Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

 
36 
cəvi,  Ə.Cami,  C.Rumi,  H.Şirazi  ilə  M.P.Vaqif  yaradıcılığı 
ətrafında  müqayisələrdə  vurğulanan  əsas  tendensiya  bundan 
ibarətdir  ki,  bunlar  şairdirlər.  “Şier  maddəsi  yoxdur”,  “ancaq 
sənətkardırlar”.  Burada  vurğulanan  digər  məqam  “rişteyi-
nəzmə  düzürlər və hərgiz  nəzmlərində  bir təsir yoxdur; bəlkə 
əksərinin  nəzmlərində    heç  məzmuni-səhih    dəxi  tapılmaz” 
qənaətidir.  Burada  mübahisələrə  yol  açacaq  ciddi  məqamlar 
kifayət  qədərdir.  Ancaq  bizim  problemimiz  səviyyəsində 
olmadığı  üçün  məsələnin  dapa  təfərrüatlı    şərhinə  maraqlı 
deyilik.  Yuxarıda  adlarını  qeyd  etdiyimiz  sənətkarlar  nəinki 
Şərq  ədəbiyyatının,  eləcə  də  dünya  ədəbiyyatının  əvəzsiz 
simalarıdır. Sadəcə olaraq M.F.Axundovun düşüncəsində şair / 
nəzmi ustad, şeir / nəzm / şair terminlərinin işarələdiyi məzmun 
və onların mahiyyətinə münasibətin ifaəsidir. Göründüyü kimi, 
burada  vurğulanan  əsas  məsələlərdən  biri  də  M.Füzulinin 
“nazimi-ustad”  adlanması  ilə  bağlı  olanlardır.  Bütün  bunların 
axarında  diqqət  M.P.Vaqifə  yönəlir  və  Vaqif  yaradıcılığının 
özünəməxsusluğunun,  sənətkar  olaraq  fikirlərinə  müqailliyini 
onda  gördüyünü  vurğulayır  və  “zikr  etdiyim    şərt  bir  növ  ilə 
onda  göründü”  formatını  ortaya  qoyur.  Daha  sonra  bu 
müqabilliyin  daha  klassik  və  uğurlu  variantı  kimi  Q.Zakiri 
təqdim  edir.  Fikrimizcə,  M.F.Axundovun  ədəbiyyatşünaslıq 
düşüncəsində  məsələlər  XIX  əsrin  yeniləşən  ədəbiyyat  təsəv-
vürlərinə  əsaslanır.  Onun  nəticəsi  kimi  burada  bir  qədər 
mübahisəli  görünəcək  qənaətlər  özünə  yer  alır.  M.P.Vaqif 
timsalında bunlar bizim də təsəvvürlərimizə yaxındır. Mübahi-
səli  görünən  Vaqifə  qədərki  olanlarla  bağlıdır.  A.Ərdəbili 
“sözdə xəyal yoxsa onda can olmaz” deyirdi. Bütün bunlar bir 
bütöv  olaraq  Vaqif  timsalında  XVIII  əsr  Azərbaycan 
ədəbiyyatını 
və 
ondan 
sonrakı 
mərhələnin 
axarını 


 
37 
müəyyənləşdirməyə  və  obyektiv  qənaətlər  yürütməyə  əsas 
yaradır.  Əlbəttə  bu  mülahizələr  bütün  tərəfləri  ilə  əvvəldən 
axıra  qədər  də  elmi-nəzəri  fikirdə  birmənalı  qəbul  olunacaq 
mülahizələr  deyildir.  M.P.Vaqifin  sənət  düşüncəsinin 
parametri,  sxemləri  o  qədər  milli  yaddaşa,  etnos  təsəvvürünə 
bağlanır  ki,  sona  qədər  onun  dərinliklərinə  gedib  çıxmaq  özü 
müşkül  görünür.  Çünki  poeziyanın  sehri  nəzəri  düşüncənin 
gedib çıxa biləcəyi imkandan çox-çox dərindədir. Ona görə də 
“biz nəzəriyyədən, hər nə qədər intellektuallıqdan, realizmdən, 
psixologizmdən, bədii forma əlvanlığı  və sairədən danışsaq da, 
yenə  bir  nəticəyə  gəlib  çıxırıq  ki,  şeirin  ürəyi  xalqın  ürəyi,  
şeirin fəlsəfəsi xalqın həyat fəlsəfəsi, şeirin əxlaqı xalqın gözəl 
əxlaqi keyfiyyətləri, şeirin dili xalqın dili olmalıdır” (23, 142). 
Doğurdan  da,  xəlqilik  böyük  ədəbiyyatın  vuran  ürəyidir  və 
Vaqif şeirinin dili elə xalqın dili, gözəl əxlaqi keyfiyyətləridir. 
M.P.Vaqiflə  M.V.Vidadinin  məşhur  deyişməsində  vurğulanan 
bir  məqam  var.  Əlbəttə  bu  deyişmə  Azərbaycan,  bütünlükdə 
türk  xalqlarının  bədii  düşüncəsi  üçün  əvəzsiz  sənət 
nümunəsidir. Təəssüflə qeyd olunmalı odur ki, nədənsə ədəbi-
nəzəri fikir bu abidənin mahiyyətinə, təfərrüatlı təhlilinə elə də 
diqqət  göstərməyibdir.  Burada  vurğulanan  bir  məsələ 
M.V.Vidadinin  dediyi  “küllü-Qarabağın  abi-həyatı,  nərmü-
nazik  bayatıdır,  bayatı”  misralarındadır.  Paradiqmatik  düzüm 
bunu  bir  milli  təsəvvür  faktı  olaraq  müəyyənləşdirir.  Sadəcə 
olaraq  M.P.Vaqiflə  deyişməsi  üzərində  aydınlaşan  bu 
mülahizələr  küllü-Qarabağın  abi-həyatı  timsalında  bütünlükdə 
Azərbaycan  poeziyasını  və  bu  mühit  səviyyəsində  M.P.Vaqif 
sənətinin ecazkarlığını aydınlaşdırır.  
Türk bədii düşüncəsində zaman və məkan təkrarlanması 
təbii  proses  olaraq  bütün  zaman  kəsiklərində  boy  göstərir.  Bu 


 
38 
təkrarlanma xalq şeirindən gələnlər timsalında bədii düşüncəni 
şərtləndirir.  S.Mümtaz  məhz  bütün  bunların  nəticəsi  olaraq 
yazırdı:  “Molla  Pənah  Vaqif  də  Azərbaycan  ədəbiyyatını 
çiçəkləndirən  qüdrətli  şairlərin  biri,  daha  doğrusu    əsrində 
yetişən  şüəranın  pişvası  olmuşdur.  Molla  Pənah  Vaqifi  öz 
milləti cani-dildən istədiyi kimi sair millətlər də sevib ehtiram 
edirlər”  (74,  263-264).  Azərbaycan  ədəbiyyatında  milliləşmə, 
intibahın  milli  konseptdə  inkişafı  Nizamidən  Füzuliyə  və 
oradan  da  Vaqifə  gəlişdə  müəyyənləşir.  Əlbəttə  XIX  əsrdə, 
eləcə  də  XX  əsrin  bütün  təhlillərinin  mahiyyətində  inkişafın 
sistemi,  texnologiyasının  spektrlərinin  müəyyənləşməsi 
dayanır.  Çünki  aparılan  müşahidələr  milli  mədəniyyətin 
genetikasını, inkişaf modelini bir problem olaraq əsasa çevirir. 
Bunun  isə  zəngin  ədəbiyyat  tarixində  sxemləri  daha  çox  xalq 
düşüncəsində  olanlarla  yaşarılıq  qazanır,  etnos  şüurunun 
bərqərar  olunması  ilə  şərtlənir.  XVI  əsr  bu  müstəvidə 
Səfəvilərin  hakimiyyəti,  Şah  İsmayıl  Xətainin  qurduğu 
dövlətçilik sistemində daha çox özünü göstərdi və bir növ əsas 
xətdə  dayandı.  Milli  düşüncənin  dövlətçilikdə  boyartımına 
yaradılan  şərait  və  bütünlükdə  məsələnin  bu  istiqamətə 
yönləndirilməsi cəhdləri Xətai / Füzuli / Qurbani xəttini intibah 
hadisəsi  kimi  şərtləndirdi  və  nə  qədər  yaxınlıq,  yaxud  da 
uzaqlığa  baxmayaraq  oyanışın  istiqaməti,  boy  göstərən 
spektrləri  mill  düşüncənin  aparıcılığa  gedişini  şərtləndirirdi. 
Məyyən  tərəfləri  ilə  Qazi  Bürhanəddini  də  daha  əvvəlin  faktı 
olaraq bura qatmaq gərəyi yaranır. Oyanışın isə əsas başlanğıcı 
XV  əsrin  sonu  və  XVI  əsrin  əvvəllərində  olanlarla  Şah 
İsmayılla  bağlanır.  Onu  da  əlavə  edək  ki,  bu  intibahın 
mövcudluğunda  Şah  Xətainin  rolu  nə  qədər  güclü  müşahidə 
olunsa  da,  yenə  Səfəvilər  sarayında  yaşayıb  yaratmış  və  ona 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə