Fesil indd



Yüklə 495,14 Kb.

səhifə1/24
tarix20.09.2018
ölçüsü495,14 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   24


183

FƏSİL 7. 

Ətraf mühit

 

7.1 İnsan inkişafı və ekoloji dayanıqlıq  

Ətraf  mühit  insan  inkişafı  üçün  zəruri  olan  məhsul  və  xidmətləri  təmin 

edir,  bununla  belə,  insan  fəaliyyətinin  çox  hissəsi  təbiət  sistemini  dağıtmaq, 

zədələmək və ya yenidən qurmağa istiqamətlənmişdir. Insanın rifahı və həyat 

keyfiyyəti onun bu gün və gələcəkdə əldə edə biləcəyi ərzaq, su, enerji və bio-

loji ehtiyatların kəmiyyətindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. 

Əgər bugünki nəsil daha çox məhsul və xidmətlər istehsal etmək imkanına ma-

lik olmağı istəyirsə, buna heç də gələcək nəslin təmiz hava ilə nəfəs almaq və 

təmiz su içmək seçimini məhdudlaşdırmaq yolu ilə nail olmamalıdır. Buna görə 

insan inkişafı həm yerli, həm milli, həm də qlobal səviyyədə davamlılığın təmin 

edilməsini tələb edir.  

Dayanıqlı inkişaf konsepsiyası 1980-ci illərdə yaranmış və 1990-cı illərdə 

inkişaf etdirilmişdir. Bu konsepsiyanın inkişafının əsas mərhələləri “Birləşmiş 

Millətlər Təşkilatında Davamlı İnkişafın Tarixi” adlı Haşiyə 7.1-də göstərilmişdir. 

Davamlı inkişafın bir çox tərifləri mövcuddur, lakin daha geniş yayılmış tərif 

Norveçin keçmiş Baş Naziri Qro Harlem Brundtlandtın sədrlik etdiyi Davamlı 

İnkişaf üzrə Ümumdünya Komissiyasının hesabatında veriləndir:  

Davamlı inkişafın iki əsas konsepsiyası aşağıdakılardır:

•  Ehtiyaclar konsepsiyası, xüsusilə, dünyanın ən yoxsul xalqlarının əsas 

ehtiyaclarıdır ki, onlara prioritet yer verilməlidir; və 

•  Məhdudiyyətlər ideyası – texnologiya və sosial təsisatların ətraf mühi-

tin hazırki və gələcək ehtiyacları ödəmək imkanını məhdudlaşdırmasıdır.

Cəmiyyət  21-ci  əsr  boyunca  inkişaf 

etdikcə  davamlılıq  problemi,  yəni  dünya 

iqtisadi cəhətdən inkişaf etdikcə Yerin re-

surslarının  qorunub-saxlanması  problemi 

təcili olaraq həll edilməli məsələyə çevri-

lir. İqtisadiyyat tarixinə retrospektiv nəzər 

yetirsək,  belə  bir  məqsəd  iddialı  görünə 

bilər. Sənaye İnqilabı ilə başlayan sürətli 

inkişaf və texnologiyaların təkmilləşməsi 

Ətraf mühitin keyfiyyəti ətraf mühitdə 

ətraf mühitin keyfiyyət standartlar ilə bağl 

indikator və indekslərlə ifadə olunan 

ekoloji şərtlərin vəziyyətidir. 



 

Mənbə:Ətraf mühitin statistikas terminləri, 

Birləşmiş Millətlər Təşkilat 


184

təbii mühit üzərindən təsirsiz ötməmişdir. Saysız nəqliyyat vasitələri, istehsalat 

prosesləri, telekommunikasiya və sintetik kimya cəmiyyətin zövq aldığı yüksək 

dərəcədə  inkişaf  etmiş  həyat  tərzi  ilə  yanaşı  ətraf  mühitin  bu  gün  üzləşdiyi 

problemlərə görə də məsuliyyət daşıyır. Əsas məqsəd iqtisadi fəaliyyət və təbiət 

arasındakı əhəmiyyətli əlaqəni anlamaq və daha yaxşı və daha müdrik qərarlar 

qəbul etmək üçün bu biliklərdən istifadə etməkdir.      

İqtisadi inkişaf və ətraf mühit arasındakı əlaqə ilə bağlı müxtəlif fikirlər möv-

cuddur. Bəzi alimlər iddia edirlər ki, iqtisadi fəaliyyət (istehsal və istehlak) daha 

böyükmiqyaslı enerji və xammal tələb edir və daha böyük kəmiyyətdə tullantı 

məhsulları yaradır. Təbii ehtiyatların artan hasilatı, tullantıların və ətraf mühitə 

zərər verən maddələrin toplanması biosferanın yükgötürmə qabiliyyətini sarsı-

dır və nəticədə ətraf mühitin keyfiyyəti pisləşir və artan gəlirlərə baxmayaraq, 

insan rifahı azalır. Bundan əlavə, iddia edilir ki, resurs bazasının pisləşməsi iq-

tisadi fəaliyyətin özü üçün də təhlükə yaradır. Ekoloji və hətta iqtisadi fəaliyyəti 

özü-özündən qorumaq üçün iqtisadi artımın qarşısı alınmalı və bəşəriyyət sabit 

iqtisadiyyata keçməlidir. 

Digər  qütbdə  dayananlar  isə  ətraf  mühitin  yaxşılaşmasına  aparan  ən  tez 

yolun iqtisadi artımdan keçməsini iddia edənlərdir: daha yüksək gəlirlər xam-

malla daha az zəngin olan məhsul və xidmətlərə və yaxşılaşmış ətraf mühitə 

artan tələbat yaradır ki, bu da öz növbəsində ətraf mühitin mühafizəsi ilə bağlı 

tədbirlərin görülməsi ilə nəticələnir. 

Bununla belə digər alimlər belə 

bir fərziyyə irəli sürürlər ki, müsbət 

və  ya  mənfi  olmasından  asılı  olma-

yaraq, iqtisadi artım və ətraf mühitin 

keyfiyyəti arasındakı əlaqə hər han-

sı bir ölkənin inkişafı boyunca sabit 

qalmayıb, ölkə, insanlara daha effek-

tiv infrastruktur və təmiz ətraf mühit 

tələb  etmək  və  əldə  etmək  imkanı 

yaradan  gəlirlər  səviyyəsinə  çatdıq-

da  müsbətdən  mənfiyə  dəyişə  bilər. 

Çevrilmiş  U  formalı  əyri  ilə  ifadə 

edilən  əlaqə  “ətraf  mühitin  Kuznets 

əyrisi” adı ilə tanınır. Bununla iddia edilir ki, inkişafın daha aşağı səviyyəsində, 

ətraf  mühitin  pisləşməsinin  həm  kəmiyyəti,  həm  də  intensivliyi  yaşayış  üçün 

zəruri olan iqtisadi fəaliyyətin resurs bazasına təsiri və çürüyəbilən tullantıla-

rın məhdud kəmiyyəti ilə məhdudlaşır (sənayedən öncəki iqtisadiyyat). Kənd 

təsərrüfatı və təbii resursların hasilatı artıqca və sənayeləşmə vüsət aldıqca, həm 

resursların tükənməsi, həm də daha çox tullantı yaranması artır (sənaye dövrü-

Yenilənən ehtiyatlar günəş işğ, hava, külək və 

s. kimi təbii yolla yenidən yarana bilən 

ehtiyatlardr. Insanlarn istifadəsi baxmndan 

ehtiyatlar o zaman yenilənən hesab oluna bilər 

ki, onlarn yenilənmə/bərpa sürəti istehlak 

sürətindən artq olsun. 



Yenilənməyən ehtiyatlar həddindən artq yavaş 

formalaşan və ətraf mühitdə təbii şəkildə 

yaranmayan (hasil edilən yanacaq) resurslardr. 

Insanlarn istifadəsi baxmndan ehtiyatlar o 

zaman yenilənməyən hesab oluna bilər ki, 

onlarn istehlak sürəti yenilənmə/bərpa 

sürətindən artq olsun. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə