Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   2   3   4   5   6   7   8   9   ...   24

189

yük miqdarda enerji tələb edən fəaliyyətin nəticəsi olaraq, İİİ ən yüksək olan 

ölkələrdə adam başına düşən emissiyanın miqdarı İİİ aşağı, orta və yüksək olan 

ölkələrin birgə miqdarından artıqdır. Hazırda İİİ ən yüksək olan ölkələrdə ya-

şayan  adi  adam  İİİ  aşağı,  orta  və  yüksək  ölkələrdə  yaşayan  adamdan  karbon 

dioksid  emissiyasına  görə  dörd  dəfə  və  digər  əhəmiyyətli  istilikxana  qazları-

nın havaya tullanmasına görə təqribən iki dəfə artıq cavabdehdir. Eyni zamanda 

mürəkkəb tərzdə qarşılıqlı surətdə fəaliyyət göstərən geniş qüvvələr nəzərə alın-

malıdır – ticarət çox vaxt inkişaf etmiş ölkələrə ətraf mühitə ziyan verən istehsa-

latları inkişaf etməkdə olan ölkələrə ötürməsinə imkan yaradır.

 

7.2 Ətraf mühitin deqradasiyasının insan inkişafına təsiri 

Ekoloji təsirlərin insan inkişafına təsirini anlamaq insanların seçim imkan-

larının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Ətraf mühit insan inkişa-

fı  üçün  əhəmiyyətli  olan  həyatın  təmin  edilməsi  üçün  fundamental  xidmətlər 

təklif edir. Bu bölümdə ekoloji faktorların insan rifahına təsirini müfəssəl olaraq 

nəzərdən keçirəcəyik. Ekoloji deqradasiya insanlara bir neçə yolla təsir göstərir. 

O, insanları yaşamaq üçün vasitələrdən məhrum edə, sağlamlıqlarına təsir edə, 

onları təbii fəlakətlər qarşısında aciz qoya bilər. Əkinə yararlı torpaqların azal-

ması  və  su  problemləri  ərzaq  təhlükəsini  yaradan  əhəmiyyətli  amillərdir  və 

qlobal ərzaq təhlükəsizliyi problemini kəskinləşdirə bilər. Təhlükəsiz olmayan 

içməli su, normalara cavab verən sanitar şəraitin olmaması və qapalı məkanda 

(evdə)  çirkli  hava  şəraiti  insanların  sağlamlıqlarının  itirilməsi  baxımından  İİİ 

aşağı olan ölkələrdə ən ciddi ekoloji səbəbdir. 

Ətraf mühit və yaşamaq üçün vasitələr 

Son zamana kimi siyasətçilər arasında belə bir yanlış fikir mövcud idi ki, 

yoxsulluq və ekoloji deqradasiya bir-birini qarşılıqlı surətdə təmin edən və əhali 

artımının  sürətləndirdiyi  aşağıya  doğru  yönəlmiş  spiraldan  ibarətdir.  Bir  çox 

qeyri-sənaye ölkələrində yoxsulları təbii ehtiyatlardan ifrat istifadədə və nəticədə 

ətraf mühitin pisləşməsində günahlandırırlar. Bu cür yanaşma həddindən artıq 

sadədir və ətraf mühiti yoxsulların hesabına qoruyan və ətraf mühit hesabına 

yoxsulluğu aradan qaldıran siyasətlərin qəbul edilməsi ilə nəticələnmişdir. 

Ümumiyyətlə,  yuxarıda  göründüyü  kimi  qlobal  səviyyədə  ətraf  mühitin 

pisləşməsinə  səbəb  olanlar  varlılardır,  belə  ki,  yoxsulların  istehlak  səviyyəsi 

aşağıdır. Bununla belə ətraf mühitin pisləşməsinin qeyri-bərabər təsirinə məruz 

qalan  məhz  yoxsullardır,  belə  ki,  onlar  uyğunlaşmaq  üçün  daha  az  resurslara 

malik olmaqla daha böyük təhlükə ilə üzləşirlər. 

İnkişaf etməkdə olan ölkələrin Ümum-Daxili Məhsulu kənd təsərrüfatı, mal-




190

darlıq, balıqçılıq, meşə təsərrüfatı və dağ-mədən sənayesi hesabına formalaşır 

ki, bunlar kəskin surətdə tükənmə təhlükəsi altındadır. Torpağın eroziyası torpa-

ğın məhsuldarlığını azaltmaqla daha az məhsul istehsalına və ərzaq çatışmazlı-

ğına səbəb olur. Böyük ticarət gəmiləri vasitəsilə balıqçılıq fəaliyyətinin həyata 

keçirlməsi balıq sürülərini tükətməklə, kiçik-miqyaslı balıqçıları yaşamaq üçün 

vasitələrdən məhrum etmişdir. 

Torpaqların  deqradasiyası  və  biomüxtəlifliyin  itkisi  sahəsində  mövcud 

meyllər yaşayışın təmin edilməsi üçün seçimlərin azalmasına töhvə verməkdə 

davam edir. Mövcud hesablamalara görə 1 milyarddan artıq adam meşələrin qı-

rılması, örüşlərin artması və kənd təsərrüfatı nəticəsində torpaqların eroziyası 

və deqradasiyasının təsirinə məruz qalır. Torpaqların idarə edilməsi sahəsində 

dəyişikliklər, xüsusilə, alova uyğunlaşmış sistemlərin torpaq səthinin digər for-

maları ilə əvəzlənməsi meşə alovlarının intensivliyini və miqyasını artıra və in-

sanları təhlükə qarşısında qoya bilər. Meşələr, kolluqlar və otluqlar, təmiz su və 

sahilyanı ekosistem ərzaq üçün əsas və gəlir əldə etmək üçün əlavə mənbədir. 

Meşələrin qırılması təkcə ağacların itkisi demək deyildir: bu, insan yaşayışını 

təmin etmək üçün vasitələrin məhv edilməsi deməkdir. Meşələr ilə əlaqəli eko-

sistemin təklif etdiyi xidmətlərin tam spektri aradan qalxmaqla, insanları susuz, 

ərzaqsız, dərman bitkilərsiz və sığınacaqsız buraxır.  

Yoxsul insanlar məhdud imkanlara malik və təbii ehtiyatlardan daha çox asılı 

olduqlarına görə təbii ehtiyatların deqradasiyasının və biomüxtəlifliyin itkisinin 

təsirinə varlı insanlara nisbətən daha çox məruz qalırlar. Məsələn, Qərbi Afrika-

da keçirilən tədqiqat zamanı müəyyən olunmuşdur ki, uşaqlarda kifayət qədər 

qidalanmama ilə əlaqədar yaranan inkişaf anormallıqlarına (boyun inkişafdan 

dayanması) torpağın deqradasiyası daha yüksək olan yerlərdə təsadüf edilir. 

Su  çatışmazlığı  20-dən  artıq  inkişaf  etməkdə  olan  ölkədə  əsas  problem-

dir.  Sudan  istifadənin  mövcud  meylləri  saxlanılarsa,  2025-ci  ilə  kimi  dünya 

əhalisinin  üçdə  ikisi  orta  və  ya  kəskin  dərəcədə  su  çatışmazlığı  problemi  ilə 

üzləşən ölkələrdə yaşayacaqlar. Balıqçılıq ən kasıb və marjinal qrupların yaşayış-

larını təmin etməsi üçün vasitə olmaqla yanaşı, yoxsulların qidalanmasında hey-

van proteininin əsas mənbəyidir. Bir çox kiçik-miqyaslı balıqçılıq təsərrüfatları 

kommersiya şirkətləri ilə işbirliyinin nəticəsi olaraq yüksək məhsuldarlığa malik 

olsalar da, bu yoxsullara heç bir xeyir gətirmir. 

2  milyarddan  artıq  insan  biokütlədən  əldə  edilən  yanacaqdan,  qızınmaq 

və  yemək  bişirmək  üçün  ənənəvi  texnologiyalardan    istifadə  etməkdə  davam 

edir,  1.5-2  milyard  adam  isə  elektrik  enerjisindən  istifadə  etmək  imkanına 

ümumiyyətlə malik deyildir. Odun yanacağının çatışmazlığı yoxsullar üçün vaxt 

və maliyyə xərcləri yaratmaqla, işsiz qrupların üzərin daha ağır yük qoyur və 

uşaqların məktəbə getməsini çətinləşdirir.

Dünyanın yoxsul təbəqələrinin böyük hissəsinin kövrək yaşayış mühiti və 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə