Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   2   3   4   5   6   7   8   9   10   ...   93

 
21 
ortaya  qoydu,  onun  yeni  erasının  başlandığını  şeiriyyəti  ilə 
göstərdi.  Bir  növ  güllərin,  çiçəklərin  təravətindən,  bulaqların 
həzinliyindən, dağların əzəmətindən qaynaqlanıb boy göstərən  
və  etnos  ruhunda  bütövləşən  milli  poeziya  qanadını  nümayiş 
etdirməklə,  “gərək  fars  dilində  yazsın  sənətkar”  düşüncəsini 
alt-üst  etdi,  daha  doğrusu,  tarixin  arxivinə  gömürdü.  Dədə 
Qorquddan, Yunis Əmrədən, Qaracaoğlandan, Dadaloğlundan, 
Qurbanidən, Molla Qasımdan gələn ənənənin əzəmətini ortaya 
qoydu.  Türk  şeir  ruhunun  müstəsnalığını  bütün  tərəfləri  ilə 
göstərdi. Son olaraq “hər oxuyan Molla pənah olmaz” məsələni 
xalqın yaddaşına yazdı.  
Bu  məsəl  xalqın  düşüncəsindən,  Molla  Pənah  Vaqifin 
saray  mühitində  və  ondan  kənarda  yaddaşlara  hopmuş 
böyüklüyünün,  şair  və  şəxsiyyət  nüfuzunun  nümunəsidir. 
Azərbaycan xalqının zəngin şifahi düşüncəsində özünə yer alan 
rəngarəng folklor örnəkləri, nəğmə, bayatı, atalar sözü, məsəl, 
rəvayət, nağıl, dastan nümunələri vardır ki, onlar zaman-zaman 
yaddaşlarda  qəlibləşmiş  və  əvəzsiz  örnək  kimi  yaşamaq 
hüququ  qazanmışdır.  Məhz  bunun  bir  kəlam  olaraq  meydana 
çıxması  və  yaşamı  özlüyündə  M.P.Vaqiflə  bağlı  olanları 
yaşatmaq və gələcəyə daşımaq məqsədini ortaya qoyur. Şairin 
etdikləri  müqabilində  təbii  olaraq  meydana  çıxmışdır.  Bunun 
bir  tərəfində  M.P.Vaqifin  ucu-bucağı  görünməyən  istedadı 
dayanırsa,  digər  tərəfində  şəxsiyyət  olaraq  böyüklüyü,  fərqli 
keyfiyyət  xüsusiyyətləri  durur.  “XVIII  əsr    şeirinin    hər  iki 
səciyyəvi  qolunu:  klassik  şeiri  və  aşıq  tərzini  üzvü  şəkildə  öz 
yaradıcılığında  birlşədirən    sənətkar  Molla  Pənah  Vaqifdir. 
Vaqif  Azərbaycan  poeziyasına    yeni  nəfəs,  yeni  üslub  
gətirmişdir;  Vaqif  şeirindəki  forma  axtarışları,  hisslərin 


 
22 
təbiiliyi,  obrazların  rəngarəngliyi,  dil  zənginliyi  indi  də  öz 
əhəmiyyətini saxlamaqdadır. 
Vaqif  XVIII  əsr  poeziyasınınən  qüdrətli  nümayəndəsi 
olmaqla bərabər, onun  yaradıcılığı dövrün ruhunu daha aydın, 
daha  səciyyəvi  şəkildə  əks  etdirir.  Məhəbbət  lirikasına 
gətirilmiş  yeni  xallar,  əlvanlıq  ilk    növbədə  Vaqifin  adı  ilə 
bağlıdır.  Vaqif  şeiri  və  xüsusilə  onun  məhəbbət  lirikası 
Azərbaycan  ədəbiyyatı  tarixində  diqqətəlayiq    bir  faktordur” 
(32,  67).  M.Y.Qarabağinin,  A.Berjenin,  M.M.Nəvvaın, 
M.Müctəhidzadənin,  M.Camalın,  H.Ə.Qiabovun,  S.Mümtazın, 
F.Köçərlinin,  H.Araslının  və  başqalarının  mülahizələrində 
Vaqif  bir  sənətkar    kimi  Azərbaycan  ədəbiyyatı  tarixində 
mərhələ  olaraq  vurğulanır.  Əlbəttə  mərhələ  olmanın  və  bu 
düşüncənin ortaya qoyulmasının ciddi, həm də köklü səbəbləri 
vardır.  Əlavə  edək  ki,  reallıq  Azərbaycan  ədəbiyyatının 
mövcud zamana qədər klassik ənənəyə, ərəb və fars dilli qolun 
inkişafına  və  əsas  olaraq  götürülməsinə  hesablanırdı.  Çünki 
orta  əsrlərin  keşməkeşləri  ərəb  və  fars  dilində  yazmanı  bir 
zərurət  kimi  ortaya  qoymuşdu.  Və  onu  da  vurğulayaq  ki, 
kifayət  qədər  güclü  baza  yaradılmışdı.  Demək  olar  bu 
ədəbiyyat  aparıcı  istiqamət  olaraq  yüz  illər  boyunca  ədəbi 
prosesin əsas xəttinə çevrilmişdi. Əruz vəznində yazıb-yaratma 
ənənəsini  güclü  tərəf  olaraq  ortaya  qoymuşdu.  Divan 
ədəbiyyatı  adında  bir  düşüncə,  təsəvvür  formalaşdırmışdı. 
Onun  enerji  qaynaqları  isə  islam  mədəniyyətindən,  Qurandan, 
dini  elmlərdən,  islam  mifologiyasından,  Şərq  fəlsəfəsindən, 
Şərq  əsatir  və  əfsanələrindən,  tarixi  hekayətlərdən  gələnlərlə 
bağlı idi. Bütünlükdə ərəb və farsdilli ədəbiyyat bu düşüncəyə 
köklənmişdi.  Ucu-bucağı  görünməyən  zənginlikdə  klassik 
ədəbiyyat  adında  fundamental  bir  xəzinə  özünə  yer  alırdı. 


 
23 
Burada  Musa  Şəhavət,  İsmayıl  ibn  Yəsar,  Mənsur  Təbrizi, 
Xəttat Nizam Təbrizi, Zəfər Həmədani, Əbülməhasim Təbrizi, 
İskafi  Zəncani,  Qətran  Təbrizi,  Xətib  Təbrizi,  Ömər  Gənci, 
Qivami  Mütərizi,  Eynəlqüzzat  Miyanəçi,  İzəddin  Şirvani, 
Fələki Şirvani, Mücirəddin Beyləqani, Xaqani Şirvani, Məhsəti 
Gəncəvi,  Nizami  Gəncəvi,  Zülfüqar  Şirvani,  Hümam  Təbrizi, 
Arif  Ərdəbili,  Əssar  Təbrizi,  Mahmud  Şəbustəri,  Qazi 
Bürhanəddin,  Xəlili,  Kişvəri,  Həbibi,  Məhəmməd  Füzuli, 
Məhəmməd Əmani, Saib Təbrizi, Məsihi, Fədai, Qövsi Təbrizi 
və s. kimi böyük bir şairlər nəsli yer alır. Onlar öz yaradıcılığı 
ilə  nəinki  Azərbaycan  ədəbiyyatını,  bütünlükdə  Şərq 
ədəbiyyatını zənginləşdirmiş, yaradıcılıqları ilə bu xəzinəyə bir 
əsrarəngizlik  qatmışlar.  Bir  növ  bədii  düşüncənin  imkanlarını 
genişləndirmişlər.  Əlbəttə  bu  sənətkarların  yaradıcılıq 
qaynaqları öz mahiyyəti, nitq etiketləri, struktur komponentləri, 
sintaktik fiqurların  müxtəlifliyi  ilə diqqəti  cəlb  edir. Bütün  bu 
inkişaf tendensiyasında, ənənə ilə özünəməxsusluğun bir-birini 
tamamladığı  mühitdə  yeni  bir  düşüncə  müstəvisində  mühitə 
daxil  olmaq  və  bütün  sərhədləri  parçalayaraq  özünü  ortaya 
qoymaq  elə  də  asan  məsələ  deyildir.  Çünki  mövcud  inkişaf 
özlüyündə  qəlibləşmiş  bir  yaradıcılıq  mühitini  müəyyənləş-
dirmişdi.  Bundan  sonra  isə  daha  çox  zəifləmiş,  bir  qədər  də 
arxa  plana  keçirilmiş  olanın  qayıdışı  böyük  istedad,  qeyri-adi 
qabiliyyət  tələb  edirdi.  M.P.Vaqif  istedadı  bu  sərhədlərin, 
mövcud  sxem  və  klişelərin  aparıcılığında  sıxışdırılmış  xalq 
poeziya  ənənənlərinə  yeni  yaşam  verdi.  Bir  növ  onun 
imkanlarının  sonsuzluğunu,  türk  şeir  ruhunun,  xalq  şeir 
ənənəsinin,  qopuzdan,  sazdan  süzülüb  gələn  milli  dəyər  və 
yaddaşın  imkanlarını  öz  istedadı  ilə  bir  daha  ortaya  qoydu. 
Türk  şeir  düşüncəsinin,  nitq  janrlarının,  saz  musiqisinin 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə