 
və  siyasi,  mədəni  arenada  aparıcı  fiqura  çevrilməsi  bədii 
düşüncənin  oyanışı,  yeni  mərhələnin  başlanması  idi.  XVIII 


 
115 
əsrdə  Qarabağ  ədəbi  mühitində  baş  verən  canlanmanın, 
oyanışın  mayasında  M.P.Vaqif  dururdu.  O,  fitri  istedadı, 
yüksək  kamalı  ilə  çox  qısa  müddətdə  türk  şeir  ənənəsinin 
möhtəşəmliyini  bəyan  etdi.  Böyük  ədəbiyyatın,  bütünlükdə 
ədəbi  prosesin  istiqamətini  bura  yönləndirdi.  Vidadi  /  Vaqif 
qüdrəti bütünlükdə ədəbiyyat hadisəsinə çevrildi və bu gün də 
hansı istiqamətdən baxılsa bu yenə görünməkdədir.  Bu istedad 
orta  əsrlərin  ağır  dönəmlərində  ləngər  vuran  və  Füzuli  ilə  ən 
yüksək  zirvəyə  ucalan,  özünün  möhtəşəmliyini  yaşayan 
ədəbiyyatın  yeni  düşüncəyə  köklənmə  gərəkliyini  duydu  və 
mühiti bura kökləmək yolunu tutdu. Vidadi / Vaqif / Ağqızoğlu 
Piri / Sarı Çobanoğlu ruhunda ədəbiyyatın yeni texnologiyalara 
yüklənməsi,  ozandan,  aşıqdan  gələn  xəttin  yazılı  ədəbiyyatda 
daha  dolğun  mündəricə  ilə  görünüşü  başladı.  Çünki  bunların 
özlərinin düşüncəsinin mahiyyətində daha çox elə sazdan, aşıq 
sənətində  olandan  gələnlər  dayanırdı.  H.Araslı  yazır:  “Şairin 
gənclik  illəri  XVIII  əsrin  birinci  yarısında  baş  verən 
müharibələrdən  nisbətən  kənar,  yarımköçəri  bir  həyat  sürən 
Qazax  mahalında  keçmişdir.  O,  dövrünün  tanınmış  alimlərin-
dən olan Şəfi Əfəndinin yanında oxumuş, mükəmməl mədrəsə 
təhsili  almışdır.  Eyni  zamanda  xalq  məişətinə,adət  və 
ənənələrinə  gözəl  bələd  olub,  xüsusən  aşıqların  dastan  və 
qoşmalarını  sevə-sevə  dinləmiş,  saz  çalmaq  öyrənmiş,  özü  də 
bu xalq sənətkarları tərzində şeirlər söyləməyə başlamışdır” (6, 
270).  M.P.Vaqifin Qarabağ ədəbi mühitinə daxil olması həmin 
mühitin  daha  da  zənginləşməsinə  və  bu  mühit  timsalında 
bütünlükdə  Azərbaycan  poeziyasının  inkişaf  istiqamətinə  təsir 
etdi.  Bir  növ  Vaqif  öz  ruhu  ilə  bağlanacaq  bir  axını, 
davamçılarını  formalaşdırdı.  Qasım  bəy  Zakir,  Cəfərqulu  xan 
Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Həsən Mirzə Həsən və 


 
116 
s.  kimi  istedadlar  bir  istiqamətdə  (daha  çox)  məhz  bura 
kökləndilər  və  ən  yaxşı  əsərlərini  də  demək  olar  bu  təsirdə 
yaratdılar. 
Molla Pənah Vaqifin “Bax” qəzəli kontekstində dayanan 
Molla Vəli Vidadinin eyni adlı müxəmməsi, eləcə də digər bu 
silsilədən  olan  şeirləri  (onu  da  əlavə  edək  ki,  Vidadi 
yaradıcılığında  bu  tip  nümunələr  daha  aparıcı  xətdə  görünür) 
bir  növ  mühiti,  zamanın  gərgin  siyasi  mənzərəsini,  reallığın 
mahiyyətini  aydınlaşdırmaq  baxımından  əvəzsizdir.  Əgər  biz 
belə  bir  mənzərəni  M.P.Vaqif  yaradıcılığının  son  dövründə 
görürüksə, M.V.Vidadi yaradıcılığında davamlı olaraq yaşanır. 
Belə  güman  edirik  ki,  M.V.Vidadi  yaradıcılığı  da  bir  bütöv 
olaraq günümüzə gəlib çatmamışdır, əlimizdə olanlar ancaq və 
ancaq  təzkirələr, cünglər, bəyazlar vasitəsilə çatanlardır. Həm 
də onu deməyi özümüzə borc bilirik ki, Vidadi yaradıcılığından 
bizə  çatanlar  da  daha  çox  son  dövrlə  bağlı  olanlardır.  “Bax” 
müxəmməsi  öz  poetik  sistemi,  məzmunu  etibarilə  klassik 
abidədir.  
 
Gəl, könül, bir ibrət al, bu gərdişi dövranə bax
Cami-heyrətdən məxmur olub məstanə bax
Tut təfəkkür damənin bir dəm dili-heyranə bax
Kimsəyə qılmaz vəfa bu dəhri-bipayanə bax, 
Olma məmurinərəğib, axiri viranə bax. (61, 3). 
 
Bu tip nümunələr, demək olar, hansısa təsadüfin, ötəri bir 
əhvali-ruhiyyənin hadisəsi olmaqdan çox-çox uzaqdır. Əksinə, 
burada  tarixin  ciddi  olayları,  siyasi  ziddiyyətləri,  gərgin 
qarşıdurmaları  özünün  ifadəsini  tapır.  Məhz  yuxarıdakı 
nümunənin  ədəbi-nəzəri  fikirdə  tarixi  mənzumə  olaraq 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə