Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

 
43 
Azərbaycan  ədəbiyyatının  inkişaf  tarixini  izlədikdə, 
keçib  gəldiyi  yolu  göz  önünə  gətirdikdə  zəngin,  ucu-bucağı 
görünməyən  bir möhtəşəmlik gözlərimiz önündə canlanır. Bu 
zənginliyin  mahiyyətində  nələr  yoxdu,  klassiklər  söz,  sənət 
adında  nələr  yaratmayıblar.  Bunların  izahı  təkcə  mövzu, 
mündəricə  və  mətn  baxımından  deyil,  bütünlükdə  düşüncə 
sistemi  olaraq  müəmmalarla,  açılması  sona  qədər  mümküm 
olmayan  ecazkarlıqlarla,  sirlə  doludur.    Məhz  ona  görə  də 
S.Vurğun  etnosun  yaratdığı  mədəniyyət  və  tarix  anlamında 
“hər  daşın  altında  bir  gövhər  yatır”  söyləyirdi.  Xalq  şairimiz 
H.Arif  “kamanla  uyuyub,  sazla  oyanıb,  tütəklə  dil  açıb  ötdü 
babalar”  deyirdi.  Z.Yaqub  “millətimi  saz  anladar,  saz  anlar, 
saza  baxsın  tarixi  yazanlar”  qənaətinə  gəlirdi.  Ədəbi  düşün-
cənin  bütün  metodoloji  prinsipləri,  tarixi  və  struktur-semiotik 
təhlil mexanizmləri, müxtəlif nəzəriyyələrin müəyyənləşdirdiyi 
konsepsiyalar  Azərbaycan  ədəbiyyatı  tarixində  bir  yeni  dövr 
anlayışının irəli sürülməsini zərurət kimi ortaya qoyur. Bu yeni 
dövrün  mahiyyətini  ifadə  edən  düşüncə  milliliyin  bütün 
səviyyələrdə  aparıcı  xətdə  görünüşü  kimi  fundamental 
məsələdən  qaynaqlanır.  Ə.Abid  yazır:  “İstər  Azərbaycanda  və 
Qafqazda    yerləşən  türklər,  istərsə  mütəmadi  bir  surətdə 
hərəkətdə bulunan, yaxud yeni gələn əşirət və qəbilələrin özləri 
ilə gətirdikləri  əksi iqtisadi bədii tələqqilər  iki ayrı “kultura” 
təsiri  qarşısında  qalmışdı:  Sasani  ilə  ərəb”  (1,  71).  Burada 
vurğulanan  “iki  ayrı  kultura”  anlayışı  bütünlükdə  region 
ədəbiyyatını,  mədəniyyətin  bütün  tərəflərini  əhatə  edirdi.  Ona 
görə  də  Azərbaycan  ədəbiyyatı  tarixinə  fikir  verdikdə  bu  iki 
kulturanın işarələdiyi məzmun, təsir və informasiya dalğası bir 
illə, beş illə ölçüləcək zamanla deyil, yüzilliklərlə səciyyələnir. 
Musa  Şəhəvat,  İsmayıl  ibn  Yəsar,  Əbül  Abbas  Əl-Əma, 


 
44 
Bərəkaveyh  Zəncani,  Əbu  Abdulla  əl-Müğəlləs,  Mənsur 
Təbrizi,İskafi  Zəncani,  Xəttat  Nizami  Təbrizi,  Xətibi  Urməvi, 
Əbülməhasim    Hüseyn  Təbrizi,  Əli  ibn  Hübbətullah  Təbrizi, 
Kafi  Zəfər  Həmədani,  Qətran  təbrizi,  Xətib  Təbrizi,  Ömər 
Gənci, Eynəlqüzzat Miyanəçi, Əbulla Gəncəvi, Fələki Şirvani, 
İzəddin  Şirvani,  Mücirəddin  Beyləqani,  Qivami  Mütərrizi, 
Şihabəddin  Sührəverdi,  Məhsəti  Gəncəvi,  Xaqani  Şirvani, 
Nizami Gəncəvi, Zülfüqar Şirvani, Mahmud Şəbustəri, Hümam 
Təbrizi,  İzəddin  Həsənoğlu,  Marağalı  Əvhədi,Arif  Ərdəbili, 
Əssar  Təbrizi,  Qazi  Bürhanəddin,  İmadəddin  Nəsimi,  Şah 
Qasım  Ənvar,  Bədr  Şirvani,  Hamidi,  Mirzə  Cahanşah  Həqiqi, 
Kişvəri, Həbibi, Həqiri Təbrizi, Şah İsmayıl Xətai, Məhəmməd 
Füzuli, Məhəmməd Əmani, Fədai, Məsihi, Saib Təbrizi, Qövsi 
təbrizi  və  s.  sənətkarlar  “iki  ayrı  kultura”nın  təsiri  qarşısında 
bədii  düşüncənin  zənginləşməsinə  xidmət  etmiş  və  milli 
kulturanın  prinsip  və  mexanizmlərini  daha  çox  alt  qatda, 
məzmun  elementlərində ifadəyə  yönləndirmişlər. Əlbəttə milli 
mədəniyyətin qoruyuculuq missiyası burada bütün təfərrüatı ilə 
üzdə  görünən  hadisə  deyildir.  Onu  da  əlavə  edək  ki,  milli 
mədəniyyətin  qoruyuculuq  səviyyəsini  anadilli  ədəbiyyata 
qədərki  mərhələdə  bir  başqa  prinsip  və  mexanizmlərlə,  mətn, 
epizod  və  hadisə  elementləri  ilə  izləmək  məcburiyyətindəyik. 
Burada  formul,  dil  faktları  yüzə-yüz  Sasani  və  ərəb 
kulturasının ortaya qoyduğu və zərurət kimi işarələdiyi sistemə 
riayətlə  müəyyənləşir.  Bunlar  milli  ədəbiyyat  məsələsində  bir 
qədər ağrılı və ciddi məsələlərdir. “Bütün mövzuları Qafqaz və 
Azərbaycan torpaqlarında  vücudə gələn vaqeələrə  aid olan  və 
ədəbiyyatımızın ilk dövrlərini aydınlaşdırmaq üçün  mühüm bir 
material təşkil edən Qorqud kitabı tamamilə bu dövrün ümumi 
xarakterini ehtiva etdiyindən, onu bu qismdə tədqiq etmək  icab 


 
45 
etdi.  Müsəlmanlıqdan  əvvəlki  etiqad  və  etiyadların    izlərini 
daşıyan  “Oğuznamə”  ərəb  dininin  tutunmasını  mütəaqib 
qüvvəli bir surətdə  inkişaf eyləyən Quran ədəbiyyatının təsiri 
altında  yeni İslami bir şəkildə  doğan başqa xalq  mübdələrini  
tərk edərək meydandan  qalxmışdır: qismən də islami  bir şəkil 
alaraq uzun müddət yaşamışdır. 
Oğuz  mədəniyyətinin  ədəbiyyatımızdan  qalxması  isla-
miyyətin  başlanğıcında  olmamışdır.  Bunlar  müsəlmanlığın 
intişarından    sonra  da  çox  zamanlar  qüvvədə  yaşamışdır”  (1, 
83). Ədəbiyyatımızın ilk dövrlərini, etnosun keçib gəldiyi yolu, 
yaratdığı  milli  mədəniyyəti  aydınlaşdırmaq  üçün  Qorqudun 
kitabı  doğurdan  da  əvəzsiz  mənbədir.  Bu  mənbənin  verdiyi 
informasiya  təkcə  özünəqədərki  olanlarla  məhdudlaşmır, 
burada  həm  də  sonrakı  dövrün  prosesini  mədəniyyətdə 
şaxələnmənin  necə  getdiyini  aydınlaşdırmaq  baxımından 
əvəzsiz  mənbədir.  Daha  doğrusu,  XVIII  əsrə  gələn  yolun 
müəyyənliyinin  ən  başlıca  ünvanıdır.  Bunun  isə  istiqaməti 
şedevr nümunələrin (“Koroğlu”nun, “Əsli və Kərəm”in, “Aşıq 
Qərib”in,  “Abbas və Gülgəz”in,  “Tahir və  Zöhrə”nin) reallaş-
ması ilə texnoloji  inkişaf keçirmiş, milli  mədəniyyətin  gəldiyi 
bağları  aydınlaşdırmışdır.    Məhz  Şah  İsmayılla  Kərəmin 
qafiyəsi arasında aparılan müqayisələr, eləcə də dünya şöhrətli 
“Koroğlu”  nəğmələri  ətrafında  aparılan  mülahizə  və  təhlillər, 
ustad  aşıqların  yaradıcılığındakı  əsrarəngizlik  M.P.Vaqifə 
gələn  yolun  müəyyənliyidir.  Koroğlunun  qoşmaları  haqqında 
mülahizələr  yürüdən  A.Xodzko  yazır:  “Koroğlunun  təbii 
qayalardan,  büllur  fəvvarələrdən  fantan  verən,  dağ  çeşməsi 
kimi saf və təmiz improvizasiyaları – mahnıları, qoşmaları heç 
bir  çətinlik  olmadan  öz-özünə  qəlbinin  dərinliyindən  axıb 
gəlmişdir”.  Doğurdan  da,  Koroğlunun  qoşmaları  təbii 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə