Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   2   3   4   5   6   7   8   9   ...   93

 

da  əlavə  edək  ki,  aşıq  yaradıcılığının  ən  mükəmməl  dastan 
nümunələrindən  hesab  olunan  “Valeh  və  Zərnigar”  dastanı  da 
Qarabağ  aşıq  mühitinin  möhtəşəmlik  hadisəsidir.    XVIII  əsr 
Qarabağ  ədəbi-mədəni  sferası  bir  istiqamətdə  bunlarla  təmsil 
olunur və Vaqif də öz enerji qaynağını daha çox buradan alır. 
Dədə  Qorquddan  üzü  bəri  gələnlər  timsalında  qopuz  //  saz 
Vaqif  düşüncəsində  mahiyyət  səviyyəsinə  yüksəlir.  Böyük 
Azərbaycan şairi S.Vurğun da məhz “könlünü  bəsləmiş sazlar 
elində” deməklə diqqəti bura yönəldirdi. 
M.P.Vaqif yaradıcılığı timsalında müəyyənləşməli istiqa-
mətlərdən biri təkyə ədəbiyyatı ilə bağlıdır. Daha doğrusu, türk 
milli  mənsubluğu  timsalında  yasəviliyin,  nəqşbəndiliyin, 
mövləviliyin,  səfəviyyənin  oynadığı  rol  və  XVIII  əsr  səviy-
yəsində  bu  xəttin  hansı  funksiyanı  yerinə  yetirməsidir. 
Ə.Yasəvidən,  Y.Əmrədən,  Ş.İ.Xətaidən  üzü  bəri  gələnlər 
timsalında  və  onların  fəaliyyətinin  məramında  nələrin 
dayanması  kontekstində  məsələyə  aydınlıq  gətirilməsidir. 
B.Çobanzadə,  Ə.Abid,  S.Mümtaz,  F.Köçərli,  Ə.Müznib, 
Y.V.Çəmənzəminli  və  s.  ədəbiyyatşünaslar  XX  əsrin  əvvəl-
lərində gedən proses səviyyəsində XVIII əsrə, xüsusilə Vaqifə 
diqqət yetirmişlər, insafən də öz mülahizələri ilə gediləcək yolu 
müəyyənləşdirmişlər.  Daha  doğrusu,  Vaqifi,  Vaqifin  içindən 
keçənləri doğru dərk etmişlər. S.Vurğun “səsinə səs verir dağda 
çobanlar” deməklə Vaqif şeirinin məram və məqsədini, millilik 
sxemini  aydınlaşdırır.  Hansı  ki,  bunu  yüz  illər  boyu  türk  sufi 
şeyxləri  bir  amal  olaraq  fəaliyyətləri  ilə  nümayiş  etdirmişlər. 
Buraya  Ə.Yasəvinin,  Y.Əmrənin,  Ş.İ.Xətainin  etdikləri 
timsalında başladıqları yol daxildir. Bir qədər əvvəldə bu yolun 
M.Kaşğari  kimi  böyük nümayəndəsi  vardı. Millilik  zəminində 
Vaqif genetik kodları ilə bir xətdə bura bağlanır. 
Görkəmli 
ədəbiyyatşünas 
F.Köçərli 
“Azərbaycan 
türklətinin  məşhur  və  müqtədir  şairi”  hesab  etdiyi  M.P.Vaqifi 
digər xətdə millilik müstəvisində araşdırmaq bir problem kimi 
mühüm  önəm  daşıyır.  Əlbəttə  burada  tipoloji  müstəvidə 


 

Nizami  milliliyi  ilə,  Füzuli  milliyi  təhlil  olunma  zərurətini 
ortaya  qoyur.  Heç  şübhəsiz,  bunun  mahiyyətində  zamanın, 
mühitin  özündən  gələn  səbəblər  vardır.  Ərəb  və  fars  dilində 
yazmaq  düşüncəsi,  siyasi  mühitin  formalaşdırdığı    saray 
ədəbiyyatı  anlayışı  ədəbi-mədəni  sferaya  təsirsiz  ötüşmürdü. 
XVII-XVIII  əsrdə  başlayan  proses,  etnosun  min  illər  boyu 
qoruyub özü ilə birgə daşıdığı mədəniyyət layı, çiçəkləndirdiyi 
bədii-estetik  düşüncə  texnoloji  sistemi  ilə  milli  dərki  zərurətə 
çevirməkdə  idi.  Əlbəttə  burada  təkyələrin,  Ə.Yasəvidən, 
Ş.İ.Xətaidən  gələnlərin  də  xüsusi  rolu  vardı.  Ş.İ.Xətai  bir 
hökmdar, şair kimi bu müstəvidə müstəsna rol oynadı. Bir növ 
gediləcək  yolu  özünün  fəaliyyəti  və  bu  yolda  nümunə  olması 
ilə göstərdi. Vaqif məhz bu kontekstdə öz böyüklüyü ilə həmin 
yolu  əxz  etdi.  F.Köçərli  bütün  bunların  nəticəsi  kimi  “bizim 
ədəbiyyatımızın  banisi  və  müəssisi  adlanmağa  haqqı  vardır” 
qənaətinə gəlirdi. 
S.Mümtaz   yazır ki,  “Vaqif  tam mənası  ilə el  şairi ola-
raq, həm də mücəddəddir”. Onun bədii düşüncəsinin texnoloji 
sistemi  təkcə  xalq  ədəbiyyatında  olanlarla  kifayətlənmir,  eyni 
zamanda  klassik  üslubda  yazdıqları  ilə  də  eyni  böyüklüyü, 
qüdrəti  ifadə  edir.  “Düşər”,  “Bax”,  “Görmədim”  və  s.  şeirləri 
Azərbaycan  ədəbiyyatının  qızıl  fondudur.  Onları,  eləcə  də 
bütünlükdə  Vaqifi  təkcə  elmi-nəzəri  düşüncənin  ümumi 
prinsipləri  ilə  axıra  qədər  təhlilə  gətirmək  mümkünsüzdü. 
Çünki Vaqif şeiri ruh hadisəsidir. N.Gəncəvidən, M.Füzulidən 
gələn  klassik  sənət  forması  XVIII  əsrdə  yeni  dil,  düşüncə 
faktları  ilə  janrın  məzmununda  islahatlara  rəvac  verir.  Çünki 
Vaqif  xalq  şeirindən,  heca  vəznli  ənənədən  klassik  poeziyaya 
gəlmişdi.  Məhz  bunun  nəticəsi  idi  ki,  S.Mümtaz  “fars    millət 
əhli üçün Rudəki  nə isə Azərbaycan xalqından ötrü  də Vaqif 
həmandır” deyirdi.  
Vaqif yaradıcılığında mühüm məsələlərdən birisi Vaqif // 
Vidadi  xəttinin  aydınlaşmasıdır.  Çünki  bu  xətt  özündə 
bütünlükdə  XVIII  əsr  Azərbaycan  poeziyasının  mənzərəsini 


 

əks  etdirir.  Vidadi  Vaqif  üçün  ustad,  ağsaqqal  idi.  Onun 
böyüklüyünü,  hansı  ideallarla  yaşamasını  görüb  dərk  etmişdi. 
Vaqifin  içində  bir  Vidadi  böyüklüyü  dolaşırdı.  Bu  münasibət 
onların şeirlərində, şeirlərindəki ayrı-ayrı misralarda, bəndlərdə 
də  özünü  göstərir.  Onu  da  əlavə  edək  ki,  bu  yaxınlıq,  dostluq 
ədəbi, mədəni mühit üçün bir nümunədir. Örnək olaraq bu gün 
də  ciddi  məzmun  daşıyır.  Məhz  bunun  nəticəsi  idi  ki, 
M.P.Vaqif  ən  ağır  məqamlarda  öz  yaxını  Vidadiyə  müraciət 
edirdi,  bütün  müşküllərini,  hadisələrə  münasibətini  onunla 
bölüşürdü. 
M.P.Vaqif  Qarabağ  ədəbi  mühitinə  bir  istedad  sahibi 
kimi qəlbi dolu gəlmişdi. Böyüyüb boya başa çatdığı Qazaxın 
elat  həyat  tərzini  dərindən  mənimsəmiş,  aşıq  məclislərində 
ustadların  sazına-sözünə  diqqət  yetirmiş,  bütünlükdə  bu 
mədəniyyətlə həyata, olacaqlara diqqət yetirmişdir. M.V.Vida-
di,  Ağqız  oğlu  Piri,  Sarı  Çobanoğlu  və  s.  kimi  sənətkarların 
mühitində  onun  istedadı  pardaxlanmışdı.  Bütün  bunlarla 
Qarabağ ədəbi mühitində yazıb yaratmış və ədəbiyyatın XVIII 
əsrdəki  gediləcək  yolunu  müəyyənləşdirmişdi.  Məhz  bunun 
nəticəsi  olaraq  haqqında  ustadlar  adı  ilə  bağlanacaq  “Vaqif” 
dastanını yaratmışlar. 
XIX  əsr  Azərbaycan  poeziyasında  Vaqifin  təsiri  bir 
sonsuzluqla ölçülür. Təkcə Qarabağ ədəbi mühiti səviyyəsində 
ədəbi-mədəni  mühiti  izlədikdə  bu  çox  ciddi  faktlarla  nəzərə 
çarpır.  Bir  növ  onun  etdikləri  sayəsində  ədəbiyyat  yeni 
sxemlərlə,  dil,  düşüncə  faktları  ilə  zənginləşir,  mahiyyəti  ilə 
milli  ruhun  ifadəsinə  köklənir.  Bütün  bunlar  bir  ədəbiyyat, 
mədəniyyət  hadisəsi  olaraq  Vaqif  milliliyini,  Vaqif  poezi-
yasının  əlçatmazlılığını  şərtləndirir.  Vaqif  müqtədirliyinin 
mahiyyətini aydınlaşdırır. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə