Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

 
24 
(şeirinin)  unikallığını  və  proyeksiyasını  dəqiqliyi  ilə  təqdim 
etdi.  Ona  görə  də  bədii  düşüncəyə  mərhələ  adı  ilə  daxil  oldu. 
S.Vurğun  demişkən  Azərbaycan  “şeirinin  könül  dastanı”na 
çevrildi. F.Köçərlinin dediyi kimi, “milli şair” düşüncəsini tam 
dəqiqliyi  ilə  özündə  ehtiva  etdi.  Məhz  bunun  nəticəsi  olaraq 
S.Hüseyn  “dil  məsələsində  Qafqazın  Vaqifi  və  Vidadisi 
osmanlıların Rza Tofiqindən də bir qədər irəlidir” (48) deyirdi. 
Göründüyü  kimi,  burada  M.P.Vaqifin  və  M.V.Vidadinin  adı 
xüsusi olaraq vurğulanır və müqayisə faktına çevrilir. Və hətta 
Rza  Tofiqdən  də  irəlidə  olması  xüsusi  bir  şəkildə  qeyd  edilir. 
Əlavə  olan  isə  ondan  ibarətdir  ki,  məsələnin  bir  qədər  geniş 
masştabda,  “Qafqazın  M.P.Vaqif  və  Vidadisi”  kimi 
vurğulanmasıdır.  Bu  iki  sənətkarın  eyni  məqamda  adının 
çəkilməsində  böyük  bir  həqiqət  gizlənir.  Bunlar,  ən  birincisi, 
hər  iki  şairin  şeir  ruhunun  yaxınlığından  qaynaqlanır.  Biz  nə 
qədər  müqayisələr,  təhlillər  aparsaq  da  XVIII  əsr  Azərbaycan 
poeziyasından  danışarkən  yenə  də  gəlib  M.P.Vaqif  və 
M.V.Vidadi  adına  çıxırıq  və  daha  çox  müqayisələri, 
problemləri onların yaradıcılığı üzərində qurmalı oluruq. Bu iki 
sənətkarın biri haqqında danışmaq digərini də təhlilə gətirməyi 
zəruri edir və hər ikisi birlikdə XVIII əsr Azərbaycan poeziyası 
haqqında  dolğun  təsəvvür  yaradır.  “Qafqazın  M.P.Vaqif  və 
Vidadisi”  kimi  ucalıq  formulunu  müəyyənləşdirir.  Bu  iki 
böyük  sima  XVIII  əsrdə  Azərbaycan  poeziyasının  inkişafına 
istiqamət  verdilər.  Daha  ətraflı  təhlilləri  sonrakı  məqamlarda 
aparacağımız  üçün  burada  təfsilata,  ciddi  müqayisələrə  yer 
vermirik.  Bircə  onunla  kifayətlənirik  ki,  müasirləri  və  ondan 
sonrakı dövr poeziyanın inkişaf istiqamətinə və tendensiyasına 
baxmaq  kifayətdir  ki,  M.P.Vaqif  və  M.V.Vidadi  Azərbaycan 
poeziyasında  nələri  etmiş,  inkişaf  tendensiyasına  hansı  təsiri 


 
25 
göstərmişlər.  F.Köçərli  məhz  bu  kontekstdə  çıxış  edərək 
məsələlərə  aydınlıq  gətirir:  “Bundan  maəda  Vaqifin  milli 
ədəbiyyatımıza  hüsni-xidməti  bu  olubdur  ki,  Türkiyə  və 
İranzəmin şüərasına müqəllidlik etməyibdir, bəlkə  onun üçün 
təbii  və  asan  yol  açıbdır  ki,  ondan  sonra  gələn  şairlər  ona 
peyrəvilik  edib,  bir çox gözəl əsərlər  meydana gətiriblər. Bu 
cəhətə  Molla  Pənah  Vaqifin  Qafqaziyada  vücuda  gələn  
şairlərin babası  və ustadı adlanmağa haqqı vardır” (60,  191). 
Aşıq poeziyasından, etnosun dastan təfəkküründən başlanğıcını 
götürən və bütünlükdə ümumi ruhu ilə bu düşüncəyə köklənən 
M.P.Vaqif  məhz  elə  yaradıcılığa  qədəm  qoyduğu  gündən 
xalqdan  gələnlərə  sədaqət  göstərmiş,  xalqın  olanı  elə  eyni 
tərzdə,  eyni  məzmunda  davam  etdirmək  yolunu  tutmuşdur. 
Bütünlükdə ədəbi prosesin gedişinə istiqamət vermək qüdrətin-
də  bulunmuşdur.  Bu  özlüyündə  çox  böyük  hadisədir.  Həmin 
ucalığa  gəlib  çatmaq  və  ona  bütün  tərəfləri  ilə  istiqamət 
vermək  hər  yaradıcıya  nəsib  olmur.  Vaqif  poeziyasının  enerji 
qaynaqları  xalqla  bağlandığı  üçün  elə  o  istiqamətə  bir  işıq 
tutmuş və tür olanın şeir, poeziya əzəmətini ortaya qoymuşdur. 
Daha  doğrusu,  mövcud  düşüncədəki  oturuşmuş  sistemi, 
düşüncəni  (klassik  ənənə  ilə  bağlı  təsəvvürlərin  əvəzolun-
mazlığını) pərən-pərən etmişdir. Əlbəttə burada M.P.Vaqif tək 
deyildir,    onun  mühiti,  əhatəsində  olanlar  da  vardı. 
M.V.Vidadi,  Ağqızoğlu  Piri,  Sarı  Çobanoğlu  və  s.  vardır  ki, 
bütünlükdə  bunlar  eyni  müstəvidə  türk  şeir  ruhunun 
parlaqlığına,  yeni  mərhələ  anlayışına    təravət  qatmışlar.  Son 
olaraq  “Türkiyə  və  İranzəmin  şüərasına  müqəllidlik  
etməyibdir”,  əksinə  öz  adı  ilə  bağlanacaq  yeni  mərhələnin 
başlanğıcının  əsasını  qoyubdur.  “Sonra  gələn  şairlər  ona 
peyrəvilik  edib”dir ki, bunun aydınlığı üçün XVIII əsrin sonu, 


 
26 
XIX  əsr  boyu  ədəbiyyatı  izləmək  kifayətdir.  Məhəmməd  bəy 
Aşiq,  Cəfərqulu  xan  Nəva,  Mirzə  Həsən  Mirzə,  Aşıq  Pəri, 
Padarlı  Abdulla,  Məlikbalı  Qurban,  Xasta  Hasan  və  s.  bu 
silisilədən  olan  onlarla  sənətkar  buna  nümunədir.  Onların 
şeirlərindəki təsir faktı təkcə ruh, məzmun, forma yaxınlığı ilə 
yekunlaşmır,  hətta  ayrı-ayrı  şeirlərin  təsirində  yazılan 
nümunələrlə  də  səciyyələnir.  Buraya  aşıqları  da  aid  etdikdə 
məsələnin  mahiyyəti  daha  da  böyüyür.  Məsələn,  “başına 
dönsüyüm  toy  adamları”  misralı  şeirin  təsiri  ilə  yazılmış 
nümunələri  izləsək  bu  böyük  bir  zənginliyə  qapı  açmış  olar. 
Məsələ  təkcə  M.P.Vaqifdən  bəhrələnmələrlə,  M.P.Vaqif 
təsirində  olanlarla  bitmir,  burada  digər  istiqamət  ona  olan 
təsirlərdir  ki,  bir  ənənə  olaraq  təkrarlanır.  Molla  Pənah  Vaqif 
və Q.Zakir yaradıcılığının müqayisəli təhlili qarşımızda zəngin 
bir  layın  olduğunu  aydınlaşdırır.  Ona  görə  də  ədəbiyyatda 
M.P.Vaqif  yaradıcılığı  bir  problem  olaraq  əhatə  dairəsinə  və 
vertikal,  horizontal  xarakterinə  görə  əvəzsizdi.  Məhz 
ədəbiyyatşünas  alim  F.Köçərlinin  zəngin  müşahidələrdən   
“Molla  Pənah  Vaqifin    Qafqaziyada  vücuda  gələn    şairlərin 
babası    və  ustadı  adlanmağa  haqqı  vardır”  qənaəti  hansısa 
epizodik  məqamın,  əhvalın  faktı  deyildir  və  ola  da  bilməzdi. 
Burada  ciddi  müşahidələr,  yüksək  elmi-nəzəri  təfəkkür  və 
qənaətlər  özünə  yer  alır.  Çağdaş  folklorumuzun  ağsaqqalı 
prof.P.Əfəndiyev  ustad  aşığımz  Molla  Cümə  haqqında 
tədqiqatlarında  bir  məqamı  xüsusi  olaraq  vurğulayır:  “Mən 
aşığın  şeirləri  üzərində  işləyəndə  hər  dəfə  hansısa  bir 
sənətkarın  şeirlərinin  izi,  təsiri,  rayihəsi  məni  narahat  edirdi, 
həvəsləndirirdi  və  həm  də  hər  gün  düşündürürdü.  Nəhayət  bu 
yaxınlarda  böyük  şairimiz  Molla  Pənah  Vaqifin  əsərlərini 
təzədən  oxudum.  Ulu  Tanrı,  Böyük  Allah,  bu  nə  möcüzədir!? 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə