Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

215

2012-ci  ildə,  Azərbaycan  ESG  ilə  ölçülmüş  ümumi  ekoloji  səmərəlilik 

göstəricisinə müvafiq olaraq, 132 ölkə arasında 111-ci yeri tutmuşdur. Amma, 

son on il ərzində ətraf mühitin yaxşılaşdırılması üzrə həyata keçirilmiş tədbirlər 

Azərbaycanın “Pilot Trend ESG” üzrə ən yüksək göstəricilərə malik olan ölkələr 

ilə bir cərgəyə çıxmasını (Latviyadan sonra 2-ci yer) təmin etmişdir.



7.5 Davamlı inkişaf üçün ekoloji siyasətlər və bazar 

mexanizmlərindən istifadə edən iqtisadi alətlər

Ekoloji siyasət (və ya ekosiyasət) - hər hansı xalqın, cəmiyyətin və ya hər 

hansı şirkətin ətraf mühitin tərkib elementlərini mühafizə etmək və ya qoruyub 

saxlamaq və / yaxud təbii resurslardan davamlı şəkildə istifadə etmək məqsədi ilə 

qəbul etdiyi prinsiplər və tədbirlərin reyestridir. Müəyyən zaman kəsiyində eko-

loji siyasət üçün dəstəkçi olmaq üçün müxtəlif alətlər formalaşmışdır. Alətlərdən 

bəziləri  bilavasitə  olaraq  ətraf  mühitin  rasional  istifadəsi  məqsədlərini  güdür; 

buna misal olaraq, təbii resursların rasional istifadəsi və ya mühafizəsini təmin 

edən müəyyən qanunları göstərmək olar. Digər alətlər ekoloji amillərin ekolo-

giyaya  aid  olmayan  sektorların  fəaliyyətinə  inteqrasiya  edilməsi  üçün  katali-

zatorlar  kimi  xidmət  göstərirlər  (məs.  Ekoloji Təsirlərin  Qiymətləndirilməsi). 

Ümumiyyətlə, ekosiyasət alətləri növbəti kateqoriyalara təsnif edilə bilər:

•  Planlaşdırma alətləri

•  Tənzimləyici alətlər

•  İqtisadi alətlər

•  Təsirlərin qiymətləndirilməsi üçün alətlər

•  Təşkilat və müəssisələrdə tətbiq edilən, ətraf mühitin mühafizəsi və rasi-

onal istifadəsi üçün alətlər

Planlaşdırma alətləri

Planlaşdırma alətləri iki qrupa bölünə bilər:

•  Strateji planlaşdırma alətləri

•  İdarəetmənin planlaşdırılması üçü alətlər



Strateji planlaşdırma alətləri, o cümlədən strategiyalar, planlar və proq-

ramlar müvafiq mexanizmlər kimi xidmət göstərir və bu mexanizmlər vasitəsilə 

ölkələr milli ekoloji prioritetləri müəyyən edə, maliyyələşdirməni prioritetləşdirə 

və beynəlxalq öhdəlikləri yerinə yetirə bilərlər.

Ekoloji planlaşdırma alətlərinin səciyyəvi nümunələri bunlardır: Mili Eko-

loji Fəaliyyət Planları (MEFP-lər), Milli Biomüxtəliflik Strategiyaları, Milli İq-

lim Proqramları və s. Belə ki, nəzərə almaq lazımdır ki, nəqliyyat, enerji, stra-



216

teji planlaşdırma, kənd təsərrüfatı, turizm kimi digər qeyri-ekoloji sektorların 

siyasətləri ilə əlaqəli strateji alətlərə biganə yanaşılmamalıdır; çünki, onlar ətraf 

mühit məsələlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərlər. Baxmayaraq ki, 

planlaşdırma alətlərinə adətən milli kimi istinad edilir, bu, bir o qədər də onların 

milli miqyasda olmasını ehtiva etmir. Bir sıra ölkələrdə “sub-milli” və ya “yer-

li səviyyə” kimi yanaşmalar nisbətən daha məqsədəuyğun sayıla bilər. Dövlət 

administrasiyasının əyalət və ya qəsəbə idarələri bir qayda olaraq onları təsdiq 

etdiyi halda, onlar spesifik əraziyə şamil edilirlər. 

İdarəetmənin planlaşdırılması üçün alətlər, məs. meşə təsərrüfatının idarə 

edilməsi üzrə planlar, suayırıcı xətlər üzrə planlar və s. torpağın istifadə edilməsi 

və ya təbii resursların istifadə edilməsində gündəlik yerinə yetirilən fəaliyyətləri 

istiqamətləndirir. 

Planlaşdırma  alətləri  arasında  prinsipial  fərq,  detallaşdırma  səviyyəsidir, 

hansında ki, onlar icra prosesi ərzində fəaliyyət göstərir. Strategiyalar əsas etiba-

rı ətraf mühit və insan sağlamlığının mühafizəsini davam etdirmək baxımından 

milli fəaliyyətlər üçün ümumi istiqaməti müəyyən edir (məs. təbii resurslardan 

davamlı şəkildə istifadə etmək) və maneələri təyin edir (məs. ölkənin ümumi 

istehsal imkanları, gəlirlər, texnologiyalar, ziddiyyətli siyasətlər, qeyri-adekvat 

qanunlar və müəssisələr). Proqramlar iqtisadi baxımdan sərfəli həll variantla-

rını və müvafiq dövlət sektorlarını, eləcə də hədəf obyekti sayılan əhali qrup-

larını  (məs.  yerli  icmalar,  şirkətlər  və  sənaye)  müəyyən  edir.  Planlar  konkret 

tədbirləri  işıqlandırır  və  onların  icrası  üçün  məsuliyyətləri  müəyyən  edir.  Ən 

mükəmməl variantda, bütün planlaşdırma alətləri özündə hədəfləri, icra dəyərinin 

qiymətləndirilmələrini,  habelə  öz  qiymətləndirilməsini  mümkün  etmək  üçün 

icra  göstəricilərini  əks  etdirməlidir.  Milli  təsərrüfatların  planlaşdırılmasının 

əhəmiyyəti təkcə məhsul baxımından vacib deyil. Planların işlənib hazırlanması 

prosesi, həmin planların faktiki icrası qədər eyni səviyyədə mühüm əhəmiyyət 

kəsb edir. Bu proses aidiyyəti olan maraqlı tərəfləri bir araya gətirməli və yalnız 

ekoloji deyil, lakin həm də səhiyyə, ticarət və ya nəqliyyat kimi digər sektorlar-

dan daxil olan məlumatların nəzərdən keçirilməsini təşviq etməlidir.

Planlaşdırma məsələsinin sektorlara xas olan xarakterində bir çatışmamaz-

lıq olur; belə ki, bu adətən sektorların arasında inteqrasiyanın çatışmamazlığı 

ilə  nəticələnir.  Bu  müxtəlif  sektorlarda  olan  prioritetlər  bəzən  məqsədəuyğun 

şəkildə nəzərdən keçirilmir və / yaxud hər hansı qəsəbə və ya bütövlükdə ölkənin 

gerçək iqtisadi imkanlarından fərqli olaraq, daha çox tədbirlərin “ambisiyalı” ar-

zular siyahısını təmsil edir.  Bundan əlavə, ekoloji prioritetlər bir qayda olaraq 

digər milli prioritetlər, misal üçün sosial və iqtisadi inkişafın tələbləri ilə lazımi 

qaydada əlaqələndirilmir. 

Milli  strategiyalar,  planlar  və  proqramların  digər  ümumi  çatışmamazlığı, 

onların adətən hüquqi baxımdan icbarı olmamasıdır. Onların ümumi konseptual 




Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə