Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə76/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   72   73   74   75   76   77   78   79   ...   93

 
261 
və  düşüncə  hadisəsidir.  Onlar  dünyagörüş,  həyat  hadisələrinə 
münasibət baxımından bir-birilə nə qədər ayrılsalar da, lakin alt 
qatda  eyni  mənzərəni,  qənaəti  sərgiləyirlər.  Biri  digərini 
bütövlük  anlamında  tamamlayır.  Həyatın  bütün  ağrılarını, 
iztirablarını keçmiş və dərk etmiş Vidadi son anda Vaqifin də 
eyni  sonluğa,  qənaətlərə  çıxacağını  söyləyir;  əslində  belə  də 
olur, Qarabağ xanlığında baş verən daxili gərginliklər, eləcə də 
Ağa  Məhəmməd  şah  Qacarın  Qarabağa  hücumu  onu  həyatın 
məşəqqətlərlə  dolu  olması  qənaətinə  gətirib  çıxarır.  Əslində 
“bayram  oldu  heç  bilmirəm  neyləyim”lə  Vaqif  həyatın  sərt 
üzünün  nə  demək  olduğunu  yaxşı  bilirdi.  Elə  “toy-bayramdır 
bu  dünyanın  əzəli”  deməsində  də  həmin  yaşantılar,  ruzigarın 
sərt  üzünün  olması  sezilir.  M.P.Vaqif  “bayram  oldu  heç 
bilmirəm neyləyim”dən və “toy bayramdır bu dünyanın əzəli” 
qənaətində  “Görmədim”ə  gəlir.  Yoxsa  belə  bir  şedevrin 
yazılması  mümkünsüz  idi,  dünyanı-yorub  yola  salmış  Vidadi  
ilə müşairəsində, eləcə də yaradıcılığının böyük bir hissəsində 
şən,  şux  görünən  Vaqif  “Bax”  qəzəli  ilə  və  “Görmədim” 
müxəmməsi ilə daha bir istiqaməti müəyyənləşdirir, istedadının 
nə  qədər  əzəmətli  və  əlçatmaz  olduğunu  bir  daha  nümayiş 
etdirir. 
 
“Durnalar”.    Vaqif  və  Vidadi  yaxınlığında  “Durnalar” 
xüsusi  bir  hadisədir.  Bu  şeirlər  poetik  sistemi,  fonopoetik, 
morfopoetik  məzmunu,  sintaktik  fiqurların  sxemlərinin 
məzmunyaratmada  xüsusi  fərqlənməsi  ilə  seçilir.    Vidadi  - 
Vaqif  yaradıcılığında  olanlar  onların  yaxınlığını,  birinin 
digərini 
tamamlamasını, 
F.Köçərli 
demişkən 
əqrəbə 
olmasından  ta  ruhi  yaxınlıqlarına  qədər  bir  sıra  məsələlərə 
diqqət  yetirməklə  poeziya  müstəvisində  düşüncələrimizi 


 
262 
aydınlaşdırmağa  imkan  yaradır.  Bu  yolun  Vaqifə  qədərki 
mərhələləri  böyük  ziqzaqlarla,  şifahi  və  yazılı  düşüncədən 
gələnlərin  yaxınlaşma  və  ayrılmaları  ilə  müşahidə  olunur. 
Vidadidə  olan  başlanğıc  Vaqifdə  yeni  sferaya  daxil  olur.  Öz 
qaynağını aşıq poeziyasından, elat həyat qayğılarından götürən 
mənəviyyat  kodları  yazı  düşüncəsində  XVIII  əsrdə  Vidadi  ilə 
dolğunlaşır  və  onun  yeni  mərhələ  fenomenini  ortaya  qoyan 
Vaqifi ədəbi-mədəni arenaya təqdim edir.  Ona görə də ümumi 
tərəflərdən əlavə məsələyə konkret  nümunələr əsasında diqqət 
yetirmək bir zərurət kimi görünür.  
“Durnalar”ın  poetik  sistemi,  və  müraciət  forması  kimi 
yazılı  ədəbiyyatda  bir  bütöv  olaraq  görünüşü    bu  iki  böyük 
sənətkarın  adı  ilə  bağlıdır.  Lakin  şifahi  ədəbiyyatda, 
dastanlarımızda,  xalq  şeirində,  bayatılarda,  nəğmələrdə  bu 
kifayət  qədər  özünə  yer  alır.  Hamısında  da  etiraf  edək  ki, 
özlüyündə  qəribliyi,  ayrılığı,  həsrəti,  vətən,  yurd  intizarını 
işarələyir.  Məsələn,  Azərbaycan  xalqının  dünya  şöhrətli 
“Koroğlu” dastanında şeirin söyləndiyi, daha doğrusu dastanda 
yer  aldığı  məqam  tipik  bir  vəziyyəti  işarələyir.  “Eyvazın 
Çənlibelə gətirilməsi” qolunda oxuyuruq: “Koroğluya yalqızlıq 
əl verdi. Çənlibel, dəlilər yadında düşdü. Bu ağır vaxtda onları 
yanında  görmək  istəyirdi.  Bir  də  baxdı  ki,  budur,  Çənlibel 
tərəfdən  bir  dəstə  durna  gəlir.  Ürəyi  qubar  elədi.  Sazı  döşünə 
basdı, aldı görək nə dedi.  
 
Göydən gedən beş durnalar
Bizim ellər yerindəmi?  
Bir-birindən xoş durnalar
Bizim ellər yerindəmi?  


 
263 
Söhbət olurdu sazınnan,  
Ördək olurdu qazınan. 
Neçə incəbel qızınnan,  
Tuti dillər yerindəmi?...  
 
Koroğlu  fikirləşdi  ki:  -  “Yol  elə  bu  uçurumdandır”  (59, 
116-117).  Klassik  nümunədir,  dastan  mətni  bizə  qəhrəmanın 
düşdüyü  ağır  vəziyyət,  müşküllər  anlamında  qəhrəmanın 
narahatçılığını, ürəyinin  qübar etməsini çatdırır.  Mahiyyətində 
olan isə real vəziyyət və  Çənlibel tərəfdən durna gəlişidir. Real 
vəziyyət  ümumi  mənzərəni,  qəhrəmanın  həyacanını  ortaya 
qoyur,  çünki  bir  tərəf  uçurum,  getmək  mümkün  deyil,  digər 
tərəfdə  isə  Ərəb  Reyhan  yolu  kəsmişdir.  Söyləyici  təhkiyəsi 
bütün  təfsilatı  ilə  Qoç  Koroğlunun  iç  dünyasını  aydınlaşdırır. 
Bədii  mətn  nəzm  və  nəsrin  qovuşuğunda  bütövləşir.  “Əsli  və 
Kərəm”,  “Əmrah”  və  s.  dastanlarda  da  durnaya  müraciətlə 
deyilmiş nümunələr vardır. Dastan mətnlərinə diqqət yetirdikdə 
“Əsli  və  Kərəm”də  də  durnalara  müraciətin  eyni  anda, 
psixoloji  məqamın  gərginliyində  baş  verdiyini  görürük. 
Məsələn, “Əsli və Kərəmdə oxuyuruq. “Kərəm durnaları görən 
kimi sazını sinəsinə basıb, görək durnalardan nə xəbər aldı:  
 
Qatar-qatar göy üzündə süzürsüz, 
Əylən, durnam, əylən, xəbər sorayım.  
Bizim yurddan nə xəbərlər bilirsiz?  
Əylən, durnam, əylən, xəbər sorayım.  
 
Bizim yerdə sərin bulaq axarmı?  
Yaz gələndə bənövşələr qoxarmı?  
Alagözlüm seyrangaha çıxarmı?  
Əylən, durnam, əylən, xəbər sorayım.  


 
264 
Dərdli Kərəm deyər, hardan gələrsiz?  
Xan Əslimin yerin, yurdun bilərsiz,  
Görsəz, ona məndən salam deyərsiz,  
Əylən, durnam, əylən, xəbər sorayım. (15, 92). 
 
Göründüyü kimi, bu şeir nümunəsi də “Koroğlu” dastanın-
dakı Koroğlunun  Ərəb Reyhanla qarşılaşması vəziyyətindədir. 
Daha doğrusu, ruhu, məzmunu etibarilə eynitiplidir.  Kərəm də 
sevgilisinin arxasınca gedir və olduqca ağır anlar yaşayır, onun 
iztirablarının əzabını daşıyır. El-el, oba-oba gəzib Əslini axtarır 
və bir tərəfdə el ayrılığı, digər tərəfdə sevgi uğursuzluğu, bütün 
bunlar  semantik  məzmunda  durnaların  köçü  ilə  həmahənglik 
təşkil edir.   Dastanda  vurğulanır: “Kərəm sözün tamam elədi. 
Baxdı ki, durnalar hey dalbadal gedir, Sofiyə dedi:  
-  Sofi  lələ,  görürsənmi,  bu  durnalar  bizim  ellərə  gedirlər. 
Qoy bunlarla elimizə bir xəbər göndərim.  
Kərəm bunu deyib, sazını basdı sinəsinə, telləri dilləndirdi, 
aldı görək nə dedi:  
 
Durnam, gedər olsan bizim ellərə,  
Yaxşı söylə başdan keçən halları.  
Qohum-qardaş, dost, müsahib olanlar  
Bundan sonra gözləməsin yolları (15, 92). 
 
M.V.Vidadinin,  M.P.Vaqifin  də  durnalara  müraciəti  eyni 
sistemin hadisəsi olaraq ciddi mahiyyətə köklənir. Burada həm 
də  dövrün  özünün  problemlərindən  doğan  və  durnaların  köçü 
ilə simvollaşan, yəni onun ahənginə dayanan stixial məqamlar 
vardır.  Durnalardakı  metaforik  məzmun  informasiyası 
bütünlükdə  Şərq  ədəbiyyatında,  türk  xalqlarının  şifahi 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə