Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
  1   2   3   4   5   6   7   8   9   ...   93


 
 
 
MAHMUD ALLAHMANLI 
 
 
 
 
 
 
 
 
 
TƏXƏLLÜSÜ VAQİF, 
NƏZMİ DÜRƏFŞAN 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2017 


 

 
 
 
Redaktoru:             P.Ş.Əfəndiyev, əməkdar elm xadimi
filologiya elmləri  doktoru, professor
 
 
Rəyçilər:                 E.H.Quliyev, filologiya elmləri doktoru, 
professor 
 
                                Y.M.Babayev, filologiya elmləri doktoru, 
professor 
 
 
 
 
Mahmud Allahmanlı, 
TƏXƏLLÜSÜ VAQİF, NƏZMİ 
DÜRƏFŞAN,  Ləman  Nəşriyyat  Poliqrafiya,  Bakı, 
2017, 340 səh.
 
 
Kitabda  M.P.Vaqifin  mühiti,  dövrü,  həyatı,  XVIII 
Azərbaycan  poeziyasının  inkişaf  istiqamətləri,  şairin  intibah 
konsepsiyası,  klassik  ənənədə  və  xalq  şeiri  üslubunda 
yazdıqlarının  spesifikası,  aşıq  şerindən  gələnlərin  Vaqif 
poeziyasında  yeni  məzmun  kəsb  etməsi,  sonrakı  dövr 
ədəbiyyatda  oynadığı  əzəmətli  rol  və  s.  məsələlər  özünün 
geniş həllini tapır. 
 
 
 
 
 
Qrifli nəşr   A
4702060000 86
2017

                

 M.Allahmanlı, 


 

2017 
 
 
 
 
MÜNDƏRİCAT 
 
Ön söz əvəzi  ............................................................................. 4 
Milli intibah və Molla Pənah Vaqifin  
millilik konsepsiyasi  ................................................................ 9 
Qarabağ ədəbi mühiti və Molla Pənah Vaqif  ........................... 61 
Dədə Qorquddan Qurbaniyə, Qurbanidən  Vaqifə  ................... 138 
Əhməd Yasəvidən Xətaiyə, Xətaidən Vaqifə  .......................... 187 
Molla Vəli Vidadi və Molla Pənah Vaqif  ................................ 214 
“Vaqif” dastanı  ......................................................................... 307 
Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi  .............................. 316 
Son söz ...................................................................................... 329 
Ədəbiyyat  ................................................................................. 334 
 


 

 
 
 
 
 
ÖN SÖZ ƏVƏZİ 
 
Molla  Pənah  Vaqifin  anadan  olmasının  300  ili  tamam 
olur. Heç şübhəsiz, bundan sonra da üç yüz illər keçəcək və bu 
böyük şair boy göstərəcək, etnosun ruhunun, milli yaddaşının, 
bədii-estetik  düşüncəsinin  hadisəsi  kimi  ciddi  marağa  səbəb 
olacaqdır.  Azərbaycan  ədəbiyyatı  bütün  zamanlarda  uğurları, 
özünəməxsusluqları  ilə  səciyyələnmiş  və  bu  gün  də  belədir. 
Onun  qaynağı  isə  xalqın  zəngin  mədəniyyəti,  qurub  yaratmaq 
istəyi,  tarixi  ənənələrə  olan  marağıdır.    Çağdaş  zamanımızda 
Vaqifə olan marağın kökündə bu sayğı, böyük ideallara sədaqət 
dayanır. Çünki M.P.Vaqif ruh və ədəbiyyat hadisəsidir, olanları 
ilə  xalqın  içindən  keşir.  Haqqında  dolaşan  əhvalat,  hadisə  və 
hekayətlər  bir  növ  onun  zəngin  istedadına,  fitri  qabiliyyətinə 
marağın nəticəsi kimi uzun illər dolaşmışdır. “Divanı”, “Divan-
ları”  sağlığında  məhv  edilməsinə  baxmayaraq,  M.P.Vaqif 
yaddaşlarda  yaşarılıq  qazanmışdır.  Xalq  onu  təkcə  yazıda, 
kitabda  qoruyub  saxlamaq  yolunu  tutmamış,  həm  də  yaddaş 
hadisəsinə  çevirmişdir.  Şeirlərini  sinəsinə  toplamış  və  onunla 
bir  növ  ruhunun,  mənəvi-ruhani  dünyasının  ehtiyaclarını 
ödəmişdir.  
Məlum  olduğu  kimi,  XVIII  əsr  Azərbaycanın  ictimai, 
siyasi  mədəni  tarixində  xüsusi  bir  mərhələdir.  Səfəvilərin 
hakimiyyətinin  sonuclanması,  Nadir  şahın  hakimiyyətə  gəlişi 
və  onun  qətlindən  sonrakı  mərhələnin  hadisələri  artıq  siyasi 
enişin faktı kimi narahatçılıq yaradır. Xanlıqlar dövrü və ayrı-
ayrı xanlıqlar arasında baş verən gərginliklər, xarici siyasətdəki 
çatlar  hamısı  problem,  uğursuzluq  arxasınca  uğursuzluq 
gətirirdi.  Eyni  zamanda  növbəti  uğursuzluğun  başlanğıcını 


 

qoyurdu,  hətta  hakimiyyətin  özünün  daxilindəki  gərginlik  də 
işlərin  yaxşılığından  xəbər  vermirdi.  Bütün  bunlar  ictimai, 
siyasi  münasibətlərə  təsir  göstərir,  hətta  mühitin  mədəni  ab-
havasına  əlavə  ağırlıq  gətirirdi.  Ağırlıqlar  isə  etnosun  
bütünlükdə  çiyinlərində  daşınırdı.  Ona  görə  də  Vaqif  dövrü 
anlayışının  altında  ciddi  mahiyyətə  yönəlikli  hadisələr,  onun 
bütün  təbəddüatları  yer  alır.  Eyni  zamanda  milli  oyanışın 
mövcudluğunu zəruri edir. 
Vaqif    M.Füzulidən  sonrakı  bədii  düşüncənin  zirvəsidir. 
XVI əsrdəki mədəni hərəkat Füzuli // Xəta // Qurbani xəttində 
özünün  ən  möhtəşəm  dövrünü  yaşayır.  Nizamidən  sonrakı 
mərhələ  Füzuli  ilə  bədii-estetik  düşüncə  müstəvisində  yeni 
sferaya  daxil  olur.  Və  özlüyündə  klassik  ənənənin  yeni  bir 
mərhələ  fenomenini  ortaya  qoyur.  Füzulidən  sonra  olanlar  isə 
Füzuli  çevrəsini  formalaşdırır  və  klassik  formulanın  (əruz 
ədəbiyyatının)  bir  başqa  müstəvidə  yenilənməsini  aktlaşdırır, 
daha  doğrusu,  daha  fərqli  düşüncə  modellərinin  gərəkliyi 
təsəvvürünü  yaradır.  XVII  əsr  bu  müstəvidə  öz  bətnində 
klassik ənənədən əlavə elat təsəvvüründə olanların oyanışını və 
aparıcı  xəttə  doğru  gəlişini  zərurət  kimi  mühitin  qarşısına 
qoydu. “Koroğlu”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Abbas və 
Gülgəz”, “Əsli və Kərəm”, “Nəcəf və Pərizad” kimi möhtəşəm 
abidələr  məhz  bu  dövrün  hadisəsi  kimi  meydana  çıxır.  Dədə 
Qorquddan  üzü  bəri  olanların  müqəddəslik  dərki  daha 
aydınlıqla    başlayır  və  milli  olan  öz  tarixi  yerinə,  öləzimiş 
(əslində  bu  siyasi  elita  üçün  belə  idi)  vəziyyətindən  daha 
ecazkar  inkişaf  sferasına  daxil  olur.  Qurbani,  Miskin  Abdal, 
Abbas Tufarqanlı, Lələ, Sarı Aşıq, Qaracaoğlan və s. şəxsində 
daşınan  elat  mədəniyyəti  XVII  əsrdən  XVIII  əsrə  doğru  yeni 
məzmun və mahiyyət fonunda ciddi uğurlara imza atır. XVIII 
əsrdə  aşıq  yaradıcılığı  timsalında  mühitlərin  formalaşmasını 
zərurətə  çevirir  və  Qarabağ  mühiti  timsalında  Aşıq  Cünun, 
Aşıq  Güllü,  Şair  Məhəmməd,  Aşıq  Səməd,  Aşıq  Valeh,  Aşıq 
Qənbər kimi ustadların meydana çıxmasını aktuallaşdırır. Onu 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə