Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə73/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   69   70   71   72   73   74   75   76   ...   93

 
252 
olan təfavütü özləri təmyiz edə bilərlər”  (60, 206). Əlbəttə bu 
deyişməni  bir  qədər  diqqətlə  izlədikdə,  təxminən  92  bəndlik 
mətn  bizə  təkcə  təbiət  və  xasiyyətlərində  olan  təfavütü  ifadə 
etmir,  bu  məsələnin  bir  tərəfidir,  eyni  zamanda  XVIII  əsr 
ədəbi-mədəni  sferasında  yaşananları,  tarix  dərslərini,  dini  və 
dünyəvi  olanları,  etnos  təsəvvürlərindəki  mifik  zamanlardan 
gələnləri,  orta  əsrlərin  keşməkeşlərini,  məzhəb  savaşlarını  və 
ona  olan  münasibəti  aydınlaşdırmaq  üçün  ciddi  informasiya 
verir.  Biz  Vaqifin  və  Vidadinin  bir  sıra  şeirləri  nəzərə 
alınmazsa  bütünlükdə  fundamental  düşüncə,  mənəviyyat, 
mədəniyyət,  ədəbiyyat  hadisəsi  kimi  yanaşırıq  və ona  görə də 
mətn  üzərində  sinxron  və  diaxron  müşahidələrin  aparılma 
gərəkliyini əsas tuturuq. Vidadi islamın böyük şəxsiyyətlərinin; 
“Əbubəkr, Ömər, Osmanü Əli”nin adını vurğulayır və bunların 
“cümlə həştü çahar imami-vəli” olduğunu söyləyir. Daha sonra 
Şafei,  Maliki,  Həmbəli  kimi  məzhəbləri  vurğulayır.  Məlum 
olduğu  kimi,  islam  aləmində  orta  əsrlərdə  bir-birindən  fərqli 
düşüncəyə (bəzən yaxın) malik məzhəblər olmuşdur. Hənəfilər, 
malikilər,  şafilər,  hənbəlilər,  zahirilər  (sünni  təriqətləri), 
imamilər  (cəfərilər),  əxbarilər,  üsulilər,  şeyxilər,  ələvilər, 
ənsarilər,  zeydilər,  ismaililər,  qərmətilər,  xaşxaşilər,  fəthilər, 
vaqifiyyə, xürrəmilər (şiə təriqətləri) və s. orta əsr düşüncəsinə 
istiqamət vermişlər. İslam idealogiyası, fəlsəfi düşüncəsi məhz 
bir istiqamətdə bu yanaşmalarda rəngarənglik qazanmış, bəzən 
ciddi  qarşıdurma  zəminində  ziddiyyətlərə  də  yol  açmışdır. 
Məsələn,  şafei  məzhəbi  ən  geniş  yayılmış  hüquq  məktəb-
lərindən  biridir.  Yaradıcısı  Məhəmməd  ibn  İdris  əs-Şafidir 
(767-820).  Onların  fikrincə,  Allahdan  gələn  ayələr  ikimənalı 
yozulmamalıdır.  Mətndə  vurğulanan  məzhəblərdən  biri 
malikilərlə  bağlıdır  və  yaradıcısı  İmam  Malik  ibn    Ənəsdir 


 
253 
(712-795).  Ona  Mədinə  imamı  da  demişlər.  Əbu  Hənifə  kimi 
Əhl-Beyt  sevgisinə  görə  əziyyət  çəkmişdir.  Onun  da  fikrincə, 
Allahdan  gələn  ayələr,  vəhylə  olanlar,  Qurandakılar  ikimənalı 
yozulmamalıdır. Hənbəlilər məzhəbinin isə  yaradıcısı  Əhməd 
bin  Hənbəl    (780-855)  olmuşdur.  Bağdadda  anadan  olub 
Şeyban qəbiləsindəndir. Abbasilər dövründə Quran Məxluqdur 
görüşünü  qəbul  etməyib  həbs  olunmuşdur  (28  ay).  Əşaril 
məzhəbinin yaradıcısı Əbu Həsən Əşaridir (873-936). Bəsrədə 
yaşamış və Bağdadda vəfat etmişdir. Qırx yaşa qədər Əbu Əli 
əl-Cubbaninin  tələbəsi  olmuşdur.  Əşarilərdə  də  Quran, 
peyğəmbər  və  səhabələrin  dünyagörüşü  əsas  götürülmüşdür.  
Göründüyü kimi, M.V.Vidadi və M.P.Vaqif deyişmələrində bir 
istiqamət  olaraq  bu  məzhəb  və  məktəblərdən,  kəlam,  fiqh 
eilmindən  gələnlər  özünə  yer  alır  və  iki  böyük  şairin 
münasibətlərində  tarixin  daha  dərinlərində  boy  göstərən, 
təxminən  VIII-IX  əsrdə  olan  islam  dünyagörüşü  və  islam 
fəlsəfəsi,  Şərq  fəlsəfi  sistemi  və  onun  konsepsiyalarına 
münasibət  yer  alır.  Düzdür,  F.Köçərli  demişkən  Vaqif  və 
Vidadi deyişmələrində, ümumiyyətlə təsəvvüründə yumor hissi 
çox az olan və istiqamət kimi elə də aparıcı olmayandır. Hər iki 
böyük  ədibin  düşüncəsi  ciddi  üsluba  köklənmişdir.  Vidadinin 
məktubuna Vaqiflə Ağqız oğlu Pirinin yazdığı cavabda da eyni 
mənzərə ilə qarşılaşırıq: 
 
Ey Vidadi, genə xan qulluğunda
Qaim olub nə qiyamət eylərsən. 
Yaman gözdən Allah özü saxlasın, 
İxlas ilə yaxşı xidmət eylərsən. 
 
Evini, malını yadına salma,  
Xan izin versə də boynuna alma


 
254 
Ömərin, Osmanın qeydinə qalma
Sözlərini bidəyanət eylərsən. (90, 90) 
 
Vidadi  ilə  Vaqifin  şeirləri  bir  kül  halında  XVIII  əsr 
Azərbaycan  poeziyasının  düşüncə  və  inkişaf  mənzərəsidir. 
A.Dadaşzadə  “Molla  Pənah  Vaqif”  adlı  fundamental  tədqi-
qatında dövrün mənzərəsini verərkən ciddi tipoloji müqayisələr 
aparır  və  vurğulayır  ki,  “Xətai  də  lirikdir.  Lakin  böyük  bir 
xanədanın  hökmdarı  olan  Şah  İsmayıl  Xətai  zərif  məhəbbət 
şeirləri  ilə  yanaşı,  dini-qəhrəmanlıq  motivləri  güclü  olan  lirik 
parçaların da müəllifidir. 
Məsnəvi  yazmayaraq  sırf  lirik  kimi  tanınan  şairlər  isə 
daha  çoxdur.  Qazi  Bürhanəddin,  Nəsimi,  Həbibi,  Kişvəri, 
Qövsi kimi məşhur lirik sənətkarların adını çəkmək kifayətdir. 
Vaqif də məhz belə “sırf” liriklər  dəstəsinə daxildir. 
Vaqifin  lirik  bir  şair  kimi  yetişməsi  onun  dövrü,  ədəbi 
mühiti ilə əlaqədardır. Ədəbi  nöqteyi-nəzərdən    bu dövrün iki 
səciyyəvi  xüsusiyyəti  daha  çox  nəzərə  çarpır.  İlk  növbədə 
XVIII  əsrdə  lirik  şeirin  tam  hökmran  olduğunu  görürük.  Bu 
dövrdə  samballı  epik  əsərə,  demək  olar  ki,  təsadüf  etmirik”. 
(33,  82-83).  Əlbəttə  dövrün  özünün  ədəbi-bədii  təfəkkürü, 
poetexnoloji  təsəvvürləri  burada  bir  tərəfdir  və  orta  əsrlərin 
dərinliklərindən gələn türk şeir ənənəsinin güclənən istiqamətə 
yönlənməsi, saray düşüncə mərkəzinin klassik üsluba, həm də 
ərəb  və  fars  dilində  yazıb-yaratmaya  meyillənməsi  bütün 
mərhələlərdə  milli  düşüncədə,  xalq  təsəvvüründə  olanların 
hərəkətliliyini  və  zərurət  kimi  öz  pozulmuş  nizamının  bərpa 
mərhələsinin  gələcəyini  gözləməli  idi.  Ozanlar  //  aşıqlar 
vasitəsi  ilə  elatlarda  qorunan  bu  yaddaş  artıq  yeni  müstəvidə, 
yeni  parametrlərlə  siyasi  elitada  olanların  auditoriyasına  daxil 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə