Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə72/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   68   69   70   71   72   73   74   75   ...   93

 
248 
kimi baxmaq lazımdır ki, burada sənət müqəddəsləşir. Vaqiflə 
Vidadinin  deyişməsində  bədii  düşüncənin  dinamikası,  mətnin 
nitq  janrı  öz  fakturası  ilə  əhatəli  və  tipik  xarakterlidir.  XVIII 
əsr Azərbaycan şeirinin bədii təfəkkür dinamikası bu iki böyük 
sənətkarın  ədəbi-bədii  təfəkkürünün  poetexnikası  əsasında 
geniş mündəricə ilə səciyyələnir. Onun düşüncəsində olan şeir 
fəlsəfəsi  milli  yaddaşdan gələnlərə əsaslanmaqla, öz enerjisini 
oradan  almaqla  təkmilləşir.  Vaqif  təqdiminin  bütün  parametr-
ləri  xalqın  olanlarla  eyni  səviyyədə  dayanır,  cadəcə  olaraq 
təkmlilləşmələr,  yanaşmalar  və  əlavələr,  daha  doğrusu 
istedadında  dayananlar  bura  yeni  çalarlar  gətirir.  Klassik 
üslubda  yazdıqlarında,  eləcə  də  xalq  şeiri  tərzində  olanlarda 
hamısı  bir  tərəf  kimi  janrın  məzmununun  genişlənməsinə 
xidmət  edir.  Həyat  həqiqətinin  dərkinin  və  bədii  sferaya 
gəlişinin  Vaqif  özünəməxsusluğu  özlüyündə  bir  hadisədir.  Bu 
formanın,  təfəkkürün  texnoloji  və  məzmun  memarı  Vaqif  // 
Vidadi xəttidir və bütün simmetriyası ilə ora dayanır. 
 
Vaqif: 
Çün gedərsən o qaranlıq dar yerə, 
Qonşu olmaz çağıranda səs verə, 
Bir kimsə tapılmaz qapından girə, 
Görərsən dörd tərəf divar, ağlarsan. 
 
Vidadi: 
Möminəm, zikrimdir daim ilahi, 
Uzaqdır könlümdən külli-mənahi
Əfv olur möminin cümlə günahı, 
Sənin də könlündən keçər, ağlarsan. (89, 214) 


 
249 
Vaqifin  Vidadi  ilə  olan  bu  deyişməsində    bu  iki  böyük 
şəxsin düşüncəsində olanlar, həyat münasibətləri, dövrün dini-
ideoloji  mənzərəsi,  arxaik  yaddaşa  dayananlar,  etnosun 
mədəniyyət sistemi bir bütöv olaraq təcəssümünü tapır. Vidadi 
Vaqifin dedikləri müqabilində özünün mömin həyatı yaşadığını 
və  mömin  kimi  hansı  düşüncədə  olduğunu,  möminin 
günahlarının  əfv  olunduğunu  vurğulayır  və  xüsusi  olaraq 
vurğulayır  ki,  “möminəm,  zikrimdir  daim  ilahi”.  Vidadi 
şeirlərinin  böyük  bir  hissəsində,  eləcə  də  deyişməsində 
möminliyi,  dindar  həyatı  yaşaması,  həyatını  allaha  ibadətlə 
keçirməsi vurğulanır. “Könül həsrət, can müntəzir, göz yolda” 
misralı qoşmasında da bu tam aydınlığı ilə görünür. 
 
Daim haqdır Vidadinin deməyi, 
Doğruların hərgiz itməz əməyi
Hər kimin ki, mövla olsa köməyi
Nə işi var sultan ilə, xan ilə. (91, 11) 
 
XIII  əsrin  görkəmli  sufi  şairi  Yunis  Əmrə  “nə  dilərsən 
haqdan  dilə”  söyləyirdi.  Vidadinin  şeirlərində  də  bu  bir  xətt 
kimi  vurğulanır.  Öz  dövrünün  elmlərinə  bələd  olan  Vaqif 
təsəvvürü  elə  əhatəlidir  ki,  onun  bir  tərəfində  “toy-bayramdır 
bu dünyanın əzəli” fəlsəfəsi dayanırsa, digər tərəfində “Vaqifə, 
ya  rəbbana,  öz  lütfünü  eylə  pənah,  səndən  özgə  bir  kimsədə 
lütfü inayət görmədim” düşüncəsi boy göstərir. Bu böyük həyat 
məktəbi  keçən  Vaqifin  son  olaraq  gəldiyi  nəticələrdir.  Daha 
doğrusu,  Vaqifə  olan  həyat  dərsləridir.    Vidadinin  dini 
dünyagörüşünün  qaynağında  təkcə  dini  elmlərdən  gələnlər 
dayanmır, onun həyat fəlsəfi, sosial sferanın reallıqları bir küll 
olaraq  təsəvvüründə  qovuşur.  “M.P.Vaqif  qoşmalarından  bəhs 


 
250 
edən  tədqiqatçılar  doğru  olaraq  qeyd  edirlər  ki,  Vaqif 
lirikasında  real  ünsürlərin    kök  salmasının  əsas  səbəbi  onun 
xalq ədəbiyyatı, xalq poeziyası ilə qırılmaz tellərlə bağlanması, 
yaradıcılığının şifahi xalq şeiri çeşməsindən   su içməsidir” (90, 
207).  Vaqif  və  Vidadi  böyüklüyü  bütün  müstəvilərdə  bədii 
düşüncənin yeniləşməsinə, XVIII əsr Azərbaycan poeziyasında 
şeir  texnologiyasının  milli  zəminə,  ozan  //  aşıq  təsəvvüründə 
qəlibləşmiş  şüur  mexanizmlərinə  yüklənməsindədir.  Onu  da 
əlavə edək ki, bu poetexnoloji sistem bir bütöv olaraq ikisinin 
birliyində  bir  klassikanı,  gediləcək  yolun  əsaslılığını  və 
dönməzliyini  gərəkli  etdi.  Bir-biri  ilə  şəxsi  münasibətlər, 
yaxınlıq və düşüncə fərqlilikləri, həyat hadisələrinə münasibət-
də  oxşarlıq  və  fərqliliklər,  dini  və  dünyəvi  elmlərə  bələdlik, 
etnosun  mifik  təsəvvürlərinin  bədii  sferada  yeni  formalarla 
təqdimi,  Şərq  mifologiyası  və  s.  hamısı  bir  sistem  daxilində 
özünün  bütöv  ifadəsini  tapdı.  Əlbəttə  islam  mədəniyyət 
sisteminin,  mifik  dünyagörüşünün,  dini  ideologiyanın  və 
fəlsəfənin  rəngarəng  düşüncə  materialları  burada  misra,  bənd, 
ayrıca  şeir  səviyyəsində  özünə  yer  aldı.  Bədii  düşüncə 
müəyyənləşmiş  klassikada  mövcud  boşluğu,  qocalmanı  yeni 
tərzdə bərpaya, istiqamətləndirməyə əsas verdi. Əski yaddaşda 
olan  dünyanı  dərk  nümunələri,  dini  kitablarda,  mif,  əfsanə, 
rəvayət və s. örnəklərində boy göstərən cənnət // cəhənnəm, o 
dünya  //  bu  dünya,  dünya  ikiliyi  və  s.  məsələlər  Vaqif  və 
Vidadi  yanaşmasının  özündə  də  birmənalı  qarşılanmadı  və 
Vidadinin “ağlaması”, vəziyyəti timsalında təhlilə, aydınlaşma, 
münasibət mövzusuna çevrildi. 
 
Vaqif: 
Çün töhmət edibsən o həştü çara
Əlin necə yetər sənin onlara, 


 
251 
Qapılarda dolanırsan avara, 
Gör başına gələr nələr, ağlarsan. 
 
Vidadi: 
Əbubəkr, Ömər, Osmanü Əli
Cümlə həştü çahar imami-vəli, 
Neymanü şafei, Malik, Həmbəli, 
Onları cəminən əzər, ağlarsan. (89, 215)  
 
Bu  mətn  bizə  islam  dininin  böyük  simalarını;  Əbubəkr, 
Ömər,  Osman,  Əli  haqqında  müfəssəl  məlumat  verir,  eyni 
zamanda onların  Vaqif  və Vidadi  zamanında xalq  arasında nə 
qədər  uca  tutulmasını,  dini  rəvayətlərdə  əhatəli  şəkildə 
yaşamasını  düşünməyə  əsas  verir.  Ümumiyyətlə,  Vaqif  və 
Vidadi  deyişməsi  öz  fəlsəfi  mahiyyəti  ilə  də  qaynağının 
bütünlükdə  özünəqədərki  təsəvvürlərdən,  etnos  yaddaşında 
olanlardan  alır  və  mahiyyətində  isə  elə  ciddi  məqamları, 
məsələləri  işarələyir  ki,  onu  nə  təkcə  dünyəvi  elmlərə,  nə  də 
təkcə  dini  elmlərə  bələd  olmaqla  aydınlaşdırmaq  mümkün 
deyildir, belə olarsa yarımçıqdır. Ancaq sistemin özünü dərk ilə 
aydınlaşdırmaq  mümkündür.  Görkəmli  ədəbiyyatşünas  F.Kö-
çərli böyük bir məzmunu, zəngin informasiyanı özündə ehtiva 
edən bu deyişmənin bir sıra məqamlarına, daha doğrusu, şəxsi 
zəmində, sırf reallıqlara  bağlananlara diqqət  yetirdikdən sonra 
yazır: “Bu göftükulardan sonra dostların arasında vüqua gələn 
nazik mükalimə  keçir sünni və şiə məsələsinin üstə. Onlardan 
hər birisi zərifanə digərinin üstünə gülüb, bəzən irad diqqətləri 
edib nazimə çəkirlər  ki, onların zikrini burada lazım görmədik. 
Möhtərəm  oxucularımız  yuxarıda  dərc  olunan  şeirlərə 
diqqət  yetirsələr, Vaqif ilə Vidadinin təbiət  və xasiyyətlərində 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə