Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

209

Həqiqi İnkişaf Əmsalını və “Yaşıl ÜDM”-i göstərə bilərik.  



C.  BMT-nin Davamlı İnkişaf Komissiyasının (CSD) indikatorları 

Artıq qeyd edildiyi kimi davamlı inkişaf istiqamətində proqresə yalnız həyatın 

ekoloji, iqtisadi və sosial sahələrinə bərabər diqqətin yetirilməsi sayəsində nail 

olmaq olar. Davamlı inkişaf indikatorları inkişaf (həm iqtisadi, həm də sosial) və 

ətraf mühiti birləşdirmək məqsədilə göstərilən səylərin nəticəsini ölçmək üçün 

istifadə edilən vasitələrdir. 

BMT-nin Davamlı İnkişaf Sektoru (UN DSD) 140 artıq indikatoru ehtiva 

edən işçi siyahı hazırlamış və onları dörd qrupa ayırmışdır: 

•  sosial indikatorlar, məsələn, əhali sıxlığı, şəhər əhalisinin faizi, işsizli-

yin səviyyəsi, uşaq ölümü hallarının sayı, milli səhiyyəyə xərclərinin ÜMM-də 

payı və s.;

•  iqtisadi  indikatorlar,  məsələn,  hər  adam  başına  düşən  ÜDM,  illik 

enerji istehlakı, ehtiyatlardan istifadənin intensivliyi, ətraf mühitin mühafizəsi 

xərclərinin ÜMM-də payı, birbaşa xarici sərmayə və s.;

•  ekoloji  indikatorlar,  məsələn,  hidroloji  şəbəkələrin  sıxlığı,  torpaqdan 

istifadə şərtlərinin dəyişməsi, quraq ərazilərdəki əhalinin yoxsulluq səviyyəsindən 

aşağıda yaşaması, gübrələrdən istifadə,  azot oksidlərinin atmosferə tullanması, 

tullantıların işlənməsi və s.;

•  institusional  indikatorlar,  məsələn,  davamlı  inkişaf  strategiyaları, 

tədqiqatlara sərf edilən xərclərin ÜMM-dəki payı, beynəlxalq sazişlərin ratifi-

kasiyası, əhalinin bir milyonuna düşən potensial alim və mühəndislərin sayı və 

s. İnstitusional indikatorların keyfiyyətdən çox kəmiyyət xarakterli olması qeyd 

edilməlidir.

İndikatorlar  yuxarıda  nəzərdən  keçirdiyimiz  Hərəkətverici  Qüvvələr-

Vəziyyət-Cavab tədbirləri Sistemində nəzərdə tutulmuşlar. 

Bununla  belə,  indikatorların  özlərinə  gəldikdə  isə  bəzi  hallarda  davam-

lı  inkişaf  sahəsindəki  siyasət  hədəfləri  üçün  münasibliyi  heç  də  aydın  görün-

mür. Məsələn, Gündəlik 21-in 40-cı fəsli məlumat və qərarların qəbul edilməsi 

məsələsinə  həsr  olunub  və  indikatorların  institusional  kateqoriyasına  aid  edi-

lib. Bu meyarı ölçən “Vəziyyət” indikatoru “hər yüz nəfərə düşən əsas telefon 

xətlərinin sayı”dır ki, onun məlumat və qərar qəbul etmə aspekti ilə olan əlaqəsi 

heç də açıq şəkildə sezilmir. Bundan əlavə, indikatorlar inkişaf etməkdə olan 

ölkələrdəki vəziyyət və ehtiyaclara aydın şəkildə istiqamətləniblər. 



210

D. Minilliyin İnkişaf Məqsədləri: MİM  7 –  Hədəflər və göstəricilər

Minilliyin qlobal səviyyədə razılaşdırılmış səkkiz inkişaf məqsədindən biri, 

“MİM 7”-nin əsas diqqəti ekoloji sabitliyin əldə edilməsinə yönəlmişdir. Yerdə 

qalan digər yeddi inkişaf məqsədində olduğu kimi, qlobal səviyyəli MİM 7 özündə 

əsas ekoloji məsələləri və ölkələr tərəfindən götürülmüş öhdəlikləri əyani şəkildə 

əks etdirən hədəf və göstəriciləri birləşdirir (bax: Cədvəl). MİM 7 istiqamətində 

əldə  edilmiş  qlobal  tərəqqi  ölkə  səviyyəsində  əhəmiyyətli  dərəcədə  bu  əsasla 

tərəqqinin əldə edilməsinə söykənir və qlobal çərçivələr ölkə səviyyəsində sabit-

liyin əldə edilməsi istiqamətində məqsədyönlü səylərin həyata keçirilməsini tələb 

edən mühüm sahəni (sahələri) müəyyən etməyə imkan verir. Bu qlobal çərçivələr 

ekoloji sabitliyə aparan spesifik yolu təyin etməməklə yanaşı, qlobal səviyyədə 

ətraf mühit hədəflərinə nail olmaq üçün konkret tədbirləri də diktə etmir. 

Ekoloji sabitlik konsepsiyasının mürəkkəb, kompleks və ziddiyyətli xarakterinə 

görə, MİM 7-nin monitorinqində bir sıra əngəllər mövcuddur. İlk olaraq, bu, eko-

loji sabitliyin müxtəlif tərkib hissələrini birləşdirmək müvafiq vasitələrin çatışma-

mazlığı ilə bağlıdır. MİM 7-nin özündə ekoloji sabitliyə töhfə verən elementləri 

ehtiva etməsinə baxmayaraq, bu elementləri birlikdə toplayan zaman, onlar möv-

cud durumu kifayət qədər dolğun şəkildə əks etdirmirlər. Bu çərçivədə balıq eh-

tiyatlarının məhsuldarlığı və ya əkin üçün yararlı torpaqların mövcudluğu kimi 

məsələlər izlənilmir. Əgər ölkələr hədəflər və göstəriciləri lokal kontekstə, habelə 

milli prioritetlərə və özəlliklərə uyğunlaşdırmadan, onları mexaniki qaydada qəbul 

edərlərsə, bu zaman bu boşluq milli səviyyədə kəskinləşə bilər.

Azərbaycan,  Yoxsulluğun  Azaldılması  və  Davamlı  İnkişafa  dair  Dövlət 

Proqramında  müəyyən  edilmiş  strateji  məqsədlərindən  biri  kimi,  ekoloji  du-

rumun  yaxşılaşdırılması  və  ətraf  mühitin  mühafizəsi  və  rasional  istifadəsinin 

təmin edilməsini öz üzərinə öhdəlik götürüb. Bundan əlavə, hökumət tərəfindən 

bu strateji məqsədə nail olmaq üçün spesifik hədəflər işlənib hazırlanmışdır; bu 

hədəflər bəzi digər ölkələrin nümunələri ilə yanaşı 8.2 saylı cədvəldə əks olunub.



Cədvəl 7.1 Minilliyin İnkişaf Məqsədləri: Məqsəd 7 – Ekoloji sabitliyin təmin edilməsi 

Hədəf 7.A: Davaml inkişaf prinsiplərini ölkənin 

siyasətləri və dövlət proqramlarna inteqrasiya etmək və 

ekoloji resurslarn itirilməsini əks istiqamətə çevirmək 

7.1 Meşə massivi ilə örtülmüş torpaq ərazisinin nisbəti  

7.2 Karbon dioksid emissiyalar; ümumi, adambaş və 1 ABŞ dollar 

ÜDM-ə əsasən (Alclq Qabiliyyəti Pariteti və ya AQP) nisbəti 

7.3 Ozon dağdc maddələrin istehlak  

7.4 Təhlükəsiz bioloji limitlər çərçivəsində balq ehtiyatlarnn nisbəti 

7.5 İstifadə edilən ümumi su ehtiyatlarnn nisbəti 

 

Hədəf 7.B: 2010-cu ilə qədər itki templərində mühüm 



azalmalara nail olmaqla, biomüxtəlifliyin itirilməsini 

minimuma endirmək 

7.6 Mühafizə olunan torpaq və su ərazilərinin nisbəti 

7.7  Yox olmaq təhlükəsinə məruz qalan bitki növlərinin nisbəti 

Hədəf 7.C: 2015-ci ilə qədər təhlükəsiz içməli su və 

ümumi kanalizasiya sistemindən istifadə edə bilməyən 

əhalinin sayn yarya qədər azaltmaq 

7.8 Keyfiyyəti yaxşlaşdrlmş içməli su mənbələrindən istifadə edən 

əhalinin nisbəti 

7.9  Keyfiyyəti yaxşlaşdrlmş kanalizasiya sistemindən istifadə edən 

əhalinin nisbəti  

Hədəf 7.D: 2020-ci ilə qədər, yoxsulluq şəraitində 

yaşayan  ən az 100 milyon insann həyat səviyyəsinin 

əhəmiyyətli dərəcədə yaxşlaşmasn təmin etmək  

7.10 Yoxsulluq şəraitində yaşayan şəhər əhalisinin nisbəti 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə