Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

 
304 
Kərəm”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, 
“Şahzadə Əbülfəz” və s. kimi şedevrlər öz bətnində bu və buna 
bənzər  nümunələri  bəsləyir.  M.P.Vaqif  də  məhz  həmin 
düşüncədən  gələnlərə  öz  əlavələrini,  istedadının  əlçatmazlığı 
səviyyəsində  olanları  da  qatmış  və  yazılı  ədəbiyyata  bunun 
gərəkliyini  göstərmişdir.  Məhz  böyük  şairimiz  S.Vurunun 
dediyi kimi bunlar “könlünü bəsləmiş sazlar elində” olanlardan 
gələnlərdir.  Ədəbiyyatşünas  Y.Babayev  isə  bir  başqa 
müstəvidə  “...bunlar  sırf  milli  (və  ya  milliləşmiş)  geyim-əşya 
elementləridir.  Deməli,  XVIII  əsr  şairi  poetik  obrazı  milli 
qiyafədə təqdim edir. Onun libasından milli mənsubiyyəti  bəlli 
olur. Mücərrəd qiyafə real milli libasla əvəz olunur”. (17, 724). 
Yuxarıdakı misralar XVIII əsrdə etnosun geyim mədəniyyətini, 
etnoqrafik  həyatını  aydınlaşdırmaq  üçün  əvəzsiz  faktdır. 
Ümumiyyətlə, Vaqif yaradıcılığının etnoqrafik xətti təəssüf ki, 
indiyə  qədər  ayrıca  sistemli  təhlillərə  çevrilməmişdir. 
S.Mümtaz  öz  təhlillərində  Vaqif  təsvirinin  əzəmətini  konkret 
bir  epizodda  verir  və  bizim  üçün  maraqlı  olan  bu  təsvirin 
arxasında  dayanan  hadisənin  məhz  Vaqif  şeirinin  qüdrətinə 
istiqmətlənməsidir.  O  yazır  ki,  “Molla  Pənah  Vaqif  yeganə 
nuri-didəsi  olan  öz  oğlu    Əlağaya  şeir  ilə  sifariş  edir  ki, 
sayıqladığı  məziyyətləri,  gözəllikləri,  havi  bir  nimtənə  alaraq 
Qarabağa  gətirsin  və  bunun  bulunması  üçün  ayaqlarına 
dəmirdən  nəleyin  geyibən    və  əlinə  dəmir  əsa  alaraq    bütün 
dünyanı dolaşıb  hər dürlü insanlar ilə görüşüb  hər bir guşəni, 
xüsusən Təbriz şəhərini arasın, bulmazsa boylə bir rəxti-dilaviz 
toxutdurub anası üçün töhfə gətirsin” (74, 267).  
 
Bir nimtənə kim ta ola zərbəft nikutər – diba ana möhtac, 
Mətnində bütün rabitə mövzun və sərasər – tək haşiyə qıyqac, 


 
305 
Üstündə anın aşiqü məşuq müsəvvər – dil şövqünə minhac, 
Yulduza şəbiyə nəqş yeri göy kimi əxzər – nəzzarəsi bihac, 
 
Piri-nəzəri əhl tamaşaya müqərrər – hər butəsi amac
İçində anın şölə verə tələti-dilbər – ta bəndeyi vəhac, 
 
Görən deyə bu mahdir ol çərxi-nur əxtər – ya bəhri-pir əmvac, 
Kəbə evinin örtüyünə  tuta bərabər – simasını həccac, 
 
Gər daməni düşsə ələ əlbəttə tez eylər – bizdən qəmi ixrac
Əndişə nə itdir çıxa bir də çəkə ləşkər – könlünü edə tarac.  
(74, 267). 
 
Göründüyü kimi, bu şeirdə də təsvir olunanlar özü ilə bağlı 
əhvalat  və  rəvayətləri  formalaşdırmışdır.  Vaqifin  əzəməti, 
qayeyi-amalı  Azərbaycan  ədəbiyyatının  yeni  istiqamətini,  yüz 
illər  boyu  mücərrədlikdə  çarpışan  və  orta  əsrlərin  dolanbac-
larında  müdrikləşən  və  həm  də  qocalan  sistemini  yeni 
istiqamətə yönləndirmək idi. Bunun texnologiyasını, həm heca 
vəznində,  həm  də  xalq  şeiri  üslubunda  yazdıqları  ilə  Vaqif 
reallaşdırdı.  Bütün  bunlarla  M.P.Vaqif  Azərbaycan  realist 
düşüncəsinin, ədəbiyyatın beşiyi başında dayanır. Beş bənddən 
ibarət olan bu nümunənin iki bəndini S.Mümtaz nümunə olaraq 
verir, biz isə bir bəndin əzəmətində çatdırmaqla kifayətlənirik. 
 
Çünki yorğunuyam mən bu yolların, 
Qaydasını billəm hər üsulların, 
Gümüş biləklərin, bəyaz qolların, 
Sarı kəhrəbası, hayıf ki, yoxdur. 
 
Vaqif haqdan dilər lütfü kərəmlər
Belə yerdə gəzən, vallah, vərəmlər, 


 
306 
Yenə yada düşdü bizim sənəmlər
Getməyin binası, hayıf ki, yoxdur. (89, 104)  
 
Vaqif  yaradıcılığı,  bütün  olanları  ilə  Azərbaycan  bədii 
düşüncəsində  təkcə  ədəbiyyat  hadisəsi  deyil,  bu  əlbəttə  bir 
tərəfdir,  Vaqif  həm  də  etnosun  ruh  məsələsidir.  Milli-mənəvi, 
ictimai,  siyasi,  əxlaqi,  bədii-estetik  dünyagörüşünün  təqdim 
nümunəsidir. Məhz bu səbəbdən də “Vaqifin “Kür qırağı” şeiri 
Azərbaycan  coğrafiyasının  bənzərsiz  poetik  tərcümanı  olan 
qiymətli  lirika  nümunəsidir.  “Hayıf  ki,  yoxdur”  mətləbi 
Vaqifin nikbin realizminin  ağrılı çalarlarının bədii ifadəsidir” 
(45 7). “Kür qırağının əcəb seyrangahı var”la getməyin binası, 
hayıf  ki,  yoxdur”  arasında  olanların  bütünlükdə    mahiyyəti 
milli-mənəvi  dəyərlərə,  Vətən  müqəddəsliyinin  izharına,  etnos 
əxlaqın,  etnoqrafik  yaddaşın  ifadəsinə  hesablanmışdır.  Vaqif 
“Kür  qırağında  olanları  “getməyin  binası,  hayıf  ki,  yoxdur” 
deməklə  yekunlaşdırır.  Buradakı  poetik  sistem  təkcə  sadala-
nanlarla,  olub-olmayanlarla  səciyyələnmir,  həm  də  formanın 
əlahiddəliyi,  uğurluğu,  yüksək  struktur  sxemin  əvəzsizliği  ilə 
qeyri-adiləşir,  sirə,  ecazkarlığa  çevrilir.  Vaqif  yaradıcılığının 
poetik  sistemi  elə  bir  bütövü,  özünəməxsusluğu  işarələyir  ki, 
onun  ecazkarlığının  elmi-nəzəri  təhlillə  açımı  mümkünsüzdür 
və üst qatda olanlar timsalındadı, alt qatında olanların izahı isə 
ancaq  və ancaq duymaqla mümkündü ki, yazıya gətirilməsi isə 
müşküldən də müşküldür, daha doğrusu mümkünsüzdür. 
 
 


 
307 
“VAQİF” DASTANI 
 
Vaqifin bir şair, ictimai-siyasi xadim kimi araşdırılmasında 
təhlil olunmalı problemlərdən biri haqqında yaradılmış “Vaqif” 
dastanıdır.  İlk  əvvəl,  onu  etiraf  edək  ki,  şəxsiyyətin  dastan-
laşması,  dastana  gəlişi  hansısa  təsadüfin  hadisəsi  deyildir, 
əksinə  dastan  elə  möhtəşəm  sənət  abidəsidir  ki,  orada  yalnız 
etnosun  əvəzsiz  olanı  yaşamaq  haqqı  qazanır,  dastanlaşmaq 
haqqına girə bilir. Türk xalqlarının, eləcə də dünya xalqlarının 
dastan  ənənəsi,  Azərbaycan  dastançılığı  bizə  “Vaqif”  dastanı-
nın  genetikasını,  məram  və  məqsədini  aydınlaşdırmağa  imkan 
yaradır. Dastan təfəkkürü və onun etnosun auditoriyasında yer 
alması  hər  xalqa  nəsib  olan  hadisə  deyildir.  Böyük  dövlət 
törənləri,  dövlətçilik  ənənələri,  zəngin  mədəniyyətləri  olaan 
xalqlar  bu  ruha  köklənə  bilir  və  burada  özlərini  yaşatmaq 
məqsədinə  gəlirlər.  “Yaradılış”,  “Şu”,  “Ərqənəkon”,  “Boz 
qurd”,  “Köç”,  “Oğuz  Kağan”,  “Uralbatır”,  “Boqlandıbatır”, 
“Kitabi-Dədə  Qorqud”,  “Manas”,  “Alpamış”,  “Koroğlu”, 
“Corabatır”,  “Edige”,    “Tahir  və  Zöhrə”,  “Əsli  və  Kərəm”, 
“Aşıq  Qərib”,  “Əmrah”,  “Şahzadə  Əbülfəz”,  “Məsum  və 
Diləfruz”,  “Valeh  və  Zərnigar”,  “Avdı  və  Mehriban”  və  s. 
dastanlar öz ehtiva etdiyi məzmun və poetik sistemi etibarı ilə 
etnosun  bədii  düşüncəsini,  bədii-estetik  dünyagörüşünü  əks 
etdirir.  Burada  ən  mühüm  olan  məsələlərdən  birisi  həmin 
dastanların  ümumi  məzmununda  dayanan  tarix  məsələsidir. 
Hər  bir  dastan  nümunəsi  başlanğıcı  etibarilə  bu  və  ya  digər 
dərəcədə  tarixi  hadisəyə  bağlanır  və  onun  üzərində    pərvəriş 
tapır. Lakin onu da əlavə edək ki, dastan strukturu elə əlahiddə 
hadisədir ki, bütün ruhu ilə etnosun gəldiyi  yolu  özündə ifadə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə