Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

 
285 
musiqinin,  xalq  həyat  tərzinin  qaynarlığı,  coşqunluğu  bütün 
həyatı  boyu  son  şeirlərinə  qədər  davam  edir.  Son  şeirlərində 
olan  isə  düşdüyü  və  yaranmış  real  vəziyyətin  hadisəsidir. 
Əlabbas  Müznib  “Azərbaycan  ədəbiyyatından  seçmələr” 
kitabında  yazır:  “Vaqif  saray  üçün  saray  şeiri,  xalq  üçün  isə 
xalq şeiri yazdığından  xalq arasında tanındığı kibi, sarayda da 
kəşfü  kəramət  sahibi  olmasından  əlavə,  dəyərli  bir  şair 
olduğunu  tanıtmışdır”  (76,  75).  Vaqif  poeziyasının  əsasında 
onun təbii  istedadı  və ondan  yüksək ustalıqla istifadə bacarığı 
dayanır. “Bayram oldu...” da, “Hayıf ki, yoxdur” da, “Pəri” də, 
“Bax”  da,  “Görmədim”  də  məhz  bu  istedada  və  intellektə 
bağlanır. “Görmədim” Vaqif kimi həyat eşqilə coşub daşan bir 
qəlbin  qəfil  kükrəməsidir.  Bu  kükrəmənin  isə  mahiyyətində, 
daha  doğrusu  alt  qatında  çox  ciddi,  həm  də  təsadüfilikdən 
olduqca  uzaq  səbəblər  vardır.  Çünki  “mən  cahan  mülkündə 
mütləq  doğru  halət  görmədim”  hansısa  ötəri  hissin,  hadisənin 
nəticəsi olaraq yazıla bilməzdi. Bir də ki, Vaqif kimi şən, şux, 
nikbin əhvali-ruhiyyəli şeirlər yazan və Vidadiyə kədərli, giley-
güzar  xarakterli  şeirlərinə  görə  etirazlarını  bildirən,  bəzən 
iradlar tutan, “qəriblik, ayrılıq nədir ki, ondan bu qədər çəkibən 
azar  ağlarsan”  söyləyən  şair  birdən  –  birə  daha  kəskin  və 
Vidadi  etirazından  bəlkə  də  qat-qat  artıq  olacaq  bir  üsyan-
karlıqla “hər nə  gördüm, əyri  gördüm, özgə babət  görmədim” 
kimi bir mövqeyi nümayiş etdirir.  
 
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Aşinalar ixtilatında sədaqət görmədim
Beyətü iqrarü imanü dəyanət görmədim
Bivəfadan, lacərəm, təhsili-hacət görmədim. 


 
286 
Xah sultan, xah dərvişü gəda biliittifaq, 
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq, 
Cifeyi dünyayədir hər ehtiyacü iştiyaq
Munca kim etdim tamaşa, sözlərə asdım qulaq, 
Kizbü böhtandan səvayı bir hekayət görmədim. (89, 173)   
 
Ədəbi-nəzəri  fikir  bu  şeiri  müxtəlif  səviyyələrdə  təhlil 
etmiş və nə qədər fərqli münasibətlərə baxmayaraq son olaraq 
bu  üsyankarlığı  son  dövr  həyatında  baş  verənlərlə 
əlaqələndirmişdir.  Bu  şeirlər  (“Görmədim”  və  “Bax”)  onu  da 
əlavə  edək  ki,  Vaqif    yaradıcılığının  “bayram  oldu  heç 
bilmirəm  neyləyim”dən  başlayan  etirazının  daha  gur,  daha 
üsyankar  səsidir.  XVIII  əsr  Azərbaycan  şeirinin  onurğa 
sütunudur. Görkəmli ədəbiyyatşünas F.Köçərli də “Görmədim” 
müxəmməsinə  xüsusi  həssaslıq  göstərərək  yazır  ki,  “Molla 
Pənah  Vaqifin  bir  çox  şeiri  –  müstəzadı  və  müxəmməsatı 
vardır.  Onlardan  məşhuru  əbnayi-ruzigarın    bivəfa  və 
dəyanətsiz  olmağı  xüsusunda  yazdığı  müxəmməsdir  ki,  onun 
məal və məzmunu, -  necə ki dünya vardır, - həmişə təzəlik və 
doğruluq üzrə baqi qalacaqdır” (60, 195-196). Doğurdan da, bu 
müxəmməs,  əvvəl  dediyimiz  bir  fikri  burada  təkrar  deyirik, 
Azərbaycan  və  dünya  ədəbiyyatının  klassik  nümunəsi,  nadir 
incisidir.  Həyat  nizamının,  dünya  işinin  müşküllərini  bunun 
qədər  dəqiq  əks  etdirəcək  əsərlər  bəlkə  də  çox  azdır.  Düzdür, 
Azərbaycan və türk xalqlarının ədəbiyyatında (şifahi  və  yazılı 
ədəbiyyat  nəzərdə  tutulur),  eləcə  də  Şərq  xalqlarının 
ədəbiyyatında  kifayət  qədər  bu  tipli  nümunələr  tapmaq  olar, 
ancaq bunun qədər üsyankarlıq, və bu üsyankarlığın özü qədər 
də poetik formasını tapan sənət nümunələri az-az ola bilər. Bu 
şeir  Vaqif  böyüklüyünün,  qüdrətinin,  əzəmətinin  simvoludur. 


 
287 
F.Köçərli  “Görmədim”  müxəmməsi  ilə  bağlı  çoxlu  suallar 
qoyur  və  bu  suallardan  əvvəl  vurğulayır  ki,  “Vaqifin  bu 
kəlamında  hikmətamiz  və  ibrətamiz  sözlər  çoxdur  ki,  onları 
şair təcrübə  üzü ilə söyləyibdir və əksəri dəruni-qəlbdən  çıxan 
suzişli  fəryad  və  nalələrdir.  Bu  sözlər  acı  və  pürkədər  isə  də, 
mənən  haqq  və  doğrudur.  Bunları  batil  etməyə  əldə  dəlilimiz 
yoxdur”  (60,  187).  Vaqif  poeziyası  bütün  müstəvilərdə  əlçat-
mazlığı,  özünəqədərki  ənənədə  yeni  mərhələni,  yeniləşməni 
səciyyələndirir.  Daha  doğrusu,  xalq  poeziyasında  olanların, 
aşıq  yaradıcılığından  gələnlərin  bir  mərhələ  olaraq  yazılı 
ədəbiyyatda  yerini  və  gərəkliyini  şərtləndirir.  F.Köçərlinin 
“əksəri  dəruni-qəlbdən    çıxan  suzişli  fəryad  və  nalələrdir” 
qənaəti  təsadüfi  yox  sırf  reallığa  hesablanır  və  Vaqifin 
düşüncəsinin o biri üzündə nələrin yaşandığını, hansı əzabların, 
sıxıntıların  görünüşünü  özündə  sərgiləyir.  Bu  mənzərəni  hələ 
Vaqifdən  çox-çox  əvvəl,  saraylarda  yaşamış  və  mühitin, 
zamanın  bütün  tərəflərini  görmüş  Q.Təbrizinin,  X.Şirvaninin 
dediklərində  də  müşahidə  edirik.  Ancaq  “Görmədim”  bir 
ədəbiyyat,  düşüncə  hadisəsi  olaraq  dünyanın  bu  başından  o 
başına olanların klassik, möcüzəli ifadəsidir. Biz belə mətnləri, 
bədii  nümunənin  alınmasını  çox  az-az  müşahidə  edirik. 
Görəsən  M.P.Vaqif  hansı  zillətlərdən,  gərginliklərdən 
çıxmışdır  ki,  bunları  demişdir  və  yaxud  da  hansı  müşküllərlə 
qarşılaşmışdır  ki,  “Görmədim”i  yazmışdır.  Ə.Müznib  bunu 
“pessimistlik”, şərq şairlərinə məxsus hal” kimi səciyyələndirir 
(76,  73).  S.Mümtaz  isə  məsələyə  sırf  olanlar,  siyasi 
gərginliklərin,  reallığın  tələb  etdikləri  kontekstində  yanaşaraq 
yazır:  “Səayət  edənlərin    əllərindəki  dəstəvuz  Vaqifin 
fövqəladə    aqil,  sadiq  və  siyasi  bir  şəxs  olması  idi.  Onlar 
Məhəmməd  bəyə  deyirdilər  ki,  gec-tez  İbrahim  xan  Qarabağa 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə