Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

 
277 
bilən  Vidadiyə  məhz  bu  müstəvidədə  müraciət  olunması  bir 
səbəbdir.  Ən  başlıcası  isə  bir  böyük  şairin  bir  böyük  şairə 
müraciəti  məsələsidir  ki,  məhz  hansısa  mənsəb  sahibinə, 
hökmdara,  nüfuzlu  bəyə,  xana  yox  və  ya  bir  başqasına  yox, 
Vidadiyə olurdu. Çünki Vidadi xalqın döyünən ürəyi idi, dünya 
işlərindən daha çox halı idi. Burada əqrəbalıqdan şairliyə qədər 
ciddi səbəb və cavablar özünə yer alır.  
 
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax! 
Ruzigara qıl tamaşa, karə bax, girdarə bax! 
 
Q.Təbrizi,  X.Şirvani,  N.Gəncəvi,  Z.Şirvani,  A.Ərdəbili, 
Ə.Təbrizi,  M.Füzuli,  Fədai,  Məsihi  və  s.  onlarla,  yüzlərlə 
sənətkarlarımız  öz  əsərlərində  hökmdarları  ədalətə,  xeyirxah-
lığa,  rəiyyətlə  doğru  münasibətlərin  qurulmasına  çağırış 
xarakterli əsərlər  yazmışlar. Nizaminin “Xəmsə”si bu müdrik-
liklə,  çağırışla  doludur,  lakin  siyasi  coşqunluq  gəldiyi 
məqamlarda  bunlar  yada  düşmür  və  görünmür.  Faciənin  baş 
verməsindən  sonra  isə  gec  olur.  Məhz  Vaqif  də  Qarabağ 
xanlığı  timsalında  baş  verənləri  yazıya  gətirir.  Azərbaycan  və 
dünya  ədəbiyyatının  əzəməti  sonsuzluqla  ölçülən  abidəsini 
yaradır.  
M.P.Vaqifə  qədər  M.V.Vidadi  “Bax”  rədifli  tarixi 
mənzuməsini  yazmışdır.  Vaqiflə  Vidadinin  “Bax”  rədifi 
üzərində  düzüb  qoşduğu  bu  nümunələr  hər  birisi  o  dövrün 
siyasi mənzərəsini, hakimiyyət və mənəm-mənəmlik iddialarını 
aydınlaşdırmaq,  xalqın  zillətini  anlamaq  üçün  lazımı  qədər 
material verir. M.V.Vidadi könlünə müraciətlə “gək könül, bir 
ibrət  al  bu  gərdişi  dövranə  bax”  deyirdi.  Vaqif  isə  xeyli 
sonralar  Vidadiyə  müraciətlə  “ey  Vidadi,  gərdişi  dövrani-


 
278 
kəcrəftarə  bax”  deyirdi.  Əlbəttə  burada  Vaqif  deyimin 
özünəməxsus  formasını  ustadı  Vidadi  təsirində  olmaqla  və 
ondan yararlanmaqla tapmış; Vidadi müxəmməs üstündə bədii 
düşüncəsini nizamlamışdırsa, Vaqif qəzəl formasında vəziyyəti 
yazıya  gətirmişdir.  Vaqif  məhz  xalq  şeirindən,  sazdan,  elat 
həyatında  olandan  ədəbiyyata  gəlməklə  dayanmamış,  eyni 
zamanda  oradan  mühitin  aparıcı  xəttini  təşkil  edən  əruz 
vəznində yazıb yaratmaya da meyil etmişdir. Daha doğrusu, öz 
şeirləri  ilə  klassik  ənənəni  də  zənginləşdirmişdir.  Vaqifin 
klassik  üslubdan  imtina  etməsi  və  bütün  yazdıqlarını  heca 
vəznində yazması mövcud vəziyyət üçün düz də olmazdı. Heç 
buna  zərurət  də  yoxdu.  Ancaq  Vaqif  bu  formada  yazmaqla 
qəzəlin  texnologiyalarında  islahat  aparmış  və  onun  mövzu 
xətlərini xeyli  dərəcədə  genişləndirmişdir.  Düzdür,  N.Gəncəvi 
qəzəllərində bu genişlənmə bir qədər zəif göstərsə də, İ.Nəsimi 
buna  şeirləri  ilə  xeyli  rəvac  vermişdi.  M.P.Vaqif  isə  həmin 
genişlənməni, məzmun sərhədlərini, eləcə də təsəvvürləri xeyli 
dəyişmiş və bu məsələdə nümunə olmuşdur. Məhz ən ağrılı, ən 
çətin  vəziyyətdə  “Bax”  qəzəlini  yazması  və  vəziyyəti  ifadə 
üçün bunu seçməsi təsadüfi deyildir.   
M.V.Vidadinin  “Bax”  rədifi  üstündə  yazdığı  tarixi 
mənzuməsi  Şəki  xanlığında  baş  verən  hadisələrlə  bağlıdır. 
“Vidadi  Hüseyn  xan  Müştaqdan  başqa,  XVIII  əsrdə  yaşamış 
Azərbaycan  xanlarından  Fətəli  xan,  Hacı  Məhəmməd  xan  və 
başqalarının  adlarını  çəkir,  onlardan  danışır.  Həm  də  əsrin 
kütləvi  qırğın  və  fəlakətlərini  xanlardan  bu  və  ya  başqasının 
adına yazır, onları günahlandırır. Şairə görə, köhnəpərəst, mal-
dövlət  və  rəyasət  düşkünü  olan  xanlar  öz  şəxsi  mənafeyi 
naminə  doğma  vətəni,  el-obanı  satmağa  hazır  olan  dönük, 
satqın  adamlardır.  Onların  məqsədi,  amalı  “su  yerinə  qan 


 
279 
axıtmaq”  və  minlərlə    həmvətənlərin  üzərində  öz  səadətlərini 
qurmaqdır.  Əsərdə  belə  feodallardan  biri  Hacı  Əbdülqadir 
xandır. O, hakimiyyəti öz əlinə almaq üçün öz nəslinə düşmən 
olan  xanlarla ittifaq bağlayıb doğma qardaşı oğlu Hüseyn xan 
Müştaqı  öldürtdürür”  (  83,  582).  Bu  hadisə  orta  əsrlər 
məngənəsində  sıxılan  xalqın  hansı  əzablardan  keçdiyini  anla-
maq  üçün  kifayətdir.  Ona  görə  də  M.V.Vidadi  bunu  “ibrətlə 
bax” kimi uğurlu formada təqdim etmək yolunu tutmuşdur.  
 
Gəl, könül, bir ibrət al, bu gərdişi-dövranə bax
Cami-heyrətdən dəmi-məxmur olub məstanə bax, 
Tut təfəkkür damənin bir dəm dili-heyranə bax
Kimsəyə qılmaz vəfa bu dəhri-bipayanə bax, 
Olma məmuruna rağib, axiri viranə bax. (91, 64) 
 
Hələ  XII  əsrin  görkəmli  sənətkarı  X.Şirvani  “Mədain 
xərabələri”  timsalında  bunları  təfsilatlı  şəkildə  təqdim  edirdi, 
eyni  zamanda  Mədain  xərabələrini  tarixin  ibrət  aynası 
adlandırırdı.  Ancaq  nədənsə  insan  xislətinin  mürəkkəbliyi, 
qurmaqdan  çox  dağıtmağa  meyilliliyi,  müstəbidliyi  normal 
düşünməyə imkan vermir.  
 
İbrətlə bax, ey könül, bu aləmə, gəl, bir an, 
Eyvani-Mədaini ayineyi-ibrət san. 
 
Dəcləylə güzar eylə bir dəfə Mədainə
Bir Dəclə də sən gözdən torpağına tök nalan. (53, 361). 
 
Bu  üç  poetik  mətn,  X.Şirvaninin  “Mədain  xərabələri”, 
M.V.Vidadinin  “Müsibətnamə”si,  M.P.Vaqifin  “Bax”  qəzəli 
eyni müstəvidə tipik tarixi olayı, ayrı-ayrı zaman kəsiyində baş 


 
280 
verənləri  əks  etdirir.  Bu  şeirdə  “müəllif  cahan  hadisələrinin 
ağlagəlməz,  gözlənilməz  gedişatından  ibrət  almağa,  zalımın 
zülmünün  yerdə  qalmayacağına    inam  bəsləyən”  (17,  732) 
təsəvvürə  hesablanmışdır.  Onu  da  əlavə  edək  ki,  burada  bir 
istiqamət  ibrətə,  nəsihətçiliyə,  nəticə  çıxarmağa  yüklənmişdir. 
Vaqif 
tarixin 
dərinliklərindən 
gələn 
amansızlıqların, 
müstəbidliyin  XVIII  əsrdə  bir  faktını  öz  taleyində  yaşamış  və 
həmin  həyəcanı,  psixoloji  gərginliyi    “saxlayan  məzlumu 
zalimdənin”, daha doğrusu, Böyük Yaradanın əli ilə qurtulur. 
 
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə
Hökmü adil padişahi-qadirü qəhharə bax! 
 
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq, 
Gecəki iqbalı gör, gündüzkü idbarə bax! 
 
Taci-zərdən taki ayrıldı dimaği-pürqürür, 
Payimal oldu təpiklərdə səri-sərdarə bax! (89, 145) 
 
M.P.Vaqifin  dünyagörüşünə,  həyat  fəlsəfəsinə  dayananlar 
bir  isitqamətdə  onun  taleyi  ilə  bağlanır  və  “Bax”  qəzəli 
bütünlükdə  tale  məsələsindən  əlavə  hökmdar  //  şair 
məsələsində bir növ etnosun ağrılarına, hansı çətinlikləri yaşa-
dığına  hesablanır.  Mətnin  poetik  sistemi,  daxili  harmoniyası, 
bədii  fiqurların  simmetriyası  bizə  bir  bütöv  olaraq  real 
mənzərəni  çatdırır.  Vaqif  tarixi  bir  olayı,  həm  də  tipik  olanı 
özünəməxsus  bir  formada,  bəlkə  də  heç  kəsin  düşüncəsinə 
gəlməyəcək  strukturda  təqdim  etmiş  və  bədii  sferaya  söz 
deməyin  bu  formulunu  da  göstərmişdir.  Mətnin  daxili 
simmetriyası, fonosemantizmi bizə əsas verir ki, janrın özünün 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə