Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

 
300 
Rudəki  milliliyi  ilə    Vaqfif  milliliyi,  onun  təzahür  tiplərinin 
hansı  səviyyədə  görünüşü  məsələsidir.  “Hayıf  ki,  yoxdur” 
səviyyəsində  aparılan  müqayisələr  tarixi  olayın    özünəməxsus 
ifadəsi  və  xalq  məişəti  ilə  bağlantıları  baxımından  da  bu  iki 
sənətkarın  yaxınlıqlarını  düşünməyə  əsas  verir.  Salman 
Mümtaz yazır: “Ustad Əbülhəsən Rudəki Sasaniyan  dövlətinin 
üçüncü  hökmdarı  Nəsr  ibn  Əhmədin  zamanında,  yəni    IV  əsr 
hicrinin    əvvəllərində    yaşayaraq    hökmdari  –  məzkurun 
nədimi-xası  olmuşdur.  Çəhar  məqaleyi  –  Nizami  Əruzi  ilə 
“Təzkireyi-Dövlətşahi”nin    söylədiklərinə  nəzərən  Nəsr  ibn 
Əhməd üzərində əşari-Rudəkinin böyük bir təsiri var imiş. Ona 
dəlil olmaq üçün bu fəqərəni hekayət edirlər. Nəsr ibn Əhməd 
mərkəz hökuməti olan Buxara şəhərini buraxıb  Herat şəhərinə 
hicrət  etmiş  və  Heratın  abü  havası  ilə  imtizac    etdiyindən  
dolayı  bir  daha  Buxaraya  dönməyi  xatirinə  gətirməyirmiş. 
Ümərayi-dövlət  Ustad    Rudəkiyə  müraciət  edərək  padşahı 
Buxaraya  qaytarmaq  üçün    bir  müəssir  mənzumə    inşad 
etməsini  rica  edirlər”  (74,  263).  Göründüyü  kimi,  bu  tipik 
hadisə  böyük  sənətkarların  tale  yaxınlığını,  həyatda,  etnosun 
taleyüklü  məsələlərində  nə  qədər  önəmli  rol  oynadığını 
aydınlaşdırır.  Vaqif  poeziyası  müqayisələrdə,  ciddi  tipoloji 
təhlillərdə  daha  çox  üzə  çıxır  və  həm  də  Vaqif  böyüklüyünü 
aşkarlayan fakta çevrilir.  
 
Kür qırağının əcəb seyrangahı var, 
Yaşılbaş sonası, hayıf ki, yoxdur. 
Ucu tər cığalı siyah tellərin, 
Hərdən tamaşası, hayıf ki, yoxdur. 
 
Qış günü qışlağı Qıraqbasanın, 
Gözüdür aranın, cümlə cahanın, 


 
301 
Belə gözəl yerin, gözəl məkanın, 
Bir gözəl obası, hayıf ki, yoxdur. (89, 103) 
 
M.P.Vaqif  düşüncəsində  xalq  həyatı  bütün  olanları,  təbii 
boyaları,  dağı,  daşı,  bulaqları,  gülü-çiçəyi,  insanların  məişəti, 
qayğıları  ilə  bir  bütöv  olaraq  təsvir  olunur.  Burada  Kür 
qırağının  əcəb  seyrəngahı  timsalında  məqsədi  müqabilində 
çatışmamazlıqları,  daha  nələrin  olmalı  olduğunu  sadalayır, 
yaşılbaş  sonasından  əlavə,  “ucu  tər  cığalı  siyah  tellərin”  də 
olmadığını  təəssüf  hissi  ilə  qeyd  edir.  S.Müşmtaz  bu  şeiri 
əvvəlki  “siyahtel  görmədinm  Kür  qırağında”  misrası  ilə 
başlayan  variantın  məsələni  həll  etməyəcəyini  görüb 
xanəndələrin  oxuduğu  məqamda  bədahətən  söylədiyini  və 
“xanəndələr  yenidən  xidmətində  oxusunlar”  istəyilə  dediyini 
qeyd  edir.  S.Mümtaz  onu  da  əlavə  edir  ki,  “bizcə,  hər  iki  
kəlam  lətif  və  mənidardır.    Hələ  tarixi  əhəmiyyətinə  nəzərən 
qiyməti-ədəbiyyələri  daha  yüksəlir.  Ustad  Əbülhəsən  Rudəki-
nin  əşarında  bir  rəssamlıq,  bir  parlaqlıq  vardır.  Amma  Molla 
Pənah  Vaqifin  mürəbbəatına    gəldikdə  məsələ  ayrı  bir 
əhəmiyyət  alır.  Şair  Kür  qırağını  tam  bir  rəssam  kimi  təsvir 
etmişdir.  Biz  əgər  bu  mənzuməni  bir  mahir  rəssama  təqdim  
eyləsək ki, kəlamın mövzui-simasını  incə qələm ilə rəngarəng 
olaraq təsvir etsin.  Nəticədə oylə bir tablo meydana çıxar ki, o 
tablonu  böyük  şairimiz    müşkaf  təbii  və  incə  düşüncəsi  ilə  
qayət  mövzun  və  lətif  bir  surətdə    təsvir  edə  bilmişdir”  (74, 
266).  Doğurdan  da,  M.P.Vaqif  şeiri  təkcə  bunda  və  yaxud  da 
digər  haqqında  danışdıqlarımızda  deyil,  bütünlükdə  bir  qeyri-
adiliyi,  ecazkarlığı,  oxuduqca  oxunaqlığı  zəruriləşdirir.  “Kür 
qırağının  əcəb  seyrangahı”nda    olanlar  və  olmayanları 
xatırlaması  da  bunu  bir  bütöv  olaraq  təsdiqləyir.  Burada 


 
302 
tarixilik  və  bədiilik  bir  bütöv  və  toplum  olaraq  qovuşur,  biri 
digərini  zinətləndirir.  Vaqifin  poetik  istedadının  imkanlarının 
sərhədsizliyini,  onun  şeir  texnologiyasında  nələrin  və  hansı 
səviyyədə olanların simmetriyasını, simasını aşkarlayır. 
 
Çoxdur ağ bədənli, büllur buxaqlı, 
Lalə zənəxdanlı, qönçə dodaqlı,  
Amma şirin dilli, açıq qabaqlı, 
Könül aşinası, hayıf ki, yoxdur. 
 
Havasından torpağının, yerinin, 
Dadızmaz dəhanın, ləbi-şirinin, 
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur. (89, 103) 
 
Bu    mətn  bir  istiqamətdə  vətən  müqəddəsliyini,  onun 
əsrarəngizlikləri  nisbətində  eyni  zamanda  çatışmamazlıqları, 
hətta  bəzi  məqamlarda  dəyər  anlamında  ciddi  mənəviyyatı 
işarələyir.  Akademik  İ.Həbibbəylinin  də  diqqətini  məhz  bu 
məqamlar  bir  tərəf    kimi  daha  çox  cəlb  edir  və  doğru  olaraq 
vurğulayır  ki,  “Molla  Pənah  Vaqifin  “Hayıf  ki,  yoxdur”  şeiri 
şairin  yaradıcılığındakı  nikbin  ruhun  təzadlı  məqamlarını 
ortaya  qoyur.  Şeirdəki  “Kür  qırağı”  yer  adı  Azərbaycan 
ədəbiyyatında yeni doğulan ölkə coğrafiyası anlayışının parlaq 
nümunəsidir.  Həm  də  “Kür  qırağı”  adlandırıla  biləcək  bu  şeir  
“əcəb seyrəngahı”, “qış günü qışlağı”, “gözəl obası”, “adamlıq 
ədası”  cümlə-cahana  örnək  olan  Vətən  torpağı  idealının 
tərənnümünə  həsr  olunmuş  bənzərsiz  poetik  nümunəsidir.  
Şeirdəki “hayıf ki, yoxdur” ifadəsi dərin mənası və məntiqi ilə 
“niyə  də  olmasın  ki”,  yaxud  “olmalıdır”  kimi  başa 


 
303 
düşülməlidir.  Bu,  Kür  qırağının  timsalında    bütövlükdə  Azər-
baycan  ölkəsi haqqında yazılmış dərinmənalı şeirdir”  (45, 7). 
Azərbaycan xalqının zəngin yazılı və şifahi düşüncəsində buna 
yaxınlıqda  görünən  akademikin  dediyi  kimi,  N.Gəncəvinin 
“Bərdənin  tərifi”  vardır.  Tamamilə  fərqli  və  bəlkə  də  üzdə 
görünür,  ancaq  mahiyyəti  və  alt  qatında  olanları  ilə  vətən 
timsalında  dünya  şöhrətli  “Koroğlu”  dastanımızda  Çənlibel 
kimi  klassik  nümunə  var.  S.Vurğunun  “Göylərə  baş  çəkir 
Göyəzən  dağı”  da  bir  xətdə  “Kür  qırağını”  –  Vətəni  təqdim 
etmə  baxımından  qovuşur.  Məhz  bu  səbəbdən  də  Vaqif 
poeziyasının  semantik  məzmunu,  metaforik  xarakteri 
görünənlərdən, daha doğrusu üzdə olanlardan qat-qat dərinlərə 
bağlanır.  Sadalananlar  olanlar  və  olmayanlar  müstəvisində  bir 
arzulamanı  “akademikin  dediyi  kimi,  “niyə  də  olmasını” 
cavablandırır. 
 
Ucu əşrəfili, bulut kimi saç
Dal gərdəndə hər hörüyü bir qulac, 
Kəlağayı əlvan, qəsabə qıyğac, 
Altından cunası, hayıf ki, yoxdur. 
 
Zər haşiyə al nimtənə üstündə
Xallar üz yanında, çənə üstündə, 
Buxağın altında, sinə üstündə,  
Zülfün burulması, hayıf ki, yoxdur. (89, 103) 
 
Bu  tip  təsvirləri  biz  ustad  sənətkarlarımızın,  aşıqların 
yaradıcılığında  görmüşük.  Aşıq  ədəbiyyatının  görkəmli 
nümayəndələri  öz  şeirlərində,  eləcə  də  dastanlarımızda  təsvir, 
təqdim və tərənnüm etmişlər. “Kitabi-Dədə Qorqud”, “Əsli və 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə