Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

201

Əraf  mühitə  dəyən  ziyanın  iqtisadi  dəyərinin  qiymətləndirilməsinin  digər 

yolu sağlamlığa dəyən təsiri ölçməkdən ibarətdir. Məsələn, çirklənmə səbəbindən 

yaranan xəstəliklər işgünlərinin azalması ilə nəticələnə bilər. Dəyən təsirin miq-

darı itirilən iş günlərinin (və uyğun olaraq məhsuldarlığın) dəyəri və xəstəxana/

səhiyyə xərcləri kimi indikatorlar vasitəsilə ölçülə bilər. 

Enerji  sektorunda  yenilənən  enerji  mənbələrinin  inkişaf  etdirilməsi 

səbəblərindən  biri  təbii  yanacaqdan  istifadənin  yaratdığı  xarici  təsirlərdən 

(çirklənmə  səbəbindən  sağlamlığa  və  ətraf  mühitə  dəyən  zərər)  qaynaqlanır. 

Aparılan təhlillər göstərmişdir ki, xarici təsirlər nəticəsində yarana xərclər və 

karbon kvotalarının satışı və neft idxalının azalması nəticəsində yaranan valyuta 



202

qənaəti kimi əldə edilən faydalar nəzərə alınarsa, yenilənən enerji mənbələrindən 

istifadə daha çox cəlbedici seçim ola bilər.   

Qlobal  səviyyədə,  ən  azı  iqlim  dəyişməsi  baxımında,  ehtiyatların 

dəyərləndirilməsinin ən önəmli nümunələrindən biri Kyoto Protokolu əsasında 

karbon kvotalarının satış bazarının yaradılması olmuşdur. Bu mexanizm əsasında 

inkişaf etmiş ölkələr üzərlərinə götürdükləri atmosfer tullantılarının miqdarının 

azaldılması hədəflərinə inkişaf etməkdə olan ölkələrə sərmayelər yatırmaqla və 

ya meşələrin salınması ilə çatırlar. Bu qlobal bazarda meşələrin karbon udması 

xidmətinə xüsusi iqtisadi dəyər təltif edilir və daha az tullantı səviyyəsinə çat-

mağa çalışan inkişaf etmiş ölkələr və yeni meşələr salmaqla karbon udulması-

nı təmin etmək iqtidarında olan inkişaf etməkdə olan ölkələr arasında “kredit” 

şəklində alinib-satılır. 

Ehtiyatların  qiymətləndirilməsi  üçün  hansı  qərarlar  və  hərəkətlər  tətbiq 

edilməlidir?

Torpaqdan  istifadə  hüquqlar.  “Xammal  mübadiləsi”  perspektivini  təşviq  edən  keçmiş  siyasətlər 

meşələrin kəsilməsi, balqçlq və dağ-mədən sənayesi kimi hasilat sənayelərinin inkişafnn üstünlük 

təşkil etməsini stilmullaşdrrd. Bu, qanunlarn qeyri-effektiv tətbiqi nəticəsində ölkənin sahilyan və 

məşə zonalarnn deqradasiyas ilə birlikdə təbii ehtiyatlarn genişmiqyasl hasilatna səbəb olmuşdur. 

Bu ehtiyatlarn ümumi iqtisadi dəyərinin daha dəqiq hesablanmas torpaqdan istifadənin daha davaml 

inkişafna (yəni təbii parklar, ekoturizm zonalar və ya dəniz qoruqlar üçün daha çox torpaq qalmş 

olard)  və  təbii  ehtiyatlarn  hasilat  üçün  ayrlan  torpaqlarn  regenerasiyas  və  bərpas  qaydalarn 

nəzərdə tutan siyasətlərin qəbuluna səbəb olard.   



Ehtiyatlarn  və  onlarn  idarəedilməsinin  planlaşdrlmas. 

Yerli  hökumət  orqanlar  meşə 

resurslarnn idarə edilməsini planlaşdrmaq, ümumi istifadədə olan meşə ərazilərini müəyyən etmək 

və  icma-əsasl  meşə  layihələri  həyata  keçirmək  səlahiyyətlərinə  malikdirlər.  Ehtiyatlarn 

qiymətləndirilməsi  prinsiplərinin  tətbiqi  meşə  resurslarndan  istifadə  sahəsində  əsasl  və  müfəssəl 

planlarn hazrlanmasnda yerli icra orqanlarna əhəmiyyətli dərəcədə kömək edə bilər.

 

İqtisadi vasitələrin inkişaf. Ölkənin bir neçə milli parklarnda aparlan qiymətləndirmə bu cür 

mühafizə edilən zonalarn fəaliyyətini dəstəkləyən istifadə haqq alnmas və digər idarəçilik 

strategiyalarnn  tətbiqinə  gətirib-çxard.  Əksinə  olaraq,  ətraf  mühitə  dəyən  ziyan  və  xarici 

təsirlərin  (məsələn,  balqçlq  zonalarnn  deqradasiya  nəticəsində  canl  sistemin  itirilməsi) 

iqtisadi  dəyərinin  müəyyən  edilməsi  bu  təsirlərə  məruz  qalan  maraql  tərəflərə  ödəniləcək 

təzminatn məbləğinin müəyyən edilməsi üçün əsas yaradr.  



Uyğun  cərimələrin  müəyyən  edilməsi.  Bir  çox  hallarda  meşələrin  qeyri-qanuni  şəkildə 

qrmaqla məşğul olanlar və ya brakonyerlər bu cür qeyri-qanuni fəaliyyəti davam etdirməyi 

səmərəli  hesab  edirlər,  cünki  cərimələrin  az  məbləği  bü  cür  fəaliyyətdən  yayndrmaq  üçün 

kifayət  edən  stimul  deyil.

  Cərimələrin  hasil  edilən  ehtiyatlarn  iqtisadi  dəyərinə  uyğun  gələn 

səviyyədə  müəyyən  edilməsi  potensial  qanunpozucular  oxşar  fəaliyyətin  həata  keçirilməsindən 

çəkindirə bilər.  



203

Sağlam ekosistemin təqdim etdiyi müxtəlif xidmətləri və onların yaratdığı 

dəyəri qoruyub-saxlamaq məqsədi ilə bu xidmətlərin iqtisadi dəyərini müəyyən 

etməyə imkan verən Ekosistem Xidmətlərinin Haqqı (EXH) kimi tanınan vasitə 

artan  diqqət  mərkəzindədir.  EXH  hüquqi  cəhətdən  məcburi  öhdəlik  yaradan 

müqavilə bağlamağın elə bir könüllü razılığıdır ki, bu müqavilə əsasında bir və 

ya daha çox alıcı əsas fəaliyyəti əvvəlki ekosistem xidmətlərinin istehsalı və ya 

aradan qaldırılması olan bir və ya daha çox satıcıya maddi və ya digər stimullar 

təklif etməklə əsaslı şəkildə müəyyən edilmiş ekosistem xidmətini alır. 

Ehtiyatların  qiymətləndirilməsinin  müvəffəqiyyətli  tətbiqi  bəzi  tələblərə 

cavab  verməlidir.  Ideal  olaraq,  qiymətləndirmə  əsaslı  elmi  məlumatlara 

əsaslanmalıdır. Güclü elmi əsas qiymətləndirmə məqsədi ilə aparılan təhlillərin 

və  onların  nəticələri  əsasında  qəbul  edilən  siyasətlərin  və    ehtiyatların 

idarəedilməsi ilə bağlı qəbul edilən tövsiyyələrin tutarlılığını təmin edir. Bunun-

la belə qiymətləndirilmənin aparılması ilkin addımdır – o, inkişaf siyasətləri ilə 

bağlı qəbul edilən qərarları və dəyişikliklərə bələdçilik edən iqtisadi məlumatı 

təmin  edir.  Prosessi  başa  çatdırmaq  üçün  bu  dəyərlərin  müdafiə  edilməsini 

dəstəkləyən,  ətraf  mühitin  qorunub-saxlanmasını  tələb  edən  uyğunluğun  və 

zəruri dəyişiklikləri həyata keçirmək iqtidarında olan təsisat və idarəçiliyin ol-

ması vacibdir.  



7.4 Ətraf mühitin davamlılığının ölçülməsi 

BMT-nin 1992-ci ildə keçirilmiş Ətraf mühit və İnkişaf üzrə Konfransından 

bəri ətraf mühit və davamlı inkişaf geniş miqyasda paylaşan məqsədə çevrildi. 

Ətraf Mühit və İnkişaf haqqında Rio de Janeiro Bəyannaməsi davamlılığa və 

ətraf mühitin qorunması prinsipinə hörmət etmək ehtiyacını vurğuladı; Gündəlik 

21  meyarların  işlənib-hazırlanmasına  çağırış  oldu.  Son  illər  ərzində  ekoloji 

məsələlərə münasibətdə artan narahatçılıq ətraf mühit haqqında daha müfəssəl 

və etibarlı məlumatların əldə edilməsi zəruriyyətini yaradır. Bu cür məlumatlar 

qərar qəbul edilməsi və inkişafın ölçülməsi üçün təkmil zəmin yaratsa belə, he-

sabatlılıq, inkişafın məqsəd və meyarları aydın olduğu zaman mümkündür. Uy-

ğun şəkildə formalaşdırılmış meyarlar vəziyyətin diaqnozunu genişləndirən və 

inkişafı və ya çıxılmaz vəziyyəti hamı üçün aşkar edən ölçülər təklif edə bilər.      

Geniş  miqyasda  qəbul  olunur  ki, 

ekoloji  davamlılıq  heç  də  asanlıqla 

ölcülə  və  qiymətləndirilə  bilməyən  və 

qymətləndirilməsinə münasibətdə vahid ya-

naşma mövcud olmayan mürəkkəb və çox-

üzlü  konsepsiyadır.  Ətraf  mühit  sahəsində 

qəbul  olunan  hədəflərə  doğru  addımlarkən 

ekoloji  inkişafın  vəziyyətinin  monitorinqi 

Davaml inkişafn indikatorlar bütün 

səviyyələrdə qərarlar qəbul etmək üçün 

tutarl əsasn və ətraf mühit və inkişaf 

sisteminin özü-özünü tənzimləyən 

davamllğnn təmin edilməsi məqsədilə 

işlənib-hazrlanmaldr. 

 

Mənbə: Gündəlik 21-in 40-c fəsli  



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə