Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   2   3   4   5   6   7   8   9   ...   93

 
18 
təsiri bir xətdir. Demək olar bütün yaradıcılığı boyu bu böyük 
şairə münasibətini müxtəlif məqamlarda ifadə etməyə çalışmış 
və onun Azərbaycan şeirində tarixində yerinin ucalıq olduğunu 
aydınlaşdırmışdır. Şairin “Vaqif” dramı bu mənada əvəzsizdir. 
S.Vurğun  burada  M.P.Vaqifin  bir  şəxsiyyət  olaraq  obrazını, 
Azərbaycanın  ictimai,  mədəni,  siyasi  həyatında  yerini 
əvəzsizliklə  göstərə  bilmişdir.  “Vaqif”  dramı  Azərbaycan 
xalqının  bədii  düşüncə  mükəmməlliyinin  nümunəsidir.  Xalqın 
şairə  olan  böyük  və  sonsuz  sevgisindən  yoğrulmişdir.  Məhz 
S.Vurğun da özlüyündə həmin sevginin ifadəçisidir.  
M.P.Vaqiflə  bağlı  bir  məsəl  dolaşmaqdadır.  Bütün 
kitablarda, yazılarda bu məsəlin müxtəlif səviyyələrdə yozumu 
və  təhlili  aparılmışdır.  Bu,  “hər  oxuyan  Molla  Pənah  olmaz” 
məsəlidir.  Bütün  parametrlərdə  bu  məsəl  şairin  fərqliliyini, 
qabiliyyət,  bacarıq  və  istedadını  ifadəyə  hesablanmışdır. 
Məhəmmədağa  Müctəhidzadə  “Riyazül  aşiqin”  təzkirəsində 
yazır:  “  Aqibət  ül-əmr  elm,  mədəniyyəti  sayəsində  sənəyi  -
1276  hicrində  İbrahim  Xəlil  xan  həzrətlərinə  ən  dərəcədə 
təqqərrüb yetirib eşikağalıq mənsəbinə nail oldu.  Belə ki, indi 
də dillərdə zərbi-məsəldir ki, “hər oxuyan Molla Pənah olmaz” 
(72, 13).  Ədəbiyyatşünas alimimiz F.Köçərli bu məsəl ilə bağlı 
maraqlı ümumiləşdirmələr aparır və onun mahiyyətinə vararaq 
yazır:  “Necə  ki,  fövqdə  zikr  olundu,  Molla  Pənah  Vaqifin   
ədəbiyyatımızın  banisi,  müəssisi  adlanmağa  haqqı  vardır. 
Tamami  Qafqazda  ondan    müqəddəm  və  müqtədir  ədib, 
xöşkəlam  və  mövzuntəb  şair  zühur  etməyibdir  ki,  ibtidayi-
süxən  onun  adı  ilə  başlansın.  Əgərçi  Azərbaycanın  İrana 
mütəəlliq    hissələrində  Aciz,  Divani,  Qövsi,  Arif  kimi  bəzi 
şairlər  vücuda  gəlibdir  və  illa  onların  asari-qələmiyyələri    və 
xüsusən,  tərcümeyi-halları  millətimiz  arasında  intişar 


 
19 
bulmayıbdır.  Ancaq  bəzi  mütəfərriq    şeir  və  qəzəlləri 
xanəndələr və qəzəlxanlar vasitəsilə gəlib bizə yetişibdir. 
Molla Pənah Vaqif isə cümləmizə məlumdur. Onun adını 
eşitməyən  və  şənində  söylənən  “hər  oxuyan  molla  Pənah 
olmaz”  məsəlini  bilməyən  Qafqaz  oğlu  yoxdur.  Vaqifi  belə 
şöhrətləndirən,  əlbəttə  onun  rəvan  təbi,  mövzun  kəlamı  və 
gözəl  qafiyələri  olubdur  ki,    indi  də  o  qafiyələr  ümum  nasın 
dillərində    caridir.  Vaqifin  kəlamlarını  oxuduqda    bilaixtiyar  
onlara  meylü  rəğbət  bağlayırıq.    Şair  hər  nə  vücuda  gətiribsə, 
öz ana dilimizin tərz və şivəsində gətiribdir” (60, 190). Əlbəttə 
bu  düşüncələr  sırf  milli  ənənəyə,  etnosun  genetik  yaddaşında 
olanlardan  çıxış  etməyə  hesablanmışdır.  Biz  müxtəlif 
məqamlarda  Azərbaycan  ədəbiyyatının  tarixində  ərəb  və  fars 
dilində  yazmanı  vurğulayırıq  və  onun  ayrıca  bir  mərhələ 
olduğunu  düşünürük.  Çünki  ərəb  və  fars  dilində  yazmanın 
mahiyyətinin aydınlaşması elə də sadə məsələ kimi görünmür. 
Bunlar birbaşa xalqın tale məsələlərinə, son dərəcədə ağrılarla 
dolu  bir  tarix  yaşamasına,  daha  doğrusu,  təhrikinə  bağlanır. 
Lakin sevindirici odur ki, Azərbaycan ədəbiyyatının nümayən-
dələri ərəb və farsdilli ədəbiyyat tarixində də özlərinin əvəzsiz 
istedadını,  sənət  qüdrətini  nümayiş  etdirmək  gücünü  ortaya 
qoyublar.  Bir  növ  bütünlükdə  Şərq  ədəbiyyatına  əvəzsiz 
töhvələr  verə  bilmək  imkanını  göstəriblər.  F.Köçərlinin  isə 
dedikləri  ərəb  və  fars  dilində  yaratmadan  kənar  olanlarla 
bağlıdır.  Sırf  ana  dilində,  milli  düşüncədə  yaranan  bədii 
nümunələr kontekstinə bağlanır. Düzdür, M.P.Vaqif istedadını 
hətta ərəb və fars dilində işlətdiyi sözlərdən də çıxış etməklə öz 
münasibətini  bildirir  və  onda  da  eynu  düşüncədə  görünür. 
Məsələn,  ədəbiyyatşünas  alim  vurğulayır  ki,  “onun  əşarında  
istemal  olunan  türk  və  ya  türkləşmiş    fars  və  ərəb  sözləri    elə 


 
20 
məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir” 
(60,  190).  Məhz  açılmalı,  müəyyənləşməli  olan  da  budur. 
M.P.Vaqif  poeziyasının  əlçatmazlığı,  füsunkarlığı,  möcüzəsi 
bunlarla  bağlıdır  və  bütün  təhlillər  də  nəticə  olaraq  buna 
yönləndirilmişdir.  O  təkcə  ana  dilinin  zənginliklərindən 
yararlanmaqla  sənət  möcüzələri  yaratmırdı,  həm  də  ərəb  və 
farsdilli  sözlərdən  o  qədər  ustalıqla  istifadə  edirdi  ki,  bütün 
dedikləri  yerindən  və  məqamından  asılı  olmayaraq  sənət 
hadisəsinə  çevrilirdi.  Milli  poeziyanın  banisi  qənaətini 
formalaşdırırdı.  Və  son  olaraq  F.Köçərli  kimi  böyük 
ədəbiyyatşünası  bu  qənaətlərə  gətirib  çıxarırdı  ki,  “tamami 
Qafqazda  ondan    müqəddəm  və  müqtədir  ədib,  xöşkəlam  və 
mövzuntəb şair zühur etməyibdir ki, ibtidayi-süxən onun adı ilə 
başlansın”. Çünki M.P.Vaqif poeziyası ana laylası qədər həzin, 
bayatı qədər kövrək, nəğmə qədər ritmikdir. Xalqın hissindən, 
duyğusundan,  könül  rübabından  qaynaqlanır  və  oradan  bütün 
dünyaya yayılır. Və təkrar böyük ədəbiyyatşünasın dediklərini 
deyir və təkrarlayırıq ki, “tamami Qafqazda ondan  müqəddəm 
və  müqtədir  ədib,  xöşkəlam  və  mövzuntəb  şair  zühur 
etməyibdir”  qənaətinə  gətirib  çıxarır.  Bütün  bunlar  “Vaqifin 
şirin dili”, “hər oxuyan Molla pənah olmaz”,  “şeirimin könül 
dastanı”  düşüncəsini  ortaya  qoyur.  R.Rza  xüsusi  olaraq 
vurğulayırdı ki, “ana dili... onun suyu, havası, torpağıdır... Yer 
üzündə səadət  ana dilinin ən gözəl şeirini yaratmaqdır”. Məhz 
M.P.Vaqif  də  sazdan,  ozanların  dillərində  çalıb-çağırdığı 
nəğmədən,  dastandan,  ozan  havacatlarından  boy  göstərərək 
səsini  onların  səsinə  qatmaqla  Azərbaycan  ədəbiyyatının  ana 
qoluna  yeni  bir nəfəs verdi. Səngiyən, nisbətən avazıyan, orta 
əsrlərin  saray  mühitində,  qaynar,  keşməkeşli  izdivaclarında 
arxa sıraya sıxışdırılan milli ruhun əlçatmazlığını öz istedadı ilə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə