Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   2   3   4   5   6   7   8   9   ...   93

 

 
 
 
 
 
MİLLİ İNTİBAH VƏ MOLLA PƏNAH 
VAQİFİN   MİLLİLİK KONSEPSİYASI 
 
Azərbaycan  poeziyasının  əlçatmaz  zirvələrindən  olan 
Molla  Pənah  Vaqif  yaradıcılığında  öyrənilməli  problemlərdən 
biri  onun  enerji  qaynaqlarının  aydınlaşmasıdır.  Görkəmli 
ədibin  bədii  düşüncəsində  dayananlar,  estetik-texnoloji 
sistemində  oturuşmuş  modellər  elə  ciddi  faktura  ilə 
səciyyələnir ki, ona diqqət yetirmədən Vaqif böyüklüyünü dərk 
etmək  və  yazıya  gətirmək  mümkünsüzdü.    Azərbaycan 
poeziyasının  əlçatmaz  zirvəsi  qənaətini  xüsusi  olaraq 
vurğuladıq,  lakin  məsələnin  digər  tərəfində  bütünlükdə  türk 
poeziya məkanında M.P.Vaqif şeirinin ucalığı və möhtəşəmliyi 
məsələsi  dayanır.    Doğurdan  da,  ona  aydınlıq  gətirmədən, 
bütünlükdə  türk  şeirinin  inkişaf  istiqamətlərinə  elmi-nəzəri 
mühitin  müəyyənləşdirdiyi  konseptual  baxış  bucaqlarından 
yaxınlaşmadan,  dövrün  ictimai,  siyasi,  mədəni  sferasında 
olanlarla  müqayisə  aparmadan  mahiyyətin  aydınlaşması 
mümkünsüzdür. Böyük  Azərbaycan şairi S.Vurğunun “Rusiya 
şeirinin  şah  əsərini,  çevirdim  Vaqifin  şirin  dilinə”  qənaəti 
məsələnin  masştabının  böyüklüyünə  əlavə  çalar  qatır. 
Düşünməli olursan ki, S.Vurğun bu obrazlı və həm də kifayət 
qədər  original  düşüncəsində  niyə  bir  başqa  sənətkarın  adını 
vurğulamayıb,  məhz  Vaqif  adına  üstünlük  verirdi.  Həm  də 
Azərbaycan dili deməyib Vaqifin dili ifadəsini işlədirdi.  
M.P.Vaqifin  zəngin  yaradıcılığı,  onun  dil  imkanlılığı, 
xalq  təfəkkürünün  bütün  mahiyyətini  özündə  bir  bütöv  olaraq 
ehtiva  etməsi  məhz  “Vaqifin  dili”  anlamını  formalaşdırmışdı. 
B.Humbolt  vurğulayırdı  ki,  “xalqın  dili  onun  ruhu,  ruhu  isə 


 
10 
onun  dilidir”.  Məsələyə  bu  kontekstdə  yanaşdıqda  M.P.Vaqif 
bütün  müstəvilərdə  dili  və  ruhu  etibarilə  xalqa  daha  yaxındır. 
Bir  qədər  dəqiq  desək,  öz  ruhu  və  dili  ilə  xaqla  yaxınlıq 
baxımından  çox  az-az  böyüklərlə  müqayisəyə  girəcək 
yaxınlıqdadır.  Məhz  bu  səbəbdən  də  görkəmli  ədəbiyyatşünas 
F.Köçərli  M.P.Vaqif  yaradıcılığına  daha  çox  milli  müstəvidə 
yanaşır  və  onu  milli  şair  olaraq  təhlil  etmək  yolunu  tutur. 
“Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah 
hesab  olunur  ki,  bizim  ədəbiyyatımızın  banisi  və  müəssisi 
adlanmağa  onun    haqqı  vardır…  Milli  şairlərimizdən    onun 
kimi  sadə  və açıq  lisanda və ana dilimizin   şivəsində  şeir və 
qəzəl  yazan  az olubdur. Müasirləri  ona nəzirə yazmağa  səy 
və  təlaş  ediblərsə  də,    onun  kimi  mühəssənatlı,  gözəl  və  açıq 
kəlam  söyləməkdə  aciz  qalıblar”  (60,  159).  Göründüyü  kimi, 
burada ədəbiyyatşünas alim M.P.Vaqifi geniş müstəvidə, daha 
doğrusu, özünəqədərkilər, müasirləri və sonrakılarla müqayisə 
kontekstində  təhlil  edir.    Bu  da  təsadüfi  deyildir,  belə  ki,  XX 
əsrin  əvvəllərində  ədəbi-mədəni  mühitdə  Azərbaycan  ədəbiy-
yatı  tarixinin  hazırlanması  bir  problem  olaraq  qaldırılmışdı. 
Fikir  ayrılıqları,  məsələyə  fərqli  yanaşmalar  mətbuat  səhifə-
lərində  ciddi  təhlillərə  yol  açmışdı.  Y.V.Çəmənzəminlinin, 
İ.Hikmətin,  S.Mümtazın,  M.Ə.Rəsulzadənin,  Ə.Ağayevin, 
Ə.Haqverdiyevin,  Ə.Abidin,  S.Hüseynin,  Ə.Nazimin  və 
başqalarının  müxtəlifliklərlə  dolu  olan  mülahizələri  vardır. 
F.Köçərli  də  məhz  bu  təhlillərdə  öz  yanaşmaları  ilə  xüsusi 
diqqət  mərkəzində  görünürdü.  Və  onun  yanaşmasında  “bizim 
ədəbiyyatımızın  banisi  və  müəssisi  adlanmağa  onun    haqqı 
vardır” qənaəti sırf milli kontekstdə bütün parametrləri nəzərə 
almaqdan  qaynaqlanır.  Vaqif  şeirinin  qüdrəti  isə  Azərbaycan 
dili  timsalında  vurğulanan  “Vaqifin  dili”ndə,  bədii-estetik 
təfəkkürünün  millilik  modellərində  bərqarar  olur.  Bu  dilin 
ecazkarlığı  özlüyündə  şeirin  ecazkarlığında  tapınır.  Ona  görə 
də  M.P.Vaqifin  “bizim  ədəbiyyatımızın  banisi  olma” 
təsəvvürünü  formalaşdırma  probleminin  genetikasını  ilk  öncə 


 
11 
müəyyənləşdirməliyik.  Əlbəttə  müasir  elmi-nəzəri  fikir 
kontekstində  Azərbaycan  ədəbiyyatı  tarixinin  inkişaf  yolu 
haqqında  dolğun  elmi  baza  formalaşmışdır.  Ərəbdilli 
ədəbiyyat,  farsdilli  ədəbiyyat,  anadilli  ədəbiyyat  Azərbaycan 
ədəbiyyatının ayrı-ayrı dönəmləri anlamında M.P.Vaqifə qədər 
zəngin  bir  inkişafla,  fundamental  bir  baza  ilə  xarakterizə 
olunur.  Musa  Şəhavat,  İsmayıl  ibn  Yəsar,  Mənsur  Təbrizi, 
İskafi  Zəncani,  Xəttat  Nizam  Təbrizi,  Əbülməhasim  Hüseyn 
Təbrizi,  Zəfər  Həmədani,  Qətran  Təbrizi,  Qivami  Mütərizi, 
Məhsəti  Gəncəvi,  Xaqani  Şirvani,  Fələki  Şirvani,  Nizami 
Gəncəvi,  Zülfüqar  Şirvani,  Əssar  Təbrizi,  Mahmud  Şəbustəri, 
Marağalı Əvhədi, Arif Ərdəbili, Qazi Bürhanəddin,  İmadəddin 
Nəsimi,  Şah  Qasım  Ənvar,  Hamidi,  Həqiqi,  Kişvəri,  Həbibi, 
Şah  İsmayıl  Xətai,  Məhəmməd  Füzuli,  Məhəmməd  Əmani, 
Fədai,    Məsihi,  Saib  Təbrizi  və  s.  bunun  nümunəsidir. 
Azərbaycan  ədəbiyyatı  tarixi  məhz  bu  zəngin  baza  əsasında 
geniş  tipoloji  təhlillərin  faktına  çevrilir.  Artıq  ədəbi-nəzəri 
fikirdə  bu  ədəbiyyatın  ayrı-ayrı  dövrləri  sinxron  və  diaxron 
müstəvidə 
fərqli 
təhlillərin 
probleminə 
çevrilmişdir. 
M.P.Vaqifə  gələn  yolun  spektrləri  sistemli  müqayisələrdə, 
müxtəlifyönlü  yanaşmalarda  aydınlaşır.  Məhz  bu  səbəbdən  də 
M.P.Vaqif yaradıcılığını təkcə dövrü, mühiti, şeirlərinin verdiyi 
informasiya  baxımından  təhlil  etmədən  əlavə,  onu  türk  şeir 
ənənəsi və klassik poeziya müstəvisində təhlilə gətirmək gərəyi 
daha çox zərurət doğurur.  
Məsələyə bir başqa istiqamətdə ədəbiyyatşünas Ə.Abidin 
dedikləri  baxımından  diqqət  yetirək.  O,  “Azərbaycan 
türklərinin  ədəbiyyatı  tarixi”  kitabında  bir  məqamı  xüsusi 
olaraq  vurğulayır:  “Müxtəlif  ictimai  və  dini  tələqqilərə  malik 
gərək  mütəkkin,  -  gərək  köçəbə  olsun  -  əslən  “turani”  və 
“arani”  olan qövmlər arasında vaqe mülul və nüfuz sayəsində  
pəhləvi mədəniyyətinin ünsürləri ümumi say etibarilə daha zəif 
olan  oğuz  əşirətləri  arasına    girməyə  başladı;  fəqət  bu  təsirin 
hiç bir zaman onları tamamilə qapladığı iddia ediləməz. Çünki 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə