Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə69/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   65   66   67   68   69   70   71   72   ...   93

 
237 
Piri  ilə  də  yazışmalarında  özünü  göstərirdi.  Ümumiyyətlə, 
Vaqiflə  Vidadi  yaradıcılığı  bu  müstəvidə  ciddi  faktura  ilə 
səciyyələnir.  “Ağlarsan”  deyişməsi  ilə  özünün  mükəmməl-
liyini,  klassikasını  ortaya  qoyur.  Burada  kifayət  qədər 
rəngarənglik,  məzmun  əhatəliliyi,  struktur  mükəmməlliyi, 
poetik  sistemin  texnoloji  özünəməxsusluğu  vardır.  Dini  və 
dünyəvi  elmlər,  islam  fəlsəfəsi,  müqəddəs  kitabımız  “Quran”-
dan  gələnlər,  türk  mifologiyası,  islam  tarixi,  tarixi  hadisələr, 
fiqh,  kəlam,  şeir  nəzəriyyəsi,  xalq  poeziyasında,  aşıq  yaradı-
cılığında olanlar bir tərəf kimi müxtəlif səviyyələrdə özünə yer 
alır. Msələn, bayatı, müxəmməs haqqında səhih bilgilər verilir 
və  burada  onu  da  əlavə  edək  ki,  bayatı  və  müxəmməsin  bir 
forma olaraq vurğulaması təsadüfün hadisəsi deyildir. 
 
Vaqif: 
Yetmişində ki, belə nəm gələ gözə
Kəsməyə arasın, baxmaya sözə, 
Ol zaman ki, yaşın yetişər yüzə, 
Gəl gör onda nə bişümar ağlarsan. 
 
Vidadi: 
Sarı Çobanoğlu  gəlsin yanına, 
Axund deyə canın qatsın canına, 
Xanın şövkətinə, sənin şanına, 
O yaxşı müxəmməs düzər, ağlarsan. (89, 212) 
 
M.V.Vidadi ilə M.P.Vaqifin  bu deyişməsi  ayrıca tədqi-
qatları zəruri edir, onun mətn informasiyası məzmun yaratmada 
təkcə  formul  baxımından  əhəmiyyət  daşımır,  həm  də  onun 
ifadə  etdiyi  rəngarənglik  müxtəlifliyi  ilə,  bütünlükdə  dövrün 


 
238 
problemlərini,  mifik  yaddaşını,  tarixi  mənzərəsini,  türk  mifo-
logiyasını,  Şərq  mədəni  sistemində  olanları,  təriqət  dünya-
görüşünü və s. öyrənmək baxımından əhəmiyyətlidir. M.P.Va-
qifin şeirləri əksini tapan mənbələrdə, məsələn, M.Y.Qarabaği-
nin  “Məcmueyi-Vaqif  və  müasirini  digər”  məcmuəsində  bu 
deyişmə  58  bənddən,  M.M.Nəvvabın  “Təzkireyi-Nəvvab”ında 
47  bənd,  F.Köçərlinin  “Azərbaycan  ədəbiyyatı”nda  34  bənd, 
M.P.Vaqifin  “Əsərləri”ndə  92  bənddən  ibarətdir.  Məsələ  bu 
deyişmənin mahiyyətində nələrin olması, dövründə və sonrakı 
dövrdə ədəbiyyatda oynadığı rolla bağlıdır. Çünki bu deyişmə 
elə əhatəli məzmuna, poetik sistemə malikdir ki, mükəmməlliyi 
ilə bütünlükdə yazılı və şifahi düşüncəyə, ədəbi prosesin özünə 
təsir  etmişdir.  Burada  iki  böyük  Azərbaycan  şairinin 
dünyagörüşünü, həyata baxışını, fəlsəfi mühakimələrini, təriqət 
düşüncəsini,  siyasi  sistemə,  din  tarixinə  və  dinin  ayrı-ayrı 
böyük  şəxsiyyətlərinə  münasibəti  öyrənirik.  Ona  görə  də 
M.P.Vaqiflə  M.V.Vidadinin  bu  deyişməsi  geniş  mahiyyətli 
hadisədir. Təəssüf ki, ədəbi-nəzəri fikir bu deyişməni lazımınca 
açmamış,  bəzi  məqamlarına  diqqət  yetirməklə  işini  bitmiş 
hesab  etmişdir.  F.Köçərli  yazır:  “Möhtərəm  oxucularımız 
yuxarıda  dərc  olunan  şeirlərə  diqqət  yetirsələr,  Vaqif  ilə 
Vidadinin təbiət və xasiyyətlərində  olan təfavütü özləri təmyiz 
edə bilərlər. 
Vaqif  üçün  dünyanın  əzabı  da  toy-bayramdır.  O  cəhətə 
Vidadiyə irad tutub deyir ki,  sənin kimi oğlana yaraşmaz hər 
şeydən  ötrü  könlünü  qəmli  və  xatirini  qübarlı  edib  ağlayasan. 
Necə  ki,  cəsədin  candan  cüda  olmayıbdır,  bu  dünyanın  beş 
günlük  zindəganlığını  qənimət  bil  və  özünü  xandan  və 
sultandan artıq və mükərrəm tut. 


 
239 
Vidadi isə Vaqifə deyir ki, çox yan baş-ayaq atma. Yəni 
bihudə  söyləmə:  ağlamaq  məhəbbətdəndir  və  şikəstəxatirlik 
mərhəmətdəndir. İnsanda gərəkdir vəfa, məhəbbət və mürüvvət 
olsun.  Səndə  ki,  bunlardan  bir  əsər  yoxdur,  “fəlyəzhəku” 
ayəsini  oxuyub  anlamayıbsan  və  yarü  həmdəm  firqətin 
çəkməyibsən.  Əgər  ağlamaq  ləzzətini  bilsəydin,  nuri-bəsər 
gedincə 
ağlardın” 
(60, 
206-207). 
Əlbəttə 
böyük 
ədəbiyyatşünasın  dediyi  kimi,  Vidadi  dünyagörüşü  və    həyata 
baxışı  ilə  Vaqif  şeirlərindəki  yanaşmanı  son  şeirləri  nəzərə 
alınmazsa  böyük  fərqliliklə  nəzərə  çarpır.  Biz  nə  qədər  şəxsi 
münasibət  zəminində  yaxınlıqdan,  ruh  anlamında  möhkəm 
bağlılıqdan,  Vidadini  Vaqifin  bir  ağsaqqal  kimi  uca  tutma-
sından və onu özünün ağsaqqalı hesab etməsindən danışsaq da 
yenə  bir  nəticəyə  gəlirik,  bu  da  həyat  münasibətlərindəki  
fərqlilikdir.  Bu  fərqlilik  onların  “məhəbbətində”,  “şikəstə-
xatirliy”indədir.  Doğurdan  da,  Vidadidə  “ağlamaq  məhəbbət-
dəndir və şikəstəxatirlik mərhəmətdəndir” deməsindədir. 
 
Vaqif: 
Ta cəsədin cüda olmayıb candan, 
Bil özünü artıq paşadan, xandan, 
Qəriblik, ayrılıq nədir ki, ondan, 
Bu qədər çəkibən azar, ağlarsan! 
 
Vidadi: 
Ağlamaq ki, vardır, məhəbbətdəndir, 
Şikəstəxatirlik mərhəmətdəndir, 
Əsil bunlar cümlə mürüvvətdəndir
Olsa ürəyində betər ağlarsan! (89, 208) 


 
240 
Bu  mətnin  verdiyi  informasiya  Vidadinin  həyat  fəlsə-
fəsini,  dünyanın  bütün  zamanları  üçün  pozulmuş  nizamını 
çatdırmağa  və  ona  etiraza  hesablanmışdır.  Vidadinin  ağlama-
ğının kökündə böyük məhəbbətin zalımlar əlində sarsıdılması, 
Vaqifin “hər nə gördüm əyri gördümü” dayanır və Vaqifin bu 
nəticəyə gələnə qədərki qənaətlərini Vidadi çox-çox əvvəl dərk 
eləmişdi  və  o,  sarsımış  məhəbbətinin  ağlamağını  yaşayırdı. 
Diqqət yetirdikdə tam aydınlığı ilə görünən bir həqiqət var ki, 
Vidadi  ağlamağının,  şikəstəxatirliyinin  əsasında  məhəbbət 
dayanır  və  özü  də  aydın  şəkildə  vurğulayır  ki,  “bütün  bunlar 
cümlə  nürüvvətdəndir”.  Onu  da  əlavə  edək  ki,  “əgər  öz 
filosofanə  kədəri  ilə  XVIII  əsrin  kədərli  lirikasını  yaratmışsa, 
Vaqif  öz  coşqun  nikbinliyi  ilə  ədəbiyyat  tariximizdə  ən 
görkəmli bir sima olaraq yüksəlmişdir. 
Vaqif  dövrün  yeni  şeir  üslubunu  yaratmışdır.  Lakin 
klassik  şeir  formasından  da  tamamilə  əl  çəkməmişdir.  O, 
klassik şeirin müxtəlif formalarında əsərlər yaratmışdır. Ancaq 
hər  hansı  formada  yazırsa-yazsın,  bütün  əsərlərində,  istər 
hadisələrin  təyini,  müşahidəsi  və  ifadəsi  etibarilə,  istərsə 
yürütdüyü ideya etibarilə, Azərbaycan xalqının  doğma  ruhuna 
sadiq  qalmışdır”  (73,  286).  Vaqif  və  Vidadi  XVIII  əsr 
Azərbaycan  ədəbi-mədəni  mühitinin  qoşa  qanadı,  vuran 
ürəyidir.  Onlar  ikisi  bir  bütövdür,  bədii  məkanda  biri  digərini 
zaman və məkan, poeziyanın ruhu anlamında  tamamlayır. Bu 
iki  böyük  şəxsiyyətin  eyni  dövrə  düşməsi  və  bağlantılarının 
olması, hər ikisinin də “könlünü sazlar elində bəsləməsi” məhz 
belə  bir  mühitin  yaranması  üçün  əsas  olmuşdur.  Ən  əsas,  ən 
başlıca  olanı  isə  M.H.Təhmasibin  dediyi  kimi,  “Azərbaycan 
xalqının  doğma  ruhuna  sadiq  qalmışdır”  məsələsidir.  Burada 
vurğulanmalı  və  axıra  qədər  açılmalı  olan  dövrün  yeni  şeir 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə