Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   85   86   87   88   89   90   91   92   93

 
327 
Sərxoş durub sarayından baxanda, 
Ağ gərdənə həmayillər taxanda, 
Gözə sürmə, qaşa vəsmə yaxanda, 
Canım eşq oduna qalanmaq gərək. (89, 39) 
 
Və yaxud da: 
Sallana-sallana dövlətxanadan, 
Bir çıxa boyuna qurban olduğum. 
Göydə mələk, yerdə insan gözəli, 
Sənsən, xoş xoyinə qurban olduğum. 
 
Hüsnün kitabını bülbüllər oxur, 
Yay qaşın bağrına xədəngin toxur, 
Həlqə birçəyindən yasəmən qoxur
Bənövşə muyinə qurban olduğum. (89, 55) 
 
Bir  başqa  nümunəyə  diqqət  yetirək  və  burada  mətnin 
texnoloji sistemi bədii təsiri özünəməxsusluqla nizamlayır. 
 
Bir fitnə fellinin, üzü xallının, 
Bir şirin dillinin qurbanıyam mən. 
Bir qənd məqallının, ləb zülallının, 
Bir ağzı ballının qurbanıyam mən. (89, 65) 
 
Onu  da  əlavə  edək  ki,  “xalq  və  klassik  şeir  ənənələri 
zəminində  inkişaf  edən    XVIII  əsr  türkmən  ədəbiyyatı 
(Dövlətməmməd  Azadi  və  Nurmühəmməd  Qərib  Əndəlinin 
simasında)  Məhtimqulu  Fəraqi  yaradıcılığı  ilə  yeni  tarixi 
inkişaf mərhələsinə qədəm qoymuşdur. Məhtimqulu XVIII əsr 
klassik türkmən ədəbiyyatında realist şeirin əsasını qoymuşdur. 
Tədqiqatçılar haqlı olaraq onun sənətinin realist təsvir üsulu və 
dil-üslub  xüsusiyyətlərinə  görə  M.P.Vaqif  və  A.S.Puşkin 


 
328 
yaradıcılığı ilə müqayisə edirlər. 
...M.P.Vaqif  Azərbaycan  ədəbiyyatında,  A.S.Puşkin  rus 
ədəbiyyatında    kimdirsə,  müəyyən  istisnalar  nəzərə  alınmazsa 
Məhtimqulu  da  türkmən  ədəbiyyatında  eyni  funksiyanı  yerinə 
yetirən  görkəmli  sənətkardır”  (66,  410).  S.Mümtazın    Molla 
Pənah  Vaqifi  Rudəki,  E.Quliyevin  Məhtimqulu  Fəraqi  və 
A.S.Puşkinlə  müqayisəsi  əlbəttə  Vaqif  böyüklüyünün  aydın-
lığına,  Azərbaycan  şeirindəki  yerinin  ifadəsinə  xidmət  edir. 
S.Vurğunun “Rusiya şeirinin şah əsərini, çevirdim Vaqifin şirin 
dilinə”  ifadəsi  bütün  tərəfləri  ilə  deyilənlərin  eyni  düşüncəni 
aşkarlamağa xidmət etdiyini aydınlaşdırır. Bütün bunlar XVIII 
əsr Azərbaycan ədəbiyyatında təkcə Vaqif böyüklüyünü deyil, 
Azərbaycan  şeirin  ümumi  mənzərəsini,  gedən  proseslərin 
istiqamətini  və  etnos  təsəvvüründə  nələrlə  səciyyələndiyini 
müəyyənləşdirir.  Məhtumqulu  ilə  Vaqif  arasındakı  tipoloji 
təhlillərin    aparılması  XVIII  əsrdə  ədəbi  prosesin  türk 
xalqlarındakı 
inkişaf 
texnologiyasını, 
bədii-estetik 
normatovlərin mənzərəsini bir bütöv olaraq ortaya qoyur. 
 
 


 
329 
SON SÖZ  
 
Beləliklə,  Molla  Pənah  Vaqif  yaradıcılığı  ətrafında 
apardığımız təhlillər ciddi fakturanı, Azərbaycan ədəbiyyatının 
XVIII  əsrə  qədərki  mənzərəsini  və  onun  inkişaf  istiqamətini 
aydınlaşdırmağa  əsaslı  material  verir.  Dövrün  ictimai,  siyasi, 
mədəni prosesləri, ədəbi-mədəni mühitdə baş verənlər müxtəlif 
səviyyələrdə  Vaqif  yaradıcılığında  misra,  bənd,  bütöv  mətn 
səviyyəsində  özünün  ifadəsini  tapır.  Məlum  olduğu  kimi, 
XVIII  əsr  Azərbaycan  xalqının  ictimai,  mədəni  həyatında 
xüsusi  mərhələdir.  Bu  mərhələni  şərtləndirən  səbəblər  birbaşa 
Qarabağ  mühiti  ilə  şərtlənir.  Onun  ümumi  mahiyyətində 
dayananlar  (fərqi  yoxdur  siyasi  və  mədəni  olsun)  hamısı 
etnosun  tarixinə  və  tarixi  taleyinə  hesablanır.  Çünki  müasir 
çağımızdan  baxanda  XVIII  əsrdən  bu  yana  olanların  bir  tərəf 
olaraq  əsasında  həmin  dövrün  özünün  ziddiyyətləri,  siyasi 
mühitdə baş verənlər dayanır. Vaqif məhz bir yaradıcı kimi, öz 
fəaliyyəti  ilə  həmin  siyasi  gərginliklərin,  mədəni  intibahın 
mahiyyətində  dayanmış  və  olacaqlarda  əsaslı  rol  oynamışdır. 
Mirzə Camalın, Əhməd bəy Cavanşirin, Rzaqulu bəyin, Mirzə 
Adıgözəlin  və  başqalarının  verdiyi  bilgilər  tarixilik  və  baş 
verənlərə  aydınlıq  gətirmək  baxımından  əvəzsizdir.  Bütün 
olanların  əsasında  bir  tərəf  olaraq  Vaqif  görünür.  Onun 
şəxsiyyət kimi böyük nüfuzi, fitri istedadı, dövrünün elmlərinə 
bələdliyi bütün parametrlərdə mühitə təsirlə sonuclanırdı. Eyni 
zamanda  bunlar  bir  bütöv  olaraq  Vaqifə  münasibəti,  Vaqif 
fenomenini müəyyənləşdirirdi.  
Siyasi  mühitdə,  ədəbi-mədəni  çevrədə  Vaqifin  böyük 
siması  məhz  “hər  oxuyan  Molla  Pənah  olmaz”  qənaətinə 
gətirib  çıxarmışdır.  Onu  da  əlavə  edək  ki,  Azərbaycan 


 
330 
ədəbiyyatında  hansısa  yaradıcının  adı  ilə  bağlanacaq  müdrik 
kəlamın  formalaşması  olmamışdır.  Xalqın  sevgisindən  və 
düşüncəsindən  qopan  bu  kəlam  elə  böyük  şairə  münasibətin 
nümunəsidir. 
“Hər 
oxuyan 
Molla 
Pənah 
olmaz”ın 
informasiyası  Vaqifin  böyüklüyünə,  ucalığına,  xeyirxahlığına, 
şəxsiyyət 
kimi 
yüksək 
dəyərlərlə 
səciyyələnməsinə 
hesablanmışdır. Bunun arxasında sırf həyati olanlar, reallıqlar, 
Vaqif böyüklüyündən gələnlər dayanır. Məhz bunun nəticəsidir 
ki,  xalq  onunla  bağlı  əhvalatları,  hadisələri,  şeirlərini  sinəsinə 
köçürmüş, yaddaşında yüz illər boyu yaşatmışdır. Onun faciəli 
şəkildə  məhvinin  də  əsasında  bu  böyüklük,  nüfuz  durmuşdur. 
Ağa Məhəmməd şah Qacardan qurtaran Vaqif Məhəmməd bəy 
Cavanşirdən  qurtara  bilmədi.  Çünki  şairin  böyük  nüfuzu, 
hadisələrə  fəal  münasibəti  ictima-siyasi,  mədəni  mühit  üçün 
xüsusi  çəkiyə  malik  idi.  Vaqif  yaxını  M.V.Vidadiyə  yazdığı 
şeirlərin  birində  məhz  böyüklük  anlamında  xüsusi  olaraq 
vurğulayırdı  ki,  “afəti-dəhr  dəyər  ol  kəsə  kim  kamildir” 
deyirdi.  M.V.Vidadi,  Ə.Qaracadaği,  Kərbəlayi  Səfi  Valeh, 
Alim  və  s.  Vaqifin  böyüklüyünü  müxtəlif  səviyyələrdə  öz 
zamanında  qeyd  etmişlər.  Məsələn,  Alim  “odur,  bəli,  hər 
elmdən xəbərdar, yoxdur dəxi babı” və yaxud da Ə.Qaracadaği 
“elmin mədənisən, gövhər kanısan” söyləyirdi. 
XVIII  əsr  Azərbaycan  ədəbi-mədəni  mühiti  bütünlükdə 
ədəbiyyat  tarixində  xüsusi  mərhələdir.  Bu  mərhələnin, 
fərqlənmənin  başında  Vaqif  durmuşdur  və  bir  qədər  də  dəqiq 
desək  onu  mərhələ  formasına,  düşüncəsinə  gətirən  Vaqif 
olmuşdur. M.P.Vaqif öz adı ilə bağlanacaq düşüncə modelinin, 
Vaqif əsrinin  yaradıcısıdır. Min illər boyu  yol gələn bədi fikir 
tariximizdə Vaqif dövrü qədər qaynar və eyni zamanda etnosun 
milli  oyanışına  hesablanmış  mərhələ  görünmür.  Düzdür, 


 
331 
ədəbiyyatımızın,  Nizami,  Füzuli  kimi  möhtəşəm  mərhələləri 
olmuşdur. Onların hər birisi öz genetikası, düşüncə sxemləri ilə 
orta  əsrlərin  bədii  axarına  istiqamət  vermiş  və  meyar  rolunu 
oynamışdır.  Fundamental  islam  mədəniyyətinə,  Şərqin  bədii-
estetik  təfəkkür  modellərinə  əsaslanmaqla  dünya  şöhrətli 
əsərlər  yaratmışlar.  Vaqif  məhz  mədəniyyət  yaradıcısı, 
ədəbiyyat  qurucusu  kimi  XVIII  əsrdə  bədii  söz  karvanının 
yoluna  çıxmış  və  öz  istedadı  ilə,  “əlahiddə  bəxşişi-ilahisi”  ilə 
milli  intibah  modelinin  konsepsiyasını  müəyyənləşdirmişdir. 
Xalq  düşüncəsində  oturuşmuş  Vaqif  dili  anlayışı  məhz  Vaqif 
milliliyinin mahiyyətidir. “Vaqif əsri” də bir termin olaraq bura 
daxildir.  Bu  səbəbdən  də  “inanıram  ki,  tədqiqat,  yaradıcılıq 
baxımından Vaqifə təzədən qayıtmağın vaxtıdır. Bəlkə də yeni 
nəsil Vaqifi yeni gözlə, daha aydın və daha duru görə bilər. Və 
daha  böyük  həqiqətlər  haqqında  bütün  çılpaqlığı  ilə  söz  deyə 
bilər.  O,  ədəbiyyatımız  və  dilimiz  üçün  həyati  göstəriş  idi” 
(54).  Ona  görə  də  Vaqif  yaradıcılığı  bütünlükdə  Azərbaycan 
ədəbiyyatının  keçib  gəldiyi  yolu  özündə  ehtiva  edir  və 
“müqtədir  şair”,  “ədəbiyyatımızın  banisi  və  müəssisi”  kimi 
qənaətləri ortaya qoyur.  
Vaqif  yaradıcılığının  öyrənilməsi  Dədə  Qorquddan 
Qurbaniyə,  Abbas  Tufarqanlıya,  oradan  Vaqifə  gələn  yolun 
müəyyənliyidir. XVIII əsrdə Vaqif ucalığının əsasında bu xətt 
dayanır. S.Vurğun məhz bunun nəticəsi olaraq “o böyük şairin 
hər  bir  şeirini  deyir  laylasında  bizim  analar”  söyləyirdi.  Eyni 
zamanda əlavə edirdi ki, “səsinə səs verir dağda çobanlar”. Bu 
özlüyündə Vaqifin tutduğu və müəyyənləşdirdiyi, eyni zaman-
da  xudmətində  dayandığı  yoldur.  “Səsinə  səs  verən”  çoban-
lardan  gələn bayatıdı,  nəğmədi.  Ozandan / aşıqdan gələnlərdi. 
Çünki M.P.Vaqif dünyaya göz açdığı torpaqda aşıqların sazını-


 
332 
sözünü  dinləmiş,  onların  müqəddəs  sənət  dəyərlərindən  boy 
qaldırmış,  dediklərini  sinəsinə  yığmışdır.  Daha  doğrusu,  ruhu 
ilə  ora  bağlanmış  və  oradan  da  böyük  ədəbiyyatın  yoluna 
çıxmışdır. Burada əlbəttə “Koroğlu”, “Aşıq Qərib”, “Abbas və 
Gülgəz”,  “Əsli  və  Kərəm”,  “Şahi  İsmayıl”,  “Tahir  və  Zöhrə” 
və  s.  kimi  möhtəşəm  abidələrdən  gələn  mədəniyyət  layının, 
epos təsəvvürünün də müstəsna funksiyası vardır. 
M.P.Vaqif  yaradıcılığında  digər  xətt  Ə.Yasəvidən  Y.Əm-
rəyə,  Y.Əmrədən  Ş.İ.Xətaiyə,  oradan  da  Vaqifə  gələnlərlə 
bağlıdır ki, burada çox zəngin, həm də olduqca ciddi məsələlər 
özünə  yer  alır  və  genetikası  ilə  etnomilli  düşüncəyə  bağlanır. 
M.P.Vaqif  özünəməxsusluğu  və  qüdrəti  bu  əvəzolunma-
mazlıqla  reallaşır.  B.Çobanzadə,  Ə.Abid,  Y.V.Çəmənzəminli, 
S.Mümtaz, Ə.Müznib və s. ədiblərimiz bu xəttə ümumi şəkildə 
münasibət  bildirmiş  və  konseptual  xarakterli  mülahizələr 
söyləmişlər,  ancaq  məsələnin  mahiyyəti  Vaqif  /  Vidadi 
timsalında  axıra  qədər  açılmamışdır.  Vaqif  milliliyinin  enerji 
qaynağı  bir  istiqamətdə  Dədə  Qorquddan  gələnlərdisə,  digər 
xətti  Ə.Yasəvi,  Y.Əmrə,  Ş.İ.Xətai  ilə  bağlanır.  Ədəbi-nəzəri 
fikir də daha çox məhz Vaqifi bu istiqamərdə təhlilə üstünlük 
verir. 
Vaqif yaradıcılığının mahiyyətində dayanan problemlərdən 
biri  klassik  ənənəyə  sədaqət  və  onun  klassik  şeir 
texnologiyalarında apardığı islahatlardır. XVIII əsr Azərbaycan 
ədəbiyyatı səviyyəsində olan yeniləşmə özlüyündə Nizamidən, 
Füzulidən  gələn  möhtəşəmlik  üzərində  bərqərar  olur. 
M.P.Vaqif Qarabağ ədəbi mühitində bu iki xəttin (həm klassik 
üslubun,  həm  də  xalq  şeiri  ənənəsinin)  ortaq  nöqtələrini  tapdı 
və  hər  iki  düşüncə  tipində  özünün  ölməz  sənət  abidələrini 
yaratdı. Sazdan muğama, qoşmadan qəzələ, müxəmməsə gəldi 


 
333 
və s. XVIII əsrdə bədii-estetik sferada texnoloji sistemin ifadə 
və düşüncə imkanlarını genişləndirdi. 
XVIII  əsr  Qarabağ  ədəbi  mühiti  mühit  fonunda  bir 
qaynarlıqla, üslubların rəngarəngliyi ilə səciyyələnir. Vaqif bu 
mühitə  göz  açıb  boya-başa  çatdığı  Qazaxdan  sinəsi  dolu 
gəlmişdi.  Ərəb  və  fars  dillərini  mükəmməl  bilməsi,  dövrünün 
elmlərinə  vaqif  olması  və  elat  həyat  tərzinin  ab-havası  ilə 
coşub - kükrəməsi Qarabağ ədəbi mühitinə, Qarabağ xanlığına 
əlavə  ovqat  qatdı  və  içində  olanlarla,  fitri  istedadı  ilə  həmin 
mühiti  dolğunlaşdırdı,  cana-qana  gətirdi.  Bir  növ  Qarabağ 
mühitində  bir  Vaqif  vurğunluğu  formalaşdırdı.  Digər 
mühitlərin  də  istiqamətini  bura  yönləndirdi.  Q.Zakir,  M.Aşiq, 
C.Nəva,  Aşıq  Pəri  və  s.  onlarla  sənətkar  onun  istedadının 
parlaqlığından  boy  göstərdilər,  XIX  əsr  Azərbaycan  şeirinin 
inkişafının bu yolda dönməzliyinə qərar verdilər.  
Azərbaycan  poeziyasının  XVIII  əsr  mərhələsi  Vaqif  // 
Vidadi  birliyində  dolğunlaşır.  Vaqif  //  Vidadi  üzü  Dədə 
Qorquddan  gələn  milli  yaddaşın  qan    damarlarıdır  və  XVIII 
əsrdə  heç  bir  əsrdə  olmayacaq  bir  dolğunluqla  boy  göstərir. 
Vaqifin  bir  şəxsiyyət  kimi  formalaşmasında,  istedadının 
parlamasında  Vidadinin  təsiri  müstəsnadır.  Bu  M.P.Vaqifin 
yazışmalarında, 
müraciətlərində, 
ayrı-ayrı 
misra 
və 
bəndlərindəki  münasibətində  də  görünür.  Vidadi  Vaqif  üçün 
ağsaqqal,  böyük  idi.  Ona  görə  də  bu  yaxınlıq  Azərbaycan 
ədəbiyyatında  əvəzolunmazlıq  nümunəsidir.  Vaqif  və  Vidadi 
bütün  müstəvilərdə  bir-birini  tamamlayır  və  ümumilikdə 
Azərbaycan  ədəbiyyatı  üçün  qaynağa  çevrilir.  Bütün  bunlar 
Azərbaycan ədəbiyyatında Vaqif böyüklüyünü, əlçatmazlığını, 
Vaqifin  millilik  konsepsiyasını,  fenomenliyini  şərtləndirir. 
Vaqif isə etdikləri ilə gediləcək yolu müəyyənləşdirir. 


 
334 
 
ƏDƏBİYYAT 
1. Abid Ə. Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Bakı, Elm 
və təhsil, 2016, 240 s.  
2. Ağayev Ə. Əsrin tərənnümü. Bakı, Yazıçı, 1980, 231 s.  
3.  Ağayeva  F.  Klassik  türkmən  şeiri.  Bakı,  Bakı  Universiteti, 
2016,  300 s. 
4. Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı, Yazıçı, 1987,  
368 s.   
5. Axundov N. “Qarabağ salnamələri”. Bakı, Yazıçı, 1989, 232 s.  
6.  Araslı  H.  XVII-XVIII  əsrlər  Azərbaycan  ədəbiyyatı  tarixi. 
Bakı, Azərbaycan Universiyeyi nəşriyyatı, 1956, 326 s. 
7. Arif  H. Ömür gözləsə. Bakı, Gənclik, 1978, 350 s.  
8. Aşıq Ələsgər. 2 cilddə, I c., Bakı, Elm, 1972, 326 s. 
9. Aşıq Ələsgər. 2 cilddə, II c., Bakı, Elm, 1972, 326 s. 
10. Aşıq Hüseyn Şəmkirili. Bakı, Gənclik, 1971,  94 s. 
11. Aşıq Valeh. Alçaqlı, ucalı dağlar. Bakı, Gənclik, 1970, 94 s. 
12. Azaflı M. Qoca Azaflıyam. Bakı, Nurlan, 2008, 760 s.   
13. Azərbaycan aşıqları və el şairləri. II cilddə, I c., Bakı, Elm, 
1983, 374 s. 
14. Azərbaycan aşıqlaır və el şairləri. 2 cilddə, II c., Bakı, Elm, 
1984, 544 s. 
15. Azərbaycan məhəbbət dastanları. Bakı, Elm, 1979, 504 s. 
16. Azərbaycan tarixi. Ən qədim dövrdən XX əsrin əvvəllərinə 
qədər. Bakı, Elm, 1993, 284 s.  
17.  Babayev  Y.  Azərbaycan  ədəbiyyatı  tarixi  (XIII-XVIII 
əsrlər). Bakı, Elm və təhsil, 2014, 760 s.  
18.  Belinski  V.Q.  Seçilmiş  məqalələri.  Bakı,  Gənclik,  1979, 
226 s. 


 
335 
19.  Belinski  V.Q.  Sobranie  soçineniy  v  trex  tomax.  Tom  I, 
Moskva, OQHZ, 1948, 747 c.  
20. Berdimühəmədov Q. Məhtimqulu – insan qəlbinin mənəvi 
loğmanı. Məhtimqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı, Elm 
və təhsil, 2014, 5-10 s. 
21. Cavid H. Əsərləri. 5 cilddə, I c., Bakı, Lider, 2005, 256 s 
22. Cavanşir Ə. 1747- 1805 illərdə Qarabağ  xanlığının siyasi 
vəziyyətinə dair. Bakı, Elm, 1961, 53 s.   
23. Cəfər M. Sənət yollarında. Bakı, Gənclik, 1975, 368 s.  
24. Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı, Çaşıoğlu, 2004, 
272 s. 
25. Cəfərov N. Molla Pənah Vaqif.  Bakı,  Renessans-A, 2017, 
240 s.  
26. Cəfərov N. Türk xalqları ədəbiyyatı. Qədim dövr. 4 cilddə, 
I c., Bakı, Çaşıoğlu, 2006,  320 s. 
27. Cümə M. Əsərləri. Bakı, Maarif, 1995, 493 s. 
28.  Çəmənzəminli  Y.V.  Əsərləri.  3  cilddə,  III  c.,  Bakı,  Elm, 
1977, 327 s.  
29. Çəmənzəminli Y.V. Əsərləri. 3 cilddə, II c., Bakı, Avrasiya 
press, 2005,  664 s.   
30. Çəmənzəminli Y.V. Əsərləri. 3 cilddə, III c., Bakı, Avrasi-
ya press, 2005, 440 s.  
31. Çobanzadə B. Seçilmiş əsərləri. V cilddə  I c., Bakı, Şərq-
Qərb, 2007, 336 s.   
32.  Dadaşzadə  A.  XVIII  əsr  Azərbaycan  lirikası.  Bakı,  Elm, 
1980, 226 s. 
33. Dadaşzadə A. Vaqif həyatı və yaradıcılığı. Bakı, Elm, 
1966, 190 s. 
34. Dastani-Əhməd Harami. Bakı, Şərq-Qərb, 2004,  120 s. 


 
336 
35.  Əfəndiyev  P.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı.  Bakı, 
Maarif, 1992, 477 s.  
36.  Əfəndiyev  P.  Azərbaycan  folklorşünaslığının  problemləri. 
Bakı, Elm və təhsil, 2011, 336 s.  
37. Əfəndiyev P. Molla Pənah Vaqif və Molla Cümə. “Kredo” 
qəzeti, 12 iyul, 2014.  
38.  Əfəndiyev  P.  Molla  Cümə  (həyat  və  yaradıcılığı).  Bakı, 
Ləman, 2017, 364 s.  
39. Əliyeva F. Əmrah dastanının türkmən versiyası: genezisi və 
formalaşması. Bakı, Elm və təhsil, 2011, 312 s.  
40. Əmrə Y.Güldəstə. Bakı, Yazıçı, 1992, 232 s 
41. Hacılı A. Bayatı poetikası. Bakı, Elm, 2000, 162 s.  
42.  Hacıyev  A.  Ədəbiyyatşünaslığın  əsasları.  Bakı,  ADPU, 
2005, 367 s. 
43.  Hacıyev  T.  “Dədə  Qorqud  kitabı”:  tariximizin  ilk  yazılı 
dərsliyi. Bakı, Elm və təhsil, 2014, 344 s.  
44.  Haqverdiyev  Ə.  Seçilmiş  əsərləri.  Ağa  Məhəmməd  şah 
Qacar. İki cilddə, I c., Bakı, Lider, 2005, 504 s. 
45.  Həbibbəyli  İ.  Erkən  yeni  dövr  Azərbaycan  ədəbiyyatının  
görkəmli yaradıcısı. Azərbaycan Milli Elmlər Akademiya-
sının Xəbərlər məcmuəsi. 2017, № 1, s. 4-9.  
46.  Həkimov  M.  Aşıq  sənətinin  poetikası.  Bakı,  Səda,  2004, 
609 s.  
47. Hüseyn M. Ədəbiyyat və həyat. Bakı, Yazıçı, 1989, 512 s. 
48. Hüseyn S. Ədəbiyyat məcmuəsi. “Dirilik” jurnalı, 1915, № 16 
49. Hüseynov M. Dil və poeziya. Bakı, Elm, 2008, 434 s. 
50. Gəncəvi N. Azərbaycan klassik ədəbiyyatə kitabxanası. IV 
c., Bakı, Elm, 1985, 640 s.  
51. Gözəllik suyu.  Bakı, Gənclik, 1991, 472 s 
52. Füzuli M. Heyrət ey büt... Bkı,  Gənclik, 1989, 224 s. 


 
337 
53. Xaqani. Seçilmiş əsərləri  Bakı, Yazıçı, 1987, 647 s. 
54.  Xələfli  Ə.  Dilin  Vaqifi  –  Vaqifin  dili.  “Kredo”  qəzeti,  6 
fevral 2015-ci il,  № 06 (814). 
55. Kazımov Q. Ulu zirvə: haqq aşiqi, el şairi Dirili Qurban  – 
Qurbani. Qurbani.  Bakı, Bakı Universiteti. 1990, s. 3-36.  
56.  Kəngərli-Əliyeva  G.  “Vaqif”:  yaradıcı  şəxsiyyət,  tarixi 
obraz  kimi.  “Kredo”  qəzeti,  6  fevral  2015-ci  il  (№  06 
(814). 
57. Kərimov R. Qasım bəy  Zakir və müasirləri. Bakı,  Elm  və 
təhsil, 2013, 252 s.  
58. Kitabi-Dədə Qorqud. Bakı, Gənclik, 1978, 184 s.  
59. Koroğlu. Bakı, Elm, 1956, 454 s.  
60. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c., Bakı, Elm, 
1978,  598 s. 
61.  Qaibov  H.Ə.  Azərbaycanda  məşhur  olan  şüəranın  əşarına 
məcmuədir. 2 cilddə, II c., Bakı, Elm, 1989, 248 s. 
62. Qarabaği M.Y. Məcmueyi-Vaqif və müasirini-digər. Bakı, 
Şuşa, 1999, 152 s. 
63. Qarabaği S.S. Əsərləri. Bakı: Elm və təhsil, 2014, 304 s. 
64. Qasım X. 46 şeir. Bakı, Gənclik, 1975, 63 s. 
65. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 
1966,  486 s. 
66. Quliyev E. Türk xalqları ədəbiyyatı. Bakı, Apostorof, 2014, 
612 s.  
67. Qurbani. 55 şeir. Bakı, Gənclik. 1972, 64 s. 
68. Qurbani.  Bakı, Bakı Universiteti. 1990, 280 s. 
69. Məhəbbət dastanları. Gəncə, Gəncə poliqrafiya, 2007, 502 s  
70. Məhtimqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı, Elm və təhsil, 
2014, 600 s.   


 
338 
71. Muğanna İ. Seçilmiş əsərləri. 6 cilddə, II c., Bakı, Avrasiya 
Press, 2009, 432 s.  
72. Müctəhidzadə M. Riyazül-aşiqin. Bakı, Azərbaycan, 1995, 
247 s.  
73. Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi.  I c.,  Bakı,  EAAF 
1943, 288 s. 
74.  Mümtaz  S.  Azərbaycan  ədəbiyyatının  qaynaqları.  Bakı, 
Yazıçı, 1986, 445 s. 
75.  Mümtaz  S.  Rudəki  və  Molla  Pənah  Vaqif.  “Füqəra  füyu-
zatı” jurnalı, 1920, № 2, səh. 18-21 
76.  Müznib  Ə.  Azərbaycan  ədəbiyyatından  seçmələr.  I  kitab, 
Bakı, Elm və təhsil, 2011, 348 s.  
77. Nəvvab M.M. Təzkireyi Nəvvab. Bakı, Azərbaycan, 1998, 
560 s.  
78.  Nigari  S.  Xaki-payin  taci-sərim.  Bakı,  Azərbaycan,  2004, 
336 s. 
79.  Osmanlı  V.  Qədim  türk  ədəbiyyatı  (VI-X  əsrlər).  Bakı, 
Sabah, 2008,  244 s.  
80. Osmanoğlu S. Ata ocağı. Bakı, Yazıçı, 1990, 72 s. 
81. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, Azərnəşr
1991,  232 s. 
82.  Sarıvəlli  O.  Seçilmiş  əsərləri.  3  cilddə,  II  c.,  Bakı, 
Azərnəşr, 1974, 252 s.   
83.  Səfərli  Ə.,  Yusifli  X.  Qədim  və  orta  əsrlər  Azərbaycan 
ədəbiyyatı. Bakı, Ozan, 1998, 632 s.  
84. Şah İsmayıl Xətai. Əsərləri. Bakı, Azərnəşr, 1976, 198 s.  
85. Şamil Ə. Axısqalı Xəstə Hasan. Bakı, Elm və təhsil, 2012, 
248 s. 
86. Şamil Ə. Çıldırlı Aşıq İrfani. Bakı, Elm və təhsil, 2016, 152 s. 
87. Şmelyov D.N. Slovo i obraz. Moskva, Nauka, 1964,  120 s.  


 
339 
88. Tanrıverdi Ə. “Koroğlu”nun şeir dili. Bakı,  Elm və təhsil, 
2015 256 s.  
89. Vaqif  M.P. Əsərləri. Bakı, Azərnəşr, 1957, 248 s.  
90. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985, 414 s.  
91. Vidadi. Əsərləri. Bakı, Azərnəşr, 1977, 106 s. 
92. Vurğun S. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı, Azərnəşr, 
1976,  286 s. 
93. Zakir Q. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 384 s. 
94. Zakir Q. Əsərləri. Bakı: Azərnəşr,  1953, 478 s. 
95.  Залыгин  С.  Интервью  у  самого  себя.  Москва,  Совет-
ский писатель. 1970, 239 s. 
 


 
340 
 
Nəşriyyat direktoru:   
Xanlar Həsənli 
Nəşriyyat redaktoru:   
Alparslan Öztürk 
Səhifələmə və dizayn: 
Alim Həsənov 
Korrektor: 
 
 
Sevinc Alıyeva 
 
 
 
 
 
 
 
Mahmud Allahmanlı 
 
TƏXƏLLÜSÜ VAQİF,   
 
NƏZMİ DÜRƏFŞAN 
 
m o n o q r a f i y a 
 
 
 
 
 
 
 
 
 
 
 
Ləman Тцжкшннфе Зщдшйкфашнф ЬЬС-вə юфз увшдьшжвшк. 
Ащкьфеэ: 60

84 
1
16
. Жцкеш юфз мцкцйш 17,3. Ешкфоэ 100 


 
341 
тъычц. Ышафкшж №086
 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə