Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

 
110 
“Bax” qəzəli bu gün də eyni duyğunu, sirri- sehri təsəvvürləri 
əhatə edir və çoxalan istiqamətdə əzizlənir. Sirri isə bu gün də 
yozulmazdır,  izahı  ancaq  dildə  müxtəlif  məqamlarda 
xatırlanması  ilə  sonuclanır.  Məlum  olduğu  kimi,  “dildə  bütün 
xalq  və  vətən  təcəssüm  olunur:  onda  xalq  ruhunun  yaradıcı 
gücü,  vətən  göylərinin  səsi,  onun  havası,  fiziki  hadisələri,  ab-
havası, çölləri, dağları, düzləri, onun meşələri və çayları, onun 
burulğan və tufanları gerçəkləşir... Ancaq xalq dilinin işıqlı və 
şəffaf  ənginliklərində  doğma  yurdun  təkcə  təbiəti  deyil, 
həmçinin xalqın  mənəvi həyatının bütün tarixi əks olunur” (49, 
18).  Doğurdan  da,  M.P.Vaqif  şeiri  (buraya  M.V.Vidadini  də 
əlavə  edirik  və  onların  ikisini  bir-birindən  ayırmaq  mümkün 
deyildir;  onlar  birlikdə  bir  bütövü,  XVIII  əsr  Azərbaycan 
şeirinin    inkişaf  tendensiyasını,  yenilikçi  düşüncəni  ortaya 
qoyurlar)  “xalqın  mənəvi    həyatının  tarixini  əks  etdirir”  və 
bizim  fikrimizcə,  mənəvi  həyatın  tarixi  real  tarixdən,  fiziki 
mövcudluğun tarixindən qat-qat dərin və sonsuzdur. XVIII əsr 
Azərbaycan  şeirindəki  Vaqif  mərhələsi  bu  sonsuzluğun 
sərhədləri  daxilində  hərəkətlidir,  əlahiddəliyi  də  bununla 
bağlıdır.  Ona  görə  də  nə  qədər  bu  dövrü  Vaqif  /  Vidadi 
timsalında  təhlil  məqsədində  olsaq  da  yenə  bədii  sözün 
imkanları  timsalında  nəzəri  fikrimizin  imkanları  az,  bir  qədər 
də  aciz  görünür.  Çünki  Vaqif  şeirindəki  ecazkarlıq,  bədii 
parlaqlıq  bizə  vaxtaşırı  qayıtmağı,  ona  hər  dəfə  əlavələrlə 
yanaşmağı  zəruri  edir.  “Bax”  qəzəli  timsalında  yürütdüyümüz 
mülahizələr  bir  tərəfdən  həyat  fəlsəfəsinə,  onun  sirli-sehrli 
mahiyyətinə, insan ağlının çata bilmədiyi möcüzələrinə (bəlkə 
də  mümkünsüzlüyünə)  hesablanırsa,  digər  istiqamətdə  hissi 
dərkin (qavramın) varlığına bağlanır. Vaqifdə hər ikisi qovuşur 
və  bəzən ikincisindən gələnlər daha üstünlük təşkil edir. Çünki 


 
111 
bu  qəzəlin  yazıldığı  şəraitlə,  onu  gözləyən  aqibətin 
sonuclanması  və  şeirin  özünün  məzmunu  elə  əlahiddəliyə 
hesablanmışdı  ki,  onu  ancaq  izhar  etdiyi  bu  nümunə  ilə  ifadə 
etmək  olar.  Üstəlik  qəzəlin  ünvanlandığı  M.V.Vidadiyə 
müraciət  səbəbsiz  deyildi  və  burada  o,  Vidadidən  (şair 
olandan) böyüyünü görmürdü, ona müraciətlə dərdini bölüşür, 
həyat  fəlsəfəsinin,  dünya  xanimanının  nələrlə  dolu  olduğunu 
elə  dünyanın  özünə  çatdırırdı.  Hadisə  isə  bəllidi,  ünvana 
gəldikdə bu daha uğurlu və düzgün seçim idi, çünki onu ancaq 
şair olan, həyatın hər üzünü görən bir müdrik dərk edə bilərdi. 
Daha  İbrahim  xan,  Ağa  Məhəmməd  şah  Qacar,  Məhəmməd 
bəy Cavanşir, yaxud da dünyanın digər bu silsilədən olan xan-
xavanları  dərk  etmək  gücündə  deyildilər,  səbəb  isə  aydındı, 
onların iddiaları, qəzəb və kinləri, asıb-kəsmək düşüncəsi buna 
imkan  verməmişdir  və  çox  az-az  mənsəb  sahibləri  bunu  dərk 
edə  bilərlər.  Dünən  də,  bu  gün  də  belə  olmuş,  sabah  da  belə 
olacaqdır.  Doğurdan  da,  “Vaqif  indi  həyatın  qarşıya  qoyduğu 
suallara  cavab  tapmaqda  acizdir.  Onun  qəlbində  nikbinlik 
fəlsəfəsinə yabançı duyğular baş qaldırır. Həyatın ziddiyyətləri 
qarşısında çaş-baş qalan şair həm  sarayın  ikiüzlü  əhatəsindən, 
həm  ailəsindən,  ümumiyyətlə  ətrafındakı  adamlardan 
bədgüman olaraq gizlənməyə, təkliyə can atır. Artıq insanlarla 
onun arasındakı mənəvi  rabitə, tellər qırılmış, Vaqif Vidadinin 
uzaqgörənliklə xəbər verdiyi sarsıntılara məruz qalmışdır” (32, 
125).  Doğurdsan  da,  əvvəlki  müraciətlər  timsalında  bu  qəzəli 
təhlil  etdikdə  ünvanlanmanın  səbəb  və  mahiyyəti  bir  qədər 
aydınlaşır,  çünki  həyatın  müşküllərini  müxtəlif  vəziyyətlərdə 
Vaqifə  çatdırmağa  çalışan  Vidadi  bu  dünya  işinin 
etibarsızlığını  da  göstərmişdi.  “gəl  çəkmə  cahan  qeydini,  can 
belə  qalmaz”,  “dərdim  çoxdur  birin  doru  sanan  yox”  misralı 


 
112 
şeirləri, eləcə də digər nümunələr və məşhur deyişmələri bunun 
klassik  nümunəsidir.  Böyük  Azərbaycan  şairi  N.Gəncəvinin 
poemalarındakı 
ayrı-ayrı 
epizodlar, 
“Sirlər 
xəzinəsi” 
poemasındakı  “Özündən  naümid  padşahın  dastanı”  hekayəsi, 
“Leyli  və  Məcnun”  poemasındakı  məşhur  “Hekayət”  (Mərv 
ölkəsinin  hökmdarı  ilə  bağlı  olan  hekayət  nəzərdə  tutulur) 
özlüyündə  təsadüfilikdən  çox  uzaq  olan  reallıqlara  hesablanır. 
Bütün  bunların  nəticəsi  və  bir  tərəfi  olaraq  N.Gəncəvi 
vurğulayırdı  ki,  “Məcnuna  bənzəsən  insanlıqda  sən,  dünyada 
nə  qüssə,  nə  dərd  çəkərsən”  (50,  258).  Burada  məsələnin 
mahiyyəti başqa tipli olsa da, ancaq alt qatında daha ciddi, həm 
də  reallıqlara  bağlanan  məqamlar  var  ki,  bu  da  Vaqifin  son  
şeirləri  ilə  bağlanır,  hansı  ki,  Vidadi  yaradıcılığında  mühüm 
tərəf olaraq sistemli şəkildə özünə  yer alırdı. Onun ən klassik 
nümunəsi  isə  Ağabəyim  Ağabacının  taleyində  və  məşhur 
bayatısında əksini tapır. 
 
Mən aşığam, qara bağ,  
Qara salxım, qara bağ, 
Tehran cənnətə dönsə, 
Yaddan çıxmaz Qarabağ. (65, 52) 
 
Mətnə  diqqət  yetirdikdə  və  hadisənin  mahiyyətini  dərk 
etdikdə bunun məzmun yaddaşı bir sonsuzluqla səciyyələnir və 
bütünlükdə  xalqın  keçib  gəldiyi  yolda  ağrılarla  dolu  taleyi, 
insanlığın  acılarını,  vətən,  torpaq  sevgisini,  üzləşdiyi 
mümkünsüz  faciələri  ifadə  edir.  Ona  görə  də  Qarabağ  ədəbi 
mühitini  bir  həyat,  etnos  hadisəsi  olaraq  bütün  tərəfləri  ilə 
nəzərdən keçirmək zərurəti ən önəmli məsələdir və bu  dünən 
də, bu gün də belədir. Bütünlükdə Qarabağ timsalında insanlığa 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə