Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
27 
M.P.Vaqif və Molla Cümənin iki nəhəng, titanik sənətkarların 
yaradıcılığı  arasında  bağlar,  tellər,  oxşarlıqlar  gördüm.  Bunlar 
məni valeh elədi” (37). Folklorşünas alimimiz Paşa Əfəndiyev 
ustad aşığımız Molla Cümə haqqında  toplama və təhlillərində 
ciddi  və  həm  də  maraqlı  nəticələrə  gəlir,  orijinal  bağlantıları 
problem mövzu olaraq ortaya qoyması ilə diqqəti cəlb edir. Bu 
müşahidələr  məhz  bir  sənətkar  səviyyəsində  olanlardı.  Ancaq 
ümumilikdə  aşıq  yaradıcılığı,  klassiklər  və  sonrakı  dövrün 
ustadları  ətrafında  müşahidələr  M.P.Vaqifin  öz  qaynağını  bir 
istiqamətdə  aşıqlardan  aldığını  göstərirsə,  digər  istiqamətdə 
sonrakı  dövr  mühitə  nə  qədər  təsirdə  olduğunu  aydınlaşdırır. 
Miskin  Abdal,  Qurbani,  Abbas  Tufarqanlı,  Qaracaoğlan  və  s. 
sənətkarlardan  gələn  təsirlər    özlüyündə  ayrıca  problemdir. 
Eləcə  də  “Kitabi-Dədə  Qorqud”,  “Koroğlu”,  “Əsll-Kərəm”, 
“Tahir  və  Zöhrə”,  “Abbas  və  Gülgəz”,  “Aşıq  Qərib”,  “Şah 
İsmayıl”  və  s.  dastanların  M.P.Vaqif  yaradıcılığına  təsiri 
məsələsi  də  ciddi  fakt  bolluğu  ilə  xarakterizə  olunur.  Bunlar 
təkcə  məzmun,  forma,  epizod,  hadisə  səviyyəsində  nəzərə 
çarpmır,  həm  də  poetik  formulların  daşınışı  ilə  səciyyələnir. 
Molla  Cümə  yaradıcılığı  müstəvisində  prof.  P.Əfəndiyevin  
heyrətamiz şəkildə “Ulu Tanrı, Böyük Allah, bu nə möcüzədir” 
deməsi hansısa bir məqamın düşüncəsi deyildir. Uzunmüddətli 
araşdırmalar, ciddi təhlillər və müqayisələrin nəticəsi olaraq bu 
mülahizə yürüdülmüşdür.  
Artıq  M.P.Vaqifin  anadan  olmasının  üç  yüz  illik  tarixi 
gəlir. Sağlığından mühitdə, bütünlükdə siyasi,  ictimai,  mədəni 
arenada böyük marağa səbəb olan bu böyük şairin yaradıcılığı 
müxtəlif  səviyyələrdə  təzkirələrin,  tədqiqatların  probleminə 
çevrilmişdir.  Azərbaycan  ədəbi-nəzəri  fikrinin  görkəmli 
nümayəndələri    haqqında  lazımı  qədər  ciddi  mülahizər 


 
28 
yürütmüşlər.  Ancaq  deyilənlər  M.P.Vaqif  böyüklüyü  müqa-
bilində bir hissədir. M.Camalın, M.M.Nəvvabın, M.Müctəhid-
zadənin,  M.Y.Qarabağinin,  H.Ə.Qaibovun,  A.Berjenin, 
Ə.Abidin,  Y.V.Çəmənzəminlinin,  S.Mümtazın,  F.Köçərlinin, 
İ.Hikmətin,  H.Araslının,  A.Dadaşzadənin,  P.Əfəndiyevin, 
N.Cəfərovun və başqalarının mülahizələri bütünlükdə M.P.Va-
qif  böyüklüyünün  ifadəsinə  və  aydınlığına  hesablanmışdır. 
Y.V.Çəmənzəminlinin  “Molla  Pənah  Vaqif  haqqında”  adlı 
məqaləsində bir məqamı qeyd etməyin gərəyi  yaranır: “İndiyə 
qədər Vaqifin həyatına və dövrünə dair  ətraflı olaraq  bir əsər 
meydana  çıxmamışdır.  Yazılanlarda  tarixi  materiallarla 
bərabər,  bir  çox  uydurma  şeylər  var.  Bunun  başlıca  səbəbi 
ədəbiyyatçılarımızın  tarixi  materiallara  elmi  olmayaraq 
yanaşması  və  tarixçilərimizin    fəaliyyət  göstərməməsidir. 
Halbuki  Vaqifin  dövrünə  dair    türk,  rus  və  fars  dillərində 
olduqca  bol  material  var.  Başlıca  qüsurlardan  biri  də 
materialların    ayrı-ayrı  əllərdə    olub  istədikləri    kimi  şərh 
edilməsindədir”  (30,  95).    Aydınlıq  üçün  məqalənin  sonluq 
epizodunu  da  veririk.  Çünki  M.P.Vaqifin  siyasi  dünya-
görüşünü,  mühitdə  olan  mövqeyini,  münasibətini  dəqiq 
müəyyənləşdirmədən  onun  düşüncəsi,  ictimai,  siyasi,  mədəni 
mühitə  münasibəti  haqqında  bu  gün,  eləcə  də  sabah  dəyişən 
ideologiyalarda  doğru  nəticə  çıxarmağın  özünün  çətinliyi 
yaranır.  Son  dövrün  müxtəlif  səpkili  yazılarında  M.P.Vaqifə 
münasibətdə  şaxələnmələr,  müxtəlifliklər  nəzərə  çarpır.  Hətta 
bəzən Rusiyaya münasibət məsələsində müəyyən etiraz, tənqid 
elementləri də özünü göstərir. Lakin məsələyə bu gündən  yox, 
dövrün siyasi proseslərinin məcburiyyət olaraq ortaya qoyduğu 
vəziyyətdən  yanaşmaq  lazımdır.  Y.V.Çəmənzəminli  bütün 
bunları  nəzərə  alaraq  saf-çürük  etmədən  çıxış  edir:  “Məncə 


 
29 
Vaqifi  dövrü  ilə  birgə  qavramaq  üçün  dərin  bir  tədqiqat 
lazımdır.  Adolf  Berjenin  topladığı  qalın  cildlər,  rus 
maarifçilərinin  Qafqaz  istilasına  dair  yazdıqları  tarixi  əsər  və 
xatirələr,  İran müəllifləri... tamamilə tədqiq olunmamış qalır” 
(30,  99).  Sonrakı  mərhələlərdə,  daha  doğrusu  sovetlər 
ideolojisinin fəaliyyətdə olduğu zamanda bu olanlara müxtəlif 
yanaşmalar özünü göstərdi. M.P.Vaqif yaradıcılığı, eləsə də bir 
şəxsiyyət  kimi  Qarabağ  mühitində  yeri  və  fəaliyyəti  geniş 
təhlillərin faktına çevrildi.  
Artıq  Azərbaycan  özünün  milli  dövlətini  yaratmışdır  və 
bütün olanlara, elə tarixin özünə də bu kontekstdə yanaşmalar 
bu  və  ya  digər  şəkildə  çoxluqla  yer  almışdır.  M.P.Vaqifin 
anadan  olmasının  üç  yüz  illiyi  ilə  bağlı  qərarın  verilməsi  də 
müxtəlif,  fərqli  tendensiyalara  baxmayaraq,  olan  marağın, 
Vaqif böyüklüyünə rəğbətin göstəricisidir. Bürtün müstəvilərdə 
M.P.Vaqif  bir  şəxsiyyət,  şair,  siyasi  xadim,  böyük  ziyalı  kimi 
bütövləşir.  Y.V.Çəmənzəminlinin,  Ə.Haqverdiyevin,  S.Vurğu-
nun  bədii  düşüncəsində  olanların  bir-birinə  yaxınlığı,  birinin 
digərini  təsdiqi  məhz  bunun  ifadəsidir.  Burada  əlbəttə  şair  və 
hökmdar  obrazı  daha  qabarıq  və  daha  canlı  görünür.  Necə  ki, 
S.Vurğunun  “Vaqif”  dramında  vurğulanır  “şair  hökmdarın 
hüzurundasan”. Azərbaycan ədəbiyyatında bunun kifayət qədər 
canlı  nümunəsi  və  tipik  formulası  vardır.  İ.Hüseynovun 
“Məhşər”i,  Y.Səmədoğlunun  “Qətl  günü”  həmin  ənənənin 
klassik nümunəsidir. Ona görə də Vaqifi bir istiqamətdə XVIII 
əsrin  zülm  və  istibdadının  girdabında,  siyasi  qarşıdurmalarda 
təhlil  etmək  lazımsa  (siyasi  xadim  kimi),  digər  istiqamətdə 
oradan çıxarıb (şair kimi) olanlar, millilik müstəvisində təhlilə 
cəlb etmək, Vaqifə elə Vaqif kimi baxmaq lazımdır. Rusiyaya 
bu  gün  münasibətlərin  dəyişməsi,  istismarçı  kontekstində 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə