Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə74/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

 
255 
oldu  və  bunun  daxil  olması,  güc  sahibi  kimi  görünüşü  sırf 
Vaqiflə reallaşdı, M.V.Vidadi bu prosesə təkan verdi və Vaqifə 
arxa  olmaqla,  həm  də  onun  tutduğu  yolun  güclənməsinə 
yardımçı oldu.  
Vidadi  /  Vaqif  d
övrün  ictimai-estetik  məzmunundan 
doğmuşdur  və  bunu  hələ  XVII  əsrin  özü  bir  zərurət  kimi 
müəyyənləşdirirdi. Daha doğrusu, bu dövrün “Koroğlu”, “Aşıq 
Qərib”,  “Tahir  və  Zöhrə”,  “Əsli  və  Kərəm”,  “Abbas  və 
Gülgəz”  və  s.  kimi  şedevrləri  ilə  zərurətə  çevrilirdi.  Buraya 
digər  istiqamətdə  elə  bu  möhtəşəm  abidələrin  yaradıcısı  olan 
sənətkarları  da  əlavə  etmək  lazımdır  ki,  oxucu  auditoriyası 
ictimasi-siyasi  arenadan  tapa  bilmədiklərini  burada  tapırdı. 
Onların  qarşılaşdıqları  sıxıntılar,  əzab-əziyyətlər,  mənəm-
mənəmlik iddiası ilə yaşayan möhtəkirlərin etdikləri hamısı bir 
cəm  kimi  elə  etnosun  özünün  əzizlədiyi  və  başa  düşəcəyi 
sadəliklə burada təsvirini tapırdı. Etnos öz ruhu, mahiyyəti ilə 
burada  ifadə  olurdu  və  özünü  də  burada  tapırdı.  “XVIII  əsrin 
ədəbi-bədii  təfəkkürün  inkişaf  məntiqini  ifadə  edən  əsas 
kontekst M.V.Vidadi – M.P.Vaqif kontekstidir; M.V.Vidadinin 
və  M.P.Vaqifin    poetik  təfəkkürünün  tipologiyası  eyni 
olduğuna görə onların eyni bir kontekstdə nəzərdən keçirilməsi 
düzgündür,  lakin  o  zaman  düzgündür  ki,  bu  dialektik  hadisə 
kimi  qəbul  edilsin.  M.P.Vaqifin  poetik  təfəkkürü  M.V.Vida-
dinin poetik təfəkkürünün bilavasitə davamıdır.  M.V.Vidadidə 
də,  M.P.Vaqifdə  də    ictimai  varlığa  estetik  münasibət  kifayət 
qədər  aktualdır;  bu  aktuallıq  estetik  münasibətin  poetexnoloji  
ifadəsinə də aiddir. M.V.Vidadi də qəzəl  yazır, M.P.Vaqif də, 
M.V.Vidadi  də  qoşma  yazır,  M.P.Vaqif  də,  -  qəzəlin 
arxaikləşdiyini,  qoşmanın  isə  ədəbi-bədii  təfəkkürün    aparıcı 
ifadə  formasına  çevrilmə  meylini  hər  ikisi  əks  etdirir”  (24, 


 
256 
132). M.V.Vidadi və M.P.Vaqif yaxınlığı (burada söhbət bədii-
estetik  düşüncədən  gedir)  öz  qidasını  eyni  qaynaqdan  alır. 
Siyasi  proseslərin  doğurduğu  gərginlik  və  yaşanan  fəlakətlər, 
eləcə  də  siyasi  hakimiyyətin  Təbrizdən  İsfahana  köçürülməsi 
etnosun  hakimiyyət  (dövlətçilik  düşüncəsi)  sarıdan  itkilərinə 
yol  açdısa,  lakin  bədii  estetik  sferada  yeni  mərhələyə  gedən 
yolun  parlaqlığına  işıq  tutdu.  Ədəbi-bədii  təfəkkürün    əsas 
konteksti  “Koroğlu”dan,  “Abbas  və  Gülgəz”dən,  “Aşıq 
Qərib”dən keçın  yolla reallaşıdı və M.V.Vidadi ilə M.P.Vaqif 
məhz  bu  möhtəşəmliyin  üzərindən  bədii-estetik  konteksti 
müəyyənləşdirdi. 
M.P.Vaqiflə 
M.V.Vidadinin 
məşhur 
deyişməsi,  məktublaşmaları,  “Durnalar”,  “Hayıf  ki,  yoxdur”, 
“Görmədim”, “Bax”, “Müsibətnamə”, “Ağlaram” silsiləsi və s. 
bütünlükdə mühitin siması, milli düşüncənin dinamikasıdır. 
 
Vaqif: 
Keçən işdən mərd igidlər pozulmaz
Atalar deyibdir: “Tökülən dolmaz”. 
Qatıq üçün qışda ağlamaq olmaz, 
İnşallah, gələr bahar, ağlarsan. 
 
Vidadi: 
Dövlətindən yetdik nanü nəməyə, 
Düşdük indi cadu qatıq yeməyə, 
Söz ki, çoxdur, yeri yoxdur deməyə, 
Əgər bilsən, ey bixəbər, ağlarsan. (89, 210) 
 
Bu  mətnin  mahiyyətində  sazdan,  aşıq  şeirinin  özünə-
məxsus  sistemindən  gələn    məzmun,  düşüncə  dinamikası  o 
qədər  təbii  və  təsirlidir  ki,  onun  əlahiddəliyi  bir  bütöv  olaraq 
özündə  abidəliliyi  şərtləndirir.  Ümumiyyətlə  Vidadi  /  Vaqif 


 
257 
yaradıcılığı  aşıq  yaradıcılığı  ilə  klassik  ədəbiyyatın    ortaqlıq 
nöqtələrində boy göstərir. Düzdür, XX əsrin əvvəllərində, daha 
doğrusu  ilk  onilliklərində  klassik  ədəbiyyat  müstəvidə  Vaqif 
yaradıcılığına ədəbi tənqidin bəzi nümayəndələri elə də yüksək 
dəyər  verməmişlər  və  daha  çox  aşıq  şeiri  tərzində  olanlarla 
qiymətləndiriblər.  Ancaq  Vaqifin  qəzəlləri,  müxəmməsləri, 
eləcə  də  Vidadinin  məşhur  “Müsibətnamə”si,  müxəmməs, 
müsəddəs  və  qəzəlləri  özlüyündə  XVIII  əsr  ədəbiyyatın 
mənzərəsidir. Vidadinin və Vaqifin həm klassik formada, həm 
də  xalq  şeiri  üslubunda  yazdıqlarında  qovuşuq  nöqtələri 
eynidir.  Bütün  kontekstərdə  saza  gəlib  çıxır.  Folklorşünas  P. 
Əfəndiyev bunları nəzərə alaraq yazır:  “Vaqif aşıqların içində 
böyüyüb. Kiçik  yaşlarından onun sinəsi  el  sözləri,  aşıq  dastan 
və  qoşmaları  ilə  dolmuşdu.  Ona  görə  hələ  Qazaxda  ikən  ilk 
şeirini də qoşma üstündə yazmışdı. Xalq aşıq şeirlərində böyük 
məharətlə  ifa  edilən  məhəbbət  mövzusu  onun  yaradıcılığında 
da əsas istiqamət olaraq qalırdı. Vaqif artıq Qarabağa sinəsi el 
sözləri  ilə  dolu  gəlmişdi.  Vaqif  Azərbaycan  aşıq  sənətinin 
yetirməsidir.  Ona  görə  də  qoşma,  təcnis,  gözəlləmələrin 
əksəriyyəti ustad aşıqlarımızın rədiflərinə bənzəyirdi. Beləliklə, 
Vaqif  yaradıcılığı  üçün  Qarabağda  gözəl  şərait  yaranmışdı. 
Onun qoşmaları dağ çeşməsindən gələn büllur bulaq kimi axıb 
tökülürdü.  Hətta  ən  böyük  ustad  aşıqlarımızı  da  heyrətə 
gətirirdi”  (38,  296).    Vaqif  və  Vidadi  yaradıcılığını  bütün 
müstəvilərdə  xalq  düşüncəsindən  kənarda  təsəvvür  etmək 
mümkünsüzdü.  Bu  iki  böyük  sənətkarın  şeir  təsəvvürü  bədii 
estetik  texnologiyanın  elə  sistemində  nizamlanır  ki,  ona  əlavə 
heç  bir  çalar  qatmaq  mümkünsüz  görünür.  Əksinə  mətn 
bütünlükdə etnoqrafik elementlərin  əlavə və cilalılığı ilə yeni 
məzmun  daşıyır.  Yuxarıdakı nümunədə təkcə misra düzümü, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə