Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə70/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   66   67   68   69   70   71   72   73   ...   93

 
241 
üslubunu  yaratması  məsələsidir.  Məlumdur  ki,  “öz  üslubunu 
təyin  etmək  və  ona  daim  sadiq  yaşayıb  yaratmaq  şair  üçün 
səadətdir”.  Belə  bir  yolun  tutulması  isə  sənətkardan, 
yaradıcılığa  qədəm  qoyan  hər  bir  kəsdən  böyük  bacarıq  və 
yaradıcı istedad tələb edir. Məhz Vaqif də üslub yaradıcısı kimi 
XVIII  əsrdə  ədəbi-mədəni  mühitdə  yeni  yolun  gərəkliyini 
yaradıcılığı  ilə  nümayiş  etdirdi.  M.V.Vidadi,  Ağqız  oğlu  Piri, 
Sarı Çobanoğlu da bu sırada birgə hərəkət etmiş və bütünlükdə 
Azərbaycan ədəbiyyatına istiqamət vermişlər. Təsadüfi deyildir 
ki, Sarı Çobanoğlunun, Ağqız oğlu Pirinin adı Vaqif və Vidadi 
deyişmələrində  (yazışmalarında)  bir  xətt  kimi  xüsusi  olaraq 
keçir. Bunlar məhz bir istiqamətdə şəxsi münasibətə bağlanır-
sa, digər istiqamətdə və daha əsas olan kimi yaradıcılıq, ruh və 
düşüncə  əlaqələrinə  gedib  çıxır.  Vidadinin  müxtəlif  məsələlər 
ətrafında bu simaları xatırlaması hansısa təsadüfin deyil, əksinə 
həmin  dövrdə  onların  nüfuzunun,  yaradıcı  istedadının  və 
həyata baxışının qiymətləndirilməsindən irəli gəlir.  
 
Ağqız oğlu Piri dünya qardaşın, 
Hatəm xan ağadır sində yoldaşın, 
Sarı Çobanoğlu gözəl dindaşın, 
Nə çəkərsən sən dərdü sər, ağlarsan. (89, 222)  
 
Bir  məsələni  əlavə  edək  ki,  XVIII  əsrin  bədii  təfəkkürü 
Vidadi və Vaqif şəxsində bütövləşir və yeni sferaya daxil olur. 
M.Füzuli  ilə  yüksələn  və  özünün  zirvə  yüksəlişini  yaşayan 
klassika  Vaqif  //  Vidadi  xətti  ilə  daha  qədim  və  daha  koklü, 
etnosun yaddaşı olana meyillənir və mərhələ dəyişməsi prosesi  
qaçılmaz  olur.  “XVIII  əsrdə  ədəbi-bədii  təfəkkürün  inkişaf 
məntiqini  ifadə  edən    əsas  kontekst  M.V.Vidadi  –  M.P.Vaqif 


 
242 
kontekstidir; M.V.Vidadi ilə M.P.Vaqifin poetik təfəkkürünün 
tipologiyası  eyni  olduğuna  görə  onların  eyni  bir  kontekstdə 
nəzərdən keçirilməsi  düzgündür, lakin  o zaman düzgündür ki, 
bu  dialektik  hadisə  kimi  qəbul  edilsin.  M.P.Vaqifin  poetik 
təfəkkürü  M.V.Vidadinin  poetik  təfəkkürünün  bilavasitə 
davamıdır.  M.V.Vidadidə  də  M.P.Vaqifdə  də  ictimai  varlığa 
estetik  münasibət  kifayət  qədər  aktualdır;  bu  aktuallıq  estetik 
münasibətin  poetexnoloji  ifadəsinə  də  aiddir.  M.V.Vidadi  də 
qəzəl  yazır,  M.P.Vaqif  də,  M.V.Vidadi  də  qoşma  yazır, 
M.P.Vaqif  də,  -  qəzəlin  arxaikləşdiyini,  qoşmanın  isə  ədəbi-
bədii təfəkkürün aparıcı ifadə formasına  çevrilmə meyilini  hər 
ikisi  əks  etdirir"  (24,  132).  Buraya  biz  mühit,  məsələnin 
mahiyyət  arxitektonikası  anlamında,  eləcə  də  etnos  ruhunun 
təqdimi kontekstində Ağqız oğlu Pirini və Sarı Şobanoğlunu da 
əlavə edirik, çünki Vidadi // Vaqif xətti elə mahiyyətə yönəlikli 
hadisədir  ki,  burada  janrın  məna  yaratmada  iştirakından 
tutmuş,  yeni  məzmun  genişliyinə  meyillənməsinə  qədər  bir 
genişlik  vardır.  Əlbəttə  burada  “Dədə  Qorqud  kitabı”ndan, 
“Koroğlu”dan”,  “Aşıq  Qərib”dən,  “Qurbani”dən,  “Əsli-
Kərəm”dən, eləcə də Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, 
Aşıq Valehdən gələnlər də var. Bunlar bir kül və bütöv şəkildə 
Vidadi və Vaqiflə  yeni sferaya daxil olur. H.Araslı vurğulayır 
ki,  “Vaqif  və  Vidadinin  müasirlərindəndir.  Heca  vəzni  ilə 
yazılmış  şeirləri  var.  Əsərləri  toplanıb  çap  edilməmişdir”  (89, 
234).  Vaqiflə  Vidadinin  məşhur  deyişməsində  vurğulanan 
“Sarı  Çobanoğlu  gəlsin  yanına”,  “Ağqız  oğlu  Piri  dünya 
qardaşın”  misralarındakı  fikir  yükü  birbaşa  düşüncə 
yaxınlığına,  ədəbi-mədəni  mühitin  ifadəsinə  hesablanmışdır. 
Estetik  münasibətin  poetexnoloji    vasitələri  sadəcə  olaraq 
XVIII  əsrdə  Vidadi  //  Vaqif  xəttində  təkrarlanmır,  həm  də 


 
243 
siyasi-ideoloji  mühitin  bütünlükdə  ağırlığını  ifadə  formasına 
çevrilir.  Ona  görə  də  hansısa  müstəvidə  tənəzzüldə  olan 
qəzəllə,  yeni  inkişaf  sferasına  daxil  olan  qoşmanın  mahiyyət 
sxemlərini  daha  çox  genetik  yaddaşa  meyllənmə  ilə 
əlaqələndirmək  və  bu  müstəvidə  izah  etmək  gərəyi  yaranır. 
Vaqif məhz bu  texnologiyalarda bədii təfəkkür  məkanında bir 
mayak kimi böy göstərir. 
 
Qarabağ içrə bir şair kəlimullah Musadır, 
Cavanşir içrə bir mövzun bayatı dəsti-beyzadır. (62, 84) – 
 
misrası    bizə  M.P.Vaqifin  bir  ədəbi  sima,  “hər  oxuyan  Molla 
Pənah olmaz”, “bu əsrdə şairlərin xanı” olma düşüncəsinin özü 
tərəfindən  qeydidirsə  və  özünün  “kəlimullah  Musa”  olmasını 
deməsidirsə, Vidadi şəxsində “Cavanşir içrə bir mövzun bayatı 
dəsti-behzadır”  qənaətidir  ki,  bu  da  bizə  onun  bədii  estetik 
təfəkkürünün  əsas  qaynaqlarının  vurğulanmasıdır.  Vidadi  ilə 
Vaqifin  deyişməsi  bizə  yazı  təfəkkürünün  deyişmə 
nümunəsində  olanıdı,  bunu  ustad  sənətkarların  yaradıcılığında 
olanlarla  eyniləşdirmək  olmaz.  Məsələn,  Qurbani  ilə  Dədə 
Yadiyarın,  Xəstə  Qasımla  Ləzgi  Əhmədin,  Aşıq  Valehlə 
Zərnigar xanımın, Aşıq alı ilə Aşıq Yığvalın deyişmələri sənət 
müstəvisində  bizə  bir  başqa  meyarla  yanaşmanı  zəruri  edir, 
lakin  biz  məqsəd  və  məram  anlamında  bunların  fərqlilik  və 
yaxınlıq  tərəflərini  də  vurğulayırıq.  Ustadların  deyişmənin 
meyar  və  prinsipləri  daha  çox  sənət  yükünün  müəyyən-
ləşməsinə, sənətin ucalığının qorunuşuna hesablanmışsa, Vida-
di  və  Vaqifdə  bunun  tipologiyası  fərqlidir.  Əlbəttə  genetikası 
eyni qaynağa bağlansa da, ancaq Vidadi və Vaqif deyişmələri, 
eləcə  də  digər  müraciətləri  sırf  dünyagörüşün  müəyyən-


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə