Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

 
281 
məzmunyaratmada  xüsusi  funksiyasının  olduğunu  düşünək. 
Vidadi  Şəki  xanlığında  olanlar  kontekstində  “gəlməyib  böylə 
müsibət  Rumə,  ya  İranə  bax”  deyirdi.  Ancaq  bir  qədər  sonra 
baş  verənlər  Vaqifin  şəxsində,  eləcə  də  Qarabağ  xanlığı 
timsalında  daha  dəhşətlisini  ortaya  qoydu.  F.Köçərli  həmin 
vəziyyəti təsvir edərək vurğulayır: “Molla Pənah dəxi  səlamət 
zindandan  çıxdı;  “mıxı  mismar  eləyən  tanrı”  onun  dadına 
yetişdi  və  çoxlarını  Ağa  Məhəmməd  şahın  qəzəbindən  xilas 
elədi. 
Şahıb  bu  sayaq  məqtul  olmağı  Molla  Pənaha  ziyadə  təsir 
edib, aşağıdakı əşarı  Molla Vəli “Vidadi” təxəllüsə  - ki, o da 
əhli-təb və onunla bir elli idi, - yazıb  göndərdi... 
Hərçənd Molla Pənah Ağa Məhəmməd şahın əlindən xilas 
oldu, amma Məhəmməd bəyin əlində  giriftar və məqtul oldu” 
(60,  168-169).  Bütün  bunlar  siyasi  mühit,  Azərbaycan 
səviyyəsində  olan  qarşıdurmaları  aydınlaşdırmaq,  nələrin  baş 
verdiyini  müəyyənləşdirmək  üçün  əsaslı  mənbələrdir  və 
Vaqifin  bir  sənətkar  olaraq  üzləşdiyi  aqibət  elə  xalqın 
qarşılaşdıqlarıdı.  Vaqif  isə  bir  şair,  yaradıcı  şəxsiyyət,  siyasi 
xadim  kimi  bunları  yaşayırdı  və  aqibəti  də  birindən  (Ağa 
Məhəmməd  şahdan)  qurtardısa,  digərindən  (Məhəmməd 
bəydən)  qurtula  bilməməsi  oldu.  Dövrünün  ayrı-ayrı 
sənətkarlarının  mövcud  vəziyyətlə  bağlı  müraciətlərində  yer 
alanlar (məsələn, Kərbəlayi Səfi Valehdə,  Əli Qaracadağidə və 
s.)  bir  istiqamətdə  Vaqif  xeyirxahlığından,  saray  mühitində 
xalqa arxa olmasından qaynaqlanır. Məhz bu müstəvidə Vaqif 
sarayla xalq arasında ən əsaslı, inanılmış sima idi. S.Vurğun da 
“mən  orda  olmasam  qan  çıxar  dizə”  ifadəsi  ilə  Vaqifin 
qüdrətini, nüfuzunu, böyüklüyünü təqdim etmişdi. Məhəmməd 
bəy  də  hakimiyyətə  gedən  yolunu  təmizləmək  və  təhlükəni 


 
282 
aradan  qaldırmaq  üçün  Vaqifin  öldürülməsini    qərarlaş-
dırmışdı.  Əhməd  bəy  Cavanşir  “fəlakət  o  zaman  azadlığa 
buraxılmış  və  canlı  təəssürat  altında  olub,  öz  gələcəyi  üçün 
kədərlənən  Molla  Pənahın  dostu  Vidadi  təxəllüslü  Molla 
Vəliyə  yazdığı  bir  məktubda  çox  gözəl  təsvir  edilmişdir”. 
Həmin məktub isə məşhur “Bax” qəzəlidir ki, Vaqif son dərəcə 
psixoloji  gərginliklər  içərisində  yaşadığı  anların  izharı  kimi 
ifadə etmiş və siyasi vəziyyətin nələrlə xarakterizə olunduğunu 
vurğulamışdı. 
 
Mən fəqirə əmr qılmışdı siyasət etməyə, 
Saxlayan məzlumi zalimdən  o dəm qəffarə bax! 
 
Qurtaran əndişədən ahəngəri-biçarəni, 
Şah üçün ol midbəri-təbdil olan mismarə bax!  
 
İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda, 
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! (60, 145) 
 
M.P.Vaqif  olanlar,  gördükləri  müqabilində  bunları  deyir 
və siyasi mühitin qəzəl formasında təsviri ilə əvəzsiz bir sənət 
abidəsi  yaradır.  Qüdrətli  şair  olaraq  təkcə  vəziyyəti  yaxın 
həmkarı,  əqrəbəsi,  ürək  dostu  Vidadiyə  çatdırmaqla 
kifayətlənmir, bu məsələnin bir tərəfidir, digər tərəfində bütün 
zamanlara düüşüncəsində olanları ötürür. Bədii  mətnlə hər iki 
tərəfi  nəticələr  çıxarmağa  çağırır  və  tarixi  bir  məsəllə,  xalq 
yaddaşında olanla, mismar əhvalatı ilə çatdırır və təkrar “ibrət 
et  Ağa  Məhəmməd  xandan,  ey  kəmtər  gəda”  söyləyir.  Molla 
Vəli  Vidadi  də  məhz  bunları  hələ  xeyli  əvvəl  olanlar 


 
283 
kontekstində  vurğulayırdı,  siyasi  mühitdə  vəziyyətin  elə  də 
xoşasgələn olmadığını göstərirdi. 
 
Belədir dövran işi, hər gündə bir al eyləmiş, 
Aqili nadan ilə pəjmürdə əhval eyləmiş
Üz verib namərdə, hərdəm mərdi pamal eyləmiş, 
Ey Vidadi, gəl ki, bu heyrət məni lal eyləmiş
Gör nələr qıldı fələk Müştaq tək insanə, bax. (91, 69) 
 
Vaqif  və  Vidadi  bağlantılarının  genetik  sistemini,  “toy-
bayramdır bu dünyanın əzəli” deyən Vaqifin hansı gərginlikləri 
yaşadığını,  ömrünün  son  anlarında  necə  çətinliklərlə  üzbə-üz 
qaldığını aydınlaşdırmaq üçün bu nümunələr ciddi fakt rolunu 
oynayır.  Burada  mətn  bir  fakt  olaraq  əsaslı  mənbəyə  çevrilir, 
siyasi  mühitin  gərginliyi  həmin  nümunələrin  təkcə  məzmu-
nuna, janr  texnologiyalarına deyil, həm  də ruhuna çökmüşdür. 
Vaqif və Vidadinin, eləcə də  yaradıcı mühitin, etnosun həmin 
vaxtlarda  nələri  yaşadığı  bu  misralarda  söz-söz  boy  göstərir. 
Siyasi  lirikanın  faktoru  olmaqla  yanaşı,  şedevr  ədəbiyyat 
hadisəsi  kimi  xüsusi  təəssürat  yaradır  və  Vaqif  poeziyasında 
digər  əlçatmazlığı  klassik  ənənədə  (qəzəl  üslubunda)  yeni  bir 
düşüncə  tipinin  klassik  mümkünlüyünü  fakta  çevirir  və  son 
olaraq vurğulayır: 
 
Vaqifa, göz yum, cahanın baxma xubi ziştinə, 
Üz çevir  ali-əbayə, Əhmədi-Muxtarə bax! (89, 145) 
 
Bütün bunlar M.P.Vaqifin bir şair, yaradıcı kimi nələrdən 
keçdiyini,  siyasi  mühitdə  hansı  gərginliklər  yaşadığını,  “mərd 
olanlar özünə məhbəsi meydan bilər”, “afəti-dəhr dəyər ol kəsə 


 
284 
ki kamildir” qənaətinin məzmununu və informativ xarakterində 
nələrin  yaşandığını  aydınlaşdırır.  Son  olaraq  “üz  çevir    ali-
əbayə, Əhmədi-Muxtarə bax” qənaəti ilə tamamlanır, bəlkə də 
qapanır. Çünki “Bax”, “Görmədim” kimi fundamental abidələr 
bir etnos səviyyəsində deyil, dünya bədii düşüncəsində dayana 
biləcək  və dayana bilən şedevrlərdir. 
 
“Görmədim”  müxəmməsi.  Vaqif  poeziyasının  möhtə-
şəmliyinin  və  imkanlılıq  dərəcəsinin  ən  mühüm  göstərici-
lərindən  biri  “Görmədim”  müxəmməsində  olanlarla  bağlıdır. 
Bu  böyük  sənətkar  XVIII  əsr  Azərbaycan  poeziyası  səviyyə-
sində  etdikləri  ilə  bütünlükdə  xalq  şeiri  ilə  klassik  şeir 
ənənəsində  olan  sərhədləri  dağıtmış  və  onlar  arasında  daha 
güclü,  həm  də  təbii  olacaq  bağlar  tapmışdır.  Bunların  isə 
mahiyyəti  Vaqifin  təbii  elat  tərzi  ilə  bağlanmış  və  ruhunda 
onun  sxemlərini,  mənəviyyat    kodlarını  bir  bütöv  olaraq 
qovuşdurmaqla  ortaqlıq  nöqtələrini  tapmışdır.  Doğurdan  da 
“Vaqifi  özünəməxsus  yaşam  normativləri,  möhtəşəm  məscid-
ləri,  zəngin  kitabxanaları,  ritualları  olan  orta  əsrlər  ümumşərq 
şəhəri  deyil,  adi  bir  Azərbaycan  kəndi  yetişdirmişdi.  Ancaq 
demək  olmaz  ki,  şair-mütəfəkkirin  doğulub  boya-başa  çatdığı 
bu  kəndin  öz  həyat  fəlsəfəsi,  intellektual  maraqları  yox  idi” 
(25, 62). Əlbəttə  M.P.Vaqif XVIII əsr Azərbaycan kəndindən 
Qarabağ  xanlığına  gəlmişdi  və  bunun  da  əsasında  kənd 
həyatındakı  elat  həyat  tərzinin  yüksək?  həm  də  təbii  olacaq 
intelleksiyası  dayanırdı.  Vaqif  həmin  intelleksiyadan  pərvaz-
lanaraq  saraylara  doğru  istiqamətlənmiş  və  oradan  gətirdiyi 
mədəniyyəti bir bütöv olaraq nümayiş etdirmişdi. Vaqif həm də 
ruhu  etibarilə  nə  qədər  nikbin  olsa  da,  elə  bir  dəyər  olaraq 
həmin  nikbinliyi  özü  ilə  birgə  saraya  da  gətirmişdir.  Sazın, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə